Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banbaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Canbala
Can Bala — Azərbaycanın ilk uşaq pop-qrupu. Can Balanın rəhbərləri və yaradıcıları bəstəkar-musiqişünaslar Məryəm Əlibəyli və Natiq Qəzənfəroğludur. Qrup üzvləri Kənan İsmayılov, Tural Hüseyn, Elmira Əliyeva, Ceyran Kərimovadır. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qəmbər Hüseynli, Fikrət Əmirov, Vasif Adıgözəlov kimi korifeylərlə yanaşı, həm özünün, həm də Məryəm xanımın yazdığı mahnılar qrupa çox böyük uğurlar gətirib. Can Bala hazırda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərir. Filarmoniyanın direktoru Fərəh Şəkinskaya qrupun fəaliyyəti üçün imkan daxilində hər cür şərait yaradır. Qrupun orijinal geyimləri üzərində dizayner Gülnarə Xəlilova işləyir. Can Bala pop qrupu üçün müasir rəqslər də qoyulur. Bu rəqslər Xəyal İsrafilov tərəfindən hazırlanır. Mahnıların aranjemanları isə N.Qəzənfəroğluya məxsusdur.
Xanbağı
İranda Xanbağı (Kəleybər) — İranda kənd. Xanbağı (Bicar) Azərbaycanda Xan bağı (Qarabağ) — Azərbaycanın Şuşa rayonu yaxınlığında yer. Xan bağı (Gəncə) — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən tarixi park. Xan bağı (Bakı) — İçərişəhərdə yerləşən tarixi park. Xan bağı (İrəvan) — İrəvan şəhərinin tarixi mərkəzində yerləşən bağ. Xan bağı (Qarabağ) — Xankəndi şəhərinin tarixi mərkəzində yerləşən yer.
Cabanı
Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd. == Tarixi == Cabanı Şamaxı rayonunda kənd. Dağətəyi ərazidədir. Oykonim oğuz tayfalarından birinin adını əks etdirir. Etnotoponimdir. Çəpni, Çəbni, Cabani variantlarında Azərbaycan ərazisində geniş arealda yayılmışdır. Şərqi Avropa düzənliyində də rast gəlinir. == Əhalisi == Kənd əhalisi 472 nəfərdir ki, onunda 190 nəfəri kişi, 282 nəfəri isə qadınlar təşkil edir.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Canbar
Canbar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Canbar kəndi dağ ətəyində yerləşir. Cambar variantında da qeydə alınmışdır. Oykonimi çənbər (dairə) sözü ilə əlaqələndirirlər. Eyni zamanda Candar kimi də yozulur. Candar orta əsrlərdə şərqdə, o cümlədən Azərbaycanda uzun müddət saray vəzifələrindən biri olmuş, "keşikçi, mühafizəçi, cangüdən" mənasında işlənmişdir. Saraydakı xidmətlərinə görə candarlara verilən pay torpaqları onların vəzifə adları ilə də adlandırılmışdır.
Canbaz
Canbaz — Goranboy rayonu ərazisində dağ. Kürək və Buzluq çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1896 m. Farsca canbaz "oyunbaz, kəndirbaz; at minicisi, at dəllalı" deməkdir.
Herald zanbağı
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Ledebur zanbağı
Ledebur zanbağı (lat. Lilium ledebourii) — zanbaqkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir - EN A2c; D. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq oval və ya oval-yumurtavari, tünd-sarı, pulcuqludur. Gövdə hamar, 80-100 sm hündürlükdə, yarpaqlar xətvari və ya dar-xətvari, 10-12 sm uzunluğunda, enində, 3 ədəd qövsvari damarlıdır. Çiçəklərin çox hissəsi 1, bəzən 2-3 ağımtıl və ya sarımtıl, tünd-qırmızı nöqtəlidir. Yarpaqları neştərşəkilli və ya dar-neştərşəkilli, aşağı tərəfdən sıxılmış, orta hissəsi xaricdən burulmuşdur. Tozcuğu ağarmış sarı, qutucuq tırs-yumurtavari, altı qabarıq qanadlıdır. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir.
Xanbağı (Bicar)
Xanbağı (fars. خانباغي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Xanbağı (Kəleybər)
Xanbağı (fars. خان باغي‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (24 ailə).
