IN-BORN

adj anadangəlmə, fitri; təbii; ~ ability fitri qabiliyyət; ~ talent for music musiqiyə fitri istedad

IN
IN-LAW
OBASTAN VİKİ
Born seriyası
Born ilk dəfə 1980-ci illərdə Amerika yazıçısı Robert Ludlum tərəfindən nəşr edilmiş üç kitabdır. Daha sonra bu kitablardan ekranlaşdırılmış şəkildə Mett Deymonun baş rolda olduğu bədii filmlər çəkilmişdir.
Ceyson Born
Ceyson Born — Robert Ludlum tərəfindən yazılmasına başlanılmış və daha sonra Erik Van Lustbader tərəfindən davam etdirilən bir sıra romanlar seriyasının baş qəhrəmanıdır. İlk dəfə The Bourne Identity (1980) romanında görünmüşdür. Bu roman eyni adlı televiziya serialı (1988) və filmə (2002) çevrilmişdir. İlk bədii film olan The Bourne Identitydən sonra The Bourne Supremacy 2004-cü ildə ekranlara çıxmışdır. 2007-ci ildə The Bourne Ultimatum buraxılmışdır. Bundan əlavə, Erik Van Lustbaderin yazdığı daha 4 kitab var və onlar hələ böyük ekrana köçürülməmişdir. Bundan əlavə, Rachel Weisz və Ceremi Rennerin baş rollarında oynadığı başqa bir filmdə "The Legacy of Bourne" (2012) adı ilə çəkilmişdir. == Ədəbi hekayə == Jason Bourne, karyera xarici xidmət zabiti və Uzaq Şərq məsələləri üzrə mütəxəssis olan David Webb tərəfindən istifadə edilən bir çox ləqəblərdən biridir. "The Bourne Identity"dəki hadisələrdən əvvəl Uebbin Pnom Penhdə Dao adlı Taylandlı arvadı və Joshua və Alyssa adlı iki uşağı var idi. Uebbin həyat yoldaşı və uşaqları Vyetnam müharibəsi zamanı bir döyüş təyyarəsinin Kambocaya doğru yoldan çıxması, iki bomba atması və Mekonq çayı yaxınlığında bir yerə hücum etməsi nəticəsində həlak olub.
Elizabet Born
Elizabet Born (fr. Élisabeth Borne; 18 aprel 1961[…], XV arondisman) — 16 may 2022-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız dövlət xadimi. 8 yanvar 2024-cü il tarixində istefa verib.
Maks Born
Maks Born (alm. Max Born‎; 11 dekabr 1882[…], Vrotslav, Prussiya, Almaniya imperiyası[…] – 5 yanvar 1970[…], Göttingen, Aşağı Saksoniya) — alman nəzəri fiziki və riyaziyyatçısı, kvant mexanikasının banilərindən biri. Fizika üzrə Nobel mükafatı (1954) luareatı. Dünyanın bir neçə elmi cəmiyyətinin üzvü, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü (1934). Born kvant nəzəriyyəsində fundamental nəticələrin müəllifidir: o, matris mexanikasının yaradıcılarından biri olmuş, Şredinger dalğa funksiyasının ehtimal olunan bir şərhini təklif etmiş və dağılma kvant nəzəriyyəsinə (Born yaxınlaşması) və digər elmi fənlərə əhəmiyyətli töhfələr vermişdir. Kristal qəfəsləri dinamikası, bərk maddələrin, maye və qazların termodinamikası və kinetik nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və elastiklik nəzəriyyəsi məsələləri ilə məşğul olmuşdur. Kvant mexanikasının fikirlərini elmin müxtəlif sahələrindən (atomların və molekulların quruluşu, bərk vəziyyət fizikası və başqaları) verilən suallara tətbiq etmiş və xətti olmayan elektrodinamikanın (Born — İnfeld nəzəriyyəsi) qurulmasına cəhd etmişdir. Göttingen və Edinburqda Born böyük elmi məktəblər yaratmış və elmin fəlsəfi və sosial problemlərinə dair nəşrlər nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra sülh uğrunda elm adamları hərəkatının yaradıcılardan və fəal iştirakçılardan biri oldu.
.in
.in — Hindistanın internet kodu.
Born to Die
Born to Die — amerikalı müğənni-bəstəkar Lana Del Reyin ikinci studiya albomu. 27 yanvar 2012-ci ildə Interscope Records və Polydor Records tərəfindən buraxılmışdır. Albomun The Paradise Edition adlı başqa versiyası 9 noyabr 2012-ci ildə buraxılıb.
