Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandr Fleminq
Aleksandr Fleminq (ing. Sir Alexander Fleming, 6 avqust 1881[…], Lokfayld[d] – 11 mart 1955[…], London) — penisillini kəşf edən şotland əsilli Böyük Britaniya bakterioloqu. == Fəaliyyəti == Aleksandr Fleminq Şotlandiyanın Lokfayld şəhərində anadan olub. İki il Kilmernokdakı akademiyada təhsil aldıqdan sonra Birinci Dünya Müharibəsi başlayana qədər Müqəddəs Meri xəstəxanasında işlədi. Müharibə dövründə cəbhələrdə oldu. Cəbhələrdə qulluq etdiyi müddət ərzində əskərlərin infeksiyalar səbəbindən qorxunc şəkildə ölmələrinə şahid olmuşdu. Müharibədən sonra Müqəddəs Meri xəstəxanasına geri döndü və tədqiqatlarını antiseptiklər mövzusunda gücləndirdi. Aleksandr Fleminq hər iki kəşfini də 1920-ci illərdə təsadüf nəticəsində etmişdir. İlk kəşfi olan lizosom Aleksandr Fleminqin içində bakteriya şəbəkəsi olan qabların içinə asqırması nəticəsində meydana gəlmişdir. Bir neçə gündən sonra müşahidə etdi ki, mukusla təmasda olan bölgədəki bakteriyalar ölüb.
Paul Fleminq
Paul Fleminq (alm. Paul Fleming‎; 5 oktyabr 1609[…] – 2 aprel 1640[…], Hamburq, Müqəddəs Roma imperiyası[…]) — alman şairi. Martin Opitsin çoxsaylı şagirdləri və davamçıları arasında Fleminq öz orijinallığı və daha istedadlı olması ilə seçilir. Onun şeirləri sünilikdən uzaq səmimi bir dillə yazılmışdır. Bir çox müasirlərindən fərqli olaraq o, nikbin, həyatsevər bir şairdir. Vətənin başına gələn fəlakətlər onu düşündürsə də, kədərləndirsə də, narahat etsə də, bədbinləşdirmir, ümidsizləşdirmir. Fleminq pastor /protestant keşişi/ ailəsində anadan olmuş, Leypsiqdə latın məktəbində oxumuş, sonra tibb öyrənmişdir. Adam Oleari ilə birlikdə 1633-1639-cu illərdə Rusiyaya və İrana səyahət etmişdir. Paul Fleminq səfərdən qayıdandan bir qədər sonra 1640-cı ildə Hamburqda ölmüşdür. 1631-ci ildə latınca yazdığı aşiqanə şeirləri çap olunmuşdur.
Sendford Fleminq
Sendford Fleminq (ing. Sandford Fleming; 7 yanvar 1827, Kerkoldi[d], Fayf[d] – 22 iyul 1915) — Kanadanın dəmiryol şəbəkəsini yaratmış mühəndis. Sendford Fleminq 7 yanvar 1827-ci ildə Şotlandiyada anadan olub. 14 yaşında topoqrafın köməkçisi kimi işləyib. 18 yaşında qardaşı ilə birgə Kanadaya köçür. Bir çox böyük şəhərləri gəzdikdən sonra, nəhayət Piterboroya yerləşirlər. Sendford Fleminq 1849-cu ildə Kanadada universitetə daxil olur. Sendford Fleminq 1851-ci ildə "Üçqəpiklik bəbir" ilk Kanada markasını yaradır. Fleminq topoqraf kimi çalışırdı. 1855-ci ildə ona Şimali Kanada Dəmir Yolunun aparıcı mühəndisi vəzifəsi verilir.
Viktor Fleminq
Viktor Fleminq (23 fevral 1889, Pasadena, Kaliforniya, ABŞ – 6 yanvar 1949) — Amerika kinorejissoru, operatoru və prodüseri. "Küləklə sovrulanlar" (Gone With the Wind) — 10 "Oskar" (1939). Dünya kinosunda ilk rəngli filmlərdən biridir. Marqaret Mitçellin eyniadlı əsəri əsasında rejissor Viktor Fleminq tərəfindən çəkilən, məşhur ingilis aktrisası Vivyen Li və Klark Qeyblin mükəmməl ifası ilə yaddaqalan filmdir. "Küləklə sovrulanlar" filminə görə "Oskar" mükafatı alıb.
