Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İşıq çəngəli
İşıq çəngəli — elektrik cihazlarını elektrik xəttinə calamaq üçün haça şəkilli metal alət. Hər ölkədə fərqli işıq çəngəli və işıq nəlbəkisi standartları tətbiq olunur. Dünyada ən çox iki gərginlik və tezlik sistemi yayılıb. Bunlardan biri 100-127 V, 60 Hz-lik Amerikada , digəri isə 220-240 V, 50 Hz-lik Avropa standartıdır.
Çənquri (Xudabəndə)
Çənquri (fars. چنگوري‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 851 nəfər yaşayır (174 ailə).
Kəngərli
Kəngərlilər — Azərbaycanlı sülalə. Bu sülalədən olan tanınmış insanlar Ehsan xan Kəngərli — Çar-Rus ordusunda general-mayor Şeyxəli xan Kəngərli — Kəngərlilərin nümayəndəsi, hərbçi, Heydərqulu xan Kəngərli — Naxçıvan xanı Bəhruz Kəngərli — Azərbaycan rəssamı, boyakar və qrafik.Digər şəxslər Aqil Kəngərli — Azərbaycan şairi. Aşıq Əbülfəz Şahtaxtılı — Aşıq.Yaşayış məntəqələri Kəngərli rayonu — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidində rayon. Kəngərli maili düzənliyi Kəngərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Kəngərli (Ağdam) — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kəngərli (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Lahrud) — İranın Ərdəbil ostanının Meşginşəhr şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Qızıltəpə, Mardin) — Mardin ilinin Qızıltəpə ilçəsinə bağlı kənd.Oxşar Salahlı Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Qızıl Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
Cəfəri
Cəfəri — Çətirkimilər fəsiləsinə aid ikiillik bitki cinsi. Cəfəri — Cəfəri məzhəbinin nümayəndəsi.
Cəngəl
Cəngəl— İranın Rəzəvi Xorasan ostanının Roştxar şəhristanının Cəngəl bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,232 nəfər və 1,384 ailədən ibarət idi.Cəngəl, fars dilində meşə anlamındadır.
Səngər
Səngər (hərb) — müharinə zamanı döyüş sahələrində qazılan kanal. Səngər (coğrafiya) — qədim türk dillərində dağ burnu mənasında işlənmiş söz. Səngər (İran) — İranın Gilan ostanında yerləşən şəhər Səngər (Abaran) —İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Səngər dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə yaşayış yeri — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir Səngərçay — Səngər — Abşeronda palçıq vulkanı; Səngər — Goranboy rayonu ərazisində dağ; Səngər — Qusar rayonu ərazisində dağ. Səngər — Şəmkir rayonu ərazisində dağ. Səngərçay — İsmayıllı rayonu ərazisində çay.
Ənvəri
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. == Həyatı == Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. == Yaradıcılığı == Mühəmməd Vakidi (740-823) xəlifə Ömərin zamanında, təqribən 638-639 – cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan “Düsturnamə” əsərində də yer almaqdadır . Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. == Hekayət == Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur.
Aqil Kəngərli
Aqil Kəngərli (tam adı:Cəfərov Aqil Abbas oğlu, d.1 sentyabr, 1972. Göyçay) — azərbaycanlı jurnalist, yazıçı, tarixçi-şair, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İraq-Türkmən Yazarlar Birliyinin və Türkiyənin Avrasiya Sanat Kültür və Ədəbiyyat Dərnəyinin (ASKED) üzvüdür. “Qızıl qələm”, “ Həsən bəy Zərdabi”, “Xəmsə” , “Xalqın nüfuzlu ziyalısı”, “Vicdanlı qələm” və. s. diplom və fəxri fərmanlarla təltif olunub. == Həyatı == 1972-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. Valideynləri 1949–cu ildə Qərbi Azərbaycanın Dərələyəz və Vedibasar mahallarından deportasiya olunub. Aqil Kəngərli 1989-cu ildə Göyçay şəhəri 7 nömrəli orta məktəbi bitirmiş, əmək fəaliyyətinə 1989-cu ildə kitabxana işçisi kimi başlamışdır. 1995–ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsini biblioqraf ixtisası üzrə, 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunu tarix müəllimi ixtisası üzrə bitirmişdir.
