Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elektrik cərəyanı
Elektrik cərəyanı – elektronların və ya ionların materialda və ya vakuumda nizamlanmış hərəkətinə deyilir. Sükunət halındakı istənilən yüklü zərrəciyi hərəkətə gətirmək olar. Bu zaman Lorens və ya Kulon qüvvələrinin təsirindən istifadə olunur. Elektrik cərəyanı – yüklü hissəciklərin nizamlı hərəkətinə deyilir. Cərəyan şiddəti — ədədi qiymətcə d t {\displaystyle dt} müddətində naqilin en kəsiyindən keçən d q {\displaystyle dq} yükünün bu yükün keçmə müddətinə olan nisbətinə bərabərdir: I = d q d t {\displaystyle I={dq \over dt}} Onda xüsusi halda sabit cərəyan ( I = c o n s t {\displaystyle I=const} ) üçün alarıq: I = q t {\displaystyle I={q \over t}} Elektrik yükü vahidi – cərəyan şiddəti 1 A olan naqilin en kəsiyindən 1saniyədə keçən yük götürülür və fransız fiziki Kulonun şərəfinə 1 Kulon (1Kl) adlandırılır. Yəni, elektrik yükü vahidi törəmə vahiddir. 1 Kl = 1 A·san. Cərəyan şiddəti nəzəri olaraq I = q n v S {\displaystyle I=qnvS} düsturu ilə də hesablanır. Burada, q {\displaystyle q} — zərrəciyin yükü, n {\displaystyle n} — konsentrasiyası, v {\displaystyle v} — nizamlı hərəkət sürəti, S {\displaystyle S} isə naqilin en kəsiyinin sahəsidir. Ampermetr – cərəyan şiddətini ölçən cihazdır.
Florida cərəyanı
Florida cərəyanı — Atlantik okeanın ərazisindən keçən isti dəniz cərəyanı. Amerikanın cənub-şərq sahillərindən hərəkət edir. Karib cərəyanının davamıdır. Şərqə doğru istiqamətlənərək Florida boğazından keçir. Bundan sonra Baham adaları sahillərinə yönəlir. Burada Antil cərəyanı ilə birlikdə Qolfstrim cərəyanını əmələ gətirir. Sürəti 1,8 m/s təşkil edir.
Folklend cərəyanı
Folklend cərəyanı— (və ya Malvin cərəyanı) Pataqoniyanın Atlantik okeanı sahili boyu şimala doğru, Rio de la Platosunun ağzına qədər uzanan soyuq okean cərəyanıdır. Cərəyanın orta sürəti 0,9–1,9 == Xüsusiyyətləri == Cərəyan Qərb küləkləri soyuq cərəyanının Cənibi Amerikanın Horn burnu ətrafında hərəkəti nəticəsində formalaşmışdır və Qərb küləkləri cərəyanının bir qolu hesab edilir. Adını Folklend adalarından götürmüşdür (ispanca: Island Malvinas). Folklend soyuq cərəyanın suları isti iqlimə malik Argentina dənizində tropik Braziliya cərəyanı ilə qarışır. Cərəyan ekvatora doğru axaraq, soyuq və nisbətən şirin subantarktik suyunu daşıyır. Qərb küləkləri cərəyanının qoludur. Saniyədə bir metrdən yarım metrə qədər dəyişən sürətlə 60–90 Sv suyu daşıyır. Cərəyanın olduğu sahədə hidroloji məlumatlar çox azdır ve buna görə müxtəlif hidroqrafik dəyişkənliklərdə böyük səhvlər olur. Folklend cərəyanı Braziliya səth axımı kimi deyil, ancaq dəniz zəminə qədər uzanır. Cərəyan üçün tipik su temperaturu 6° C ətrafında, duzluluq isə 33.5–34.5 promildir.
Kaliforniya cərəyanı
Kaliforniya cərəyanı— Sakit okeanda Şimali Amerikanın qərb sahilləri boyu cənub istiqamətində axan soyuq okean cərəyanıdır. Cərəyan Britaniya Kolumbiyasının cənubundan başlayır və Kaliforniya yarımadasının cənubunda sona çatır. Şimali Amerikanın sahil zonalarına təsirinə görə şərqi sərhəd axımı hesab olunur. Həmçinin, cərəyan yüksək təzyiq sahələrinin 5 əsas cərəyanlarından biridir. Digərləri Peru cərəyanı, Kanar cərəyanı, Bengel cərəyanı və Somali cərəyanıdır. Kaliforniya cərəyanı Sakit okeanın şimal kütləsinin əhatə edən böyük bir dönən su axımıdır. == Həmçinin bax == Sakit okean Kaliforniya yarımadası Dəniz cərəyanları == Xarici keçid == Okeanda suyun hərəkəti == Ədəbiyyat == Mann, K. H.; Lazier, J. R. N. (2006). Dynamics of Marine Ecosystems: Biological-Physical Interactions in the Oceans (3rd ed.). Blackwell Publishing. pp.