Ceyson Born (film, 2016)
Ceyson Born (ing. Jason Bourne) — 2016-cı ildə Pol Qrinqrassın rejissorluğu ilə çəkilmiş və Qrinqrass, Mett Deymon və Kristofer Rouz tərəfindən ssenari xətti yazılmış Amerika döyüş, agent, triller filmidir. Bu, 2007-ci ildə çəkilmiş “The Last Ultimatum of the Bourne” filminin davamı və seriyanın beşinci hissəsidir. Filmdə baş rolları Deymon, Julia Stiles, Alicia Vikander, Tommy Lee Jones və Vincent Cassel canlandırmışdırlar.
Plug-in
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
İn-Qar
İn-Qar (ərəb. إن غار‎) — Əlcəzairin cənub hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir və oradakı yeganə kommunadır. Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1060 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 284 metrdir.İn-Qar kommunasının sahəsi 28,969 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 12 mm-dir). Orta illik temperatur 25,6 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 13,7°C, ən isti ayın (iyul) orta temperaturu 36,9°C-dir. 52 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.
İn-Qrid
İnqrid Alberini və ya səhnə adı ilə İn-Qrid italyan rəqqas, müğənni. 2003-cü ildə mahnısı "Tu es foutu" (azərb.:Sən mənə vəd etdin) ilə bir neçə Avropa ölkəsində məşhurlaşmışdır. Avstraliya, Latın Amerikası və ABŞ-də "Dance Music/Club Play Singles"da 6-cı yerə yüksəlmişdir.
İn-Qəzzam
İn-Qəzzam (ərəb. إن ڨزام‎) ‎ — Əlcəzairin cənub hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. Şəhər vilayətin cənubunda, Böyük Səhranın mərkəzi hissəsində, Niger ilə dövlət sərhədinin yaxınlığında, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1910 kilometr cənub-cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 399 metr yüksəkdir.İn-Qəzzam kommunasının sahəsi 46,813 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 43 mm-dir). Orta illik temperatur 27,9 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 18,6°C, ən isti ayın (iyun) orta temperaturu 34,6°C-dir. Transsəhramagistralı şəhərdən keçir. Cənub-qərb kənarında eyni adlı hava limanı yerləşir.
İn-Salah
İn-Salah və ya Əyn-Salah (ərəb. عين صالح‎ ) — Əlcəzairin mərkəzində, Tamanrasset vilayəti ərazisində yerləşən vahə şəhəri. Şəhər bir vaxtlar Transsəhra ticarət yolunun ən vacib halqası idi. Təxmin edilir ki, şəhərin əhalisi 43.680 nəfərdir. İn-Salahın ərazisi böyük miqdarda neft və qaz ehtiyatlarına malikdir. Həmçinin ,şəhərin ərazisində çoxlu sayda zavodlar var. Şəhər Afrikanın şimalında, Böyük Səhranın mərkəzində yerləşir. "İn-Salah" adı "yaxşı bulaq" ifadəsindən gəlir. Şəhərin qərb hissəsindəki dyunların dəyişkən qumları İn-Salahda yuyulur. Qum hər beş ildən bir təxminən bir metr sürətlə hərəkət edir.
İn-Zəğəmir
İn-Zəğəmir (ərəb. إن زغمير‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1100 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. İn-Zəğəmir kommunasının sahəsi 5690 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 7 mm-dir).
İn-Əmgəl
İn-Əmgəl (ərəb. عين أمقل‎) —Əlcəzairin cənub hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. Tamanrasset dairəsinə daxildir. Şəhər vilayətin mərkəzi hissəsinin cənub-şərqində, Böyük Səhranın mərkəzi hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1450 kilometr cənub-cənub-şərq məsafəsində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 972 metrdir.İn-Əmgəl komunnasının sahəsi 93,438 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 28 mm). Orta illik temperatur 23,3 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 13°C, ən isti ayda (iyulda) 31,3°C-dir.
İn-Əmnas
İn-Əmnas (ərəb. إن أمناس‎) — Əlcəzairdə İllizi vilayəti ərazisində şəhər. 16 yanvar 2013-cü il tarixlərində 20-yə yaxın islamçı üç avtomobillə hərəkət edərək İn-Əmnas şəhərinə daxil olaraq Britaniya konserni "BP", Norveçin "Statoil" və Əlcəzairin "Sonatrach" şirkəti tərəfindən hazırlanmış qaz yatağına işçiləri aparan avtobusa hücum etmişdir. Bundan sonra obyektin özü ələ keçirilmişdir. Şəhərin mərkəzi dəniz səviyyəsindən 556 metr yüksəklikdə yerləşir. İllərə görə şəhər əhalisi: Şəhərin hava limanı var.
