Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boris
Boris — kişi adı. Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi Boris Antonov — Boris Kolker — Boris Xetaqurov — Boris Çinkin — Aktyor. Boris Baykov — Aktyor. Boris Rudnev — Aktyor. Boris Svetlov — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. Boris Barnet — Rejissor, montajçı, aktyor Boris Berezovski — Rusiya siyasətçisi. Boris Frumkin — kino dirijoru. Boris Medvedev — Rejissor. Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. Boris Conson — London şəhərinin meri Boris Laskin — ssenari müəllifi.
Chenopodium botris
İyli tərə (lat. Chenopodium botris) — tərələr cinsinə aid bitki növü.
Erməni Borisi
Börü (əvvəlki adı: Erməni Borisi) — Azərbaycan Respublikasının Goranboy rayonunun Börü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Erməni Borisi kəndi Börü kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Börü kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 155 nəfər əhali yaşayır.
Rus Borisi
Rus Borisi — Azərbaycan Respublikasının Goranboy rayonunun Rus Borisi kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi əhalisi 1893-cü ildə bura Rusiya çarı tərəfindən köçürülmüş rus kolonistlərindən ibarət olub. Sovet dövründə kənd xeyli böyümüş, kəndin əhalisi təxminən 2.000 nəfərə yaxın olub. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra rusların bir çoxu kimi, bu kəndin də əhalisi Azərbaycanı tərk etməyə başladılar. Boş qalmış evlərdə əsasən Xocalıdan olan azərbaycanlılar məskunlaşıb. Rus Borisi kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1842-ci ildə Çar hökumətinin ucqarlara köçürdüyü Tambov və Saratov quberniyalarından olan duxobor və malakan ailələri salmışdır. Yaşayış məntəqəsi o zaman Paris adlanan kəndin yaxınlığında yerləşdiyinə görə Rus Parisi, sonralar təhrif olunaraq Rus Borisi adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 251 nəfər əhali yaşayır.. Hal-hazırda kəndin 500 nəfərə yaxın əhalisi var, bunun 80%-ni azərbaycanlılar təşkil edir.
Boris-Arıta
Boris-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Şimalında Kutun-Tyebyoleqe cənubunda isə Canqılax-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şərqində Boris-Byolkyoyo adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Maksimal hündürlüyü 3 metrdir. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Boris Adrianov
Boris Mixayloviç Adrianov (rus. Бори́с Миха́йлович Адриа́нов; 31 dekabr 1920 – 10 oktyabr 1993, Moskva) — SSRİ pilotu, əməkdar sınaq pilotu. O, İkinci Dünya müharibəsi illərində döyüşlərdə iştirak etmiş, buna görə təltif edilmişdir. 1960-cı ildə Adrianov Beynəlxalq Aviasiya Federasiyası tərəfindən "de Lavo" medalı ilə qeyd olunan qapalı döngədə mütləq dünya sürət rekordunu qoymuşdur.
Boris Akunin
Boris Akunin (əsl adı Qriqori Şalvoviç Çxartişvili, gürcü: გრიგორი შალვას ძე ჩხარტიშვილი; 20 may 1956[…], Zestafoni və ya Tbilisi) — rus yazıçısı, yaponşünas alim, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim. Ayrıca Anatoli Brusnikin, Anna Borisova ədəbi təxəllüsləri ilə nəşr edilib. O, daha çox detektiv və tarixi fantastika üslubunda yazan yazıçı kimi tanınır. Akunin həm də esseist və bədii tərcüməçidir. Onun əsərlərinin personajları arasında Erast Fandorin, Nikolay Fandorin və Pelaqeya bacı məşhurdur. Akunin siyasi bəyanatları və Rusiya prezidenti Vladimir Putin rejimini tənqid etməsi ilə tanınır. Belə ki, Çxartişvili "Liberation" qəzetinə müsahibəsində Putini "sevilməkdən daha çox qorxutmağı üstün tutan imperator Kaliqula" ilə müqayisə edib. Putinin isə öz növbəsində onun bu mövqeyinin, Qriqori Çxartişvilinin gürcü mənşəli olmasına görə şəxsi narazılığı ilə bağlı olduğunu bidirib (Qeyd edək ki, 2008-ci ildə Rusiya–Gürcüstan müharibəsi dövründə, Rusiya Gürcüstanı bombalamışdı). Boris Akunin Rusiyanı tərk edərək 2014-cü ildən Londonda yaşayır. == Həyatı == Qriqori Çxartişvili artilleriya zabiti, Böyük Vətən Müharibəsi iştirakçısı, Qırmızı Ulduz ordeninin kavaleri.