Yan Fleminq
Yan Lancaster Fleminq (28 may 1908 – 12 avqust 1964) — Ceyms Bond xarakterinin yaradıcısı və romanlarının müəllifi ingilis jurnalisti və yazıçısı. II Dünya Müharibəsində dəniz zabiti olaraq vəzifə yerinə yetirən yazıçı böyük qardaşı Peter Fleminq kimi İngiltərənin Eton Kollecindən məzun olmuş və buradan hərbi məktəbə davam etmişdir. Yazdığı casusluq romanları filmlərə uyğunlaşdırılmış və ona dünya səviyyəsində şöhrət qazandırmışdır.
Con Ambroz Fleminq
Con Ambroz Fleminq (ing. John Ambrose Fleming, 29 noyabr 1849[…], Lankaster[d] – 18 aprel 1945[…], Sidmut[d], Devon qraflığı) — İngiltərə fiziki və elektrik mühəndisi. == Kəşfləri == Elektrik dünyasına bir çox ixtira qazandıran Fleminqin ən tanınmış icadı elektrik diodu lampasıdır. 1883-cü ildə Tomas Edison elektrik lampası üzərində işlər apararkən içi boşaldılmış lampada iki elektroddan birinin qızdırılması zamanı soyuq elektroda bir axının baş verdiyini müşahidə etmişdi. Bu zaman Tomas Edisonla işləyən Fleminq bu hadisə ilə maraqlanaraq öyrənməyə qərar vermişdir. 1900-cü ildə Fleminq iki elektrodlu lampadan istifadə edərək radio dalğalarının alına biləcəyini və düz axına çevrilə bildiyini tapmışdır. Fleminq lampasında bateriya ilə qızdırılan bir elektroddan (katod) yaranan elektrik axını soyuq elektroda (anod) hərəkət edirdi. Anoda bir siqnal bağlandıqda siqnalın katoddan pozitiv olduqda axın davam edirdi, amma neqativ olduqda kəsilirdi. Beləliklə, gələn siqnalların ancaq bir istiqamətdə irəliləməsini təmin edən bu lampanın bir radio dövrəsinə yerləşdirilməsi ilə bir daşıyıcı dalğa ilə göndərilən radio dalğalarını qəbul etmək mümkün idi. Fleminqin 1904-cü ildə patentini aldığı elektrik diodu lampası ABŞ-də De Forest tərəfindən üçüncü elektrod da əlavə edilməsi ilə daha da təkmil olmuşdur.
Mandell-Fleminq modeli
"Mandell-Fleminq" modeli (ing. Mundell–Fleming model) — açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır. Bu modelin yaradıcısı Nobel mükafatı laureatı RRobert Mandelldir. "Mandell-Fleminq" modeli "IS-LM" modelinin inkişaf etdirilmiş formasıdır. Belə ki, hər iki model də pul və əmtəə bazarlarının arasındakı əlaqəyə əsaslanır və qiymətlərin sabit olduğu qısamüddətli dövrdə məcmu gəlirdəki dalğalanmalara nəyin səbəb olduğunu araşdırır. İki model arasındakı əsas fərq “IS-LM” modelinin qapalı iqtisadiyyatı, "Mandell-Fleminq" modelinin isə açıq iqtisadiyyatı tətqiq etməsidir. "Mandell-Fleminq" modeli kiçik açıq iqtisadiyyatı tətqiq edir ki, burada sözügedən iqtisadiyyat dünya maliyyə bazarlarında istədiyi qədər borc ala və istədiyi qədər borc verə bilər. Nəticə etibarı ilə iqtisadiyyatdakı faiz dərəcəsi dünya faiz dərəcəsi ilə eynidir. R. Mandell 1963-cü ildə yazdığı əsərində bu fərziyyəni niyə etdiyini göstərir: “Əldə etdiyim nəticələri mümkün olan ən sadə şəkildə əks etdirmək və siyasi məsələləri ən kəskin şəkildə önə çıxarmaq üçün, bir iqtisadiyyatın dünya səviyyəsində müəyyənləşən faiz dərəcəsindən fərqli fazi dərəcəsi təqdim edə bilmədiyi vəziyyətdəki tam kapital h’r’k’tliliyi fərziyyəsini irəli sürürəm. Bu fərziyənin vəziyyəti şişirtdiyi düşünülə bilər, amma bu beynəlxalq maliyyə əlaqələrinin təsirinin əhəmiyətini ən yaxşı şəkildə göstərir”.
