Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biskvit
Biskvit — un, şəkər, yağ, su və qatqı maddələrinin qarışdırılıb bişirilməsi ilə əldə edilir. Biskvit növləri; şəkərli, duzlu, kremli, kəpəkli, vitamin və mineral qatqılı, örtməli vs.-dir. Biskvit, sözü Latınca "bis coctus" sözündən gəlməkdədir. Roma sivilizasiyasında üst sinif olan patriarxların aşbazları süd, bal və unla biskvitlər bişirərmişlər. Bişirilən biskvitlərə operalactaria və dulçuya adları verilirdi. Bu biskvitlər üst sinifə təqdim edilərmiş. Tarixə baxdığımızda, 1840-cı illərdə, Fransada inkişaf etdirilən sənaye biskvitlə Türkiyə əvvəl idxalat yoluyla tanış oldu. Daha sonralar kiçik atelyelərdə biskvit çıxarmağı sınayan Türk təşəbbüskarlar da oldu. Lakin Türkiyədə biskvit sənayesinin təməli 1944-cü ildə kiçik bir biskvit emalatxanasında Səbri Ülkər tərəfindən atıldı. Ülkər, 1970-ci illərdə ixracata başladı.
Biskvit tortu
Bəhrə Biskvit Fabriki
Bəhrə Biskvit Fabriki — "UNİKAL" Yeyinti Məhsulları İstehsalı Müəssisəsi == Məlumat == 1992-ci ildən Azərbaycanda qida sənayesi üzrə şirniyyat sektorunda əsasən biskvit məhsulları istehsalı üzrə fəaliyyətə başlamışdır. 2006-cı ildən isə "UNİKAL" Yeyinti Məhsulları Müəssisəsi "Bəhrə" əmtəə nişanı adı altında biskvit fabriki kimi fəaliyyətə başlamış və ən qısa zamanda Azərbaycan şirniyyat sektorunda "Sağlam qida üçün sağlam məhsul" şüarı ilə sürətlə inkişaf edərək böyük alıcı və istehlakçı kütləsinin rəğbətini qazana bilmişdir. "Bəhrə Biskvit Fabriki hal-hazırda biskvit və digər şirniyyat məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmışdır. Bəhrə Biskvit Fabrikinin satış nümayəndəlikləri Bakı, Sumqayıt şəhərləri, regionlarda isə Gəncə, Şəki, Ağsu, Quba, Masallı, Salyan, Hacıqabul və Naxçıvanda da "Bəhrə" əmtəə nişanı adı altında xalqa xidmət göstərir. Bəhrə Biskvit Fabrikinin məhsullarını Respublikamızın ən ucqar qəsəbə və kəndlərində belə istehlakçılarımız tərəfindən əldə etmək mümkündür. == İstehsal prosesi == Müəssisədə məhsul istehsalı qabaqcıl İtalyan və Alman şirkətləri tərəfindən hazırlanmış avadanlıqlarda hazırlanır. Bəhrə Biskvit Fabriki istehsal etdiyi yüksək keyfiyyətli məhsulların xammallarını əsasən Avropa ölkələrindən Türkiyə, Almaniya, İtaliya, Danimarka və Avstriyadan idxal edir. Bununla yanaşı Bəhrə Biskvit Fabriki Avstriyanın çörək-bulka istehsalı göstəricilərinə görə dünya markası olan Backaldrin şirkətinin də Azərbaycanda distribütorudur. Bəhrə Biskvit Fabrikinin istehsal etdiyi məhsullar təmiz, gigyenik normalara cavab verən, insan sağlamlığı üçün tam təhlükəsiz, yüksək keyfiyyətliliyi ilə digər firma və müəssisələrin məhsullarından həm əmtəə görünüşünə və həm də əmtəə bağlamasına görə çox fərqlənir. İstehsal olunan məhsullar sırasında biskvitli ruletlər, biskvitli pirojnalar, kekslər, müxrəlif növ laylı peçenyelər yer tutur.
Bakuvi
Bakuvi — təxəllüs.
Vişkuv
Vişkuv (pol. Wyszków) — Polşada şəhər, Мazovec voevodstvosının Vişkuv povyatında yerləşir. Şəhərin gmina statusu vardır. Sahə 20,78 km². Əhalisi 26 948 nəfər (2004 il).
