ÜZMƏK I f. Suda hərəkət etmək, çimmək. Üzür sularda min gəmi; Sükançının nədir qəmi (Ə.Kürçaylı).
ÜZMƏK II f. Dərmək. Könül bağçasıyla öz qələmiylə; Al-əlvan çiçəklər üzür Füzuli (B.Vahabzadə).
ÜZMƏK III f. Əldən düşmək, yorulmaq. Nigarançılıq üzürdü Bağırı: “Görəsən, qayıtdılar Bakıya, yoxsa hələ burdadılar?..” (İ.Məlikzadə).
ÜZMƏK IV f. Kəsmək; əlaqəni kəsmək. Yox, maraqlanır, həyəcan keçirir, gecə-gündüz buruqla əlaqəsini üzmür (S.Rəhman).