Xanbağı (Xocalı)
Xanbağı — Azərbaycanın Xankəndi şəhərinin şimal-şərq hissəsində tarixi məhəllə. Keşmişdə Şuşa şəhəri yaxınlığında yaşayış məskəni sayılırdı. Hazırda bu ərazi Xankəndi şəhərinin şimal-şərq ərazisi və tərkibi sayılır. İbrahimxəlil xan tərəfindən salınmış “Xan bağı” adlanan bağ Qarqar çayından çəkilmiş arxla suvarılırdı, bağın yaxınlılğında karvansara, Qarqar çayı sahilində 4 su dəyirmanı vardır. Bağ alma,armud, gavalı,əncir, tut, qoz ağaclarından ibarət idi, və ərazisi 10 hektaradək təşkil edirdi. 12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Bülbül — Azərbaycanın dünya şöhrətli opera müğənnisi Bülbül burada anadan olmuşdur.
Xanbağı (Şuşa)
Xanbağı — Azərbaycanın Xankəndi şəhərinin şimal-şərq hissəsində tarixi məhəllə. Keşmişdə Şuşa şəhəri yaxınlığında yaşayış məskəni sayılırdı. Hazırda bu ərazi Xankəndi şəhərinin şimal-şərq ərazisi və tərkibi sayılır. İbrahimxəlil xan tərəfindən salınmış “Xan bağı” adlanan bağ Qarqar çayından çəkilmiş arxla suvarılırdı, bağın yaxınlılğında karvansara, Qarqar çayı sahilində 4 su dəyirmanı vardır. Bağ alma,armud, gavalı,əncir, tut, qoz ağaclarından ibarət idi, və ərazisi 10 hektaradək təşkil edirdi. 12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Bülbül — Azərbaycanın dünya şöhrətli opera müğənnisi Bülbül burada anadan olmuşdur.
Broun zanbağı
Broun zanbağı (lat. Lilium brownii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü.
Canbaxış Nəcəfov
Canbaxış Əli oglu Nəcəfov – professor == Həyatı == Canbaxış Nəcəfov 1949-cu ilin aprel ayının 1-də Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1966-cı ildə Q.İlyasov adına Qubadlı qəsəbə orta məktəbini bitirib, 1968-ci ildə BDU-nun biologiya fakültəsinə qəbul olub. 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan EA-nın Zoologiya İnistitutunun aspiranturasına qəbul olub, 1980-cı ildə uğurla namizədlik dissertasiyasını müdafiə etmişdir. Alim 1992-ci ildə Respublika Xalq Təhsili Nazirliyinin Baş pedoqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması inistitutunun biologiya və kimyanın tədrisi metodikası kafedrasına baş müəllim, 1995-ci ildə həmin kafedranın müdiri seçilir. 1996-cı ildə EA-nın Zoologiya İnistitutunda doktorluq dissertasiyasını mudafiə etmiş, bir il sonra isə professor adını almışdır. 1994-cü ildə ABŞ-nin Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Azərbaycan Tibb Universitetinin professorudur. Universitetin 2007-ci ildən müsabiqə yolu ilə "Tibbi biologiya və genetika" kafedrasının müdiri vəzivəsinə prof. Canbaxış Əli oglu Nəcəfov seçilmişdir və bu günədək həmin vəzifəni icra edir. Onun bir çox əsərləri İngiltərədə, Berlində, Budapeşdə, Helsinkidə, Moskvada, Kiyevdə, Xarkovda, Simferopolda, Sankt-Peterburqda və başqa yerlərdə çap edilmişdir.
Cabanı (dəqiqləşdirmə)
Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd. İkinci Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd.