Boris Andreyev
Boris Andreyev – rus aktyoru. == Kino fəaliyyəti == Nazar Duma (“Traktorçular”, 1939) kinoda ilk roludur. “Böyük həyat” (1-ci seriyası 1940), “Boqdan Xmelnitski” (1941), “İki döyüşçü” (1943), “Sibir torpağı haqqında dastan” (1948), “Böyük ailə” (1954), “İlya Muromets” “Alovlu illərin povesti” (1961), “Nikbin faciə” (1963), “Dəfinələr adası” (1971), “Vanyuşinin uşaqları” (1973), “Mənim işim” (1976) və s. filmlərdə çəkilmişdir. Andreyevin yaratdığı obrazlar xarakterinin mənəvi zənginliyi, genişliyi ilə fərqlənir.
Boris Antonov
Boris Alekseyeviç Antonov (24 sentyabr 1913, Tatarıstan – 1981, Bakı) — Azərbaycanın geomorfoloqu, coğrafiya elmləri doktoru (1964), professor. == Haqqında == 1936-cı ildə Kazan Dövlət Universitetini bitirmişdir. 1936–40-cı illərdə Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı Stansiyasında, 1940–45-ci illərdə SSRİ EA Azərbaycan Filialının coğrafiya sektorunda, 1945-ci ildən isə Azərbaycan SSR EA Coğrafiya İnstitunun geomorfologiya şöbəsində (1963-cü ildən şöbə müdiri) işləmişdir. B. Antonov Azərbaycan relyefinin tədqiqatçılarındandır. Onun Azərbaycanın və Qafqazın geomorfologiya xəritələrinin və eyni adlı monoqrafiyaların hazırlanmasında mühüm xidməti var. Kiçik Qafqazın geomorfologiyasını və yeni tektonik hərəkətlərini, Talış təbii vilayətinin yeni tektonikasını, relyefinin inkişaf tarixini, formalaşmasını, paleocoğrafiyasını, qədim buzlaşmalarını, həmçinin Samur-Dəvəçi ovalığının müasir relyefinin formalaşmasını öyrənmişdir. 100-dən çox elmi əsərin, o cümlədən bir monoqrafiyanın müəllifidir.
Boris Arkadyev
Boris Arkadyev (9 (21) sentyabr, 1899, Sankt-Peterburq, Rusiya İmperiyası — 17 oktyabr 1986, Moskva, RSFSR, SSRİ) — sovet futbolçusu və futbol məşqçisi. == Bioqrafiya == Vasilyevski adasındakı Larinskaya gimnaziyasında oxuyub (1910—1918). Futbol karyerasına 1914-cü ildə Petroqradın Unitas komandası ilə başlamışdır, Moskvanın Saxarniki (1923—1925), RKimA (1926—1930) və Metallurq (1931—1936) klublarında oynamışdır. 1925, 1930—1931-ci illərdə Moskva yığmasında çıxış etmişdir. SSRİ-nin əməkdar idman ustası (1942, 1952-ci ildə Finlandiya Olimpiya Oyunlarında Yuqoslaviyaya məğlubiyyətə görə mükafatdan məhrum edilib, 1955-ci ildə isə yenidən bərpa edilib), SSRİ-nin əməkdar məşqçisi (1957) mükafatlarına layiq görülüb. Futbol haqqında iki kitabın müəllifidir: "Futbol oyununun taktikası" (Moskva, 1-ci nəşr — 1948, 4-cü nəşr — 1962) və "Yarımmüdafiəçilərin oyunu" (Moskva, 1956 və 1958). Futbolçulara "siz" deyə müraciət edirdi. SSRİ-nin qılıncoynatma üzrə əməkdar məşqçisi — Vitali Arkadyevin əkiz qardaşıdır (1899—1987). Qardaşı oğlu — Geliy Arkadyev (1927—2002) cizgi filmlərinin bədii rəhbəridir. Vostryakovskoye qəbiristanlığında dəfn edilib.
