Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borno ştatı
Borno ştatı (ing. Borno State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Berberlərin evi mənasını daşıyır. Keçmişdə o Bornu adını daşıyırdı. Bu ad Bornu İmperiyasından qalıb.
Bornun mirası (film, 2012)
Bornun mirası (ing: The Bourne Legacy) və ya Bornun doğulması (Ru: Эволюция Борна) Ceyson Born film seriyasının spin-offu olan Tony Gilroy tərəfindən çəkilmiş döyüş filmidir və bu filmdəki hadisələr əvvəlki filmdəki hadisələrə paralel baş verir. Baş qəhrəman Aaron Kross rolunu Ceremi Renner canlandırmışdır. Film Erik Van Lastbaderin (Amerika yazıçısı Robert Ludlumun Ceyson Born seriyasını davam etdirən yaziicy) eyniadlı kitabının şərəfinə adlandırılmışdırsa da, həmin kitabdakı hadisələrə əsaslanaraq çəkilməmişdir. == Süjet xətti == Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş muzdlusu Ceyson Bornun sərgüzəştləri hələ başa çatmayıb. Born həddindən artıq təhlükəli olduğundan təşkilat ondan əl çəkmək fikrində deyil. Ancaq bu dəfə “Tredstoun layihəsi deyil, onunla əlaqəli olan “tam məxfi” möhürlü başqa layihədən danışılır. MKİ-nin sözügedən bölməsi haqqında məlumatların kütləvi informasiya vasitələrinə sızmasından sonra təşkilat onların fəaliyyətinə işarə edən bütün dəlilləri, o cümlədən insanları bir-bir aradan götürür. Adı “qara siyahıda” olan keçmiş məxfi agent Aaron Kross sağ qalmaq üçün bu mexanizmə qarşı mübarizəyə başlayır. Bu işdə ona bilavasitə layihədə iştirak edən cazibədar həkim Marta Şerinq köməkçi olacaq.
Bornun ultimatumu (film, 2007)
Bornun ultimatumu (orijinal adı: The Bourne Ultimatum) 2007-ci ildə çəkilmiş, 80-ci Akademiya Mükafatlarında 3 Akademiya Mükafatı qazanmış, tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, IMDb Top 250 siyahısında yer alan The Bourne Legacy adlı davam filmi çəkilmiş, əsas personajı, yəni Jason Bourne personajı rolunu Oskar mükafatlı aktyor Mett Deymonun oynadığı, sauntrekində sadəcə musiqilər istisna olmaqla, Mobynin The Extreme Ways mahnısının yer aldığı döyüş/casus filmidir. Robert Ludlumun eyniadlı kitabı əsasında çəkilmiş bu film, Born seriyasındakı üçüncü filmdir (Bornun müəyyən edilməsi və Meduza çevrilişi seriyanın digər filmləridir). Film yüksək hərəkətliliyin olduğu və döyüşlərin demək olar ki, heç bitmədiyi bir filmdir. == Süjet xətti == Jason Bourne (Matt Damon) keçmişinin sirlərini öyrənə bilmir. Onun sağ olduğunu bilənlər onu aradan qaldırmağa cəhdlər edirlər, buna görə də o, Rusiyaya Moskvaya köçür, amma yenidən burada tapılır və sevdiyi bir insan, həyatda ona sağ qalması üçün çoxlu köməkliklər etmiş Mari Helena Kreutz (Franka Potente) qəza nəticəsində vəfat edir və bundan sonra Ceysonun keçmişinin sirlərini tapmaq və yenidən yeni macəralar yaşamasının vaxtı gəlib çatmışdır. İndi Moskvadan Parisə, oradan da Mərakeşə gedəcək Bornu müxtəlif yeni macəralar və gərginliklər gözləyir.