Cabanı döyüşü
Cabanı döyüşü — 15-ci əsrin sonlarında Azərbaycanda Ağqoyunlu hakimiyyəti zəifləmiş və ölkə 2 yerə bölünmüşdü. Ağqoyunlu hakimiyyətinin zəifləməsi ilə təqiblərə məruz qalan qızılbaşlar öz hakimiyyətlərini qurmaq üçün hərəkətə keçmişdilər. 1499-cu ildə Şeyx İsmayıl Lahicandan Ərdəbilə, oradan isə Ərzincana doğru hərəkətə başladı. Ərzincanda toplanan qızılbaşların qurultayında qərara alındı ki, ilk zərbə qızılbaşların "düşməni" I Fərrux Yasara vurulsun. == Tarixi == === Döyüş qabağı vəziyyət === Şah İsmayılın əmri ilə Bayram bəy Qaramanlı zülqədərlərdən ibarət qüvvə ilə "Qoyun-ölümü" keçidi vasitəsilə Kürü keçməli və Şirvana daxil olmalı idi. Bayram bəy həmin keçidi münasib saymadığı üçün qoşunun çayı keçməsinə icazə vermədi . Lakin I Şah İsmayılın Kür sahilinə çatdıqdan sonra şəxsən at üzərində çayı keçməsi əsgərlərdə ruh yüksəkliyi yaratdı və ardınca qoşun da çayı keçməyə müvəffəq oldu. Qızılbaşların əldə etdiyi məlumatlara görə Şirvanşah qızılbaşların yaxınlaşdığını eşidib və döyüşə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir. Bu xəbəri aldıqdan sonra İsmayıl Şamaxıya doğru hərəkət etmək qərarına gəldi. Lakin İsmayıl şəhərə daxil olsa da, şəhər boş idi.
Canalı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qiyamət anbarı
Qiyamət anbarı — "Qlobal Toxum Anbarı" layihəsidir. Anbarda dünyadakı bütün bitki toxumlarından var. Bill Qeyts də daxil olmaqla dünyanın bütün zənginlərinin uzun illərdir ki, dağın altında anbar yaratdıqları ortaya çıxıb. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır. Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib. Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Təxminən yüz ölkədəki "bitki mənşəli gen bankları"nda olan toxum nümunələri Qiyamət Anbarı (Doomsday Vault) adlandırılan bu nəhəng anbarda yığılır.
Su anbarı
Su anbarı — qədim zamanlardan bəri insanların su ehtiyacını ödəmək və əkinçilik sahələrinin sulanması məqsədiylə inşa edilən su strukturlarıdır. Günümüzün müasir anbarları strateji əhəmiyyətə malikdirlər. Çünki; Enerji istehsalında inkişaf etməkdə olan ölkələrdə böyük pay sahibidirlər. Ölkənin əkinçilik həyatı üçün böyük əhəmiyyət daşıyarlar. Daşqın tədbirə məqsədiylə inşaya edildiklərindən, yıxılmaları halında böyük sahələrdə su basqınları yaşanmaqdadır. Bir ölkənin enerji istehsalının ən təbii və ən ucuz yoludur. Hidroelektrik enerji çıxaran anbarlar, digər enerji istehsal növlərinə görə daha ətrafçıdırlar. Tək son zamanlarda böyük anbarların inşaaları dayandırılmışdır. Sahəsi çox böyük anbarlar, olduğu bölgənin iqlimini dəyişdirməkdə və ekoloji tarazlığı dəyişdirməkdədirlər. Xüsusilə bol yağış alan yerlərdə daşqın tədbiri məqsədiylə məzmunalar, anbarlar və göletler inşaya edilməkdədir.
İkinci Cabanı
İkinci Cabanı (əvvəlki adları: Cabanı; Nikolayevsk; Dzerjinovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun İkinci Cabanı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Dzerjinovka kənd inzibati-ərazi vahidi tərkibindəki Dzerjinovka kəndi İkinci Çabanı kəndi, Dzerjinovka kənd inzibati-ərazi vahidi İkinci Çabanı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kəndin ilk adı Cabanı olmuşdur, adını Cabanı yaylasının yamacında yerləşdiyinə görə almışdı. XIX əsrdə, 1830-cu illərdə burada Çar Rusiyasından gəlmə rus ailələri məskunlaşmış, rəsmən Nikolayevsk adlandırılsa da, yerli əhali arasında Rus Cabanısı kimi tanınmışdır. Sovet vaxtı dövlət və partiya xadimi F.E.Dzerjinskinin (1877-1926) şərəfinə Dzerjinovka adlandırılmışdı. Kəndin adı 5 oktyabr 1999-cu ildən dəyişdirilərək İkinci Cabanı adlandırılmış, beləliklə də qədim Cabanı adı geri qaytarılmışdır. Kəndin hazırkı adının əvvəlindəki "İkinci" hissəsi fərqləndirici komponentdir (Şamaxı rayonunun eyni adı daşıyan Cabanı kəndi ilə səhv salınmaması üçün). Kənd dağətəyi ərazidə yerləşir. Kəndi əhalisinin əksəriyyətini etnik azərbaycanlılar, Axısqa türkləri və ruslar təşkil edir. Kənd əhalisi 479 nəfərdir ki, onun da 243 nəfəri kişi, 236 nəfəri isə qadınlar təşkil edir.
