Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buruqsu (Duzluca)
Buruqsu — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin köhnə adı qeydlərdə 1928-ci ildən 1960-cı ilə qədər Sükü kimi qeyd olunur. Bu tarixdən sonra kəndin adı dəyişdirilərək "Buruqsu" olmuşdur.
Burğac
Burğac — çilingər aləti olub, yivli bərkidici hissələrin bağlanması və açılması üçün yerinə yetirilən burma hərəkətini icra etmək üçün tətbiq edilir. İlk dəfə burğacın tətbiqinə 17-ci əsrdə rast gəlinir. Metal burğacların 19-cu əsrdə metaləksən dəzgahların ixtirası ilə əlaqədar olaraq əhəmiyyəti artmağa başlamışdır. Ona görə ki, metalların emalı ona qədər çətin olduğundan vintlərin istehsalı da məhdud idi. Vintlər əllə bülövlənirdilər. Burğac dəstəkdən və tildən ibarətdir. Dəstək adətən ağac və ya rezindən, til olan hissə isə metaldan hazırlanır. Dəstəyin diametri 10-40 mm civarında yerləşir. Bu ölçü yivli hissəyə tətbiq olunan fırladıcı momentin qiymətindən asılı olaraq seçilir. Kiçik hissələrin bərkidilməsində dəstəyi kiçik olan burğaclardan istifadə edilir ki, tətbiq olunan qüvvə hissəni zədələməsin.