Bornun üstünlüyü (film, 2004)
Bornun üstünlüyü 2004-cü ildə çəkilmiş bədii filmdir. Film Robert Ludlumun eyniadlı kitabı əsasında çəkilib. Film keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı, yaddaşını itirmiş peşəkar sui-qəsdçi Ceyson Born haqqında olan ikinci film olub Bornun müəyyən edilməsi filminin davamıdır. 2007-ci ildə hekayənin üçüncü hissəsi olan Bornun Ultimatumu buraxılmışdır. Dördüncü film The Bourne Evolution (2012) filmidir. Beşinci film - "Jason Bourne" (2016) filmidir. == Süjet xətti == Ekran əsəri Robert Ladlamın casus romanları əsasında çəkilmiş “Born Trilogiyasının” ikinci filmidir. Baş qəhrəman Ceyson Born (Mett Deymon) artıq Mərkəzi Kəşfiyyat İdarəsinin muzdlu qatili deyil, agentliyin radarına düşməmək üçün uzaq şərq ölkəsində sevgilisi Mari Kroytzla (Franka Potente) birgə sakit həyat yaşayır. Ancaq qatil olduğu günlərlə bağlı xatirələr və onunla əlaqəli gecə gördüyü yuxular, onu yaman narahat edir. Nələrin həqiqətən baş verdiyini, nələrin isə təxəyyülünün məhsulu olduğunu ayırd edə bilmir.
Bornun müəyyən edilməsi (film, 2002)
Bornun müəyyən edilməsi (ingiliscə: The Bourne Identity) — rejissor Doug Limanın çəkdiyi və Robert Ludlumun eyniadlı romanından ekranlaşdırılmış Amerika bədii filmidir. Film yaddaşını itirmiş keçmiş CIA zabiti və peşəkar sui-qəsdçi Ceyson Born haqqındakı pentalogiyanın ilk filmidir. == Süjet xətti == İtaliyalı balıqçılar Aralıq dənizinin sularında huşsuz vəziyyətdə naməlum bir adam tapırlar. Göyərtəyə qaldırdıqları həmin şəxsin bədənində iki güllə yarası var, buduna isə İsveçrə bankındakı hesab nömrəsinin yazıldığı kapsula implantasiya olunub. Naməlum şəxs özünə gələn zaman kim olduğunu və başına nə gəldiyini yada sala bilmir. Lakin bir neçə dildə səlis danışa bilir və bir sıra digər inanılmaz bacarıqlara malikdir. Sürixdə kapsulda olan bank hesabından pul çıxardıqdan sonra, əsil adının Ceyson Born olduğunu öyrənir. Lakin bunun onun həqiqi adı olub olmadığını dəqiq bilmir. İtirilmiş “yaddaş zəncirlərini” bir-bir toplayan Born, Parisdə qaldığı mənzili tapır. Mənzilə ayaq basması böyük səhv olur.
Borneo
Kalimantan (ind. Kalimantan), bəzən Borneo (malay Borneo) — Adaların dünyada sahəsinə görə sıralamasında üçüncüdür. Adada üç dövlət yerləşir: İndoneziya, Bruney və Malayziya. Onun sahəsi 743,330 km² təşkil edir. Ada Malay arxipelaqının daxilində, cənub-şərqi Asiyada yerləşir. Ada avropalılar tərəfindən 1521-ci ildə Magellanın ekspedisiyası zamanı kəşf edilir. == Etimalogiyası == Ada bir çox adlarla məşhurdur. Ada ümumxalq dilində Borneo adlanır. Bu ad Bruney sultanlığının adı ilə bağlıdır. Magellanın ekspedisiyası adanın bu hissəsinə lövbər atırlar.
Bornit
Bornit — kubik sinqoniya – yüksək temperaturlu (>228 °C) modifikasiya; triqonal sinqoniya – aşağı temperaturlu metastabil modifikasiya; tetraqonal sinqoniya – aşağı temperaturlu (<228 °C) modifikasiya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – dəyişilməmiş təzə səthində tuncu-sarı, tünd misi-qırmızı. Havada dərhal tutqunlaşır və göy, qırmızımtıl və bənövşəyi çalarlı əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq–4,9–5,3; Sərtlik – 3; Kövrəkdir; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari; Başqa xassələr – elektrik keçiriliciyi ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir heksaedrik, dodekaedrik, oktaedrik; Mineral aqreqatları: dənəvər, sıx kütlələr, damarcıqlar, püruzlar, qabıqlar, haşiyələr, lövhəciklər. == Mənşəyi və yayılması == Həm endogen, həm də ekzogen proseslərin məhsuludur. Mineralın hipogen əmələgəlmələrinə maqmatik (mis-nikel), skarn tipli və hidrotermal yataqlarda, hipergen əmələgəlmələrinə isə mis filizi yataqlarının törəmə sulfidlərlə zənginləşmə zonasında rast gəlinir. Misli qumdaşları və misli şistlər içərisində yerləşən stratiform tipli yataqlarda geniş yayılmışdır. Autigen mineral və sement kimi çox az hallarda çökmə süxurlarda tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkozin, digenit, kovellin, xalkopirit, tetraedrit, tennantit, enargit. Mineralın tapıldığı yerlər: Mansfeld (Almaniya); Cezkazqan, Uspenski (Qazaxıstan); Dzerjinski, Qay, Lyovixa (Rusiya); Byutt (ABŞ); Braden (Çili); Sumeb (Namibiya) və b.