Dəyər anbarı
Dəyər anbarı — mallar, xidmətlər və ya digər aktivlərlə mübadilə üçün uzun müddət yaxşı saxlanıla bilən dəyəri olan likvid aktividir. Pul adətən dəyər anbarı kimi istifadə olunur ki, bu da onun funksiyalarından biridir. Dəyər seçimlərinin digər anbarı çox vaxt zərgərlik, maliyyə alətləridir. == Xüsusiyyətləri == Dəyər anbarı funksiyasını yerinə yetirmək üçün aktiv dəyərin qorunub saxlanmasını və gələcəkdə, o cümlədən iqtisadi dövrün müxtəlif mərhələlərində (tənəzzül və bərpa dövründə) reallaşdırılması imkanını təmin etməlidir. Eyni zamanda, aktivin etibarlılığının yoxlanılması əhəmiyyətli güc və ya xərc tələb etməməlidir. Belə aktivin köçürülməsi üçün əməliyyat xərcləri olmamalı və ya sıfıra yaxın olmalıdır. Əgər aktiv bu tələbi ödəyirsə, o zaman təhlükəsiz aktiv adlanır (ing. Safe Asset). Təhlükəsiz aktivlər aşağıdakı xüsusiyyətlərə malikdir: sabit qiymət; yüksək likvidlik; uzunmüddətli saxlama zamanı minimal risk (həm aktivin zədələnməsi riski, həm də onun köhnəlməsi riski). Aktivlərin təhlükəsizliyi nisbi anlayışdır.
Canbağça
Canbağça — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Osmanlı İmperiyası zamanında hazırkı Türkiyə Cümhuriyyəti ərazisindən Zaqafqaziyaya köç edərək Başkeçid bölgəsində məskunlaşmış və Rusiya İmperiyası təbəliyini qəbul etmiş etnik urumlar tərəfindən 1830-cu ildə salınmışdır. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qaşqatala kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Canbağça kəndi Alagöz dağ silsiləsinin sona çatdığı, Trialet dağ silsiləsinin başladığı ərazidə yerləşir. Kənd inzibati-ərazisinə daxil ən hündür məntəqə Qaraqatlıq zirvəsi adlanır, bu məntəqənin okean səviyyəsindən hündürlüyü 2000 metrdən çoxdur. Qaraqatlıq zirvəsi kənddən 2.5 km uzaqlıqda yerləşir. Qaraqatlığın ətəkləri subalp çəmənlikləri ilə örtülüdür. Kəndin aşağı qismi meşələrlə əhatəlidir. Meşələr çox sayda ağac növləri (qoz, fındıq, böyürtkən, yabanı alma, armud, palıd, fıstıq, vələs, göyrüş, cökə, akasiya, söyüd, alça, yemişan, əzgil və sairə) ilə zəngindir. Sərt iqlimi şəraiti olduğu üçün kənd ərazisində soyuq dövr adətən 180-200 sutka davam edir.
Çanaqçı
Kəndlər Çanaqçı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çanaqçı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Çanaqçı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. (əvvəlki adı: Ağamalı) Çanaxçı (Vedibasar) — Ermənistanın Vedi rayonunda kənd.
Çanaxçı
Kəndlər Çanaqçı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çanaqçı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Çanaqçı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. (əvvəlki adı: Ağamalı) Çanaxçı (Vedibasar) — Ermənistanın Vedi rayonunda kənd.
Çarxaçı
Çarxaçı – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Çarxaçı oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. XIX əsrin əvvəllərində Xaltan kəndindən ayrılmış ailələr tərəfindən salınmış bu kənd sahilində yerləşdiyi Çarxaçu çayının adını daşıyır. Carxacu Quba rayonu ərazisində çay. Gilgil çayının sağ qoludur. Hidronim carx (su üzərində qurulmuş dəzgah) və cu (tat dilində "ağac") sözlərindən düzəlib "üzərində ağacişləmə dəzgahı qurulmuş çay" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 233 nəfər əhali yaşayır.