Kamçatka cərəyanı
Kamçatka cərəyanı— Sakit okeanın Sibir sahilləri və Kamçatka yarımadası sahilləri boyunca Berinq boğazından cənub-qərb istiqamətində axan soyuq okean cərəyanıdır. Sonra bu cərəyanın bir hissəsi Oyashio cərəyanı olur, qalan hissəsi isə daha isti Şimali Sakit okeanı cərəyanı ilə birləşir.
Kanar cərəyanı
Kanar cərəyanı— Şimali Atlantik sprilvari hərəkətinin bir hissəsi olub, soyuq okean cərəyanıdır. Bu cərəyanın şərq sərhədləri Şimali Atlantik cərəyanının cənubundan keçir və cənub-qərbə doğru Seneqala qədər axır, sonra Atlantik Şimali Ekvatorial əks cərəyanına birləşir. Cərəyan adı Kanar adalarının adıyla adlandırılmışdır. Arxipelaq Kanar cərəyanının hərəkətını qismən əngəlləyir (Gyori, 2007). Bu geniş və yavaş hərəkət edən cərəyanın Mərakeşin qərb sahilləri boyunca erkən Fenikiya naviqasiyasında və məskunlaşmada istifadə edildiyi düşünülür. Antik Fenikelilər yalnız bu cərəyan zona daxilində bir çox balıqçılığı istismar etməklə kifayətlənmədilər, eyni zamanda dəniz gastropod murex növündən Tyrian bənövşəyi boya çıxarmaq üçün bugünkü Essaouira şəhərində olan Iles Purpuraires-də bir zavod qurdular. == Həmçinin bax == Kanar adaları Folklend cərəyanı Braziliya cərəyanı Labrador cərəyanı == Ədəbiyyat == Ansa-Emmin, M. (1982) Fisheries in the CINECA region. Rapp. P.-v. Reun.
Kromvel cərəyanı
Kromvel cərəyanı — Sakit okeandan keçən soyuq dəniz cərəyanı. Cənubi Passat cərəyanından (154°—150° q.u.) başlayaraq Qalapaqos adalarına qədər uzanır. 6500 km məsafədə hərəkət edir. Axının sürəti 70 sm/s — 150 sm/s arasında dəyişir. Cərəyanın eni 300 km-dir. Cərəyan 1952-ci ildə ABŞ okeanoqrafı Tounsend Kromvelin rəhbərliyi altında aşkarlanmışdır. Cərəyan elə onun adını daşıyır. == Mənbə == Kromvel cərəyanı.
Kurosio cərəyanı
Kurosio cərəyanı — Sakit okeanın şimal-qərb hissəsində şimala doğru axan isti okean cərəyanıdır. Cərəyan Atlantik okeanda Qolfstrim cərəyanı ilə oxşardır və Sakit okeanın şimal axınının bir hissəsidir. Qolfstrim kimi güclü bir qərb sərhəd axımıdır. == Fiziki xüsusiyyətləri == Kurosio cərəyanı Luson adası, Filippin adaları və Tayvanın şərq sahillərindən başlayır və Şimali Sakit okean cərəyanının şərqə doğru birləşdiyi Yaponiyanı keçib, şimal-şərqə doğru axır. Cərəyan Qolfstrim cərəyanının analoqudur və isti, tropik suyu şimala doğru qütb bölgəsinə daşıyır. Cərəyan bəzən Qara axım kimi tanınır - kurosionun ingilis dili tərcüməsidir və suyunun dərin mavisinin bir mənbəyidir - və həmçinin, "Yaponiya cərəyanı" (日本 海流 Nihon Kairyū) kimi də tanınır. Yaponiyanın cənubundakı Kurosio yolu hər günü bildirilməkdədir. Cərəyanın həmsərhədləri şimalda Şimali Sakit okean cərəyanı, şərqdə Kaliforniya cərəyanı və cənubda Şimali Passat cərəyanıdır. Kurosio cərəyanının isti suları dünyanın ən şimal mərcan rifi olan Yaponiyanın mərcan riflərini qoruyur. Yapon dənizinə daxil olan qolu Tsuşima cərəyanı (対 馬海 流 Tsushima Kairyū) adlanır.