Bornay məscidi
Bornay məscidi (tat.: Bornay məçete) — Kazanda Qədim Tatar qəsəbəsində yerləşən XIX əsrə aid memarlıq abidəsi. == Haqqında == 1799-cu ildə indiki məscidin yerində tacir Salih Mustafin taxtadan məscid tikib. Bu məscid Apanaev mədrəsəsinin şagirdləri üçün fəaliyyət göstərirdi. 1831-ci ildə tacir öldükdən sonra bu ərazi və məscid yaxınlıqda yaşayan müsəlman icmasına verilir.1872-ci ildə şəhərin müsəlman icması tərəfindən memar P.Romanovun layihəsi ilə milli romantizm istiqamətində eklektik formada tikilib. Bina tacir M.Burnayevin hesabına tikilib. Məscidin minarəsi isə F.Malinovski və L.Xroşonoviçin layihəsi ilə tikilib. Bina özlüyündə bir mərtəbəli, bir zallı və tək minarəlidir. Fasadında orta əsr tatar, rus memarlığının elementlərindən istifadə olunub. 1930-1994-cü illər ərzində məscid fəaliyyət göstərməyib. Hazırda isə məscid təmir olunaraq fəaliyyətə başlayıb.
Borneo fili
Borneo fili (lat. Elephas maximus borneensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinin adi asiya fili növünə aid heyvan yarımnövü. == Xarakteristikası == Ümumi olaraq, Asiya fili Afrika filindən daha balacadır və başının ən yuxarı hissəsində ləkə var. Xortumun forması təkbarmaqvaridir. Belləri qabarıq və ya hamardır. Malayziya yarımadasından 15, Sabahdan 6 Borneo filinin morfolojik ölçüləri götürülmüş və hər bir fil üçün 3 dəfə təkrarlanılmış və ortalaması əldə edilmişdir. Nəticələrə görə, iki fərqli ərazidə yaşayan fil populyasiyası arasında ciddi bir fərq yoxdur. Borneo filləri həddən artıq cansıxıcı və passivdirlər. Bəzi alimlərin fikrinə görə bu xüsusiyyət onlara qədim daxili kolleksiyadan gəlir. == Yayıldığı ərazilər == Əsasən, Kalimantan adasının şimal və şimal-şərq hissələrində yaşayırlar.
Sebastian Bornau
Sebastian Bornau (22 mart 1999) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda müdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Anderlext === Bornau Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. Bornau öz peşəkar karyerasında debütünü 28 iyul 2018-ci ildə Kortriyk klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 4-1 hesabı ilə qalib gəlmişdir.Belçika millisinin sabiq üzvü Daniel van Buyten Bornaunun şəxsi agentidir. == Milli karyerası == 2016-cı ildə Bornau Belçikanın gənclərdən ibarət milli komandası ilə Azərbaycanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bornau Azərbaycan, Portuqaliya və Almaniya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. == Karyera statistikası == === Klub === 31 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == Soccerway.com saytında profili (ing.) Sebastian Bornau — transfermarkt.com saytında.
Burnaz Atikə Sultan
Burnaz Atikə Sultan (1614, Konstantinopol, Osmanlı imperiyası – 1674, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == Atikə Sultan 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Şahzadə Qasımın əkizidir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Xanzadə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər. Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. 1633-cü ildə qardaşı Sultan Muradın istəyilə kaptan-ı dərya Bostancı Cəfər Paşayla nigahlandı. Ancaq Cəfər Paşa qısa zaman sonra gözdən düşdü və cəmi bir il sonra - 30 iyun 1634-cü ildə vəzifədən alındı. Bununla yanaşı Sultan Muradın əmriylə Atikə Sultandan boşandı və paytaxtdan uzaqlaşdırıldı.