Uyqar Abacı
Uyqar Abacı (türk. Uygar Abacı) — Türkiyə filosofu, tərcüməçisi. O, İstanbul Texniki Universitetinin sənaye mühəndisliyi fakültəsini bitirdikdən sonra Midlseks Universitetində Müasir Avropa Fəlsəfəsi proqramında magistr dərəcəsi almışdır. O, Kant, Hegel, Marks, Haydegger və təsadüflər nəzəriyyəsi üzərində işləmişdir. Hal-hazırda Boğaziçi Universitetində və Upenndə eyni vaxtda fəlsəfə doktoru təhsilini davam etdirir. O, Kant və ontoteologiya üzərində işləyir.
Danaçı
Danaçı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Danaçı kəndin əsl adı Dinçi olmuşdur. Lakin sonradan Danaçı olaraq respublika tərəfindən dəyişdirilmişdir. Dinçi tələffüz cəhətdən avarca tərcüməsindən din insanı deməkdir. Kənddə avar xalqı yaşayır. Zaqatalanın bir çox kədlərində də avar xalqı yaşayır. Çünki bu ərazilər avar millətinə mənsub olmuşdur. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Kerkini su anbarı
Kerkini su anbarı (yun. Λίμνη Κερκίνη) — Yunanıstanın şimalında, Serre nomunun şimal-qərbində yerləşən su anbarı. Su anbarı Yunanıstan-Bolqarıstan sərhəddindən 47 km, Serro nomunun paytaxtından 20 km, Sidirokastro şəhərindən 10 km məsafədə yerləşir. Su anbarı 1932-ci ildə Struma çayının üzərində, irriqasiya işlərinin aparılması və çayın tez-tez daşmasının qarşısını önləmək məqsədi ilə i8nşa edilmişdir. 1983 və 1987-ci illərdə anbarda genişləndirmə işləri aparılmışdır. Onun su səthinin sahəsi 109,96 km², su toplayıcı sahəsi isə 11 520 km²-dir. Su anbarının ərazisi bölgə canlılarını özünə cəlb etdiyindən Natura 2000 zonasına daxil edilmişdir. Su anbarı Kerkini və Movravuni dağlarının arasında yerləşən alluyvial düzənlikdə yerləşir. Bu düzənlik keçmişdə bataqlaşmış ərazidən ibarət idi. Su anbarını Struma çayı qidalandırır.
Kuybışev su anbarı
Kuybışev su anbarı (bəzən Juqulev dənizi adlanır) — Volqa çayının ən böyük su anbarıdır. Bu su anbarı 1955-1957-ci illərdə Juqulev SES-in tikintisi bitəndən sonra Stavropol şəhəri yaxınlığında yaradılmışdır. Sahəsinə görə dünyada üçüncü ən iri su anbarı hesab edilir. Su anbarının adı Kuybışev şəhərinin adından götürülmüşdür. Su anbarının uzunluğu 500 km, ən enli yeri Kama çayı yaxınlığında 40–44 km-dir. Su səthinin sahəsi-6,45 min km²-dir. Suyun ümumi həcmi-58 kv km, bunun 34 kv km-i faydalıdır. Su anbarının iri körfəzləri Kama, Sviya, Kazanka və digər çayların vadilərində formalaşır. Su anbarı Volqanın axımını da dəyişmişdir. Su anbarının tikilişindən sonra burada su əvvəlkinə nisbətən 3-5 gün əvvəl donma, və buzdan daha gec azad edilmə müşahidə edilmişdir.
Erigeron canaani
Erigeron canaani (lat. Erigeron canaani) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Reyhanə Cabbari
Reyhanə Cabbari (5 noyabr 1987, Tehran – 25 oktyabr 2014, Qohardaşt həbsxanası[d]) — törətdiyi ölüm hadisəsinə görə dar ağacından asılmış İran qadını. Reyhanə məhkəmədə bildirirdi ki, öldürülən ona hücum edib və o özünü qoruyurdu. Vəkillərin səyinə, beynəlxalq ictimaiyyətin ciddi etirazına və hətta prokurorluğun dəstəyinə baxmayaraq R. Cabbari hökümdən 7 il sonra asıldı.. Edam edilən Reyhanə Cabbari ölməmişdən qabaq anasına yazdığı məktub yayımlandı. R. Cabbarinin anasına son məktubunda deyilir: "Sevgili Şölə! Bu gün öyrəndim ki, qisasla tanış olmaq növbəsi mənim imiş. Həyat kitabımın son səhifəsinə gəldiyimi səndən öyrənmədiyim üçün küsgünəm. Bilməyimi lazım görmədin? Nə qədər üzgün olduğumu bilirsən. Niyə sənin və atamın əlini öpmək imkanı vermədin mənə?
