BASE-BORN

adj 1. rəiyyət, aşağı silkdən olan; 2. alçaq, yaramaz; əclaf, mənfur, rəzil; ~ cad alçaq / yaramaz / rəzil adam; 3. qeyri-qanuni doğulmuş; əslinəcabəti olmayan

BASE-BALL
BASE METAL
OBASTAN VİKİ
Born seriyası
Born ilk dəfə 1980-ci illərdə Amerika yazıçısı Robert Ludlum tərəfindən nəşr edilmiş üç kitabdır. Daha sonra bu kitablardan ekranlaşdırılmış şəkildə Mett Deymonun baş rolda olduğu bədii filmlər çəkilmişdir.
Ceyson Born
Ceyson Born — Robert Ludlum tərəfindən yazılmasına başlanılmış və daha sonra Erik Van Lustbader tərəfindən davam etdirilən bir sıra romanlar seriyasının baş qəhrəmanıdır. İlk dəfə The Bourne Identity (1980) romanında görünmüşdür. Bu roman eyni adlı televiziya serialı (1988) və filmə (2002) çevrilmişdir. İlk bədii film olan The Bourne Identitydən sonra The Bourne Supremacy 2004-cü ildə ekranlara çıxmışdır. 2007-ci ildə The Bourne Ultimatum buraxılmışdır. Bundan əlavə, Erik Van Lustbaderin yazdığı daha 4 kitab var və onlar hələ böyük ekrana köçürülməmişdir. Bundan əlavə, Rachel Weisz və Ceremi Rennerin baş rollarında oynadığı başqa bir filmdə "The Legacy of Bourne" (2012) adı ilə çəkilmişdir. == Ədəbi hekayə == Jason Bourne, karyera xarici xidmət zabiti və Uzaq Şərq məsələləri üzrə mütəxəssis olan David Webb tərəfindən istifadə edilən bir çox ləqəblərdən biridir. "The Bourne Identity"dəki hadisələrdən əvvəl Uebbin Pnom Penhdə Dao adlı Taylandlı arvadı və Joshua və Alyssa adlı iki uşağı var idi. Uebbin həyat yoldaşı və uşaqları Vyetnam müharibəsi zamanı bir döyüş təyyarəsinin Kambocaya doğru yoldan çıxması, iki bomba atması və Mekonq çayı yaxınlığında bir yerə hücum etməsi nəticəsində həlak olub.
Elizabet Born
Elizabet Born (fr. Élisabeth Borne; 18 aprel 1961, 15-ci Paris dairəsi[d], Fransa) — 16 may 2022-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız dövlət xadimi.
Maks Born
Maks Born (alm. Max Born‎; 11 dekabr 1882[…], Vrotslav, Prussiya, Almaniya imperiyası[…] – 5 yanvar 1970[…], Göttingen, Aşağı Saksoniya) — alman nəzəri fiziki və riyaziyyatçısı, kvant mexanikasının banilərindən biri. Fizika üzrə Nobel mükafatı (1954) luareatı. Dünyanın bir neçə elmi cəmiyyətinin üzvü, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü (1934). Born kvant nəzəriyyəsində fundamental nəticələrin müəllifidir: o, matris mexanikasının yaradıcılarından biri olmuş, Şredinger dalğa funksiyasının ehtimal olunan bir şərhini təklif etmiş və dağılma kvant nəzəriyyəsinə (Born yaxınlaşması) və digər elmi fənlərə əhəmiyyətli töhfələr vermişdir. Kristal qəfəsləri dinamikası, bərk maddələrin, maye və qazların termodinamikası və kinetik nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və elastiklik nəzəriyyəsi məsələləri ilə məşğul olmuşdur. Kvant mexanikasının fikirlərini elmin müxtəlif sahələrindən (atomların və molekulların quruluşu, bərk vəziyyət fizikası və başqaları) verilən suallara tətbiq etmiş və xətti olmayan elektrodinamikanın (Born - İnfeld nəzəriyyəsi) qurulmasına cəhd etmişdir. Göttingen və Edinburqda Born böyük elmi məktəblər yaratmış və elmin fəlsəfi və sosial problemlərinə dair nəşrlər nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra sülh uğrunda elm adamları hərəkatının yaradıcılardan və fəal iştirakçılardan biri oldu.
Ace of Base
Ace of Base — İsveçin rok qruplarından biri. == Tarixi == Ace of Base (Eys of Beys kimi tələffüz olunur) qrupu musiqi dünyasına ilk öncə "Tech Noir"adı ilə qatılıb. İlk əvvəl qrup tecno musiqi ifa etmişlər. Sonradan öz musiqi tərzlərini və adlarını dəyişərək "Ace of Base" adı altında fəaliyyət göstərməyə başlamışlar. Qrupun üzvləri Cenni Berggren, Cons "Joker" Berggren, Malin "Linn" Berggren və Ulf "Buddha" Ekberg olub. Qrup İsveçdə yaranıb. 1997-ci ildə onu üzvü Linn, 2009-cu ildə isə Cenni Berqqern tərk edib. 1992-ci ildə ilk albomları olan "Happy Nation" satışına görə Ginnesin Rekordlar kitabına düşmüşdür. Satış 21 milyon olub. Bu albom onları məşhurlaşdıraraq bütün dünyada tanıtdı.