Labrador cərəyanı
Labrador cərəyanı— Şimal Buzlu okeanın cənub hissəsindən Atlantik okeanın şimal hissəsinə Labrador yarımadası sahillərindən boyunca cənuba doğru axan Nyufaundlend ətrafındakı soyuq okean cərəyanıdır, cənuba doğru Yeni Şotlandiyanın şərq sahillərinə davam edir. Cərəyan Qərbi Qrenlandiya cərəyanı və Baffin adası cərəyanının davamıdır. == Xüsusiyyətləri == Labrador cərəyanı Nyufaundlendin cənub-şərq hissəsində isti Qolfstrim cərəyanı ilə qarşılaşır. Bu iki cərəyanın qarışması güclü duman yaradır və dünyanın ən zəngin balıqçılıq sahələrindən birini yaratdı. Yazda və yayın əvvəlində bu cərəyan Qrenlandiyanın cənub hissələrinin buzlaqlarından aysberqləri Trans-Atlantik gəmiçilik zolaqlarına aparır. Labrador cərəyanının suyu Kanadanın Atlantik əyalətlərinə və Mainin cənubundan Massaçuetə doğru ABŞ-nin şimal-şərq sahillərinə soyuq təsir edir . Labrador cərəyanının axımı böyük bir barotropik komponentdən ibarətdir. Erkən hesablamalar, əhəmiyyətli bir barotropik axın komponentinin nəticəsi olaraq, cərəyanın geostrofik hesablamalardan 30% daha güclü ola biləcəyini göstərir (Hayes və Robe, 1978). Greenberg və Petrie (1988) axımın ümumi nəqliyyatını 7.6 sverdrup hesablamışlar (Bir sverdrup (Sv) saniyədə 106 m3-ə bərabərdir). Geostrofik nəqliyyat sadəcə 4,1 Sv (IIP bölmələrinə əsasən) hesablanmışdır.
Lomonosov cərəyanı
Lomonosov cərəyanı — Atlantik okeanının Ekvatorial qurşağından keçən soyuq dəniz cərəyanı. Bu cərəyan Atlantik okeanında 14 aprel — 7 iyul 1959-cu il 5-ci sovet elmi-araşdırma ekspedisiyası Mixail Lomonosov gəmisində tədqiqat işi apararkən aşkarlanmışdır. Ekvatorun 30° q. uzunluğunda, Cənubi Passat cərəyanının sərhədi boyunca şərq istiqamətində hərəkət edir. Orta sürəti 96 sm/s, maksimal sürəti isə 119 sm/s təşkil edir. Lomonosov cərəyanı 200 km enə və 150 m dərinliyə sahibdir. Bu cərəyan Braziliya sahillərindən başlayır (5 °C. e) və Qvineya körfəzi ahillərinə kimi davam edir. Cərəyanın ən güçlü hissəsi 50-125 metr dərinlikdən keçir. Cərəyanın temperaturu 20°С-dir. Bu isə digər ərazilərdən 5°С aşağıdır.
Madaqaskar cərəyanı
Madaqaskar cərəyanı — Hind okeanının qərbində, Madaqaskar adasının cənub və şərq sahilləri boyunca hərəkət edən isti dəniz cərəyanı. Cənub, cənub-qərbə doğru km/s sürətlə hərəkət edir. Suyunun temperaturu 26 °С təşkilm edir. Duzluğu 35 ‰-dir. Cənub-qərbdə İynə burnu cərəyanı ilə birləşir.
