Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bottom
Bottom (nid. De Botte) — Sabanın paytaxtı və ən böyük şəhəri. == Məsafələr == Bottomdan Amsterdama məsafə 6.993 km-dir. Bottomdan Karib Niderlandındakı digər şəhərlərə – Oranyestada məsafə 32 km, Kralendeykə isə 816 km-dir.
Bottoms
Bottoms — 2023-cü ildə ekranlara çıxan ABŞ satirik-komediya filmi. == Süjet == Populyar olmayan ən yaxşı kuir dostlar Picey və Cozi qızlarla tanış olmaq və bakirəliklərini itirmək üçün orta məktəbdə özünümüdafiə klubu yaradırlar.
Alen de Botton
Alen de Botton (20 dekabr 1969, Sürix) - isveçrəli-ingilis yazıçı. Romanları bestseller olmuş, 20-dən çox dilə tərcümə olunmuşdur. Fəlsəfə anlayışını dəyişdirən yazıçının 10-dan çox romanı və hazırladığı 5 sənədli filmi vardır. == Həyatı == 20 dekabr 1969-cu ildə İsveçrənin Sürix şəhərində doğulmuşdur. Misir əsilli Qilbert de Botton və Cakelin Barquerin tək övladı idi. Alan de Botton 8 yaşına qədər Sürixdə yaşadı və bu zaman fransız ilə alman dillərini öyrəndi. 1977-ci ildə İngiltərəyə gələndə Oksfordakı Draqon məktəbində oxumağa başladı. Sonra Harrou məktəbinə getdi. Məktəbi bitirdikdən sonra Kembric Unversitetinə yollandı. == Yaradıcılığı == 1993-cü ildə ilk romanı olan "Eşq üzərində" nəşr olundu.
Ayron-Botton boğazı
Ayron Botton boğazı (ing. Iron Botton) - Mənası 'Dəmir Dib' deməkdir. Solomon dənizi akvatoriyasında yerləşir. Quadalkanal adasını Nqqela adalarından ayırır. İkinci dünya müharibəsinə qədər Silark boğaz adlanlırdı. 1942-1943 ci illərdə dünya müharibəsinin ən əhəmiyyətli döyüşləri məhz bu boğazda baş verir. Buna misal kimi Quadalkana döyüşünü göstərmək olar.
Bolton
Bolton (ing. Bolton) — Şimal-qərbi İngiltərənin Böyük Mançester bölgəsində yerləşən şəhər. XIV əsrdə flamandlar tərəfindən məskunlaşdıqdan sonra şəhər parça istehsalı mərkəzinə çevrilmişdir. Bolton XIX əsrdə İngiltərədə ən çox inkişaf edən şəhərlərdən biri olmuşdur. 1929-cu ildə şəhərdə 216 pambıq fabriki fəaliyyət göstərirdi. Lakin, dünya müharibəsi digər bütün sənaye sahələrinə olduğu kimi pambıq sənayesinə də ciddi ziyan vurdu. Birinci dünya müharibəsi ərzində İngiltərənin bütün şəhərlərində kimi Boltonda da pambıq sənayesi sürətlə tənəzzülə uğramağa başlamışdır. Mançester şəhərindən 12 km şimal-qərbdə yerləşən Bolton şəhəri tarixi olaraq Lankaşir vilayətinə məxsusdur. İngiltərə vətəndaş müharibəsi dövründə 1644-cü ildə şəhərdə Bolton qətliamı adı ilə tanınan hadisə baş vermiş, nəticədə 1,600 nəfər həlak olmuş, 700 nəfər əsir düşmüşdür. Bolton Vonderers futbol klubunun ev oyunlarını oynadığı Makron stadionu da bu şəhərdə yerləşir.
Boston
Boston — ABŞ-nin tarixi şəhərlərindən biri və Massaçusets ştatının paytaxtı. Yeni İngiltərədə ən böyük şəhər olan Boston, bölgənin iqtisadi və mədəni mərkəzi sayılır və qeyri-rəsmi olaraq Yeni İngiltərənin paytaxtı adlanır.