Ay cəngavəri
Ay cəngavəri (ing. Moon Knight) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman. İlk dəfə 1975-ci ildə "Gecə Qurdadamı" komiksinin 32-ci buraxılışında oxucuların qarşısına çıxmışdır. "Ay cəngavəri" adı altında ilk komiks isə 1980-ci ilin noyabrında nəşr olunmağa başlamışdır. == Komiks tarixi == İlk dəfə 1975-ci ildə "Gecə Qurdadamı" komiksinin 32-ci buraxılışında oxucuların qarşısına çıxmışdır. Duqlas Monç və Don Perlin tərəfindən yaradılan bu personaj bu komiksdə bir qurdadamını tutub Komitə adlı mafiyaya təhvil vermişdir. Daha sonra bu personaj tərəf dəyişdirmişdir və məlum olmuşdur ki, bununla mafiya haqqında gizli məlumatları əldə etmək üçün etmişdir. Az görsənsə də, oxuyucular tərəfindən sevilmişdir. 1980-ci illərə qədər Ay cəngavəri ancaq "Marvel Spotlight" komiksinin 28 və 29-cu saylarında görünmüşdür. Bundan başqa oxuyucular onunla "Möhtəşəm Hörümçək-adam" jurnalının 22 və 23-cü buraxılışlarında, "Halk", "MK", "Müdafiəçilər", "Marvel Preview" komikslərində də qarşılaşmışdırlar.
Bala Kəngərli
Bala Kəngərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Bala Kəngərli (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Böyük Kəngərli
Böyük Kəngərli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Böyük Kəngərli oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Yuxarı Şirvan kanalının sahilində, Şirvan düzündədir. Etnotoponimdir. Birinci komponent ərazinin sahəsinin genişliyini bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 638 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Böyükdüz (Kəngərli)
Böyükdüz (əvvəlki adı: Böyük Düz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kəndi Əliabad kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Düz kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kənd inzibati ərazi dairəsi tərkibindəki Böyük Düz kəndi Böyükdüz kəndi, Böyük Düz kənd inzibati ərazi dairəsi Böyükdüz kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Böyükdüz Araz çayının sol sahili boyu uzanır. Düzənliyin ümumi meyli Arazın yatağına doğrudur. Yarımsəhra təbiətə malik olan bu ərazidən qış otlağı kimi istifadə edilir. Oronim düzün sahəsinin genişliyini bildirir. Ərazidə Böyükdüz dağı da vardır. Hün. 957 m.
Bəhruz Kəngərli
Bəhruz Kəngərli (tam adı: Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli; 10 (22) yanvar 1892, Naxçıvan – 7 fevral 1922, Naxçıvan, Naxçıvan Sovet Sosialist Respublikası) — Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı.Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir. == Həyatı == === Erkən illəri === Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib. Bu izdivacdan iki qızı — Tahirə və Mənsurə anadan olub. 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya kəbin edilib. Bu evlilikdən üç uşaq — Davud, Rüstəm və Gültac dünyaya gəlib.Atası Şirəli bəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir. O, oğlunu "Xeyriyyə" adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Bəhruz Kəngərli atasının evə gətirdiyi kitab və şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır. Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz özünün xəyal aləminə qapılaraq bütün vaxtını şəkil çəkməyə sərf edir. Atasının abunəçi olduğu "Molla Nəsrəddin" jurnalını varaqlamaq Bəhruzun mənəvi aləminə qida verir.
Cəngi
Cəngi (rəqs) — Rəqs növü. Cəngi (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Cəngi (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Cəngi GK — Güləş Klubu.
