FIRST-AID
FIRST CAUSE
OBASTAN VİKİ
First Arsch
First Arsch — „Rammstein“-in vokalisti Till Lindeman tərəfindən 1986-ci ildə Şverində yaradılmış punk rock qrupudur. Amma Lindemann bu qrupda zərb alətində ifa edirdi. == Haqqında == First Arsch qrupu „İlk Sənət“ adı ilə tanınırdı. Bu ad səlahiyyətli orqanların fikirlərini yayındırmaq , incəsənətlə məşğul olan qrup olduqlarını göstərmək üçün qoyulmuşdur. Çünki o zamanlar Şərqi Almaniyada bu cür qrupların fəaliyyəti qadağan adı. Aşkarlanacağı təqdirdə qrup üvlərini böyük cəzalar gözləyirdi. Qısaca olaraq First Arsch gizli qrup idi. Gizlicə konsertlər verirdi. == Üzvləri == Yörq E. Milke (Bas gitarist, vokalist) Till Lindeman (Zərb) Rixard Kruspe (Baş gitarist, vokalist) Paul H. Landers (Ritim gitaristi, vokalist) == Diskoqrafiya == „Saddle Up“ - Albomdakı mahnıların siyahısı: Train Priest in love SKA(T) In the name of love Crowded house Preagnant AHA-ha Superstition Saddle Up O-cult Moder Blues Come together Hip Hop Flop Chicken steps Big Dong (für Saskia S.) == Xarici keçidlər == First Arsch — discogs.com saytında.
Born seriyası
Born ilk dəfə 1980-ci illərdə Amerika yazıçısı Robert Ludlum tərəfindən nəşr edilmiş üç kitabdır. Daha sonra bu kitablardan ekranlaşdırılmış şəkildə Mett Deymonun baş rolda olduğu bədii filmlər çəkilmişdir.
Ceyson Born
Ceyson Born — Robert Ludlum tərəfindən yazılmasına başlanılmış və daha sonra Erik Van Lustbader tərəfindən davam etdirilən bir sıra romanlar seriyasının baş qəhrəmanıdır. İlk dəfə The Bourne Identity (1980) romanında görünmüşdür. Bu roman eyni adlı televiziya serialı (1988) və filmə (2002) çevrilmişdir. İlk bədii film olan The Bourne Identitydən sonra The Bourne Supremacy 2004-cü ildə ekranlara çıxmışdır. 2007-ci ildə The Bourne Ultimatum buraxılmışdır. Bundan əlavə, Erik Van Lustbaderin yazdığı daha 4 kitab var və onlar hələ böyük ekrana köçürülməmişdir. Bundan əlavə, Rachel Weisz və Ceremi Rennerin baş rollarında oynadığı başqa bir filmdə "The Legacy of Bourne" (2012) adı ilə çəkilmişdir. == Ədəbi hekayə == Jason Bourne, karyera xarici xidmət zabiti və Uzaq Şərq məsələləri üzrə mütəxəssis olan David Webb tərəfindən istifadə edilən bir çox ləqəblərdən biridir. "The Bourne Identity"dəki hadisələrdən əvvəl Uebbin Pnom Penhdə Dao adlı Taylandlı arvadı və Joshua və Alyssa adlı iki uşağı var idi. Uebbin həyat yoldaşı və uşaqları Vyetnam müharibəsi zamanı bir döyüş təyyarəsinin Kambocaya doğru yoldan çıxması, iki bomba atması və Mekonq çayı yaxınlığında bir yerə hücum etməsi nəticəsində həlak olub.
Elizabet Born
Elizabet Born (fr. Élisabeth Borne; 18 aprel 1961, 15-ci Paris dairəsi[d], Fransa) — 16 may 2022-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız dövlət xadimi.
