NİYAZ

“Ehtiyac”, “xahiş” deməkdir. Nəzir isə ehtiyacı ödəmək üçün verilən paydır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

NİYAMƏDDİN
NİYƏ
OBASTAN VİKİ
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor.
Niyaz (Çaldıran)
Niyaz (fars. ‎نياز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Niyaz Cahangirov
Niyaz Məcidov
Niyaz Məcidov (başq. Мәжитов Нияз Абдулхаҡ улы; 20 avqust 1933, Tuqay[d], Başqırd MSSR – 11 oktyabr 2015, Ufa) — Sovet və rus arxeoloqu, Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki, Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti (2006–2012), Başqırd Dövlət Universitetinin professoru və Salavat Yulayev ordeninin kavaleri. == Bioqrafiyası == BMSSR Qafur rayonu, Saitbabin kənd sovetinin Tuqay kəndində anadan olmuşdur. Atası kənd müəllimi, anası isə kəndlidir. Başqırd Respublikası internat məktəbində (indiki Rami Qaripov adına 1 nömrəli Respublika internat məktəbində) təhsil alır. 1956-cı ildə Perm Dövlət Universitetini bitirir. 1963-cü ildə namizədlik dissertasiyasını, 1988-ci ildə "Arxeologiya" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ Elmlər Akademiyası Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda kiçik (1956-cı ildən), böyük (1964-cü ildən) elmi işçi, arxeologiya və etnoqrafiya sektorunun müdiri (1968-ci ildən) və dosent (1979-cu ildən) işləmişdir. Tarix elmləri doktoru (1989) və professorluq (1990) dərəcəsini müdafiə etmişdir. 1956–1979-cu illərdə SSRİ Elmlər Akademiyası Nüvə Fizikası İnstitutunda arxeologiya və etnoqrafiya sektorunun müdiri vəzifəsində çalışmışdır.
Niyaz Niftiyev
Niftiyev Niyaz Məmmədəli oğlu (25 iyul 1975, Təzəkənd, Cəlilabad rayonu) — tarixçi, jurnalist. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri. == Fəaliyyəti == 1982–1992-ci illərdə orta məktəbi, 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini (əyani) bitirib. 1997-ci ildən mediada Azərbaycanda milli-dini-mədəni müxtəlifliklə bağlı bir çox elmi və publisistik məqalələrlə çıxış edib. 1998-ci ildən 2019-cu ilin dekabr ayınadək "Azadinform" İnformasiya Agentliyində çalışıb. 2000–2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Aspirantura şöbəsində təhsil alıb, eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində "Kiçik elmi işçi" vəzifəsində çalışıb. 2003-cü il 11 dekabr BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə birgə təşkil olunan "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub. 2004-cü ildə 26 fevral dünyada bu sahədə ixtisaslaşmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub. 2006-cı ildə "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyini təsis edib. 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb.
Niyaz Vəliyev
Vəliyev Niyaz Qədim oğlu — texnika elmləri doktoru, professor. Ural Dövlət Dağ-mədən Universitetinin elmi işlər üzrə prorektoru və kafedra müdiri. 1961-ci il fevralın 17-də Ermənistan SSR-in Qızıldaş kəndində anadan olub. Orta təhsilini orada bitirdikdən sonra Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki V.V.Vaxruşeva adına Dağ-mədən İnstitutuna daxil olub. 1987-ci ildə oranı əla qiymətlərlə bitirib. Aspirantura təhsilini də həmin institutda alıb. 2003-cü ildən texnika elmləri doktorudur, 2004-cü ildə professor seçilib. Rusiyada tanınmış peşəkar dağ-mədən mühəndisidir. Rusiya Federasiyasının Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun liderlərindəndir. 2005-2006-cı illərdə vilayətdəki "Azərbaycan" cəmiyyətinin sədri olmuşdur.