Fikrət Kəngərli
Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929, Naxçıvan – 14 sentyabr 1992, Bakı)—Azərbaycan Dəmiryol idarəsi rəisi == Həyatı == Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdu. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləmişdi. Fikrət Kəngərli 1976–1979-cu illərdə Bakı metropoliteninin,1979–1983-cü illərdə Azərbaycan Dəmiryolunun rəisi vəzifələrində çalışmışdı. Fikrət Kəngərli 14 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.
Govurqala (Kəngərli)
Govurqala — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun eyniadlı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid şəhər yeridir. Şəhər-qala e.ə III-II minillikləri əhatə edən dövrlərə aiddir, Naxçıvan şəhərindən 35 km şimal-qərbdə, Araz çayının sol sahilində Şahtaxtı kəndi yaxınlığında. Azərbaycan hökuməti tərəfindən dövlət əhəmiyyətli arxeoloji ərazilər siyahısına daxil edilmişdir. Abidənin sahəsi təqribən 2 hektardır. Abidənin üzərində və ətrafında aşınma nəticəsində dağılmış daş və torpaq yığıntılarından ibarət tikinti qalıqları izlənilməkdədir. 1936 və 1979-1990-cı illərdə abidədə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmiş mədəni təbədə tikinti qalıqları, əmək alətləri, gil qab sınıqları və çürüntü qarışığından ibarət olub 3-4,5 metr qalınlığındadır. İri daşlardan tikilmiş möhtəşəm qala divarının və yaşayış binalarının qalıqları xüsusi maraq doğurur. Qala divarının eni 2,2 – 2,6 metr, dövrümüzə çatan hündürlüyü 1,2 – 2,45 metrdir. Qala divarlarının inşa edildiyi dövrdə Şahtaxtı qala-şəhər tipli yaşayış yerinə çevirilmiş, Naxçıvanın iri tayfa ittifaqlarından birinin mərkəzi olmuşdur. Şahtaxtında dulusçuluq, metalişləmə, zərgərlik və sair peşələr yüksək inkişaf etmişdir.Buradan tapılmış zəngin boyalı keramika nümunələri, silindrik möhürlər (e.ə.
Göz rəngləri
Göz rəngi — göz rəngi iki müxtəlif amillə müəyyən edilən poligenik fenotipik əlamətdir. İrisiyyətin piqmentasiyası və irisin stromasında bulanıq mühit tərəfindən işığın səpilməsinin tezlikdən asılıdır. İnsanlarda irisin piqmentasiyası irisin piqment epitelində melaninin konsentrasiyasından, irisin stromasında (ön irisin üzərində yerləşir) melaninin miqdarından asılı olaraq açıq qəhvəyidən qara rəngə qədər dəyişir. İnsan irisində və ya göz mayesində nə mavi, nə də yaşıl piqmentlər heç vaxt mövcud deyil. Beləliklə, göz rəngi struktur rəng nümunəsidir və xüsusilə açıq gözlər üçün işıqlandırma şərtlərinə görə dəyişir. Bir çox quş növünün parlaq rəngli gözləri pteridinlər, purinlər və karotenoidlər kimi digər piqmentlərin varlığının nəticəsidir . İnsanlarda və digər heyvanlarda çoxlu fenotipik göz rəngi variasiyaları var. İnsanlarda göz rənginin genetikası və irsiyyəti mürəkkəbdir. İndiyə qədər 15-ə qədər gen göz rənginin miras qalması ilə əlaqələndirilib. Mavi gözlərin sadə bir resessiv xüsusiyyət olduğuna dair əvvəlki fikirlərin yanlış olduğu göstərildi.
Gürcü xəngəli
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
Keçəltəpə (Kəngərli)
Keçəltəpə – Kəngərli rayonu ərazisində dağ (hünd. 2744,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Cəhriçayın sağ qolu Lizbirtçayın mənbə hissəsində zirvə. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş sıldırım yamaclı kəsik konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.