Botrop
Botrop (alm. Bottrop‎) — Almaniyada şəhər.
Btooom!
Btooom! (ブトゥーム!, Butūmu!, azərb. Btuuum!‎) – Cunya İnoe tərəfindən yazılan və çəkilən manqa seriyası. 2009-cu ildə "Weekly Comic Bunch" jurnalında nəşr olunmağa başlamışdır. Hazırda isə "Monthly Comic Bunch" jurnalında nəşr olunur. 2017-ci ilin mayına qədər 23 cildi nəşr olunmuşdur. Manqa seriyası Ryota Sakamoto adlı gənc, tənha, "Btooom!" adlı video oyunun mahir oyunçularından birinin başına gələn macəralardan bəhs edir. Bir gün Ryota istəmədən "Btooom!" oyununun real versiyasını oynamağa məcbur edilir və uzaq tropik adada Himiko adlı gənc qızla sağ qalma mübarizəsinə başlayır. Onlar öz dünyalarına qayıtmaq üçün yol tapmalıdırlar. Manqa seriyasının ilk 50 fəsli əsasında Madhouse studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir.
Cotto
Cotto di Bondone (it. Giotto di Bondone; 1267, 1276 və ya 1266, Vikkyo[d], Florensiya Respublikası[…] – 8 yanvar 1337, Florensiya, Florensiya Respublikası[…]) – Orta əsrlər İntibah dövrünün Protorenesans mərhələsinin çox görkəmli italyan rəssam və heykəltəraşı. == Həyatı == Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1266-cı ildə Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində dünyaya gəlib. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqqında hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "İsanın meyiti üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki "İudanın öpüşü" freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hisslər doğurur və rəmzi məna daşıyır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına böyük təsir göstərmişdir.
Hotto
Hotto (xorv. Hottó) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Lotto
Lotto — İtaliyanın idman geyimləri istehsalı ilə məşğul olan şirkəti. 1973-cü ildə yaradılan "Lotto" şirkətinin baş ofisi Trevizo şəhərində yerləşir və dünyanın yalnız 4 ölkəsində – Braziliya, Avstraliya, Türkiyə və Ukraynada rəsmi filialı var. Hazırda bu şirkətin 25 peşəkar futbolçu (ən məşhurları – Petr Çex, Xulio Kruz, Marek Yankulovski, Luka Toni, Simone Perrotta, Qoran Pandev, Mirko Vuçiniç, Joan Kapdevilya, Momo Sissoko və b.), 32 peşəkar tennisçi (Xuan Karlos Ferrero, Teymuraz Qabaşvili, Dominik Xrbatı, Qaston Qaudio, Lukas Laçko, Françeska Skiavone və s.) ilə müqaviləsi var. Bundan əlavə, 11 futbol federasiyası (Kolumbiya, Kosta-Rika, Oman, Ukrayna, Panama və s.), Afrikada 3 (“Raca Kasablanka” Mərakeş, “USM Aljir” Əlcəzair və s.), Asiyada 7 ("Ən-Nəsr" Səudiyyə Ərəbistanı, "Əl-Əyn" BƏƏ və s.), Avstraliyada 10 ("Kembltaun Siti" Avstraliya, "Uayteker Yunayted" Yeni Zelandiya və s.), Amerikada 39 ("Atletiko Mineyro" Braziliya, "San Lorenso" Argentina, "Kobreloa" Çili, "UNAM-Pumas" Meksika və s.) və Avropada 71 futbol klubu (“Soşo” Fransa, "Borrusiya" Mönxenqladbax, Almaniya, "Makkabi" Hayfa, İsrail, "Fiorentina", "Udineze", "Palermo" – hamısı İtaliya, "Rapid" Rumıniya, "Gəncləbirliyi" Türkiyə, "Arsenal" Kiyev, Ukrayna və s.) "Lotto" şirkəti ilə əməkdaşlıq və sponsorluq müqaviləsinə malikdir. Azərbaycanın Simurq klubu bu şirkətlə əməkdaşlıq edir.