Maks Born
Maks Born (alm. Max Born‎; 11 dekabr 1882[…], Vrotslav, Prussiya, Almaniya imperiyası[…] – 5 yanvar 1970[…], Göttingen, Aşağı Saksoniya) — alman nəzəri fiziki və riyaziyyatçısı, kvant mexanikasının banilərindən biri. Fizika üzrə Nobel mükafatı (1954) luareatı. Dünyanın bir neçə elmi cəmiyyətinin üzvü, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü (1934). Born kvant nəzəriyyəsində fundamental nəticələrin müəllifidir: o, matris mexanikasının yaradıcılarından biri olmuş, Şredinger dalğa funksiyasının ehtimal olunan bir şərhini təklif etmiş və dağılma kvant nəzəriyyəsinə (Born yaxınlaşması) və digər elmi fənlərə əhəmiyyətli töhfələr vermişdir. Kristal qəfəsləri dinamikası, bərk maddələrin, maye və qazların termodinamikası və kinetik nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və elastiklik nəzəriyyəsi məsələləri ilə məşğul olmuşdur. Kvant mexanikasının fikirlərini elmin müxtəlif sahələrindən (atomların və molekulların quruluşu, bərk vəziyyət fizikası və başqaları) verilən suallara tətbiq etmiş və xətti olmayan elektrodinamikanın (Born - İnfeld nəzəriyyəsi) qurulmasına cəhd etmişdir. Göttingen və Edinburqda Born böyük elmi məktəblər yaratmış və elmin fəlsəfi və sosial problemlərinə dair nəşrlər nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra sülh uğrunda elm adamları hərəkatının yaradıcılardan və fəal iştirakçılardan biri oldu.
First City Tower
First City Tower - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Hündürlüyü 202 metrdir. Binada 49 mərtəbə var, tikintisi 1981-ci ildə bitmişdir. İndi bu bina hündürlüyünə görə şəhərdə 14-cü yeri tutur. Göydələn ofis sahələri ilə 120,000 m² yer tutur.
The First Album
The First Album (azərb. Birinci albom‎) – Modern Talking qrupunun ilk albomudur. Bu albomda yalnız "There’s Too Much Blue In Missing You" mahnısını Diter Bolen ifa etmişdir. Albomun super hitləri "You're My Heart, You're My Soul" və "You Can Win If You Want" sinqlarıdır. Dünyada albomun 6 milyon kopyası satılmışdır.
Born to Die
Born to Die — amerikalı müğənni-bəstəkar Lana Del Reyin ikinci studiya albomu. 27 yanvar 2012-ci ildə Interscope Records və Polydor Records tərəfindən buraxılmışdır. Albomun The Paradise Edition adlı başqa versiyası 9 noyabr 2012-ci ildə buraxılıb.
Ceyson Born (film, 2016)
Jason Bourne 2016-cı ildə Pol Qrinqrassın rejissorluğu ilə çəkilmiş və Qrinqrass, Mett Deymon və Kristofer Rouz tərəfindən ssenari xətti yazılmış Amerika döyüş, agent, triller filmidir. Bu, 2007-ci ildə çəkilmiş “The Last Ultimatum of the Bourne” filminin davamı və seriyanın beşinci hissəsidir. Filmdə baş rolları Deymon, Julia Stiles, Alicia Vikander, Tommy Lee Jones və Vincent Cassel canlandırmışdırlar.
Webb's First Deep Field
Webb's First Deep Field ("Vebbin ilk dərin sahəsi") — "Ceyms Vebb" kosmik teleskopunun çəkdiyi ilk fotoşəkil. 11 iyul 2022-ci ildə ictimaiyyətə yayımlanmışdır. Fotoşəkil 4,6 milyard işıq ili məsafəsində yerləşən SMACS 0723 qalaktik klasterini göstərir. "Ceyms Vebb" yaxın infraqırmızı kamera ilə çəkilmiş kompozit şəkil Cənub yarımkürəsinin səmasının təqribən qum dənəciyi ölçüsündə bir sahəsini göstərir. Şəkildə minlərlə qalaktika göstərilir. Bu, kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. == Əhəmiyyəti == Şəkil kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir.Şəklin ictimaiyyətə təqdimatı 11 iyul 2022-ci ildə Ağ Evdə baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Webb's First Deep Field "James Webb Space Telescope" veb saytında.
Sailor Moon SuperS Plus - Ami's First Love
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
безро́потность зану́дливость колле́гиум мышья́чный нелюбе́зно омеблиро́вывать притиха́ть слоня́ться валту́зить гримирова́ние досе́ле неповоро́тливость разбаза́риваться сли́зывать фра́зисто халту́рить ятник calorize edibility Grail smooth-spoken tankable вульгаризировать плав расколоться