Nəsir Bakuvi
Nəsir Bakuvi (XIII əsr – XIV əsr) — azərbaycanlı şair. Nəsir Bakuvi XIII əsrin sonları – XIV əsrin əvvəllərində Azərbaycan türkcəsində şeirlər yazmışdır. O, Sultan Olcaytunun zamanında ona türk dilində müxəmməs həsr etmişdi. Azərbaycan dilində şeirlər yazan bu şair haqqında ingilisdilli tarixşünaslıqda heç bir məlumata rast gəlinmir. Avropa tədqiqatçıları daha çox farsdilli Azərbaycan ədəbiyyatını araşdırmışlar. Nəsir Bakuvinin müxəmməsi son illərdə üzə çıxarıldığından çox da məşhur deyil. Ərqun xanın üçüncü oğlu, 23 yaşlı Olcaytu qardaşı Qazan xanın vəfatından sonra Təbrizə gəlib onun yerini tutmuşdu. Tarixi mənbələrdə ədalətli və maarifpərvər bir sultan kimi xatırlanan Olcaytu şair Nəsir Bakuvi tərəfindən yüksək qiymətləndirilmişdir. 11 bəndlik müxəmməsdə şair hökmdara İslamı qoruduğu, xristianları rədd etdiyi, İslam dinini ucaltdığı üçün təşəkkür edir, onu böyük adam adlandırır.
Tural Bakuvi
Tural Bakuvi (12 yanvar 1984, Bakı) — Azərbaycanlı bəstəkar və söz yazarı. Bir çox sevilən mahnı və instrumental kompozisiyaların müəllifi. Tural Bakuvi 1984-cü ilin 12 yanvar tarixində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə 1 saylı musiqi məktəbini, 2004-cü ildə isə ali təhsilini başa vurmuşdur. 2012-ci ildə YAP-ın Xəzər Rayon Təşkilatı tərəfindən ilin bəstəkarı adına layiq görülmüşdür. Hələ uşaq yaşlarından musiqi və şerlə məşğul olan Tural Bakuvi 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra bu işə daha peşəkar şəkildə yanaşmış və bu günə qədər bir çox sevilən mahnı və instrumental musiqilər müəllifi olmuşdur. Azərbaycan musiqisi tarixində ilk dəfə xarici ölkə başçısının seçki kampaniyasının musiqisini bəstələmişdir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdaoğanın 2018-ci ildə aparılan seçki kampaniyasi videosunun (Biz Birlikte Güçlüyüz) musiqisi Tural Bakuviyə aiddir. Bir çox xalq artistləri və əməkdar incəsənət xadimləri, o cümlədən Flora Kərimova, Alim Qasımov, Gülyaz Məmmədova, Səməd Səmədov, Nazpəri Dostəliyeva, Rafiq Seyidzadə kimi sənətçilərlə işləyən Bakuvi, eyni zamanda Almaz Ələsgərova, Nadir Qafarzadə, Sədaqət Ulduz, Zaur Əmiraslanov, Günay İbrahimli, Rəmal Rəsul, Qismət Qrupu, Yaşar Yusub, Elvin Mirzəzadə, Rövşən Civişov, Xəyyam Zeynalov, Şəhriyar İmanov, Anar Yusub və sair bu kimi onlarla ifaçı və musiqiçlərlə də iş birliyi etməkdədir. Müxtəlif verilişlərin ("Dəyişirəm"/ATV/, "Əslində mən"/ANS/ və s), teleserialların, bədii və sənədli filmlərin ("Canavar qoxusu" bədii filmi, "Sonun Başlanğıcı", "Bağlı qapı", "Səadət" və s.
Əbdürrəşid Bakuvi
Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi (XIV əsr, Bakı – XV əsr, Qahirə) - XV əsrdə yaşamış ərəb və fars dillərində yazmış Azərbaycan alimi. Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi özü yazırdı ki, "Bakı,mənim atam alim imam Saleh ibn Nurinin vətənidir. O, ləyaqət meyarı idi ... 1403/4-cü ildə 77 yaşında dünyadan köçdü." Bakuvi 1335-1360-cı illər arasında Bakıda doğulmuş və təqribən 1425-1430-cu illərdə Qahirədə vəfat etmişdir. Eybəli Mehrəliyev Bakuvinin səyahətlərinin marşrutunu təhlil etməklə belə bir qənaətə gəlmişdir ki, o, ömrünün çox hissəsini səfərlərdə keçiribdir. Səyyahın daimi yaşayış yeri isə Bakı və Məkkə (yaxud onun 80-100 kilometrliyindəki ətraf yerlər) olub. Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb.
Baba Kuhi Bakuvi
Baba Kuhi Bakuvi (948, Şiraz – 1037, Şiraz) — Azərbaycan da doğulmuş məşhur şair və alim. X-XI əsrin səyyahı, tədqiqatçısı, mühəndisi. == Həyatı == Bakıdan çox-çox uzaqlarda, Şiraz şəhərində yerli əhalinin və çoxsaylı zəvvarların ziyarətgahına çevrilmiş bir məzar var. Bu məzar barədə çoxlu rəvayətlər danışırlar. Həmin rəvayətlərdən birində deyilir ki, Şərqin dahi sənətkarı, böyük İran şairi Hafiz Şirazi öz poetik vergisini bircə gecə bu məzarın yanında dua oxuyandan sonra qazanmışdır. Başqa bir rəvayətə görə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlmiş öləndə isə onun yanında dəfn olunmuşdur. Şirvanlı Baba Kuhi Bakuvi sağlığında belə böyük hörmət-izzət qazanmış və ölümündən sonrakı min il ərzində də daim dərin rəqbətlə xatırlanan şəxslərdəndir. Yeni dövrün mənbələrində ilk dəfə onun adına Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində rast gəlirik: "Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərindən dövrünün ən görkəmli alimlərindən şeyx Abdulla Xəfifdən, şeyx Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül -Xeyrlə elmi mübahisəyə girişmiş və onun biliyini yüksək qiymətləndirən şeyx Əbül-Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər.