İn (termin)
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. nom.
İn iyesi
İn iyəsi — türk və altay xalq inancında mağaranın qoruyucu ruhu. Hin iyəsi və ya Ünkür (Öngür, Üngür) iyəsi ya da Mağara iyəsi olaraq da bilinər. Monqollar Hongıl Ezen deyərlər. Hər mağara üçün fərqli bir iye vardır. Türklərdə mağaralar, fərqli aləmləri və gizli diyarları bir-birinə bağlayan geçitlerdir. Yer altı dünyasını yer üzünə bağlayan qapılardır. Hun dövlətində müqəddəs sayılan və böyük şamanlar ilə dövlət adamlarının ziyarət etdiyi bir "Ata Mağarası" vardır. Bura müqəddəs bir yerdir, ilin müəyyən günlərində ziyarət edilir və hörmət göstərilir. Bir növ məbəddir. Göytürklər və başqa Türk boylarında da yenə eyni şəkildə qurbanlar təqdim edilən ata mağaraları vardır.
İn vivo
İn vivo — ölü bir orqanizmdən, canlı orqanizmin və ya bir orqanizmin tamamının varlığını göstərmək üçün istifadə edilən söz. Biologiyada, in vitro təcrübələri orqan, hüceyrə, protein və ya biomolekullar üzərində tətbiq edilir, lakin tərsinə in vivo tədqiqatı bütün bir orqanizmin üzərində aparılır.
İn iyəsi
İn iyəsi — türk və altay xalq inancında mağaranın qoruyucu ruhu. Hin iyəsi və ya Ünkür (Öngür, Üngür) iyəsi ya da Mağara iyəsi olaraq da bilinər. Monqollar Hongıl Ezen deyərlər. Hər mağara üçün fərqli bir iye vardır. Türklərdə mağaralar, fərqli aləmləri və gizli diyarları bir-birinə bağlayan geçitlerdir. Yer altı dünyasını yer üzünə bağlayan qapılardır. Hun dövlətində müqəddəs sayılan və böyük şamanlar ilə dövlət adamlarının ziyarət etdiyi bir "Ata Mağarası" vardır. Bura müqəddəs bir yerdir, ilin müəyyən günlərində ziyarət edilir və hörmət göstərilir. Bir növ məbəddir. Göytürklər və başqa Türk boylarında da yenə eyni şəkildə qurbanlar təqdim edilən ata mağaraları vardır.
TƏ-İN
Tədqiqat və inkişaf (və ya qısaca TƏ-İN) OECD tərəfindən "biliklərin artırılması üçün sistematik şəkildə həyata keçirilən yaradıcılıq işləri və bu biliklərdən yeni tətbiqetmələr yaratmaq üçün istifadə edilməsi" kimi təyin olunmuşdur. Tədqiqat və inkişaf üç hissədən ibarətdir: Əsas tədqiqat Tətbiqi tədqiqat Eksperimental inkişaf. Tədqiqat və inkişaf, mədəniyyət, insan və cəmiyyət biliklərindən ibarət olan məlumat bazasını artırmaq və ondan yeni proseslər, sistemlər və tətbiqetmələr hazırlanması üçün istifadə məqsədilə, sistemli şəkildə həyata keçirilən yaradıcı fəaliyyəti, ətraf mühitə uyğun məhsul dizaynı və ya proqram fəaliyyətləri ilə öz sahəsində elmi və texnoloji inkişafı təmin edən, elmi və texnoloji cəhətdən bir qeyri-müəyyənliyə yönəlmiş və nəticələri orijinal, eksperimental, elmi və texniki fəaliyyətləri əhatə edir. Tədqiqat və İnkişaf; Həm bir şirkət, həm də bir ölkə üçün yenilik sayəsində böyümənin və inkişafın vacib bir elementidir. TƏ-İN həyata keçirən təşkilatlar öz məhsuldarlığını və istehsal keyfiyyətini artırmağı və ya yeni məhsul və xidmətlər yaratmağı hədəfləyirlər.