Boris Baboçkin
Boris Andreyeviç Baboçkin (18.1. 1904, Saratov – 17.7.1975, Moskva) – rus aktyoru və rejissoru. SSRİ xalq artisti (1963), professor (1966), Sosialist Əməyi Qəhrəmanı (1974), SSRİ Dövlət mükafatı laureatı (1941, 1951; 1977, ölümündən sonra). Səhnə fəaliyyətinə 1921-ci ildən başlamışdır. 1952–1953 illərdə A. S. Puşkin adına Moskva Dram Teatrının baş rejissoru, 1949–1951, 1955–1968 illərdə və 1970-ci ildən Moskva Malı Teatrının aktyoru və rejissoru olmuşdur. == Əsas rolları == Çatski ("Ağıldan bəla", A.S. Qriboyedov), Yalançı Dmitri ("Boris Qodunov", A. S. Puşkin), Klaverov ("Kölgələr", M. Y. Saltıkov-Şedrin), Oqnev ("Cəbhə", A. Y. Korneyçuk) və s. E. Rannetin "Brakonyerlər" pyesində Baboçkinin oynadığı Aadamın rolu rus teatrı tarixində mərhələ olmuşdur. "Yaylaq qonşuları" (1939, 1964, M. Qorki), "Pul" (1956, A. V. Sofronov), "İvanov" (1960, A. P. Çexov), "Həqiqət yaxşıdır, xoşbəxtlik daha yaxşıdır", "Tufan" (1965, 1974, A. N. Ostrovski) və s. pyesləri tamaşaya qoymuşdur. Baboçkin 1927 ildən kinoya ("Rəfiqələr", "Aktrisa", "Mister Mak Kinlinin qaçması" və s.) çəkilmişdir.
III Boris
III Boris (bolq. Борѝс III ; Boris Treti; 30 yanvar 1894[…], Sofiya – 28 avqust 1943[…], Sofiya) — Bolqarıstanın çarı (30 yanvar, 1918–28 avqust, 1943). == Həyatı == == Fəaliyyəti == Ferdinand I-ın oğlu 1918-ci ildə atasının devrilməsindən sonra(Bolqarıstanın I Dünya müharibəsində məğlubiyyətindən sonra) hakimiyyətə gəlmiş və 1943-cü ilə qədər hakimiyyətdə olmuşdur. Bu dövr Bolqarıstanın siyasi və iqtisadi stabillik dövrünə təsadüf edirdi. Bolqar hökuməti yeni ərazi əldə etmək cəhdləri edir və Bolqarıstan hər vəchlə öz qonşularına təsir göstərməyə çalışırdı. Boris bu yolda əlindən gələni etməyə çalışırdı. == İstinadlar == == Ədəbiyyat == Bulgaria in the Second World War by Marshall Lee Miller, Stanford University Press, 1975. Boris III of Bulgaria 1894–1943, by Pashanko Dimitroff, London, 1986, ISBN 0-86332-140-2 Crown of Thorns by Stephane Groueff, Lanham MD., and London, 1987, ISBN 0-8191-5778-3 The Betrayal of Bulgaria by Gregory Lauder-Frost, Monarchist League Policy Paper, London, 1989. The Daily Telegraph, Obituary for "HM Queen Ioanna of the Bulgarians", London, 28 February 2000. Balkans into Southeastern Europe by John R. Lampe, Palgrave Macmillan, New York, 2006.