Burnaz Atiyə Sultan
Burnaz Atikə Sultan (1614, Konstantinopol, Osmanlı imperiyası – 1674, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == Atikə Sultan 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Şahzadə Qasımın əkizidir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Xanzadə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər. Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. 1633-cü ildə qardaşı Sultan Muradın istəyilə kaptan-ı dərya Bostancı Cəfər Paşayla nigahlandı. Ancaq Cəfər Paşa qısa zaman sonra gözdən düşdü və cəmi bir il sonra - 30 iyun 1634-cü ildə vəzifədən alındı. Bununla yanaşı Sultan Muradın əmriylə Atikə Sultandan boşandı və paytaxtdan uzaqlaşdırıldı.
Born seriyası
Born ilk dəfə 1980-ci illərdə Amerika yazıçısı Robert Ludlum tərəfindən nəşr edilmiş üç kitabdır. Daha sonra bu kitablardan ekranlaşdırılmış şəkildə Mett Deymonun baş rolda olduğu bədii filmlər çəkilmişdir.
Ceyson Born
Ceyson Born — Robert Ludlum tərəfindən yazılmasına başlanılmış və daha sonra Erik Van Lustbader tərəfindən davam etdirilən bir sıra romanlar seriyasının baş qəhrəmanıdır. İlk dəfə The Bourne Identity (1980) romanında görünmüşdür. Bu roman eyni adlı televiziya serialı (1988) və filmə (2002) çevrilmişdir. İlk bədii film olan The Bourne Identitydən sonra The Bourne Supremacy 2004-cü ildə ekranlara çıxmışdır. 2007-ci ildə The Bourne Ultimatum buraxılmışdır. Bundan əlavə, Erik Van Lustbaderin yazdığı daha 4 kitab var və onlar hələ böyük ekrana köçürülməmişdir. Bundan əlavə, Rachel Weisz və Ceremi Rennerin baş rollarında oynadığı başqa bir filmdə "The Legacy of Bourne" (2012) adı ilə çəkilmişdir. == Ədəbi hekayə == Jason Bourne, karyera xarici xidmət zabiti və Uzaq Şərq məsələləri üzrə mütəxəssis olan David Webb tərəfindən istifadə edilən bir çox ləqəblərdən biridir. "The Bourne Identity"dəki hadisələrdən əvvəl Uebbin Pnom Penhdə Dao adlı Taylandlı arvadı və Joshua və Alyssa adlı iki uşağı var idi. Uebbin həyat yoldaşı və uşaqları Vyetnam müharibəsi zamanı bir döyüş təyyarəsinin Kambocaya doğru yoldan çıxması, iki bomba atması və Mekonq çayı yaxınlığında bir yerə hücum etməsi nəticəsində həlak olub.
Elizabet Born
Elizabet Born (fr. Élisabeth Borne; 18 aprel 1961, 15-ci Paris dairəsi[d], Fransa) — 16 may 2022-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız dövlət xadimi.
Maks Born
Maks Born (alm. Max Born‎; 11 dekabr 1882[…], Vrotslav, Prussiya, Almaniya imperiyası[…] – 5 yanvar 1970[…], Göttingen, Aşağı Saksoniya) — alman nəzəri fiziki və riyaziyyatçısı, kvant mexanikasının banilərindən biri. Fizika üzrə Nobel mükafatı (1954) luareatı. Dünyanın bir neçə elmi cəmiyyətinin üzvü, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü (1934). Born kvant nəzəriyyəsində fundamental nəticələrin müəllifidir: o, matris mexanikasının yaradıcılarından biri olmuş, Şredinger dalğa funksiyasının ehtimal olunan bir şərhini təklif etmiş və dağılma kvant nəzəriyyəsinə (Born yaxınlaşması) və digər elmi fənlərə əhəmiyyətli töhfələr vermişdir. Kristal qəfəsləri dinamikası, bərk maddələrin, maye və qazların termodinamikası və kinetik nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və elastiklik nəzəriyyəsi məsələləri ilə məşğul olmuşdur. Kvant mexanikasının fikirlərini elmin müxtəlif sahələrindən (atomların və molekulların quruluşu, bərk vəziyyət fizikası və başqaları) verilən suallara tətbiq etmiş və xətti olmayan elektrodinamikanın (Born - İnfeld nəzəriyyəsi) qurulmasına cəhd etmişdir. Göttingen və Edinburqda Born böyük elmi məktəblər yaratmış və elmin fəlsəfi və sosial problemlərinə dair nəşrlər nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra sülh uğrunda elm adamları hərəkatının yaradıcılardan və fəal iştirakçılardan biri oldu.
