QALXMAQ – DÜŞMƏK Kərim dayı cəld yuxarı qalxdı (M.İbrahimov); – Yoxdur, xanım, yoxdur! – deyib cəld geri döndü və həyətə düşdü (M.İbrahimov).
QALXMAQ – SƏRİLMƏK Günəş yavaş-yavaş qalxırdı (S.S.Axundov); Arvad yerə sərildi (S.Vəliyev).
QALXMAQ – YIXILMAQ Fəhlələr qayıqdan düşüb buruğa qalxdılar (M.Hüseyn); Yıxıldı şah palıd, qopdu xan çinar; Daşlar bir-birinə dəyib apardı (H.Hüseynzadə).