Maykl Bolton
Maykl Bolton (ing. Michael Bolton, əsl adı Michael Bolotin) 26 fevral 1953-cü ildə Nyu-Xeyven, Konnektikut, ABŞ-də anadan olub. Ukrayna əsilli amerikalı müğənni, Bolton ilk vaxtlarda 1970–1980-ci illər də hard rock və heavy metal janrlarında ifa edirdi. Sonradan yüngül rok və ballada üslubunda oxumağa başlayıb. Məşhur sənətkarlarla duet oxuyan Bolton məşhurlaşmağa başlayıb, onun ən böyük uğuru 1990-cı ildə oxuduğu "When a Man Loves a Woman" mahnısı olub. Qremmi mükafatına layiq görülüb və Amerikada mahnısı hit olaraq zirvədə olmuşdur. == Diskoqrafiya == === Albomlar === Everyday Of My Life — 1976 Blackjack (feat. Blackjack) — 1979 World's Apart (feat. Blackjack) — 1980 Everybody's Crazy — 1985 The Hunger — 1987 Soul Provider — 1989 The Early Years 1974–1976 — 1991 Time, Love & Tenderness — 1991 Timeless: The Classics — 1992 The One Thing — 1993 Greatest Hits 1985–1995 — 1995 This Is the Time: The Christmas Album — 1996 All That Matters — 1997 My Secret Passion: The Arias — 1998 Timeless: The Classics, Vol.
Typhlodromips sottoi
Uotkom gölü
Valtteri Bottas
Valtteri Bottas (fin Valtteri Viktor Bottas; 28 avqust 1989, Nastola[d], Pyayat-Hame) — Finlandiyalı yarış sürücüsü, Formula-1 pilotu. GP3 seriyasının 2011 mövsümünün çempionu.
İneke Botter
Dodmor Kotton
Dodmor Kotton və ya Ser Dodmor Kotton (ö. 23 iyul 1628) — ingilis diplomatı və İngiltərə hökuməti tərəfindən Səfəvi imperiyasına göndərilmiş ilk səlahəiyyətli səfir. O, İngiltərə kralı I Karl tərəfindən Səfəvi şahı I Abbasın sarayına göndərilmişdir. == Həyatı == Dodmor Kotton Ser Robert Kotton ilə Elizavet Kottonun oğludur. Elizavet isə Con Dormerin qızı idi. O, Kembric Kral Kollecindən 1607-ci ildə məzun olmuş və 1608-ci ilin noyabrında Linkolnun daxili sarayında işə başlamışdı. Sarayda Dodmor kralın şəxsi kabinetində vəzifə əldə etmiş və I Karl tərəfindən yaxşı tanındığı üçün 1627-ci ildə onun tərəfindən I Abbasın Səfəvi sarayına səfir kimi göndərildi. O, martda Rose adlı gəmi ilə İran körfəzində yerləşən Gembruna (Bəndər Abbasa) yollandı. Onunla səyahətə çıxanlar arasında Tomas Herbert, Nəğdəli bəy (I Karlın yanına göndərilmiş keçmiş Səfəvi elçisi) və Robert Şirli (Nəğdəli bəyin məsləhətçisi, ingilis) müşahidə edirdi. Bu nümayəndə heyəti Səfəvi sarayına göndərilməmişdən əvvəl oraya göndərilmiş qızılbaş elçiləri uğursuzluğa uğramışdılar.