Mirməhəmməd Kərim Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa Içərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, Ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi.
Seyid Yəhya Bakuvi
Seyid Yəhya Bakuvi — mənşəcə Azərbaycan türklərindən olan Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusu. Bakuvi eyni zamanda xəlvətiliyin virdi olan Virdü-Səttarın müəllifidir. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Seyid Yəhya 1403-cü ildə Azərbaycanın Şamaxı şəhərində doğulmuşdur. Onun anadan olduğu dövrdə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhəri bu bölgədə önəmli elmi, siyasi və mədəni mərkəz mövqeyində idi. Seyid Yəhyanın doğum tarixi barədə qaynaqlarda heç bir məlumat verilməmişdir. Ancaq onun XIV əsrin sonlarında doğulduğunun təxmin edilməsinə sövq edən bilgilər vardır. Bunlardan biri Nəzminin Bakıda qırx ildən çox yaşamasını nəql etməsidir. Bu mülahizə həqiqət kimi qəbul edildikdə, Seyid Yəhyanın 1466-cı ildə vəfat etdiyini nəzərə almaqla onun Bakıya 1426-cı ildən öncə gəldiyi söylənilə bilər. Pir Məhəmməd Ərzincani Bakıya gedərkən Ərzincana gəlib onunla görüşən Çələbi Xəlifəyə: "O indi çox yaşlandı, yaxında vəfat edər" dediyinə baxılırsa S.Yəhyanın uzun ömür sürdüyü anlaşılır.
Əbdul Baqi Bakuvi
Əbdul Baqi Bakuvi (tam adı: Əbdul Baqi Bakuvi) — XV əsr Azərbaycan rəssamı. Rəsim əsəri Türkiyənin Topkapı muzeyində saxlanır. Əbdul Baqi Bakuvi (İstambul, Topxana) miniatür sənətində mühüm yer tuturdu. Tәk vә ikifiqurlu portretlәrdәn ibarәt miniatürlәr çәkmişdir. Əbdul Baqi Bakuvinin әsәrlәri üçün kompozisiya vә fiqurların monumental sәpkidә hәlli, surәtlәrin canlılığı vә ifadәliliyi, tәsvir obyektlәrinin reallığı sәciyyәvidir. “İki әmir” vә “Mehtәr” miniatürlәri orta әsr Azәrbaycan miniatür sәnәtinin nadir nümunәlәrindәndir.
Baba Kuhi Bakuvi məscidi
== Tapılması == 1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. == Haqqında == Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
Seyid Yəhya Bakuvi türbəsi
Seyid Yəhya Bakuvi türbəsi — Şirvanşahlar saray kompleksinin yuxarı həyətində yerləşən, keçmişdə Keyqubad məscidinə bitişik olmuş türbə binası. Türbədə Şirvanşah I Xəlilullahın dövründə saray alimi olmuş Seyid Yəhya Bakuvi dəfn edilmişdir. Bakuvi sufi olduğuna görə türbə elmi ədəbiyyatda tez-tez "Dərviş məqbərəsi" də adlandırılır. Bu binada türbənin gümbəz və divarlarını örtən və hələlik saray kompleksinin tikililəri içərisində daxili boyaların salamat qalmış yeganə nümunəsi olan sqrafitto tipli rəngli mala diqqət cəlb edir. Mütəxəssislərin bir çoxu bu türbəni Seyid Yəhya Bakuviyə aid etsələr də, bəzi tədqiqatçılar sarayın orta və aşağı həyətindəki bütün abidələrin Xanəgah kompleksi olmasını qeyd edirlər. Tarixçilərin məlumatına görə, Seyid Yəhya Bakuvi I Xəlilullahın dövründə saray alimlərindən biri olub. O, Şamaxı şəhərində doğulmuşdur. Gəncliyində Şeyx Sədrəddin təriqətinin davamçısı olmuşdur. Şeyx Sədrəddinin ölümündən sonra Bakıya gələrək ömrünün sonuna kimi burada yaşamışdır. Bəzi müəlliflərin yazdığına görə, o, hicri təqvimlə 862-ci ildə vəfat etmişdir.
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında xidmətləri olan din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. O dövürdə mollalar istəmirdi ki, camaat "Qurani-Kərim"i dərindən mənimsəsinlər.