Born to Die
Born to Die — amerikalı müğənni-bəstəkar Lana Del Reyin ikinci studiya albomu. 27 yanvar 2012-ci ildə Interscope Records və Polydor Records tərəfindən buraxılmışdır. Albomun The Paradise Edition adlı başqa versiyası 9 noyabr 2012-ci ildə buraxılıb.
Tranquility Base Hotel & Casino
Tranquility Base Hotel & Casino — İngilis rok qrupu Arctic Monkeys-in 11 may 2018-ci ildə Domino şirkəti tərəfindən buraxılan altıncı studiya albomu. Qrupun solisti Aleks Törner tərəfindən 2016-cı ildə Los-Ancelesdə yerləşən evində Steinway Vertegrand pianosunda yazılmışdır. Albom Los-Anceles, Paris və London kimi şəhərlərdə, Arctic Monkeys-in tez-tez əməkdaşı olan Ceyms Ford, Tom Rouli, Loren Hamfri, Ceyms Rayton, Zak Daues, Tayler Parkford və Kem Eyveri kimi musiqiçilərin köməyi nəticəsində ərsəyə gəlib. Törner karton kağızdan istifadə edərək albomun üz qabığını özü dizayn edib. Albomun adı 1969-cu ildə Apollo 11-in Aya eniş yeri olan Tranquility Base-dən gəlir.Tranquility Base Hotel & Casino qrupun gitara ilə dolu olan əvvəlki işindən xeyli fərqlidir və beynəlxalq səviyyədə uğur qazanan AM (2013) ilə müqayisədə daha zəifdir. Psixodelik pop, launj pop, speys pop və qlem-rok, eləcə də caz elementlərini təcəssüm etdirən zəngin səsə malikdir. Həmçinin albomda 1960-cı illərin soul, proqressiv rok, fank, fransız pop və film saundtreklərinin təsirini görmək olur. İnstrumental olaraq orqanlar, pianolar və dolceola daxil olmaqla, vintaj sintezatorları və klaviaturaları özündə birləşdirir. Qrup tərəfindən adətən istifadə olunan elektrik və akustik gitaralara, eləcə də fırlanan timpani və vibrafonlar da daxil olmaqla müxtəlif zərb alətlərinə əlavə olaraq, bariton və dövrəli polad gitaralar qrup tərəfindən çoxsaylı treklərdə təqdim olunur. Mahnıların sözləri əsasən elmi fantastika və film, konsumerizm, siyasət, din və texnologiya haqqındadır.
Ceyson Born (film, 2016)
Jason Bourne 2016-cı ildə Pol Qrinqrassın rejissorluğu ilə çəkilmiş və Qrinqrass, Mett Deymon və Kristofer Rouz tərəfindən ssenari xətti yazılmış Amerika döyüş, agent, triller filmidir. Bu, 2007-ci ildə çəkilmiş “The Last Ultimatum of the Bourne” filminin davamı və seriyanın beşinci hissəsidir. Filmdə baş rolları Deymon, Julia Stiles, Alicia Vikander, Tommy Lee Jones və Vincent Cassel canlandırmışdırlar.
Tranquility Base Hotel & Casino (mahnı)
"Tranquility Base Hotel & Casino" ingilis indi-rok qrupu Arctic Monkeys mahnısı. 23 iyul 2018-ci ildə eyni adlı altıncı studiya albomundan ikinci sinql və musiqi videosu ilə bərabər buraxıldı. 16 oktyabr 2018-ci ildə sinqlin 7 düymlük vinil versiyasının əvvəllər buraxılmamış B tərəfi "Anyways" ilə birlikdə 30 noyabr 2018-ci ildə buraxılacağı elan edildi. == Mahnı klipi == Mahnı klipi 23 iyul 2018-ci ildə qrupun rəsmi YouTube Vevo hesabı vasitəsilə yayımlandı. Klipin rejissorluğunu Ben Çappel və Aron Braun etdi, onlar Stenli Kubrikin istehsal etdiyi filmlərdən ilham aldılar və qrupun "Four Out of Five" mahnısı üçün də bir yerdə klip istehsal etdilər. Mahnının adını daşıyan oteld və qumarxanada yaşayan Törner, mərtəbələri gəzir və istirahət obyektlərində uzanır. O, həm də telefonlara cavab verən və zəngləri yönləndirən otelin rezident konsyerji "Mark" rolunu oynayır. Video Nevada ştatının Reno şəhərindəki Peppermill Reno-da çəkilib. Videoda görünən moped Honda Elite 80-dir. == Mahnı siyahısı == Bütün mahnılar Aleks Törner tərəfindən bəstlənmişdir.