Boston-Kommon
Категория:Сады и парки по алфавиту Категория:Антропогенные географические объекты по алфавиту Категория:ПРО:АГЕО:Последняя правка: в текущем году Boston-Kommon (ing. Boston Common ), sadəcə olaraq Te-Kommon (ing. the Common ) və ya Boston-Kommons (ing. Boston Commons; hərf. Boston ictimai ərazisi) — ABŞ-nin Massaçusets ştatında, Boston şəhərinin dauntaun ərazisində şəhər parkı. 1634-cü ildə yaradılmış bu, ölkənin ən qədim şəhər parkıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == «The Public Rights in Boston Common: Being the report of a committee of citizens» (1877), изд. Press of Rockwell and Churchill «Boston Common: A Diary of Notable Events, Incidents, and Neighboring Occurrences» (1916), изд. Christopher Publishing House == Xarici keçidlər == Boston Common (ing.) на сайте aviewoncities.com Boston Common (ing.) на сайте nps.gov Друзья парка Boston Common (ing.) на сайте friendsofthepublicgarden.org "Boston Common. Boston Landmarks Commission Study Report" (PDF). cityofboston.gov.
Boston-layt
Boston-layt (ing. Boston Light) — Boston buxtası yaxınlığındakı Litl-Brüster adasında mayak, ABŞ-də ikinci ən qədim fəaliyyət göstərən mayak. Adada ilk mayak 1716-cı ildə, indiki mayak 1783-cü ildə tikilmişdir. Tikilinin hündürlüyü 28 metrdir (dəniz səviyyəsindən 31 metr yüksəklikdə). Mayak tikildiyi gündən İkinci Dünya müharibəsinə qədər işləməmiş, 1998-ci ildən isə avtomatik olaraq fəaliyyət göstərmişdir. 1964-cü ildən ABŞ-nin Milli Tarixi Abidəsi kimi qeydiyyata alınmışdır. == İstinadlar == == Xarici keçidlər == Бостон-лайт : [№ 607038] // U.S. Geological Survey Geographic Names Information System : [англ.] / Domestic Names Committee ; U.S. Board on Geographic Names.
Boston-nek
Boston-nek və ya Roksberi-nek — o vaxt yarımadada olan Boston şəhərini materik Roksberi şəhəri (indiki Bostonun məhəlləsi) ilə birləşdirən dar torpaq bərzəxi. Boston şəhərinin əhalisi genişləndikcə ətraf ərazi tədricən doldurulmuşdur. Əvvəllər bu ərazini təşkil edən torpaq indi Saut-End kimi tanınan məhəllənin bir hissəsidir. == Amerika inqilabı == 8 iyul 1775-ci ildə Bostonun mühasirəsi zamanı Boston-nek bir sıra Britaniya müntəzəm və iki yüz müstəmləkə könüllüləri arasında kiçik bir toqquşma yeri olmuşdur. Müstəmləkəçilər iki topla Boston-nekin hər iki tərəfindəki bataqlıqlardan keçərək qarovulxananın bir neçə yüz metrliyinə yaxınlaşmışdılar, altı nəfərdən ibarət kiçik bir dəstə qarovulxananın arxasında dövrə vurmuşdur. Avanqard dəstənin siqnalı ilə iki top evə atəş açmışdır. Britaniyalılardan bəziləri yaralanmış və onlar Bostona doğru çəkilməli olmuşdular. Bundan sonra dəstə qarovulxananı və başqa bir tikili yandırmış, iki muşket və bir neçə başqa silahı ələ keçirmişdir.
Boston qətliamı
Boston qətliamı və ya Boston qırğını (ing. Boston massacre), İngiltərədə Kinq-Strit hadisəsi adlandırıldı (ing. Incident on King Street) — 5 mart 1770-ci ildə Massaçusets -Bey vilayətinin paytaxtı Bostonda şəhər əhalisi ilə Britaniya əsgərləri arasında baş vermiş küçə atışması. Atışma zamanı əsgərlər üç nəfəri güllələyib öldürmüş, on bir bostonlunu yaralamışdılar. Yaralananlardan ikisi sonradan vəfat etmişdir. ABŞ tarixinə "Boston qətliamı" adı ilə daxil olan bu hadisə bütün Britaniya hərbçilərinin şəhərdən çıxarılması ilə başa çatmışdır. 1888-ci ildə bu hadisənin xatirəsinə Bostonda obelisk ucaldılmışdır. Boston qətliamı Britaniya və onun Şimali Amerika koloniyaları arasında qarşıdurmanın kulminasiya nöqtələrindən biri idi. Bu, eyni dərəcədə əfsanəvi Boston çay qonaqlığı və daha sonra ABŞ İstiqlal müharibəsi üçün bir siqnal kimi xidmət etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Фонер Ф. История рабочего движения в США. От колониальных времен до 80-х гг.
