Boloniya

coğ. Bologne

bolluq
bolşevik
OBASTAN VİKİ
Boloniya
Bolonya (it. Bologna) — İtaliyanın şimalında yerləşən şəhədir, eyni adlı vilayətin və Emiliya-Romanya bölgəsinin inzibati mərkəzidir. Əhalinin sayı 381 min nəfərdir. (2010-cu ilin göstəricilərinə görə). İnkişaf etmiş sənayesinə görə və bir neçə nəqliyyat dəhlizinin bu şəhərdən keçdiyinə görə, Bolonya ölkədə həyat səviyyəsinə görə birincilərdəndir. Bolonyanı həmçinin İtaliyanın aşpazlıq paytaxtı da adlandırırlar. == Əhalisi == Bolonyanın illər üzrə demoqrafik göstəriciləri: == Maraqlı fakt == Hələ vahid İtaliyanın mövcud olmadığı dövrdə 1325-ci ildə İtaliyanın Bolonya ve Modena şəhərleri arasında müharibə baş verdi. Onun səbəbi adi vedrə olub. Belə ki, boloniyalı süvari şəhər xəzinəsinə məxsus vedrəni oğurlayaraq Modena şəhərinə qaçdı. Boloniya şəhərinin elçiləri fərarilik edən süvarini yox, amma onun oğurladığı vedrəni geri isteyirdilər.
Boloniya Universiteti
Bolonya Universiteti (it. Università di Bologna) — Avropanın ən qədim və daima fəaliyyət göstərən ali məktəbi. İtaliyanın Bolonya şəhərində yerləşir. Qədimliyinə görə onun "rəqibi" Mərakeşdə yerləşən Əl-Qarauin Universitetidir. Ancaq Avropa universitetlərindən fərqli olaraq, ərəb universitetləri diplom vermirdilər. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin və Koimbra qrupunun üzvüdür. == Maraqlı faktlar == 1222-ci ildə rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır. == Həmçinin bax == Ən qədim universitetlərin siyahısı Əl-Qarauin Universiteti == Mənbə == Boissier. Centenaire de l’université de Bologne // Revue de deux mondes. — 1888.
Boloniya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. == Tarixi == "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.