Kəngərli (Ağdam)
Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Kəngərli kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Ağdam rayonuda yerləşən 3 Kəngərlidən biri Ağdam şəhərindən 5 km şimal-şərqdə Ağdam-Bərdə şose yolunun sağ sahilində, məşhur Uzundərə adlanan dərənin sağ sahilində yerləşir. Kənd Pirhəsənli tirəsinə aid olduğu (müdriklərin söyləmələrinə görə) üçün kəndə Pirhəsənli-Kəngərlisi deyilir (Ağsu rayonunda yerləşən Pirhəsənli camaatı ilə eyni tirədəndirlər). Uzundərənin sol sahilində daha 2 kiçik kənd Kəngərli tayfasına aid edilir. 1-ci kənd Şirvanlı, 2-ci kənd Qaraağaclar (1963-cü ilə kimi Kəngərli adlanıb) adlanır. Camaat öz aralarında sağ sahildəki kəndi o tay, soldakı kiçik kəndləri bu tay deyə fərqləndirirlər. 1993-cü ilə kimi o tay Kəngərlidə təxminən 300-350 ev, bu tayda Şirvanlıda 25-30, Qaraağaclarda isə 60 ev var idi.
Kəngərli (Meşkinşəhr)
Kəngərli (fars. كنگرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 580 nəfər yaşayır (146 ailə).
Kəngərli (Salmas)
Kəngərli (fars. كنگرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,247 nəfər yaşayır (298 ailə).
Kəngərli (Tərtər)
Kəngərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Tərtər rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Oykonimlər peçeneqlərin tərkib hissəsi olan qədim türk mənşəli kəngərli tayfasının adı ilə bağlıdır. Mənbələrə görə, eramızın əvvəllərində Hündürlüyüların tərkibində Cənubi Qafqaz ərazisinə gəlmiş kəngərlər Azərbaycan ərazisində əsasən iki zonada — Naxçıvanda və Azərbaycanın qərbində məskunlaşmışlar. V əsrə aid mənbədə kəngərlərin Ermənistan-Albaniya sərhədində, Albaniyanın q. sərhədində və indiki Qukasyan (Ermənistan) ərazisində yaşamaları göstərilir. Kəngərlər Ermənistan ərazisindəki Kəngər dağları (hazırda Qukasyan rayonu ərazisində Kəngərdağ adlı dağ var) ətrafından Kür vadisinə — Kəngər əyalətinə gəlmişlər. VII əsr erməni mənbəyinə əsasən, İberiyada (güman ki, Albaniyanın Gürcüstanla sərhədində) Kəngər əyaləti olmuşdur. Erkən orta əsrlərdə həmin zonada yaşayan qazaxların tayfa birliyinə kəngərli tirəsi də daxil idi.
Kəngərli FK
"Kəngərli" — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Kəngərli eli
Kəngərli eli — Azərbaycan türklərinin etnogenezində iştirak etmiş türk mənşəli tayfalardan biri. Mənbələrdə bu tayfanın adı V əsrdən çəkilir. Onlar əsasən Naxçıvan bölgəsində məskunlaşsalar da Qərbi Azərbaycan (indiki Ermənistan) və Qafqaz Albaniyasının Qərb torpaqlarında da (Borçalı, Göyçə gölü hövzəsi) məskun idilər. Tarixşünaslıqda kəngərlərin türkmənşəli olmasına heç kəs şübhə etmir. Azərbaycan ərazisində Kəngərli toponimləri də bu tayfanın adını əks etdirir. Səfəvilər dönəmində Qızılbaşlar tayfa ittifaqına qatılan Ustaclı elinin bir qolu idi. Sonra oymaq şəklindən çıxıb müstəqil elə çevrildi. Elin təşkil olunmasında Ustaclı tayfasının Kərəmpa oymağı eləcə də Qızıllı oymağı iştirak etmişdi. Kəngərli eli Naxçıvanda müstəqil xanlıq qurmuşdu. == Elin oymaqları == Kəngərli eli bir çox qollara bölünmüşdü.
Kəngərli rayonu
Kəngərli rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Ərazisi şimal-şərqdə Ermənistan Respublikası, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 681,94 km2 -dir. Rayonda 1 qəsəbə, 10 kənd vardır. Mərkəzi Qıvraq qəsəbəsidir. Arazboyu sahə Kəngərli düzü adlanır. Dərələyəz silsiləsinin rayonun ən yüksək dağ zirvələri: Keçəltəpə(2744 m ), Qaraquş (2600 m ), Anabadgədik dağı (2081 m ), Qabıllı (1125 m ), Xok (1063 m ), Tənənəm dağı (1007 m ), Tazıuçan dağı (935 m ), Binədüz dağı (885 m ) Rayon ərazisində bir çox faydalı qazıntı, o cümlədən əhəgdaşı və travertin yataqları vardır.Şahtaxtı-Xok daş karxanaları burada yerləşir. == Toponimi == Kəngərli rayonu 19 mart 2004-cü ildə təşkil edilmişdir. Kəngərlər Azərbaycanın etnogenezində iştirak etmiş ən qədim və önəmli 4 prototürk tayfalarından (hun, quz-oğuz, qıpçaq, kenq) biridir. Aral dənizi ilə Balqaş gölü arasında türk əsilli Kang (Kəng) dövləti mövcud olmuşdur.
Kəngərli süvariləri
Kəngərli süvariləri — 1828-1856-cı illərdə rus ordusunda kəngərlilərdən ibarət ordu birliyidir. Naxçıvanlı Ehsan xanın başçılığı altında Rusiya-Osmanlı müharibəsində iştirak etmişdilər. == Tarixi == Bəylər ordu birliyini idarə etmək üçün epaulet, naib və vəkillərdən istifadə edirdilər. 1828-1829-cu illər Rusiya-Osmanlı müharibəsində müasir Türkiyə ərazisində yerləşən Oltu qalasının alınmasında iştirak etmişdilər. 1830-cu illərdə 350 süvaridən ibarət birlik döyüşə hazır vəziyyətdə saxlanılırdı və ordunun saxlanması üçün ləğv edilmiş Naxçıvan xanlığı ərazisindən 8400 rubl yığılırdı. 1837-ci ildə Ehsan xanın qardaşı Fərəculla bəyin başçılıq etdiyi yüzlərlə kəngərli süvarisi dünyanın sonunun gəlməsi ilə bağlı söhbətlər aparan Molla Məmməd Sadığı həbs etdi. 5 oktyabr 1837-ci ildə, Qafqaza səyahət zamanı Rusiya imperatoru Nikolay Kəngərli süvarilərini seyr etdi və onları "müqayisəolunmaz" adlandırdı. Azərbaycanlı tarixçi Fərhad Nağdəliyev hesab edir ki, Nikolay Kəngərli süvarilərinin mükəmməlliyini gördükdən sonra konvoyunda Azərbaycan əsilzadə ailələrinin nümayəndələrindən ibarət olan bir müsəlman dəstəsi yaratmağı əmr etmişdir. 1850-ci ildə əvvəllər hərbi idarəyə tabe olan Kəngərli süvari dəstəsi mülki rəhbərliyə verildi və Naxçıvan qəzasında polis, sərhəd və gömrük-karantin keşikçisi vəzifələrini icra etməyə başladı. Krım müharibəsi zamanı kəngərli süvariləri Qafqaz cəbhəsində fəaliyyət göstərirdilər.
Çanqırı
Çanqırı — Türkiyənin Çanqırı ilinin inzibati mərkəzi.
Çelgerd
Çilgird— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Kuhrəng şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,708 nəfər və 539 ailədən ibarət idi.
Çelqerd
Çilgird— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Kuhrəng şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,708 nəfər və 539 ailədən ibarət idi.
Çelqərd
Çilgird— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Kuhrəng şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,708 nəfər və 539 ailədən ibarət idi.
Cenerik
Cenerik (ing. generic drug ) tərkibində kimyəvi maddə olan dərman - dərmanı ilkin olaraq işləyib hazırlayan şirkət tərəfindən patentləşdirilmiş ilə eyni olan əczaçılıq inqridienti. Cenerik dərmanlar patentin müddəti bitdikdən sonra və müvafiq olaraq patent sahibinin inhisarında digər istehsalçılar tərəfindən beynəlxalq qeyri-patent adı altında və ya dərman preparatını tərtib edənin əmtəə nişanından fərqlənən ad altında istehsal edilir və satılır.Kimyəvi dərmanlardan fərqli olaraq, bioloji dərmanlar orijinal olanlarla tamamilə eyni deyil və biosimilar və ya bioanaloqlar adlanır. == Terminin istifadəsi == "Cenerik" sözünün transliterasiyası ing. generic, yəni “ümumi, daha ümumi” , bu sözün əks mənası specific isə “xüsusi, konkret” deməkdir. Deməli söhbət qeyri-spesifik, yəni ümumi kimyəvi adlardan gedir ki, bu dərmanların satıldığı firmaya xas olan orijinal ticarət adlarından fərqli olaraq dərman maddəsinin ilkin tərkibindən gedir. Misal üçün - məşhur spazmolitik dərmanın markası " No-Spa " (Spazmaya yox və ya Yox-Spazm), onun ümumi analoqu isə əsas aktiv maddə "drotaverin hidroxlorid"in kimyəvi adı altında istehsal olunması. == Ceneriklərin istehsal təcrübəsi == İnnovativ dərman üçün patent mühafizəsi hər hansı bir ölkənin patent qanunvericiliyindən asılı olaraq dəyişir.(məsələn, ABŞ-da 12 il , Rusiyada 25 ilə qədər ). Patentin və ya digər müstəsna hüquqların müddəti bitdikdə, dərman vasitəsinin satışına qoyulan qanuni məhdudiyyətlər qüvvədən düşür. Bu andan etibarən, dərman istehsal texnologiyasını mənimsəmək imkanı olan hər hansı bir firma (istehsal metodunun patent şəffahlığını qorumaq şərti ilə) preparatı bazara çıxarmaq imkanı əldə edir.
Çədəri
Cadarı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 523 nəfər əhali yaşayır.
Çənbər
Çənbər — adətən plastik və metal materialdan hazırlanan dairə şəklində olan devrik. == Tarixi == İnsan bədəninin müxtəlif yerlərində (əsasasən də bel nahiyyəsində) çevrilən halqa şəkilli bu oyuncaq şəklində olmasına baxmayaraq, gümrah qalmaq üçün və ya şou məqsədilə çox geniş istifadə edilir.
Apium celleri
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Atnalı yengəci
Atnalı yengəci (lat. Limulus) — atnalı yengəcləri fəsiləsinə aid heyvan cinsi.
Benderı (Moldova)
Benderı (mold. Bender/Бендер; rus. Бендеры) və ya Bəndər, həmçinin Tigina (rum. Tighina) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. == Tarixi == XIII əsrdə tatarların bura hakim olduqları məlumdur. Onlar bu keçidi mühafizə etmək məqsədilə kiçik bir keşik qalası tikmişdilər. Bəndər bir keçidi və ya boğazı qoruyan qarovul məntəqəsinə deyilirdi. 1484-cü ildə Bəyazid xan və Gedik Əhməd Paşa Bəndəri möhkəm hərb qalası kimi bərpa etdilər. Hazırda Bəndər şəhərində XIV–XV əsrlərə aid türk qalası və Süleyman xan camisi durmaqdadır. Bəndər şəhərində iki dəfə olmuş Övliya Çələbi qalanı alınmazlığına və əminliyinə görə "Aman yeri Bəndərabad" adlandırır.
Bidens engleri
Bidens engleri (lat. Bidens engleri) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Bursa heegeri
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.