Alessandro Bottoni
Alessandro Bottoni (13 oktyabr 1972, Roma) — İtaliyanı təmsil edən triatlonçu. == Karyerası == Alessandro Bottoni İtaliyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 32-ci pillədə başa vurdu.
Boston kampaniyası
Boston kampaniyası (ing. Boston campaign) — ABŞ İstiqlal müharibəsinin ilk hərbi kampaniyası. Əvvəlcə patriotların səfərbər edilməsi və sonradan onun Kontinental Orduya çevrilməsi səbəb olmuşdur. Kampaniya 19 aprel 1775-ci ildə Leksinqton və Konkord döyüşləri ilə başlamış, bu döyüşlərdə milis Britaniyanın Konkordda yerləşən hərbi mağazalar və separatçı liderləri ələ keçirmək planlarına mane ola bilmişdir. İngilis qoşunları Çarlstonda geri çəkilmə zamanı artan sayda qarşı mübarizə apararkən əhəmiyyətli itkilər vermişdir. Patriotlar Bostonu çevrələmiş və mühasirəyə başlamışdılar. Bu əməliyyatın ən mühüm hadisəsi 17 iyun 1775-ci ildə baş vermiş Bunker-Hill döyüşü idi. Qurbanların sayı baxımından bütün müharibənin ən qanlı epizodlarından birinə çevrilmişdir. Həm Boston yaxınlığında, həm də sahilyanı ərazilərdə çoxsaylı atışmalar olmuşdur. 1775-ci ilin iyulunda Corc Vaşinqton milis komandiri təyin edilmiş və onu daha vahid orduya çevirmişdir.
Ryan Bolton
Ryan Bolton (26 mart 1973) — Birləşmiş Ştatları təmsil edən triatlonçu. Ryan Bolton Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 25-ci pillədə başa vurdu.
Bolton Universiteti
Bolton Universiteti — İngiltərənin Böyük Mançester qraflığının Bolton şəhərində dövlət universiteti. Universitet Birləşmiş Krallıq Universitetləri, Million+ və All Party Parlament Universitetləri Qrupunun üzvüdür. == Tarixi == Bolton Universiteti 1824-cü ildə Bolton Mexanika məktəbi kimi açılmışdır. 1926-cı ildə Bolton Texniki kolleci oldu. 1964-cü ildə Bolton Texniki Kolleci və Bolton Texnologiya İnstitutu iki ayrı təşkilata bölündü. Bolton Ali Təhsil İnstitutu 1982-ci ildə Bolton Texnologiya İnstitutu və Bolton Təhsil Kollecinin birləşməsindən yarandı. Universitet 1990-cı ildə dərəcələrin verilməsi səlahiyyətlərini aldı və 1992-ci ildə Elmi dərəcələrin verilməsi hüququnu, 1996-cı ildə isə Tədqiqat-elmi dərəcələrin verilməsi hüququnu qazanmışdır. == Kampusları == Senat Evi Kanslerin binası Qartal qalası Bolton Bir Yaşayış otaqları == Təşkilatı və idarəetməsi == Kanslerləri: 2010-2014: Patricia Morris, Bolton Baronessa Morris 2014–2017: Ser Ernest Rayder 2017-indiki: Jorc Filip Nikolas Vindsor, Sent-Endrus Vise-Kansleri: 2005-indiki: George Holms.