Boulinq
Boulinq (ing. Bowling) — oyun xəttinin sonundakı kukaları, bu oyun üçün xüsusi olaraq hazırlanmış boulinq topları ilə aşırtma məqsədi daşıyan salon idmanı. == Tarixçə == Misirdə edilən qazıntılarda boulinq idmanının köklərinin e.ə 5000-ci illərə qədər uzandığına dair tapıntılar çıxarılmışdır. Mənşələri eramızdan əvvələ qədər uzanan bu idmana, idman olmanın xaricində mənalar da yükləndiyi görülür; məsələn III və IV əsrlərdə, bu idmanda yaxşı olmaq kilsə tərəfindən "günahlarından daha çox təmizlənmiş olmaq" mənasını verirdi. Təşkil edilən oyunlarda kuklalar işlənmiş günahları təmsil edir və aşan hər kukla ilə günahlardan təmizlənilmə inancı daşınırdı. == İndiki vaxtda == Boulinq idmanının Dünya Boulinq Federasiyasının (WTBA), Beynəlxalq Boulinq Federasiyası (FIQ), Avropa Boulinq Federasiyası (ETBF) tərəfindən təyin olunmuş oyun tipləri vardır. 9 pin və 10 pin şəklində 2 növə ayrılır. Məqsədi uzunluğu 18,288 m (faul xəttindən 1-ci pinə qədər olan məsafə) olan "lane" adı verilən xətlərin irəlisinə qoyulmuş pinləri aşırtmaqdır. == Bal vermə == Boulinq oyununda, hər oyun üçün 10 freym olur. Oyunçu ilk 9 freymdə strayk etmədiyi vəziyyətlər üçün 2 atış istifadə edir, sonuncu freymdə strayk ya da spare etməsi vəziyyətində artıqdan bir atış haqqı daha qazanır.
Bullinq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.
Rouminq
Rouminq (ing. roaming) — mobil rabitə operatoru abunəçisinin ölkə daxilində və ölkədən kənarda digər operatorun şəbəkəsindən istifadəsi üçün yaradılmış mobil rabitə texnologiyası. Texniki baxış bucağından mobil şəbəkə abunəçisinə başqa bir keçidə təyin edilmiş baza stansiyası tərəfindən xidmət göstərmək artıq rouminqdədir. Buna baxmayaraq, çox vaxt rouminq başqa bir operatorun şəbəkəsində xidmət deməkdir. Belə bir xidmət üçün operatorlar arasında əvvəlcədən qarşılıqlı razılaşma tələb olunur. Roaming - Using my mobile abroad: are prices dropping ? - European Commission (ing.) Intra MSC Roaming (ing.) Mobile Europe describes how the roaming industry will cope with pending EU legislation and the arrival of mobile VoIP Arxivləşdirilib 2006-07-08 at the Wayback Machine (ing.) GSM operators and their roaming agreements Arxivləşdirilib 2010-02-10 at the Wayback Machine - Index of GSM operators in a country, and their roaming partners indexed by country.
Bulinq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.
Vulvort Buldinq
Woolworth Building ABŞ-nin New York şəhərində yerləşən bir göydələndir. Bina Broadway küçəsində yerləşir. Bina 1910-1913-cü illər arasında F. W. Woolworth şirkətinin qərargahı olaraq inşa edilmiş və şəhərin ən qədim göydələnlərindən biridir. Bina 241.4 metr hündürlükdə və 57 mərtəbəlidir. Binada 34 lift mövcuddur. İnşa edildikdə sonra 1930-cu ildə 40 Wall Street tamamlanana qədər dünyanın ən hündür binası ünvanına malik idi. Woolworth Binası 1966-cı ildə Milli Tarixi Əsərlərin siyahısına daxil edilmişdir. Binanın inşaat mühəndisi Gunvald Aus və Kort Berle olmuşdur. Binanın tikintisinə 13,5 milyon US$ xərclənmişdir.
