ÇILPAQLAŞMAQ

f.
1. bax çılpaqlanmaq 1-ci mənada.
[Tahir] sonra tamam çılpaqlaşıb, özünü duşun altına verdi. M.Hüseyn.

2. məc. Yarpaqlarını tökmək, bitkisi məhv olmaq; dazlaşmaq. Kollar çılpaqlaşıb.
– Təpələrin üstünü və tamamilə çılpaqlaşmış ( f.sif. ) ağacların budaqlarını quşbaşı qar örtmüşdü. M.İbrahimov.

ÇILPAQLAŞMA
ÇILPAQLIQ

Digər lüğətlərdə