II Boris
Boris (bolq. Борис II) — Birinci Bulqar dövlətinin imperatoru, I Pyotrun ilk oğlu idi. == Hakimiyyəti == 969-cu ildə taxta çıxmışdı. I Svyatoslavın üstünlüyünü qəbul edib, onunla Bizansa qarşı birləşməyə məcbur olmuşdu. Lakin 970-ci ildə həlledici döyüşdü müttəfiqini qoruya bilməyən Svyatoslav imperator I İohann Timizkesin Borisi həbs etməyinə mane ola bilmədi. Boris artıq çar kimi yox magistros yəni adi qubernator kimi görülürdü. Ölkənin qərb hissəsi isə Kometopuli sülaləsindən olan 4 gənc qardaş tərəfindən idarə olunurdu. Bizans hakimiyyəti bunu bir üsyan kimi, qardaşlar isə qəyyumluq hadisəsi kimi görürdülər. Boris qardaşı ilə ölkəsinə qayıdanda bir lal-kar sərhəd gözətçisi tərəfindən tanınmayaraq ürəyindən oxla vuruldu. Qardaşı isə bundan qurtuldu.
I Boris
I Boris Mixail (təq. 828, Pliska – 2 may 907, Preslav) — Birinci Bulqar dövlətinin ilk xristian hökmdarı, əsl adı Barıs olmuşdur.. Xristian olduqdan sonra titulu xan yox knyaz olmuşdur. == İlk dövrləri == 852-ci ildə I Presian xanın yeganə oğlu olaraq taxta çıxmış, Franklara qarşı Moraviya knyazı I Rastislavla birgə hücuma keçmiş, lakin dəhşətli şəkildə məğlub olmuşdur. 855-ci ildə imperator III Mixailə qarşı məğlubiyyət və xorvatların üsyanı xanı çətin vəziyyətdə qoymuşdu. === Serbiya === Knyaz Vlastimirin ölümündən sonra oğulları Mutimir,Stroyimir və Qoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilmədi. Vladimir və 12 boyar əsir düşdü. Boris sülh bağlamağa məcbur oldu və Mutimirə 2 qul, 2 şahin, 2 it, və 80 kürk verdi. Mutimir bundan əlavə 2 qardaşını da Borisin sarayına göndərdi, qardaşı oğlu Petarı isə saxladı.
Boris Puqo
Boris Karloviç Puqo (latış. Boriss Pugo‎, rus. Борис Карлович Пуго; 19 fevral 1937, Tver – 22 avqust 1991, Moskva) — SSRİ partiya və dövlət xadimi, Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1984–1988), Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin/Sov.İKP Mərkəzi Nəzarət Komissiyasının sədri (1988–1991), SSRİ Daxili İşlər naziri (1990-cı ildən ömrünün sonuna qədər). Boris Puqo 18 avqust 1991-ci ildən avqustun 21-dək Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin üzvü olmuşdur. == Həyatı == Boris Karloviç Puqo Kalinin (indiki Tver) şəhərində partiya işçisi ailəsində anadan olmuşdur. O, milliyyətcə latışdır. Puqo rus dilində latış dilindən daha yaxşı danışırdı. Onun ailəsi 1918-ci ildə Latviya müstəqil ölkə elan edildikdən və ardınca baş tutan müharibədə kommunist tərəfi məğlub olduqdan sonra Latviyanı tərk etmiş latış kommunistlər idi. Atası Karl Yanoviç Puqo Oktyabr inqilabının və Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. O, qırmızı "latış atıcısı" və yeraltı döyüşçü olmuş, 1930-cu illərdə Moskvada NKVD-də işləmiş 1940-cı illərin sonunda Latviya Kommunist Partiyası Riqa Şəhər Komitəsinin birinci katib seçilmişdir.
Boris Urlanis
Boris Sezareviç Urlanis (ukr. Урланіс Борис Цезарович; 15 (28) avqust 1906 və ya 1906, Kiyev – 14 iyul 1981 və ya 1981, Moskva) — sovet, Ukrayna, Rusiya demoqrafı, iqtisad elmləri doktoru, professor. O, iqtisadi demoqrafiya, statistikanın ümumi nəzəriyyəsi, əhalinin ümumi problemləri, SSRİ əhalisinin dinamikası və strukturu üzrə əsərlərin müəllifidir. == Həyatı == Boris Urlanis milliyyətcə yəhudi olan qədim dillər üzrə gimnaziya müəlliminin ailəsində anadan olub. Atası siyasi etibarsızlıq ucbatından bankda sığorta işçisi işləməyə məcbur idi. Boris ailədə onuncu övlad idi. O, anadan olandan 6 ay sonra, 1907-ci ilin yanvarında ailə Moskvaya köçdü və Boris ömrünün sonuna kimi burada yaşadı. 1914-1918-ci illərdə Moskvada özəl Çareviç Aleksey adına Təşviq Cəmiyyətinin Ticarət Məktəbində oxuyub. Ardınca 1918-1922-ci illərdə 91 saylı Moskva məktəbində "II-ci səviyyə" üzrə təhsil alıb. Boris Urlanis 1923-cü ildə Moskva Dövlət Universitetinin İctimai Elmlər Fakültəsinin Statistika şöbəsinə daxil olub.