Lutinq (videooyun)
Yağmalamaq, ölüsoyanlıq, çapovulçuluq, talançılıq və ya lutinq (ing. Looting, orfoqrafik səhvlərlə lewting) — rol oyunları, MMOG və ÇİP kimi videooyunlarında oyunçu personajın hansısa bir məxluqun və ya başqa bir oyunçunun cəsədindən oyun-içi valyuta, ovsunlar, avadanlıq və silah kimi əşyaları əldə etməsi prosesi. Yağmalanan bu əşyalar oyunçunun öz inventarına yerləşdirilir. Yağmalanan qənimətlər hansısa bir məxluqu və ya başqa bir oyunçunu öldürəndə verilən mükafat hesab edilir.
Viola blumii
Viola pilosa (lat. Viola pilosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola serpens var. pilosa (Blume) Hochr.
Regional Rouminq Müqaviləsi
Regional Rouminq Müqaviləsi, formal olaraq "Qərbi Balkan bölgəsinin ümumi mobil rabitə şəbəkələrində rouminq xidmətlərinin qiymətinin endirilməsinə dair müqavilə" (ing. Agreement on the price reduction of the roaming services in public mobile communications networks in the Western Balkans region) ― Qərbi Balkan ölkələrində rouminq ödənişlərinin tətbiqini tənzimləyən hüquqi vasitə. Ölkələrin siyahısında Albaniya, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Monteneqro və Serbiya yer alırlar. Razılaşma mobil əlaqə şəbəkəsi operatorlarının şəbəkə üzvü olan ölkənin xaricində telefon və məlumat göndərmə xidmətlərindən istifadə etdikləri üçün abunəçilərindən ala biləcəkləri həm rüsumu əhatə etməyə, həm də topdansatış tariflər şəbəkələrinə abunəçilərin onlara məxsus şəbəkələrə girmələri üçün bir-birlərindən ödəniş tələb etmələrinə şərait yaradır. Müqavilə endirilmiş tariflərlə 1 iyul 2019-cu il tarixindən etibarən qüvvəyə mindi. 1 iyul 2021-ci ildən etibarən bütün tariflər ləğv olunmalıdır. Ötürülən zənglər orta hesabla 65%? məlumat ötürmə qiymətləri isə 78% düşdü. Qərbi Balkandan olan iqtisadiyyat nümayəndələri, Regional Əməkdaşlıq Şurası (ing. Regional Cooperation Council və ya RCC) tərəfindən təşkil edilən Qərbi Balkan Rouminq Siyasəti iclasında yeni Regional Rouminq Sazişini (RRA) müzakirə etmək üçün 14 dekabr 2018-ci il tarixində Brüssel şəhərində toplandılar.
Bumın xaqan
Bumın xaqan (490 – 552, Göytürk xaqanlığı) — Aşina sülaləsindən olan ilk göytürk xaqanı. == Həyatı == Aşina Tuvunun ən böyük oğlu idi. Jujan xaqanlığı dövründə tümən komandiri olmuşdur. 545-ci ildə Bumın hələ xaqan deyildi amma Qərbi Vey imperiyasının sərhədlərini pozmağa başlamışdı. Qərbi Vey imperiyasının qəyyumu Yuven Tay An Nuopanto adlı bir soğd tacir ilə Türklərə hədiyyə göndərdi. 546-cı ildə Bumın xan Oğuzların əcdadları olan Tiele qəbilələrini məğlub edərək özünə tabe etdi. == Xaqanlığa gəlişi == 551-ci ildə Jujan xaqanı Anaxuanın qızı ilə evlənmək istədiyini bildirmişdi, xaqan isə öz növbəsində Bumını təhqir edərək ona qızını verməyəcəyini deyir. Bundan istifadə edən Bumın, əvəzində Vey imperatorunun qızını özünə istədi. Anaxuanın qızı Dao Vey imperatoru Ven ilə evli idi. Qəyyum Yuven Tay Bumın xana şahzadə Çanqleni gəlin kimi göndərdi.
Lutinq (video oyun)
Yağmalamaq, ölüsoyanlıq, çapovulçuluq, talançılıq və ya lutinq (ing. Looting, orfoqrafik səhvlərlə lewting) — rol oyunları, MMOG və ÇİP kimi videooyunlarında oyunçu personajın hansısa bir məxluqun və ya başqa bir oyunçunun cəsədindən oyun-içi valyuta, ovsunlar, avadanlıq və silah kimi əşyaları əldə etməsi prosesi. Yağmalanan bu əşyalar oyunçunun öz inventarına yerləşdirilir. Yağmalanan qənimətlər hansısa bir məxluqu və ya başqa bir oyunçunu öldürəndə verilən mükafat hesab edilir.