Mozambik cərəyanı
Mozambik cərəyanı — Hind okeanının Mozambik boğazında Afrikanın şərq sahilləri boyunca Mozambik və Madaqaskar adası arasında cənuba doğru axan isti okean axınıdır. Mozambik cərəyanının klassik tərifi- güclü, davamlı, qərb sərhəd axımıdır. Müasir tədqiqatlar bu fərziyyəyə etiraz etmiş və göstərmişdir ki, güclü qərb sərhəd axımı ilə yanaşı, boğazda tez-tez bir sıra böyük anti-siklonik burulğanlar olur. Bu burulğanlar üçün sübutlar peyk altimetriyası məlumatlarında, gəmi sorğularında və aparılmış bir çox ölçmə qeydlərində tapılmışdır. İki ildən artıq aparılmış eyni axım ölçmə qeydləri Mozambik sahilləri boyunca güclü, davamlı axın, əsasən sabit bir Mozambik cərəyanı anlayışını ortadan qaldırır. Buna baxmayaraq, Mozambik cərəyanının qısamüddətli zamanlarda meydana gəlməsi ehtimalını istisna etmək mümkün deyil. Həqiqətən də, Mozambik boğazının rəqəmsal model görüntüləri Mozambik sahilində burulğanlar arasında bir axımın görünüşünü göstərir. Mozambik boğazı burulğanları cənuba doğru genişlənən böyük, isti, anti-siklonik burulğanlardır. Bu burulğanların diametri 300 km-ə qədər çatır və maksimal dövretmə sürət həddi təxminən 1 m/san olur. Burulğanların formalaşmasının dəqiq səbəbləri və yeri hələ də müzakirə olunmaqdadır.
Nordkap cərəyanı
Nordkap cərəyanı — Skandinaviya və Kola yarımadaları sahilindən keçən isti cərəyan. Suyunun temperaturu yayda +5…+8 °C, qışda isə +2…+5 °C olur. Sürəti 0,9–1,8 km/s təşkil edir. Nordkap cərəyanının hesabına Barens dənizinin cənub qərbi qışda donmur. Cərəyan 1870-ci ildə rus araşdırmaçısı Aleksandr Middendorf tərəfindən kəşf edilmişdir.
Norveç cərəyanı
Norveç cərəyanı və ya Norveç axını — Norveç dənizindən keçən isti cərəyan. Cərəyan 50–100 metr dərinliklə hərəkət edir. Cərəyan Şimali Atlantika cərəyanının davamını təşkil edir. Suyunun duzluğu 34–35 ‰-dir. Suyunun temperaturu yayda +10…+12 °C, qışda isə +5…+7 °C olur. Sürəti 30 sm/s təşkil edir. İqlimi Skandinaviyaya uyğundur. Norveç cərəyanının qolları isə Nordkap və Şpitsbergen cərəyanlarıdır. Cərəyanların ayrılması 67° şm. e.
Oyaşio cərəyanı
Oyaşio cərəyanı— Oxot və ya Kuril cərəyanı kimi tanınan Oyashio (親 潮, "Parental Tide"), Sakit okeanın şimal hissəsinin qərbində cənuba axan və saat əqrəbinin əksinə fırlanan soyuq okean cərəyanıdır. Oyaşio cərəyanının suları Şimal Buzlu okeanında meydana gəlir və Berinq boğazından cənuba doğru Berinq dənizinə keçərək, Şimal Buzlu okeanın soyuq sularını Sakit okeana və Oxot dənizinə daşıyır. Yaponiyanın şərq sahillərində Kurosio cərəyanı ilə toqquşur və Şimali Sakit okean dreyfini yaradır. Qida maddələri ilə zəngin olan Oyaşio cərəyanı dəniz canlılarını bəsləyən, bəsləyən ana rolu ilə məcazi olaraq adlandırılmışdır. Cərəyanın Rusiyanın Uzaq Şərq ərazilərinin, xüsusilə Kamçatka və Çukotun iqliminə mühüm təsiri var, harada ki, ağac artımının şimal sərhədi on dərəcəyə qədər cənuba daxili Sibirə hərəkət edir. Oyaşio cərəyanının suları soyuq suyun tərkibində olan yüksək miqdarda qida maddələrinə görə dünyada ən zəngin balıqçılıq sahəsindən birini formalaşdırır. Bununla yanaşı, Oyashio cərəyanı Vladivostokun buz dövründə isti liman olmağa və buzqıran gəmilərinin qışda açıq qalmasını tələb edir. Buna baxmayaraq, bu, Oxot dənizindən balıqların məhsuldarlığına nisbətən az təsir göstərir, çünki böyük dalğalar donmanın asanlıqla baş verməsini imkan vermir.