Niyaz Şərifov
Niyaz Səttar oğlu Şərifov (16 mart 1914, Bakı – 15 may 1982, Bakı) — Azərbaycan teatr rejissoru, aktyor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974). == Həyatı == Yaradıcılığı əsasən MKT ilə bağlı olan Niyaz Səttar oğlu Şərifov 16 mart 1914-cü ildə Bakıda doğulub. Bədəl bəy Bədəlbəyovun məktəbində əvvəlcə birinci dərəcəli pillədə dörd il təhsil alıb və beş il isə ikinci dərəcəli təhsil sistemində oxuyub. Bakı Teatr Məktəbini bitirib və tələbəlik illərindən BTİT-də aktyorluq edib. Bu teatr 1933-cü ildə Gəncəyə köçüb və Niyaz Şərifov bir sıra mədəniyyət ocaqlarında çalışıb. 1938-ci il-də ADMKT yaradılanda oraya əvvəlcə texniki rejissor, sonra isə quruluşçu rejissor götürülüb. Müəyyən fasilələrlə ömrünün sonuna qədər bu kollektivdə işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. Niyaz Şərifov MKT-də Məhərrəm Əlizadə və Soltan Hacıbəyovun "Qızılgül" (1945 və 1967), Məhərrəm Əlizadə və Fikrət Əmirovun "Gözün aydın" (1946), Kərim Kərimov və Zakir Bağırovun "Kəndimizin mahnısı" (1959), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (1960), "Əlli yaşında cavan" (1972), Məhərrəm Əlizadə və Əşrəf Abbasovun "Səndən mənə yar olmaz" (1963), Novruz Gəncəli və Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" (1965 və 1979), Məcid Şamxalov və Zakir Bağırovun "Qaynana" (1965), Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" (1969), Ədil İsgəndərov və Əşrəf Abbasovun "Dağlar qoynunda" (1970), Məhərrəm Əlizadə və Nazim Əliverdibəyovun "Nazxanım naz eləyir" (1974), Məhərrəm Əlizadə və Ramiz Mustafayevin "Qonşumuzda bir oğlan var" (1976), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (1976), Cahangir Məmmədov və Əşrəf Abbasovun "Həyətim mənim, həyatım mənim" (1977), Salam Qədirzadə və Süleyman Ələsgərovun "Gurultulu məhəbbət" (1980) musiqili komediyalarına quruluş verib.
Niyaz Bulaq (Qürvə)
Niyaz Bulaq (fars. نيازبلاغ‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 369 nəfər yaşayır (72 ailə). Əhalisini kürdlər təşkil edir.
Niyaz Kərimov
Niyaz Əvəz oğlu Kərimov (1931, Goran, Goranboy rayonu – 24 dekabr 1981) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qutqaşen (1978–1981) və İmişli (1968–1978) rayon komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı. == Həyatı == Niyaz Əvəz oğlu Kərimov 1931-ci ildə Qasım İsmayılov rayonunun Goran qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə orta məktəbdə müəllimliklə başlamışdır. 1954–1956-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis edildikdən sonra komsomol işində olmuş, əvvəlcə Azərbaycan LKGİ Qasım İsmayılov Rayon Komitəsinin məktəbli gənclər şöbəsinin müdiri, 1957-ci ildən isə birinci katibi vəzifəsinə irəli çəkilmişdir.Niyaz Kərimov 1961-ci ildə Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin ikinci katibi, 1963-cü ildə isə Qasım İsmayılov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. Həmin il Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komitəsinin inspektoru işləmişdir.1965-ci ildə Niyaz Kərimov Azərbaycan KP İmişli Rayon Komitəsinin ikinci katibi, 1968-ci ildə isə birinci katibi seçilmişdir. 1978-ci ildən həyatının sonunadək Azərbaycan KP Qutqaşen Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.Niyaz Kərimov 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX, XXX qurultaylarında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin səkkizinci, doqquzuncu və onuncu çağırış deputatı olmuşdur. "Oktyabr inqilabı" ordeni, üç "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.Niyaz Kərimov 24 dekabr 1981-ci ildə 51 yaşında vəfat etmişdir.