Boris Belaş
Boris Fedoroviç Belaş (ukr. Борис Федорович Білаш; 1941, Çiraqidzor şaxtası, Xanlar rayonu) — sovet, ukraynalı yazıçı və şair, Ukrayna Milli Yazıçılar Birliyinin üzvü, siyasətçi, Rusiya Bloku partiyasının üzvü, həmçinin Regionlar Partiyası kimi, V, VI çağırış Ukraynanın xalq deputatı, Ukrayna Qəhrəmanı (2011). Ukraynanın əməkdar mədəniyyət işçisi (1999). == Bioqrafiya == 1941-ci il avqustun 1-də Azərbaycanın Çiraqidzor mədənində anadan olub. 1944-cü ildə ailəsi ilə birlikdə Donbasa köçüb. İlk illəri Qorlovkada keçib, burada Sənaye Texnikumunu bitirib, sonra o, Donbas Koçeqarka mədənində uzunvallı mədənçi kimi çalışıb. Ali təhsilli, əvvəlcə Xarkov Pedaqoji İnstitutunu, daha sonra 1974-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu poeziya fakültəsini bitirib. SSRİ Yazıçılar İttifaqının üzvü, Ukrayna Yazıçılar İttifaqının üzvü, bir çox şeir kitablarının müəllifidir. O, həm də Svyatogorsk şəhərinin himninin müəllifidir. 1980-ci illərdə Donetskdə Vladimir Sosyura adına regional ədəbi birliyə rəhbərlik edib.
Boris Bolinski
Boris Hagelin
Boris Sezar Vilhelm Hagelin (isv. Boris Caesar Wilhelm Hagelin; 2 iyul 1892, Hacıkənd[d] – 7 sentyabr 1983, Zuq[d]) — isveçli sahibkar, şifrələmə cihazlarının ixtiraçısı. Rotor maşınların ilk ixtiraçılarından biri olan Arvid Dammın və II Dünya Müharibəsində geniş istifadə olunan mexaniki şifrələmə maşınlarının işini davam etdirən elektromexaniki şifrələmə cihazlarının tərtibçisi. İsveçrənin Crypto AG şirkətinin təsisçisi, informasiya və telekommunikasiya təhlükəsizliyi üzrə ixtisaslaşmışdır. Devid Kan Hagelini ilk və yeganə kriptologiya milyonçusu adlandırır. == Bioqrafiyası == Boris Hagelin 2 iyul 1892-ci ildə Göygöl rayonun Hacıkənd qəsəbəsində anadan olub. Atası Karl Vilhelm Hagelin Bakıda Nobel neft şirkətində menecer işləyib. 1899-cu ildə Karl Hagelin direktor təyin edildi və ailəsi ilə birlikdə Sankt-Peterburqa köçdü. Boris Hagelin məktəbdə əvvəlcə Sankt-Peterburqda, sonra 1904-cü ildən İsveçdə oxuyub. Məktəbi bitirdikdən sonra o, Stokholmdakı Krallıq Texnologiya İnstitutuna daxil olub, burada mühəndis-mexanik ixtisası üzrə təhsil alıb və 1914-cü ildə bitirib.
Boris Kustodiyev
Kustodiyev Boris Mixayloviç (23 fevral (7 mart) 1878[…], Həştərxan – 28 may 1927, Leninqrad) — Sovet boyakarı və qrafiki. 1896–1903 illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur (1909 ildən akad.). "Mir iskusstva" birliyin üzvü olmuşdur.(1911-ci ildən). == Yaradıcılığı == Yaradıcılığında mənzərələr və şəhər həyatından səhnələr "Çay dəstgahı" 1913, "Gözəl qadın", 1915, "Tacir arvadı çay içərkən", 1918-hər iki əsər Rus muzeyindədir, Lelinqrad, eləcə də portret janrı ovto portret, 1912 Uffitsi qalereyası, Florensiya: "F. İ. Şalyapin" 1922 Rus muzeyi əsas yer tutur. Birinci rus inqilabı dövründə carizmi ifşa edən karikaturalar çəkmişdir. Sovet hakimiyyəti illərində inqilabi mövzuda plakat və tablolar yaratmışdır. "Bolşevik", 1920, Tretyakov qalereyası; "Kominternin 2-ci konqresi şərəfinə Uritski meydanında bayram" 1921 Rus muzeyi. Kitablara illüstrasiyalar çəkmiş, eləcə də teatr rəssamlığı sahəsində fəaliyyət göstərmişdir.
Boris Lyatoşinski
Boris Mikolayoviç Lyatoşinski (ukr. Бори́с Миколáйович Лятоши́нський; Boris Nikolayeviç Lyatoşinski kimi də tanınır (rus. Бори́с Николаевич Лятоши́нский); 22 noyabr (4 dekabr) 1894, Jitomir – 15 aprel 1968[…], Kiyev) — ukraynalı bəstəkar, dirijor və müəllim, Ukrayna klassik musiqisində modernizm və ekspressionizmin nümayəndələrindən biri. XX əsr Ukrayna bəstəkarlarının yeni nəslinin aparıcı nümayəndəsi, o, bir sıra mükafatlara, o cümlədən Ukrayna SSR-nin Xalq Artisti fəxri adına və iki Stalin mükafatına layiq görülüb. O, ibtidai təhsilini Polşa ədəbiyyatı və tarixinin yüksək qiymətləndirildiyi evdə alıb. 1913-cü ildə məktəbi bitirdikdən sonra Kiyev Universitetinin Hüquq fakültəsinə daxil olur və məzun kimi Kiyev Konservatoriyasında musiqi müəllimi vəzifəsinə işə düzəlir. 1910-cu illərdə Lyatoşinski müxtəlif musiqi janrlarında 31 əsər yazıb. 1930-cu illərdə o, xalq musiqisini öyrənmək və yerli əhalinin həyatından bəhs edən balet bəstələmək üçün Tacikistana gedib. 1935–1938-ci illərdə və 1941–1944-cü illərdə Moskva Konservatoriyasında orkestrdən dərs deyib. Müharibə zamanı təxliyə edilən Lyatoşinski Konservatoriyanın Saratovdakı filialında dərs deyir, burada ukrayna mahnılarının aranjimanları üzərində işləyir və Ukrayna musiqi əlyazmalarının təhlükəsiz yerə daşınmasını təşkil edirdi.
Boris Çirkov
Boris Çirkov Petroviç (rus. Бори́с Петро́вич Чирко́в; 31 iyul (13 avqust) 1901, Nolinsk, Vyatka quberniyası[d] – 28 may 1982, Moskva, SSRİ, Sovet Rusiyası[d])—rus aktyoru. SSRİ xalq artisti (1950). Sosialist Əməyi Qəhrəmanı (1975). SSRİ Dövlət mükafatı laureatı (1941, 1947, 1949, 1952). Leninqrad Səhnə Sənəti İnstitutunu bitirmişdir (1926). == Yaradıcılığı == Moskvanın müxtəlif teatrlarında işləmişdir. 1928 ildən kinoda çəkilmişdir. "Makssimin gəncliyi" (1935), "Maksimin qayıtması" (1937) və "Vıborq tərəfi" (1939) kinotrilogiyasında yaratdığı romantik təbiətli inqilabçı fəhlə obrazı Çirkova geniş şöhrət qazandırmışdır. "Çapayev" (1934), "Aleksandır Parxomenko" (1942), "Cəbhə" (1943), "Partizanlar Ukrayna meşələrində" (1943), "Qlinka" (1947), "Şərəf məhkəməsi" (1949), "Özgə hesabına dolanan adam" (1953, film tamaşa), "Sadiq dostlar" (1954), "Mənim əziz adamım" (1958).
Boris Lavrenyov
Lavrenyov Boris Andreyeviç (5 (17) iyul 1891 və ya 17 iyul 1891, Xerson – 7 yanvar 1959[…], Moskva) — rus sovet yazıçısı, dramaturq. SSRİ Dövlət mükafatı laureatı (1946, 1950). == Yaradıcılığı == "Külək" (1924), "Qırxbirinci" (1924; eyniadlı filimlər, 1927, 1956 povestlərində, "Ayrılma" (1927) pyesində inqilabi qəhrəmanlıq romantikası əks olunmuşdur. Yeddinci pyek" (1927), "Ağac üzərində qravür" (1928) povestləri "ziyalılar, xalq və inqilab" mövzusundadır. "Strateji səhv" (1934), "Böyük torpaq" (1935) povestləri, "Qaradənizçilər haqqında nəğmələr" (1943), "Dənizdəkilərin şərəfinə" (1945) dramları var. Bəzi hekayələri Azərbaycan dilində tərcümə olunmuş, "Qiyam" (1925), "Ayrılma" "Amerikanın səsi" (1950) dramları Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur. İki orden və medallarla təltiv edilmişdir.
Boris Tadiç
Boris Tadiç (serb. Борис Тадић; 15 yanvar 1958, Sarayevo) — Serb siyasətçidir. O, 2004-2014-cü illər arasında Serbiya Demokrat Partiyasının, 2004-2012-ci illər arasında isə Serbiya Respublikasının prezidenti olmuşdur. Boris Tadiç 2002-ci ildə Yuqoslaviya Federativ Respublikasının nəqliyyat naziri olmuşdur. Serbiya və Monteneqro parlamentində müdafiə naziri vəzifəsində fəaliyyət göstərmiş və elə həmin il parlamentin spikeri seçilmişdir. Serbiya Demokrat Partiyasının Baş Assambleyasının katibi, idarə heyətinin vitse-prezidenti və vəkili, 2004-2014-cü illər arasında isə partiyanın sədri vəzifəsində fəaliyyət göstərmişdir. O, 2004-cü ildə Serbiyada keçirilmiş olan prezident seçkilərinin birinci turunda 27,3% səslə qalib gəlmişdir. 27 iyun 2004-cü ildə keçirilmiş seçkilərin ikinci turunda isə rəqibi olan Tomislav Nikoliçə qalib gələrək Serbiya və Monteneqronun prezidenti seçilmişdir. 2012-ci il aprel ayının 5-də, prezident seçkilərinə bir il qalmış o, prezident postundan istefa verərək növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. 2012-ci il may ayının 6-da keçirilmiş prezident seçkilərinin birinci turunda 25,31% səs yığaraq birinci olmuşdur.
Boris Çüdük
Boris Baadanoviç Çüdük (tıva Борис Бааданович (Чүдүк) Чюдюк; ) — Tıva yazıçısı, şairi və deputatı. == Həyatı == Çüdük 1 yanvar 1925-ci ildə Tuva Xalq Respublikasının Barun-Xamçik kojuununun Bay-Tay kəndində anadan olmuşdur. Kızıl 2 saylı orta məktəbində oxumuş, daha sonra sonra Qızıl Pedaqoji İnstitutunu bitirmişdir. Muğur-Aksı və Teeli məktəblərində müəllim və direktor işləmiş, bölgənin rayon xalq maarif müdiri vəzifələrində işləmiş, Bay-Tayqa, Çön-Hemçik bölgələrinin rəhbəri olmuş, Tıva Muxtar Sovet Sosialist Respublikasında mühüm vəzifələrdə çalışmışdır. Rusiyada tarix və mədəniyyət təşkilatının Tıva nümayəndəsi idi. O, müxtəlif orden və medallara layiq görülmüşdür, SSRİ, Rusiya, Monqolustan və Tıva Respublikasının dövlət mükafatları laureatı olmuşdur.