Peru cərəyanı
Peru cərəyanı (və ya Humbolt cərəyanı)— Sakit okeanda Cənubi Amerikanın qərb sahillərindən şimal istiqamətdə axan soyuq okean cərəyanıdır. Cərəyanın Humbolt adı Prussiya təbiətşünası Aleksandr fon Humboldtun adından götürülmüşdür. 1846-cı ildə Humbolt "Cosmos" adlı kitabında bu soyuq axımın ölçülərini vermişdir. Cərəyan cənuda Çilidən (~ 45° c.en) şimalda Peruya (~ 4°S) qədər uzanır və soyuq, yüksəlmiş sular Ekvator cəbhəsi yaratmaq üçün isti tropik sularla kəsişir. Peru sahillərində dəniz səthinin temperaturu 5°C-dən 16°C-dək aşağı temperatura çatır. Digər bölgələrdə temperaturun 25 ° C-dən yuxarı olması səbəbiylə tropik suların özəlliklləri çox hiss olunmur. Yüksəlmə fitoplanktonu bəsləyən və nəticədə bioloji məhsuldarlığı artıran qida maddələrini səthə gətirir.
Portuqaliya cərəyanı
Portuqaliya cərəyanı — Atlantik okeanının şimal-şərq hissəsindən keçən zəif, sakit isti dəniz cərəyanı. Cənuba doğru istiqamətlənən cərəyan Portuqaliya sahillərindən başlayaraq Kanar adalarının şimalına doğru uzanır. Burada Azor və Kanar cərəyanı ilə birləşir. Bischof, Barbie; Arthur J. Mariano; Edward H. Ryan. "The Portugal Current System" (html). Ocean Surface Currents. University of Miami Rosenstiel School of Marine and Atmospheric Science. 2003. İstifadə tarixi: 2008-12-08.
Primorsk cərəyanı
Primorsk cərəyanı (Liman cərəyanı, və ya Şrenka cərəyanı) — Yapon dənizinin soyuq dəniz cərəyanlarından biri. Primorsk cərəyanı Tatar boğazından başlayır. Xabarovsk və Primorsk diyarlarının sahili boyunca şimaldan cənuba doğru istiqamətdə hərəkət edir. Cərəyanın suları soyuqdur. Amur çayının mənsəbindən başladığından duzluğu azdır. Amur limanına kimi onun duğluğu 5-dən 15 ‰ qədər artır. Ancaq Soya cərəyanının bu arada düzluğu isə 33,8–34,5 ‰ təşkil edir. Cərəyanın güçü 1 km/s olur. Bəzi yerlərdə 2–2,5 km/s çata bilir. Cərəyanın eni 100 km, dərinliyi 50 metrdir Povorotnıy burnu yaxınlığında cərəyan iki qola ayrılır.
Qolfstrim cərəyanı
Atlantik okeanda isti cərəyan.Qolfstrim Cənubi Amerikanın cənub sahillərində formalaşır.Avropanın iqliminə təsir edən əsas amillərdəndir.Dünyanın ən sürətli axını sayılır.
Qvian cərəyanı
Qvian (Karib) cərəyanı — Cənubi Amerikanın şimal-şərq sahillərində axan və Atlantik okeana aid edilən isti cərəyandır, Cənubi Passat cərəyanın bir qoludur. Cərəyan San Roki (Braziliya) burnundan axmağa başlayır, sonra isə Şimali Passat cərəyanına qovuşana qədər Qviana sahilləri boyunca şimal-qərb tərəfə axır. Sürəti 3 km/s daha çoxdu. Cərəyanın orta temperaturu 23-28 arasında dəyişir.
Qviana cərəyanı
Qvian (Karib) cərəyanı — Cənubi Amerikanın şimal-şərq sahillərində axan və Atlantik okeana aid edilən isti cərəyandır, Cənubi Passat cərəyanın bir qoludur. Cərəyan San Roki (Braziliya) burnundan axmağa başlayır, sonra isə Şimali Passat cərəyanına qovuşana qədər Qviana sahilləri boyunca şimal-qərb tərəfə axır. Sürəti 3 km/s daha çoxdu. Cərəyanın orta temperaturu 23-28 arasında dəyişir.
Qvineya cərəyanı
Qvineya cərəyanı — Afrikanın qərb sahilləri boyunca yavaş axan və Atlantik okeana aid edilən isti cərəyan. Qvineya körfəzində qərbdən şərqə axaraq, sonradan cənub istiqamətində dönüş edir. Anqola və Cənubi Ekvator əks cərəyanı ilə birlikdə Qvineya körfəzinin siklon cərəyanını yaradır. Cərəyanlar arasında olan sərhəd mövsümə görə dəyişir, amma təxmini başlanğıcı 10° q.u. sayılır. Suyun orta illik temperaturu 26—27 °C, şərqdən qərbə irəliləyərkən, cərəyanın sürəti azalır. Ən yüksək sürəti gün ərzində 44 km, bəzi hallarda gün ərzində 88 km qədər sürətlənə bilər.