GIF-in tələffüzü
GIF-in tələffüzü — "Graphics Interchange Format" qrafik mübadilə formatının akronimi olan "GIF" sözünün necə tələffüz edilməsi. Bu məsələ 1990-cı illərdən bəri mübahisə mövzusudur. İngilis dilində populyar olaraq təkhecalı söz kimi tələffüz olunan akronimin ingilis dilində ən çox işlənən tələffüzü /dʒɪf/ (yumşaq "g"; Azərbaycan dilində "cib" sözündəki "c" kimi) və /ɡɪf/ (sərt "g"; Azərbaycan dilində "qara" sözündəki "q" kimi) kimidir, burada fərqlənən cəhət "G" hərfi ilə təmsil olunan fonemdir. Bir çox ictimai xadim və qurumlar mövzu ilə əlaqədar müzakirələrdə tərəf tutmuş, formatın yaradıcısı Stiven Vilhayt özü 2013-cü il "Webby Awards" mərasimində çıxış edərək yumşaq "g" ilə edilən tələffüzün düzgün olduğunu bildirmişdir. Hər bir tələffüz formasının istifadə edilmə tezliyi regionlara görə fərqli olsa da, aparılan sorğulara əsasən ümumi mənzərədə sərt "g" ilə edilən tələffüzün daha çox istifadə olunduğu müəyyən edilmişdir. Bundan əlavə, bəzi natiqlər akronimdəki hər hərfi tələffüz edərək /dʒiː aɪ ɛf/ formasından istifadə edirlər. İngilis dilinin lüğətlərində ümumi olaraq hər iki əsas alternativi etibarlı qəbul edilir və linqvistik təhlillər ingilis dilində olan oxşar sözlərin tələffüz tezliklərinə əsaslanaraq hər ikisi üçün aydın üstünlük göstərmirlər. Akronimin tələffüz formaları ingilis dilindən başqa dillərdə də dəyişə bilir. == Zəmin == "Graphics Interchange Format" (GIF) 1987-ci ildə ABŞ onlayn xidmət provayderi "CompuServe"də çalışan Stiven Vilhayt tərəfindən inkişaf etdirilmiş qrafik formatdır. "GIF"lər qısa, təkrarlanan animasiyaları göstərmək üçün populyar olaraq istifadə olunur.
Girl in Red
Girl in Red (əsl adı: Mari Ulven Rinqhaym; 16 fevral 1999, Horten[d], Vestfoll[d]) — norveçli müğənni, mahnı yazarı, musiqi prodüseri. Onun yataq otağında yazdığı mini-albomları "Chapter 1" və "Chapter 2" romantika və psixi sağlamlıq haqqındadır. 2021-ci ildə AWAL musiqi şirkəti ilə müqavilə bağlayıb və buraxdığı ilk albomu "If I Could Make It Go Quiet" ilə tənqidi bəynmələr və kommersiya uğuru qazanıb. Girl in Red "İlin albomu" daxil olmaqla üç "Norveç Qremmi" mükafatına layiq görülüb.
Hvan İn-yop
Hwang In-youp (kor. 황인엽; 19 yanvar 1991, Uiconbu[d], Kyonqido) — Cənubi Koreyalı aktyor, model və müğənnidir. O, modellik sənayesində karyerasına "Why (2018)" internet serialında baş rolla ekran debüt etmədən əvvəl başlamışdır. O, "True Beauty" (2020–21) hit dramındakı rolu ilə beynəlxalq şöhrətə sahib oldu. O, həmçinin Netflix orijinal serialı "The Sound of Magic (2022)" və "White Her" (2022) televiziya dramındakı baş rolu ilə tanınır. == Erkən həyat və təhsil == Hvan İn-yop 1991-ci il yanvarın 19-da Cənubi Koreyanın Qyonqi-do, Uiconbu şəhərində anadan olub. O, evin böyük oğludur; üç yaş kiçik olan qardaşı İnof, prodüser və müğənni-bəstəkardır. Hvan orta məktəb və kollec illərində Hindistanın Mumbay şəhərində ingilis adı Ryan Leon ilə yaşayıb. O, Filippin Nikkei Cin Kai Beynəlxalq Məktəbində orta məktəbi oxuyub və daha sonra Davao Filippin Qadın Kollecində moda dizaynı üzrə Gözəl Sənətlər Bakalavr dərəcəsi ilə bitirib. == Karyera == === 2017–2019: Modellik və aktyorluq debütü === Hvan əyləncə sənayesinə 2017-ci ildə model kimi daxil olub.
Icon in Me
Icon in Me (iMi) — Moskvada yaradılan, Rusiya metal-qrupu. 2004–2007-ci illərdə "Hostile Breed" adı altında fəaliyyət göstərmişdir.
Li Da-in
Lee Da-in (5 noyabr 1992, Seul) — Cənubi Koreyalı aktrisadır. Aktrisa Kyon Mi-rin qızıdır.