Born to Die
Born to Die — amerikalı müğənni-bəstəkar Lana Del Reyin ikinci studiya albomu. 27 yanvar 2012-ci ildə Interscope Records və Polydor Records tərəfindən buraxılmışdır. Albomun The Paradise Edition adlı başqa versiyası 9 noyabr 2012-ci ildə buraxılıb.
Borbor
Borbor — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd'dir == Tarixi == Borbor Dəvəçi rayonunun Rəhimli inzibati ərazi vahidində kənd. Şabran Çay Borbor Kəndindən Axır. Samur-Dəvəçi ovalığındadır. 1917 və 1933-cu illərdə Burbur variantında qeydə alınmışdır. 1917-ci ildə Şamaxı ərazisində də Borbor kəndinin olması haqqında məlumat verilir. Tədqiqatçıların fikrincə, kənd XVIII əsrin axırlarında Qubalı Fətəli xanın Cənubi Azərbaycandan kocurub gətirdiyi borborlar (baharlı tayfasının qolu) tərəfindən salınmışdır. Abşeronda qeydə alınmış Borborşor göl adı, Cənubi Azərbaycandan Urmiya Şəhəri yaxınlığındakı Borbor yer adı da bu oykonimin paralelləridir.
Borneol
Borneol (1,7,7-trimetilbisiklo-[1.2.2]-heptanol-2) -kimyəvi formulu: C10H18O. Borneol (solda) (endo-1,7,7-trimetilbisiklo-[1,2,2]-heptanol-2) terpen spirtlərinə aiddir. == İzahı == Xarakterik iynəyarpaq qoxusu olan rəngsiz kristallar; suda zəif həll olunur, yaxşı, üzvi həlledicilərdə, o cümlədən spirtlərdə isə pis həll olur. İzoborneol (sağda) - (ekzo-1,7,7-trimetilbisiklo-[1,2,2]-heptanol-2). Aşağı toksiklik xassəsinə malikdir, lakin mərkəzi sinir sisteminə təsir edir, qan təzyiqini azaldır. Borneol və izoborneol oksidləşdikdə kamfora çevrilir, turşu katalizatorlarının təsiri altında izoborneol borneoldan daha asan dehidratlaşır və kamfen əmələ gətirir (Vaqner-Mervein qruplaşması), həmçinin sadə efirləri asan, mürəkkəb efirləri isə çətin əmələ gətirir. == Təbiətdə tapılması == Borneollar və onların efirləri təbiətdə geniş yayılmışdır. Borneol ilk dəfə, efir yağında kəşf edilmiş və uzun müddət vətəni Sumatra və Kalimantan adalarında olan kamfora bitkisindən əldə edilmişdir. Bu hündür (60 m və daha yuxarı) ağacdır, tərkibində borneol və ya əvvəllər Bornean kamforası adlanırdı. Borneol əldə etmək üçün meşədə ağaclar parçalarla kəsilir, çatlarda kristallaşan borneol kristalları qırılır, sonra doğranmış gövdə və budaqlar efir yağının su buxarı ilə distillə edilməsinə məruz qalır. Dondurma yolu ilə efir yağından əlavə miqdarda borneol alınır.
Bornova
Bornova (türk. Bornova) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şərqində Kamalpaşa, cənubunda Buca, qərbində Konak və Bayraqlı, şimal-qərbində Qarşıyaxa və Menemen ilçələri, şimalında isə Manisa ili yerləşir. İlçənin sahəsi 220 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 450,992 nəfərdir.
Börnli FK
Börnli Futbol Klubu, İngiltərənin Lankaşir qraflıqının Börnli şəhərinin eyni adlı futbol komandası. 1888-ci ildə qurulan İngiltərə Futbol Liqasının qurucu klublarındandır.
Borrou
Barrou (ing. Barrow) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Lordoz
Lordoz (yun. "lordos" – əyilmiş) — anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır.