Somali cərəyanı
Somali cərəyanı — Hind Okeanın qərbində Somali və Oman sahillərində hərəkət edən və Atlantik okeanındakı Qolfstrim cərəyanına bənzəyən soyuq okean cərəyanıdır. Somali cərəyanına mussonlar tərəfindən çox təsir göstərilir və okeanın qərb sərhəddində baş verən yeganə böyük yüksəliş sistemidir. Axım tərəfindən yüksəldilən su başqa bir yüksəlmə sistemi ilə birləşir və okeanda ən məhsuldar ekosistemlərdən birini yaradır. Somali cərəyanı cənub-qərb musson və şimal-şərq mussonları təsirlənən mövsümi dəyişikliklər ilə xarakterizə olunur. İyun-sentyabr aylarında isti cənub-qərb mussonları sahil sularını şimal-şərqə doğru hərəkət etdirərək, sahil sularını yüksəldir. Yüksəlmiş su Ekman nəqliyyatı ilə dənizdən keçirilir və açıq dənizdəki yuxarıya doğru səthə gətirilən su ilə birləşir. Dar aşağı səviyyəli olan Findlater atmosfer hava axını, həmçinin, cənub-qərbi musson dövründə inkişaf edir və Somali ve Oman sahillərinə paralel olaraq Hind okeanı boyunca diaqonal zərbələrə səbəb olur. Nəticədə, küləyin sağında Ekman nəqliyyatı yaradılır. Hava axınının mərkəzində su nəqli maksimaldır, sağa və sola doğru azalır. Hava axınının solunda mərkəzə doğru axına nəzərən daha az su hərəkəti var, üst qatda divergensiya yaranır və yüksəliş hadisəsinə baş verir.
Soya cərəyanı
Soya cərəyanı (yap. 宗谷海流) — Yapon dənizinin ən şimal hissəsindən keçən isti dəniz cərəyanı. Son qolosen dövründə Soya cərəyanının sürəti zəyifləmiş Oxot dənizinin cənub hissəsinə təsiri olduqca azalmışdır. Bu baxımda Kiçik Kuril adaları daha çox seçilir. Burada Sakit okeanın ərazisindən keçən soyuq Oyaşio cərəyanı Soya cərəyanının zəyifləməsinə təsir göstərir. Soyanın ən güşlü sıəsiri isə hələ də Saxalin adasının cənub-qərb və cənub hissələrinə, Moneron adasına, Kunaşir və İturup adalarının Oxot dənizi hissələrinə təsir göstərir. Soya cərəyanı öz növbəsində Tsuşima cərəyanınin şimal qolunu təşkil edərək onun güçünün 30 % özü ilə aparır. Burada Primorsk cərəyanının təsiri ilə şimala istiqamətlənir. Laperuz boğazı ilə Soya burnunun yaxınlığından Oxot dənizinə keçir. Burada isə iki qola bölünür.
Dəniz cərəyanı
Dəniz cərəyanları — dünya okeanında və dənizlərdə daimi və dövri axınlar. Daimi, periodik və düzgün olmayan; üst və alt; isti və soyuq cərəyanlar olur. Axının səbəbinə görə küləkli və sıx qatlı cərəyanlar olur. == Təsnifatı == Okeanda suyu hərəkətə gətirən külək və günəşdir. Okeanda suyun dövr etməsi (sirkuliyasiyası) atmosfer sirkuliyasiyasının nəticəsidir. Böyük su kütləsinin okean və ya dənizin bir yerindən digər yerinə aparılması dəniz cərəyanı (axını) adlanır. Okean suyunun hərəkət etmə səbəblərini iki qrupa bölmək olar: xarici və daxili səbəblər. Xarici səbəblərə küləyin okean səthinə təsiri, qabarma əmələ gətirən qüvvələr, atmosfer təzyiqinin dəyişməsi, sahil axını yağıntı və buxarlanmanın təsirindən okean səthi relyefinin dəyişməsi aid edilir. Daxili səbəbə isə sıxlıq sahəsinin üfüqi istiqamətdə eyni (bircinsli) olmaması aiddir. Sıxlığın eyni olmaması isə okean suyunun temperaturunun və duzluluğunun qeyri-bərabər dəyişməsinin nəticəsidir.
Cərəyan
Cərəyan bu mənaları ifadə edə bilər: