Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səhər Biniaz
Səhər Biniaz (fars. سحر بینیاز‎; 17 noyabr 1986, Tehran) — İran aktrisası və model.
Riniya
Riniya (lat. Rhynia) — bitkilər aləminin riniopsidlər sinfinin riniyaçiçəklilər dəstəsinin riniyakimilər fəsiləsinə aid bitki cinsi.
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor.
Əliniyaz Məmmədov
Əliniyaz Məmmədov (2 may 1955, Masallı rayonu) — tibb elmləri doktoru, professor. == Həyatı == Məmmədov Əliniyaz Əli oğlu 1955-ci il mayın 2-də Azərbaycan Respublikası Masallı rayonunun Tatyanoba kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Masallı şəhər 3 saylı orta məktəbini bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1975-ci ildə hələ tələbəykən, Bakı şəhər Döş qəfəsi cərrahiyyəsi klinikasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1978–1979-cu illərdə Bakı şəhər təcili və təxirəsalınmaz cərrahiyyə klinik xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçmişdir.1979–1985-ci illərdə Səhiyyə Nazirliyinin təyinatı ilə Cəlilabad rayon mərkəzi xəstəxanasında əvvəlcə cərrahiyyə şöbəsində həkim-ordinator sonra isə şöbənin müdiri vəzifələrində çalışıb. 1981-ci ildə 6 ay müddətində Xarkov şəhərində cərrahiyyə üzrə ixtisasartırma kursunda olmuşdur. Əliniyaz Əli oğlu Məmmədov 1985–1987-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda cərrahiyyə ixtisası üzrə 2 illik klinik ordinatura keçmişdir. Kliniki ordinaturanı bitirdikdən sonra elə həmin il (1987) N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda aspiranturaya qəbul olunub. 1989-cu ildə Namizədlik dissertasiyasını tez müdafiə etdiyindən (1 il 6 ay ərzində) aspiranturanı vaxtından əvvəl bitirmişdir. 1989-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Elmi şurasının qərarı ilə İnstitutun cərrahi xəstəliklər kafedrasına assistent vəzifəsinə qəbul edilmiş, sonra həmin kafedranın dosenti vəzifəsinə qədər yüksəlmişdir.
Binzya döyüşü
Binzya döyüşü — 1964-cü ildə kommunistyönümlü Şimali Vyetnam qoşunları ilə onlara qarşı çıxan Cənubi Vyetnam arasında baş vermiş döyüş. ABŞ-nin Cənubi Vyetnama yardım etməsinə baxmayaraq, Şimali Vyetnam (Viet Konq) qələbə qazanmışdır. == Tarixi == === Döyüşdən əvvəl === XX əsrin 60-cı illərində Vyetnamın fərqli ictimai-iqtisadi quruluşa malik olan şimal və cənub bölgələri arasında qızğın mübarizə davam edirdi. 28 dekabr 1964-cü ildə kommunistyönümlü Şimali Vyetnam (Cənubi Vyetnamın Azadlığı uğrunda Xalq Cəbhəsi - CVAXC) qoşunları ilə onlara qarşı çıxan Cənubi Vyetnam arasında Binzya döyüşü (Bin Qia) başlamışdır. 4 gün davam edən döyüşdə Şimali Vyetnamdakı kommunist hökumətini yıxmaqda maraqlı olan ABŞ da vertolyotlarla cənublulara yardım etmişdir. Cənubi Vyetnamda yerləşən dövlətin mərkəzi şəhəri Sayqona yaxın olan Binzya kəndi strateji əhəmiyyətə malik idi. CVAXC buraya zərbə endirməklə cənubluları təzyiq altında saxlamaq istəyirdi. Həm də qələbə qazanılarsa, bundan CVAXC-nin 4 illiyi ərəfəsində apardıqları mübarizənin təbliğatında yaxşı istifadə etmək olardı. === Döyüş === 28 dekabr səhəri CVAXC-nin 2 alayı kəndə girir, bundan xəbər tutan yerli özünümüdafiə batalyonu mərkəzə xəbər ötürərək geri çəkilir. Xəbəri alan Cənubi Vyetnam hökuməti əraziyə çoxlu təxribat-kəşfiyyatçı əsgərlər yollayır.
Kinyaz Orucov
Kinyaz Zirəddin oğlu Orucov (10 may 2000; Gəncə, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kinyaz Orucov 2000-ci il mayın 10-da Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kinyaz Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kinyaz Orucov oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məhəmməd Biriya
Məhəmməd Biriya və ya Məhəmməd Bağırzadə (tam adı Məhəmməd Hacı Qulam oğlu Biriya; d. 1914, Təbriz – 19 fevral 1985, Təbriz) — Azərbaycan Demokrat Firqəsinın maarif naziri. == Həyatı == Məhəmməd Bağırzadə (Biriya) 1914-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Atası sənətkar olub. 1920-ci ildə Quzey Azərbaycana muhacirət edib. İlk təhsilini Bakıda alıb. 1929-cu ildə anası vəfat etdikdən sonra yenidən Təbrizə qayıdıb. Şair milləti Pəhləvi zülmünə qarşı mubarizəyə dəvət edib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi hökumət qurandan sonra maarif naziri seçilən Məhəmməd Biriya məktəblərdə Azərbaycan dilinin tədrisinin proqramını yaradıb. 1941-1946-cı illərdə Respublikamızın ziyalıları tərəfindən Təbrizdə nəşr olunmuş "Vətən yolunda" qəzetində bir çox şerləri dərc olunmuşdur.
Riniya (sinif)
Riniya (sıra)
Rhynia gwynne-vaughanii (lat. Rhynia gwynne-vaughanii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin riniya cinsinə aid bitki növü.
Çingiz Biriya
Çingiz Biriya (1961, İran – 27 may 2021, Təbriz) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Çingiz Hüseyn oğlu Biriya 1961-ci ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Hələ uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb. Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən faydalanıb.Bir neçə dastan bilmişdir. Dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya, Kanadaya dəvət alıb. 30-a yaxın şagird yetirib. O, Rəsul Qurbaninin yanında 4 il şəyirdlik edərək aşıq sənətinin sirlərini öyrənib. Qaradağın tanınmış aşıqlarından biri olmuşdur. O, həm də dastançı aşıq olmuş, onlarca dastanı sinədən danışmışdır.
Binamaz Əhməd piri
Binamaz Əhməd piri — Şərur rayonunun Dəmirçi kəndində ziyarətgah. Vaxtilə pirin yerində dördkünc formalı, möhrədən tikilmiş bina olmuşdur. Hazırda bina bərpa olunmuş və daşdan tikilmişdir. İçərisində bir müsəlman qəbri vardır. Baş daşının üzərində kitabə yoxdur. Pirin içəri tərəfindəki divarlarda şam yandırmaq üçün taxçalar vardır. Bərpa zamanı pirin ön tərəfində əlavə bir bina tikilmişdir. Pirlə bağlı xalq arasında rəvayətlər vardır. Pirin ətrafından aşkar olunan keramika məmulatı və etnoqrafik materiallar onu XVI əsrə aid etməyə imkan verir.
Binya (Fransa)
Binya (fr. Billiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valserin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01044. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 484 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Biyya (Fransa) ilə əlaqəli mediafayllar var.
Niyaz (Çaldıran)
Niyaz (fars. ‎نياز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Niyaz Cahangirov
Niyaz Məcidov
Niyaz Məcidov (başq. Мәжитов Нияз Абдулхаҡ улы; 20 avqust 1933, Tuqay[d], Başqırd MSSR – 11 oktyabr 2015, Ufa) — Sovet və rus arxeoloqu, Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki, Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti (2006–2012), Başqırd Dövlət Universitetinin professoru və Salavat Yulayev ordeninin kavaleri. == Bioqrafiyası == BMSSR Qafur rayonu, Saitbabin kənd sovetinin Tuqay kəndində anadan olmuşdur. Atası kənd müəllimi, anası isə kəndlidir. Başqırd Respublikası internat məktəbində (indiki Rami Qaripov adına 1 nömrəli Respublika internat məktəbində) təhsil alır. 1956-cı ildə Perm Dövlət Universitetini bitirir. 1963-cü ildə namizədlik dissertasiyasını, 1988-ci ildə "Arxeologiya" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ Elmlər Akademiyası Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda kiçik (1956-cı ildən), böyük (1964-cü ildən) elmi işçi, arxeologiya və etnoqrafiya sektorunun müdiri (1968-ci ildən) və dosent (1979-cu ildən) işləmişdir. Tarix elmləri doktoru (1989) və professorluq (1990) dərəcəsini müdafiə etmişdir. 1956–1979-cu illərdə SSRİ Elmlər Akademiyası Nüvə Fizikası İnstitutunda arxeologiya və etnoqrafiya sektorunun müdiri vəzifəsində çalışmışdır.
Niyaz Niftiyev
Niftiyev Niyaz Məmmədəli oğlu (25 iyul 1975, Təzəkənd, Cəlilabad rayonu) — tarixçi, jurnalist. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri. == Fəaliyyəti == 1982–1992-ci illərdə orta məktəbi, 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini (əyani) bitirib. 1997-ci ildən mediada Azərbaycanda milli-dini-mədəni müxtəlifliklə bağlı bir çox elmi və publisistik məqalələrlə çıxış edib. 1998-ci ildən 2019-cu ilin dekabr ayınadək "Azadinform" İnformasiya Agentliyində çalışıb. 2000–2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Aspirantura şöbəsində təhsil alıb, eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində "Kiçik elmi işçi" vəzifəsində çalışıb. 2003-cü il 11 dekabr BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə birgə təşkil olunan "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub. 2004-cü ildə 26 fevral dünyada bu sahədə ixtisaslaşmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub. 2006-cı ildə "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyini təsis edib. 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb.
Niyaz Vəliyev
Vəliyev Niyaz Qədim oğlu — texnika elmləri doktoru, professor. Ural Dövlət Dağ-mədən Universitetinin elmi işlər üzrə prorektoru və kafedra müdiri. 1961-ci il fevralın 17-də Ermənistan SSR-in Qızıldaş kəndində anadan olub. Orta təhsilini orada bitirdikdən sonra Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki V.V.Vaxruşeva adına Dağ-mədən İnstitutuna daxil olub. 1987-ci ildə oranı əla qiymətlərlə bitirib. Aspirantura təhsilini də həmin institutda alıb. 2003-cü ildən texnika elmləri doktorudur, 2004-cü ildə professor seçilib. Rusiyada tanınmış peşəkar dağ-mədən mühəndisidir. Rusiya Federasiyasının Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun liderlərindəndir. 2005-2006-cı illərdə vilayətdəki "Azərbaycan" cəmiyyətinin sədri olmuşdur.
Niyaz Şərifov
Niyaz Səttar oğlu Şərifov (16 mart 1914, Bakı – 15 may 1982, Bakı) — Azərbaycan teatr rejissoru, aktyor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974). == Həyatı == Yaradıcılığı əsasən MKT ilə bağlı olan Niyaz Səttar oğlu Şərifov 16 mart 1914-cü ildə Bakıda doğulub. Bədəl bəy Bədəlbəyovun məktəbində əvvəlcə birinci dərəcəli pillədə dörd il təhsil alıb və beş il isə ikinci dərəcəli təhsil sistemində oxuyub. Bakı Teatr Məktəbini bitirib və tələbəlik illərindən BTİT-də aktyorluq edib. Bu teatr 1933-cü ildə Gəncəyə köçüb və Niyaz Şərifov bir sıra mədəniyyət ocaqlarında çalışıb. 1938-ci il-də ADMKT yaradılanda oraya əvvəlcə texniki rejissor, sonra isə quruluşçu rejissor götürülüb. Müəyyən fasilələrlə ömrünün sonuna qədər bu kollektivdə işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. Niyaz Şərifov MKT-də Məhərrəm Əlizadə və Soltan Hacıbəyovun "Qızılgül" (1945 və 1967), Məhərrəm Əlizadə və Fikrət Əmirovun "Gözün aydın" (1946), Kərim Kərimov və Zakir Bağırovun "Kəndimizin mahnısı" (1959), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (1960), "Əlli yaşında cavan" (1972), Məhərrəm Əlizadə və Əşrəf Abbasovun "Səndən mənə yar olmaz" (1963), Novruz Gəncəli və Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" (1965 və 1979), Məcid Şamxalov və Zakir Bağırovun "Qaynana" (1965), Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" (1969), Ədil İsgəndərov və Əşrəf Abbasovun "Dağlar qoynunda" (1970), Məhərrəm Əlizadə və Nazim Əliverdibəyovun "Nazxanım naz eləyir" (1974), Məhərrəm Əlizadə və Ramiz Mustafayevin "Qonşumuzda bir oğlan var" (1976), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (1976), Cahangir Məmmədov və Əşrəf Abbasovun "Həyətim mənim, həyatım mənim" (1977), Salam Qədirzadə və Süleyman Ələsgərovun "Gurultulu məhəbbət" (1980) musiqili komediyalarına quruluş verib.
İniya Trinkuniyene
İniya Trinkuniyene (lit. Inija Trinkūnienė; 25 oktyabr 1951) — Litva etnoloqu, sosioloq, folklorşünas, psixoloq; 2014-cü ildən bəri Romuva adlı Litva neobütpərəst cəmiyyətinin lideri (krive, baş kahinə). Cəmiyyətin qurucusu və "Kūlgrinda" adlı musiqi folk-qrupunun lideri Yonas Trinkunas onun həyat yoldaşıdır. == Həyatı == 1969-cu ildə Kelme şəhərində orta məktəbi və 1974-cü ildə psixologiya ixtisası üzrə Vilnüs Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Litva Mədəni Tədqiqatlar İnstitutunda (Vilnüs Fəlsəfə və Sosiologiya İnstitutu) sosioloq kimi çalışmışdır. 1990-cı ildə, 1988-2014-cü illərdə Romuva dini bütpərəst icmasının rəhbəri olan əri ilə birlikdə Litva xalq musiqi ansamblını və "Kūlgrinda" xorunu təsis etdi. Onun Rimqayle, Vetra, Uqne və İndre adlı 4 uşağı var.Elmi karyerası boyunca Trinkuniyene xalq mədəniyyətinin yayılması sahəsində araşdırmalarla məşğul olmuşdur. 60-dan çox elmi məqalə yazmış, Litva və xaricdə müxtəlif elmi konfranslarda iştirak etmişdir. 2004-2013-cü illərdə Litva Respublikası Seymi yanında Xalq Mədəniyyətininin Müdafiəsi Şurasının üzvü olmuşdur. Ərinin vəfatından sonra Romuva icmasına rəhbərlik etdi və eyni zamanda Avropa Etnik Dini Qurultayının sədri oldu.
Niyaz Kərimov
Niyaz Əvəz oğlu Kərimov (1931, Goran, Goranboy rayonu – 24 dekabr 1981) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qutqaşen (1978–1981) və İmişli (1968–1978) rayon komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı. == Həyatı == Niyaz Əvəz oğlu Kərimov 1931-ci ildə Qasım İsmayılov rayonunun Goran qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə orta məktəbdə müəllimliklə başlamışdır. 1954–1956-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis edildikdən sonra komsomol işində olmuş, əvvəlcə Azərbaycan LKGİ Qasım İsmayılov Rayon Komitəsinin məktəbli gənclər şöbəsinin müdiri, 1957-ci ildən isə birinci katibi vəzifəsinə irəli çəkilmişdir.Niyaz Kərimov 1961-ci ildə Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin ikinci katibi, 1963-cü ildə isə Qasım İsmayılov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. Həmin il Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komitəsinin inspektoru işləmişdir.1965-ci ildə Niyaz Kərimov Azərbaycan KP İmişli Rayon Komitəsinin ikinci katibi, 1968-ci ildə isə birinci katibi seçilmişdir. 1978-ci ildən həyatının sonunadək Azərbaycan KP Qutqaşen Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.Niyaz Kərimov 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX, XXX qurultaylarında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin səkkizinci, doqquzuncu və onuncu çağırış deputatı olmuşdur. "Oktyabr inqilabı" ordeni, üç "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.Niyaz Kərimov 24 dekabr 1981-ci ildə 51 yaşında vəfat etmişdir.
Niyaz Bulaq (Qürvə)
Niyaz Bulaq (fars. نيازبلاغ‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 369 nəfər yaşayır (72 ailə). Əhalisini kürdlər təşkil edir.