Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bukollar üsyanı
Bukollar üsyanı — Misirdə Roma ağalığına qarşı imperator Mark Avrelinin hakimiyyəti zamanı, 172-ci ildə (başqa məlumatlara görə 174-cü və ya 175-ci ildə) baş vermiş üsyan. Üsyan iştirakçıları bukolların adları Nilin deltasındakı bataqlaşmış yer olan Bukoliya (II əsrin ortalarında kəndlilər ağır vergilər və mükəlləfiyyətlərdən buraya qaçıb gəlirdilər) ilə əlaqədardır. Kahin İsidorun başçılığı ilə bukollar Roma legionlarını darmadağın edərək bütün Aşağı Misiri tutmuş və İsgəndəriyyəyəyə çatmışdılar. Misirdəki Roma prefektinin öldürülməsindən sonra üsyanı yatırmaq üçün çağrılmış Suriyadakı prefekt, sərkərdə Avidi Kassi üsyançılar arasındakı ixtilaflardan istifadə edərək Bukollar üsyanını yatırmışdır.
Bişonlar
Bişonlar – cırtdan, uzun tüklü it cinsləri qrupu. Bişonların vətəni Aralıq dənizi ölkələridir; oradan zadəganların pərəstiş etdiyi obyektə çevrilərək bütün dünyaya yayılmışlar. == Məlumat == Müxtəlif ölkələrin hökmdarları bişonları bir-birinə hədiyyə etmiş və onlardan oxşar əlamətləri olan yerli cırtdan cinslər yetişdirilmişdir. Bu cür beynəlxalq seleksiya nəticəsində müasir bişonlar formalaşmışdır. Şən, nəvazişli, ağıllı, sahibinə sadiq bişonlar çox ünsiyyətlidir. Bişonların əksəriyyəti tükünü tökmür, lakin müntəzəm qulluq tələb edir. Bişonlar uzun ömürlüdür, 17–18 il yaşayır. Mal-tabolonaları (malteze) qrupda ən qədim cinsdir. Əsli dəqiq məlum deyil. Maltezeyəbənzər itlər Qədim Misirlilərin, yunanların və romalıların başdaşıları və saxsı qabların üzərində təsvir olunmuşdur.
Mikozlar
Mikozlar (q.yun. μύκης - "göbələk") — parazit göbələklərin insan və heyvanlarda törətdiyi xəstəliklər. Kandidoz — Candida albicans tərəfindən törədilir. Onixomikoz. Alabəzək dəmrov — Malassezia furfur tərəfindən törədilir. Qara dəmrov — Exophiala werneckii tərəfindən törədilir. Qara pedra — Piedraia hortae tərəfindən törədilir. Ağ pedra — Trichosporon beigelii tərəfindən törədilir.
Sikullar
Sikullar (lat. Siculi, yun. Σικελοί) — Siciliya adasında yaşamış qədim xalq. Sikanlardan fərqli olaraq, onların Hind-Avropa mənşəli olduğu güman edilir. Sikulların mövcudluğu Siciliyanın şərqində son Tunc dövründən müşahidə olunur. Qədim Misir kitabələrində "dəniz xalqları"ndan olan şekeleşin sikullar ola biləcəyi güman edilir. Sikul dili öz substrat lüğətindən, eləcə də gəmilərin üzərində yunan əlifbasında yazılmış bir sıra qısa yazılardan məlumdur. Sözlər arasında boşluq olmayan iki nisbətən uzun yazı məlumdur. Sikul dilinin İtalik dillərindən olduğu, yəni latın dilinə qohum olduğu güman edilir. История древнего Востока, т.
Tiollar
Tiollar — ümumi formulu RSH olan spirtlərin kükürd analoqları. Burada R karbohidrogen radikalıdır, məsələn, metanetiol (metil merkaptan) (CH3SH), etanetiol (etil merkaptan) (C2H5SH) və s., IUPAC terminologiyasında "merkaptanlar" adı köhnəlmişdir. və istifadə üçün tövsiyə edilmir. Sistematik nomenklaturaya görə karbohidrogen radikalının sonuna "-tiol" şəkilçisi əlavə edilir. əgər tiol qrupu-SH molekulda əsas deyilsə, onda qaydaya uyğun olaraq, ilkin maddənin adının əvvəlinə "merkapta-" önlüyü əlavə edirlər. Alkantiolları alkilhalogenidlərin natrium və ya kalium hidrosulfidlərlə qarşılıqlı təsirindən alırlar R-Hal+HS-→R-SH C2H5J + KSH → C2H5SH + KJ Sidik cövhərinin alkilhalogenidlərə rəsirindən S-alkilzotiuron duzuna çevrilir ki, onun da qələvi mühitdə hidrolizindən tiollar alınır. Tiolların qaynama temperaturu müvafiq spirtlərin qaynama temperaturundan aşağıdır. Bu kükürdün oksigenə nisbətən elektromənfiliyinin az olması ilə izah olunur. Buna görə, tiollar spirtlərə nisbətən hidrogen rabitəsi əmələ gətirməyə az meyillidir. Tiollar təkcə spirtlərdən deyil, həmçinin başqa üzvi maddələrdən iyinə görə fərqlənirlər.
Bipolyar pozuntu
Bipolyar pozuntu — (bipolyar — bi — latınca iki, polyar-qütblü deməkdir.) Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi "maniakal-depressiv pozuntu" adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət (həftlələrlə və ya aylarla) qalır. Bipolyar pozuntu insanın əhval-ruhiyyəsinə, enerji səviyyəsinə və gündəlik funksiyalarına təsir edən ciddi bir psixi pozuntu vəziyyətidir. Bu pozuntu maniya (yüksək əhval-ruhiyyə və enerjinin çox olduğu dövrlər) və depressiya (aşağı əhval-ruhiyyə və enerjinin az olduğu dövrlər) epizodları ilə xarakterizə olunur. Bipolyar pozuntunun iki əsas növü vardır: Bipolyar I və Bipolyar II. Bipolyar I pozuntusunda maniya epizodları daha şiddətli və uzunmüddətli olur. Bipolyar II pozuntusunda isə daha yüngül maniya epizodları (hipomaniya) və daha ciddi depressiya epizodları baş verir. Bu pozuntu müalicə edilə bilər və müalicə ilə insanların əhval-ruhiyyə dəyişikliklərini idarə etmələrinə və daha normal bir həyat sürmələrinə kömək edilə bilər. Statistik məlumatlara əsasən, bipolyar pozuntu ilə xəstələnmək riski 1–1,5% təşkil edir.
İkonlar (kompüter)
Kompüter ikonu — Kompüter ekranlarında ikon (ingiliscə icon) kiçicik piktoqramlardır. Onlar adı qaydada uzun-uzadı yazılışları kiçik, bəzən şəkilli işarələrlə ifadə etmək üçündür. Hazırda istifadəçiləri asanlıqla məlumatlandırmaq üçün ikonlardan geniş istifadə olunur.