Frenk Makfarleyn Börnet
Frenk Makfarleyn Börnet (Sir Frank Macfarlane Burnet; 3 sentyabr 1899[…] – 31 avqust 1985[…], Melburn) — immunologiya sahəsindəki xidmətlərinə görə tanınmış avstraliyalı virus sahəsi məşğul olan mütəxəssis, viroloq. İmmunoloji tolerantlığın öyrənilməsi sahəsindəki nailiyyətlərinə və klonal seleksiya nəzəriyyəsinin inkişafında göstərdiyi xidmətlərinə görə 1960-cı ildə Nobel mükafatına layiq görülüb. 1924-cü ildə Avstraliyanın Melbourn Universitetində Tibb elmlər doktoru,1928-ci ildə London Universitetində tibb üzrə fəlsəfə elmlər doktoru dərəcəsi alıb. Avstraliyada tibb elminin inkişafında böyük xidmətləri olub, 1944–1965-ci illərdə Melbourn Universitetində direktor vəzifəsində, Avstraliya Milli Elmlər Akademiyasının üzvü seçilib və 1965–1969-cu illərdə akademiyanın direktoru vəzifəsində çalışıb. Burnetin immunologiyanın inkişafında böyük xidmətləri olub. O, spesifik immunitetin limfositlərlə bağlı olmasını göstərmiş və o bu hüceyrələrə immunositlər adını vermişdir. İmmunoloji reaksiyalarda timus vəzinin xüsusi rol oynamasını Burnet göstərmişdir. Onu müasir immunologiyanın banisi də hesab edirlər.
Frensis Eliza Börnet
Frensis Eliza Börnet (24 noyabr 1849[…], Mançester, Lankaşir – 29 oktyabr 1924[…]) – Britaniya əsilli amerikalı yazıçı. == Həyatı == Frensis Eliza Börnet 1849-cu ildə Mançesterdə anadan olmuşdur. Atasını erkən yaşlarda itirən Frensis əsasən nənəsinin himyəsində tərbiyə almışdır. Nənəsinin Frensisə aldığı kitablar onda ədəbiyyata qarşı maraq oyandırmış və gələcəkdə bu sahəyə yönəlməsində ciddi əhəmiyyətə malik olmuşdur. 1865-ci ildə ABŞ-nin Tennesi ştatında yaşayan dayısının yanına köçür. 1873-cü ildə isə Suan Börnetlə evlənir. == Ədəbi fəaliyyəti == Erkən yaşlarda yerli qəzetlər üçün yazılar yazan Frensisin ilk iriçaplı əsər 1868-ci ildə bir jurnalda çapdan çıxmışdır. == Əsərləri == "The Secret Gordon" (Gizli Bağça. (1911). Roman.
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Ornon
Ornon (fr. Ornon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38285. Kommunanın 1999-cu il üçün əhalisi 138 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 799 ilə 2856 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Ceyson Born (film, 2016)
Jason Bourne 2016-cı ildə Pol Qrinqrassın rejissorluğu ilə çəkilmiş və Qrinqrass, Mett Deymon və Kristofer Rouz tərəfindən ssenari xətti yazılmış Amerika döyüş, agent, triller filmidir. Bu, 2007-ci ildə çəkilmiş “The Last Ultimatum of the Bourne” filminin davamı və seriyanın beşinci hissəsidir. Filmdə baş rolları Deymon, Julia Stiles, Alicia Vikander, Tommy Lee Jones və Vincent Cassel canlandırmışdırlar.
Ronda Börn
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Birgöz
Birgöz (lat. Ligustrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Yarpağıtökülən, yaxud həmişəyaşıl kollar, bəzən ağaclardır (hünd. 10 m-ədək). Yarpaqları qarşılıqlı, sadə, ellipsşəkilli, tamkənarlıdır. Süpürgəvarı və ya salxımvarı, təpə, yaxud qoltuq çiçək qrupunda birləşən çiçəkləri xırda, ağ, ətirli, çiçək tacı bitişikləçəklidir. Meyvələri qara giləmeyvəyəbənzər çəyirdəkmeyvədir. Çiçəyində efir yağı, qabıq və yarpağında aşı maddəsi olur. Avrasiyanın mülayim və tropik zonalarında yayılmış təqribən 50 növü məlumdur. Müxtəlifrəngli yarpaqları olan bir çox bağ forması və sortları var.