Sədaqət Cabbari
Sədaqət Cabbari — Müasir xəttat və qrafik dizayneri. Tehran universitetinin gözəl sənətlər fakültəsindən incəsənət tədqiqatı sahəsində təhsil alıb. http://www.visualarts.ir/htmls/news15229182583.php Arxivləşdirilib 2013-04-24 at the Wayback Machine http://www.tajasomi.ir/Default.aspx?page=867 Arxivləşdirilib 2009-12-17 at the Wayback Machine Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she.
Çanaqçı (Daşkəsən)
Çanaqçı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Çanaqçı kənd kitabxana filialı, Çanaqçı kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Çanaxçı kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Çanaqçı kənd tibb məntəqəsi yerləşir.
Çanaqçı (Gədəbəy)
Çanaqçı (əvvəlki adı: Ağamalı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Ağamalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalı kəndi Çanaqçı kəndi adlandırılmış və Ağamalı kənd inzibati ərazi dairəsi Çanaqçı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Kəndi 1929-cu ildə Gədəbəy rayonunun Çanaqçı yaylağından gələn hacılar, xanqullar, namazlar, səfirzalar, təkərlər, kəsəmənli, möylələr nəsillərinə mənsub ailələr salmışlar. Yaşayış məntəqəsi sovet dövlət xadimi Səməd ağa Ağamalıoğlunun şərəfinə "Ağamalı" adlandırılıb. Çanaqçı dərəsi deyilən ərazi tarixə "Xınna dərəsi" adı ilə düşmüşdür. Xınna dərəsi Tovuz rayonunun Qovlar qəsəbəsindən Gədəbəy rayonunun Qızıltorpaq kəndinə qədər uzanan böyük bir ərazini əhatə edir. Deyilənlərə görə, "xınna" sözünün mənası "xınna" yox, hun tayfalarının adı ilə tarixə düşmüş və sonralar bu söz təhrif olunaraq "hunna", "xınna" kimi işlənmişdir. Çar Rusiyasının havadarlığı ilə qondarma Ermənistan vilayəti yarandıqdan sonra ermənilər daha da fəallaşır və Xınna dərəsində azərbaycanlılara qarşı soyqırım hərəkatına başlayırlar. Belə ki, Xınna dərəsinə 2000 nəfərdən ibarət silahlı birləşmələrin yeridilməsi və dinc əhaliyə qarşı törədilən vəhşiliklər və işgəncələr bu gün də yaşlı nəslin yaddaşlarından silinmir. Qadınlann saç hörüklərinin kəsilməsi, bärmaqlarından qızıl əşyaların kəsilərək götürülməsi, qulaq tanələrinin qoparılaraq çantalara doldurulması, uşaqların süngüdən keçirilməsi, qız-gəlinlərin və anaların acı fəryadları Xınna əhalisini bunlara qarşı ayağa qaldırmış və nəticədə düşmən ordusunun əsgərləri Dəlikdaş deyilən dərədə mühasirəyə alınmış, bir nəfər də olsun sağ qalmamışdır.
Çanaqçı (Xocalı)
Çanaqçı — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Çanaqçı çayının sahilində, dağətəyi ərazidədir. Kənd haqqında belə bir məlumat verilir ki, yaşayış məntəqəsini XIX əsrin ortalarında keçmiş Qaradağ kəndindən köçmüş dörd ailə salmışdır. Həmin ailələr əvvəllər ağacdan çanaq qablar düzəldib satmaqla məşğul olduqları üçün onlar çanaqçı adlanmışlar. Etnotoponimdir. Keçən əsrə aid ədəbiyyatlardan məlum olur ki, Daşkəsən rayonunun Zinzahal inzibati ərazi vahidində Canaqçı adlı kənd olmuşdur. Ermənistanın Ararat rayonundakı Sovetaşen kəndinin adı da 1948-ci ilə qədər Çanaqçı olmuşdur. Azərbaycanlılar Çanaqçıdan erməni separatçıları tərəfindən 1989-cu ildə qovulublar. 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və Avetaranots adlandırılıb.
Çaybağı (Marağa)
Çaybağı (fars. چای باغی‎) — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Mərkəzi bölgəsində, Qavdul kəndistanındadır. 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (62 ailə).