Batır Niyazliyev
Batır Niyazliyev — Türkmənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2016-cı ildən); Türkmənistan xarici işlər nazirinin müavini; Türkmənistanın Qırğızıstandakı sabiq fövqəladə və səlahiyyətli səfiri. == Fəaliyyəti == 2016-cı ilin oktyabr ayında Türkmənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Bayram Niyazi Kiçikxanlı
Bayram Niyazi Kiçikxanlı (1889, Faldarlı, Zaqatala dairəsi – 1922, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi və ya baş katibinin müavini, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Zaqatala Milli Şurasının katibi, Əhrar Partiyasının üzvü. == Həyatı == Bayram Niyazi Kiçikxanlı 1889-cu ildə Zaqatala dairəsinin Faldarlı kəndində anadan olmuşdur. O, Orenburq seminariyasını bitirdikdən sonra Bakıda əmək fəaliyyətinə başlamışdır. == Siyasi fəaliyyəti == === Parlamentdə === 15 dekabr 1918-ci ildə Zaqatala dairəsindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, sənədləri 16 yanvar 1919-cu ildə təsdiqlənmişdir. Bayram Niyazi Kiçikxanlı parlamentdə Əhrar fraksiyasının üzvü idi. O, parlamentin fəhlə komissiyasının və mərkəzi seçki komissiyasının üzvü olmuşdur. Lakin parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beçinci iclasında Bayram Niyazi Kiçikxanlı bir ay yarımlıq məzuniyyətlə Zaqatalaya getdiyi üçün mərkəzi seçki komissiyası üzvlüyündən istefa verdi. Parlamentin 8 yanvar 1919 tarixli iclasında sədrə yeni 2 katib müavininin seçilməsi məsələsi müzakirə olunmuşdur. Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə bu 2 müavindən birinin Əhrardan, digərinin isə milli azlıqlar fraksiyasından seçilməsini təklif etmişdir. Milli azlıqlar fraksiyasından Moisey Quxman namizəd verməyəcəklərini elan etmişdir.
Bayram Niyazi Kiçikxanov

Həmzə Həkimzadə Niyazi
Həmzə Həkimzadə Niyazi (22 fevral (6 mart) 1889, Kokand, Fərqanə vilayəti – 18 mart 1929[…], Şahimərdan[d], Fərqanə vilayəti) — Özbəkistan şairi. == Həyatı == H.H.Niyazi 1889-cu ildə Kokand şəhərində həkim ailəsində anadan olmuşdur. O, mədrəsədə təhsil alarkən klassik cığatay (özbək) ədəbiyyatını yaxşı öyrənmiş, özü də şeir yazmışdı. 1905-ci ildə yaradıcılığa şeirlə başlayan H.H.Niyazi "Nihan" təxəllüsü ilə çap olunurdu. O, Nəvai, Babur, Bedil, Firqət və digər belə şəxsiyyətlərin yaradıcılığını dərindən öyrənsə də, daha çox iki dahidən – Ə. Nəvai və M. Füzulidən bəhrələnmişdir. "H.H.Niyazi və Azərbaycan ədəbiyyatı" məqaləsində professor Pənah Xəlilov yazır ki, "Nihan qəzəllərinin ahəngində, kontrastlar silsiləsində Füzuli qəzəllərinin təsiri dərhal duyulur. Bunu Füzulinin - mətləli qəzəli ilə Nihanın - mətləli qəzəlinin müqayisəsindən də aydın görmək olar". Şeir yaradıcılığını ardıcıl olaraq genişləndirən şair 1915-16-cı illərdə dərc olunmuş "Ağ gül", "Sarı gül", "Yaşıl gül", "Qızıl gül" və s. kitablarına həmin dövrəcən olan poeziya nümunələrini daxil etmişdir. H.H.Niyazi ilk özbək dramaturqlarından biri, bəstəkarı və xalq xadimidir.
Maestro Niyazi
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı və fəaliyyəti == Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. == Musiqi yaradıcılığı == Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Maestro Niyazi (1975)
== Məzmun == Film Azərbaycanın musiqi mədəniyyətinin tanınmış xadimi, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dirijor və bəstəkar Niyaziyə, onun həyat və çoxcəhətli yaradıcılığına, ictimai fəaliyyətinə həsr olunmuşdur. Filmdə Azərbaycan dirijorunun çıxışları, tamaşaçılarla, xarici həmkarları ilə görüşləri öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Svetlana Mirzəyeva, Rauf Nağıyev Rəssam: Rafiz İsmayılov Səs operatoru: Kamal Seyidov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Maestro Niyazi (1983)
== Məzmun == Film tanınmış Azərbaycan dirijoru və bəstəkarı Niyazinin həyat və yaradıcılığına həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Rauf Nağıyev Operator: Fəraməz Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Maestro Niyazi (film, 1975)

Maestro Niyazi (film, 1983)

Maestro Niyazi (gəmi)
Maestro Niyazi — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Niyazinin adını daşıyır. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Maestro Niyazi" gəmisinə həsr olunmuşdur.
Maestro Niyazi gəmisi

Mehmet Niyazi
Mehmet Niyazi (krımtat. Memet Niyaziy, Mehmet Niyazi; 1878 – 20 noyabr 1931, Mecidiya[d], Konstantsa) — Osmanlı İmperiyasında anadan olub, Rumıniya və Krım Tatar şairi, jurnalist, məktəb müəllimi, alim və Rumın-Tatar mənşəli fəal. Krımtatar diasporu ilə doğma yurdları arasındakı əlaqələrin qorunmasında əhəmiyyətli rol oynadığı güman edilir. Daha çox Krımı (Yaşıl Ada və Yaşıl Vətən) təsvir edən lirik əsərləri tanınır. == Həyatı == Aşçılar kəndində Krım tatarlarından olan köçkün müsəlman ailəsində anadan olub. Osmanlı imperiyasının təbəəsi və savadlı kəndlilər İsmayıl və Əzizənin ikinci oğlu idi. Niyazinin dünyaya gəlişi regionun Rumıniya krallığına birləşdirilməsi ilə nəticələnən 1877–1878-ci illər rus-türk müharibəsi dövrünə təsadüf etmişdir. Uşaqlıqda o tatar ədəbiyyatı və folkloru ilə tanış olmuş, Osmanlı dilini isə atasından öyrənmişdir. Məktəbi doğma kəndində bitirmişdir. Güman ki, o ilk ədəbi əsərlərini yeniyetmə illərində yaratmışdır.
Murad Niyazlı
Aşıq Murad Niyazlı (tam adı:Murad Babaxan oğlu Həsənov; 1933, Aşağı Şorca, Basarkeçər rayonu – 20 yanvar 2005, Şəmkir rayonu) — XX əsrdə tanınmış ustad aşıq, şair. == Həyatı == Aşıq Murad Niyazlı 1933-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində "Niyazlılar" tayfasında doğulmuşdur. Muradın atası 1941-ci ildə Böyük Vətən Müharibəsinə könüllü getmişdir. Muradın anası Tamam 1942-ci ildə Göyçə mahalından köçərək uşaqlarını da götürüb Şəmkirin Dəllər Cəyir kəndindəki qohumlarının yanında məskunlaşıblar. Aşıq Murad Niyazlı Şəmkirdə yaşayarkən 1949-cu ildən əvvəlcə Aşıq Əsədin, ordu sıralarından qayıtdıqdan sonra isə 1954-1959-cu illərdə Aşıq Əsədin qardaşı Aşıq Məhəmməd Rzayevin yetirməsi olmuşdur. Murad Niyazlının sənətkartək yetişməsində Morullu Aşıq Teymurun da xidmətləri az olmamışdır. 1952-1954-cü illərdə hərbi xidmətdə olub. Aşıqların IV qurultayında İdarə Heyətinin üzvü seçilmişdir.1990-cı ildə Türkiyədə keçirilən folklor festivalının qalibi kimi tanınan Murad Niyazlı 1960-cı illərdən Şəmkir rayon mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib.Qardşı Aşıq Mirzə Niyazlı, İdris Həmzəyev, Oqtay Hüseynov və digər şəyirdləri olub. Murad Niyazlı 2005-ci il yanvarın 20-də Şəmkir rayonunda vəfat etmiş Dəllər Cəyir kənd qəbirsanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq şeirinin bütün formalarında qələmini sınayan Murad Niyazlı həm də “Muxtar bəy” və digər dastanların yaradıcısı kimi tanınıb.
Məhmət Niyazi
Mehmet Niyazi (krımtat. Memet Niyaziy, Mehmet Niyazi; 1878 – 20 noyabr 1931, Mecidiya[d], Konstantsa) — Osmanlı İmperiyasında anadan olub, Rumıniya və Krım Tatar şairi, jurnalist, məktəb müəllimi, alim və Rumın-Tatar mənşəli fəal. Krımtatar diasporu ilə doğma yurdları arasındakı əlaqələrin qorunmasında əhəmiyyətli rol oynadığı güman edilir. Daha çox Krımı (Yaşıl Ada və Yaşıl Vətən) təsvir edən lirik əsərləri tanınır. == Həyatı == Aşçılar kəndində Krım tatarlarından olan köçkün müsəlman ailəsində anadan olub. Osmanlı imperiyasının təbəəsi və savadlı kəndlilər İsmayıl və Əzizənin ikinci oğlu idi. Niyazinin dünyaya gəlişi regionun Rumıniya krallığına birləşdirilməsi ilə nəticələnən 1877–1878-ci illər rus-türk müharibəsi dövrünə təsadüf etmişdir. Uşaqlıqda o tatar ədəbiyyatı və folkloru ilə tanış olmuş, Osmanlı dilini isə atasından öyrənmişdir. Məktəbi doğma kəndində bitirmişdir. Güman ki, o ilk ədəbi əsərlərini yeniyetmə illərində yaratmışdır.
Rast. Niyazi (film, 2014)
Rast. Niyazi — rejissor Nonna Müzəffərovanın sənədli filmi. Beynəlxalq Muğam Mərkəzində filmin təqdimatı olub. == Məzmun == Film Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət və Beynəlxalq mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuşdur. == Film haqqında == Filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib. Filmdə Niyazinin "Rast" simfonik muğamından istifadə edilib.
Saparmurad Niyazov
Saparmurat Atayeviç Niyazov (türkm. Saparmyrat Ataýewiç Türkmenbaşy Nyýazow; 19 fevral 1940[…], Qıpçaq[d], Türkmənistan SSR, SSRİ[…] – 21 dekabr 2006[…], Aşqabad) — 1991–2006-cı illərdə Türkmənistan Respublikasının 1-ci Prezidenti. == Həyatı == Saparmurat Niyazov 1940-cı ildə fəhlə ailəsində anadan olub. Atası İkinci dünya müharibəsində vəfat edib. Ailəsinin digər üzvləri 1948-ci ildə Aşqabadda baş verən zəlzələ nəticəsində dünyalarını dəyişiblər. S. Niyazov əvvəlcə uşaq evində, sonra isə uzaq qohumlarının evində böyüyüb. Leninqrad Texniki Universitetini bitirərək energetika mühəndisi ixtisasını alıb. Bundan sonra Aşqabad yaxınlığındakı Yığıncağanın energetika təsisatlarında çalışıb. Daha sonra Kommunist Partiyasına üzv olub. 1985-ci ildə Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Saparmurat Niyazov

Digər lüğətlərdə

коклю́шечный перемени́ть полоня́нка простре́л скристаллизова́ться сомя́тина этиоли́рование вложе́ние набуха́ться расхлёбываться фиска́л эстроге́ны сердце Celticism commandership coordination exodontist Keystone State palstave sixthly xenomania змейковый лобастый нормально подстраховать