Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Marneuli bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Canqor
Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Candar (Salmas)
Candar (fars. جاندر‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər. yaşayır (62 ailə).
Candar (Sarvan)
Candar, Aran Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd..
Canqur (Heris)
Canqur (fars. جانقور‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,940 nəfər yaşayır (492 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Heris bölgəsinin Ətraf kəndistanında, Heris qəsəbəsindən 21 km cənub-qərbdədir.
Lök-Candar
Lökcandar, Dağ Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Lök dağlarının şimal ətəyində, rayon mərkəzi Başkeçid şəhərindən 32 km cənub-şərqdə yerləşir. Lökcandar kəndi Gürcüstanın Ermənistanla sərhədində yerləşir. Dəniz səviyyəsindən 2000 m hündürlükdə olan Lök dağının ətəyində, Bolnisi rayonunun inzibati sərhədi ilə kəsişmədədir. Cənub-şərq tərəfindən Ermənistanla dövlət sərhədi mövcuddur. Dörd tərəfdən meşə ərazisi ilə əhatə olunmuşdur. Ətrafının meşə və dağlıqla əhatə oluması, müəyyən çətinliklər yaradır ki, bu da yolla bağlıdır. Hər iki tərəfdən çayların axması da qış və yay daşqınları zamanı böyük çətinliklər yaradır. Kəndin qərb istiqamətində Qamışlı kəndi yerləşir və bu kəndlə məsafə 4 km olmasına baxmayaraq avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.Cənub-Qərbdə isə Lök- Candar kəndini ətraf aləmlə birləşdirən, çətin keçilən avtomobil yolu vardır.
Sandor Petöfi
Şandor Petöfi (mac. Petőfi Sándor, 1 yanvar 1823[…] – güm. 31 iyul 1849[…], güm. Albeşti[d]) — Məşhur macar şairi və liberal inqilabçı. Macarıstanın milli şairi hesab edilən Şandor Petöfi Macarıstan ədəbiyyatında və şeiriyyatında özünə məxsus iz qoymuşdur. Vətənpərvər Petöfi Macarıstanda 1848–1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olmuşdur. O, Macar inqilabından ilhamlanaraq Milli Mahnı (Nemzeti dal) şeirini yazmışdır. == Həyatı == Şandor Petöfi 1823-cü ildə yanvar ayının 1-də Kişkunfeledxaza şəhərində serb əsilli bir ailədə anadan olmuşdur. Ailəsinin maddi durumu ilə bağlı tez-tez başqa şəhərlərə köç edən Petöfi təhsilini də müxtəlif şəhərlərdə almışdır, lakin ilk şeirlərini 1835–1838-ci illərdə Asod şəhərində yaşayarkən yazmışdır. 1841-ci ildə Papa şəhərində təhsil aldığı bir vaxtda Petöfinin həyatında yeni bir mərhələ başlayır.
Yaman Candar
Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi. == Həyatı == Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi.Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
Şandor (Fransa)
Şandor (fr. Champdor) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Viryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01080. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 85 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 36 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 464 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 176 nəfərdən (15-64 yaş) 139 nəfəri iqtisadi cəhətdən fəal, 37 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.0%, 1999-cu ildə 74.1%). 139 fəal sakindən 127 nəfər (71 kişi və 56 qadın), 12 nəfəri işsizdir (6 kişi və 6 qadın).
Şandor Brodi
Şandor Brodi (mac. Bródy Sándor; 23 iyul 1863, Eqer – 12 avqust 1924, Budapeşt) — Macarıstan yazıçısı və jurnalisti. == Həyatı == Eqer şəhərində orta təhsilini tamamladıqdan sonra özünü bütünlükdə ədəbiyyata həsr elədi. 1888-ci ildən 1890-cı ilə qədər Kolosvarda nəşr olunan "Erdélyi Híradó" jurnalının redaktoru olmuşdur, eləcə də "Erdélyi Képes Ujság", "Magyarság" qəzetləri üçün də məqalələr yazırdı. 1890-cı ildən "Magyar Hírlap" qəzetinin üzvü oldu və 1882-ci ildən Macarıstanın ədəbi mətbəələri üçün məqalələr, felyetonlar, hekayələr və romanlar yazmağa başladı. Əsərlərində həyatın qaranlıq tərəflərini təsvir edirdi və müasir fransız realistik məktəbinin şagirdi olmuşdur. == Əsərləri == "Regénytárgyak", nağıllar, 1892; "A kétlelkű asszony", roman, 1893; "Az Egri diákok", 1894; "Nyomor", stories, 1884; "Faust orvos", roman, 1888–90; "Don Quixote kisasszony", roman, 1888; "Emberek", hekayələr, 1888; "Színészvér", hekayələr, 1891; "Hófehérke", roman, 1894; "Apró regények", 1895; "Két szőke asszony", roman, 1895; "Éjszaka", hekayələr, 1895; "Rejtelmek", hekayələr, 1895; "Az asszonyi szépség", 1897; "Tündér Ilona", novel, 1898; "Az ezüst kecske", de luxe edition, 1898; "Egy férfi vallomásai", 1899; "Fehér könyv", 1900–01.Brodinin əsərləri Macarıstandan kənarda da sevilir. Bütün əsərləri alman dilinə tərcümə edilmişdir və bir sıra məqalələri isə fransız, ingilis, danimarka, xorvat, rumın və serb qəzetlərində və dövri mətbəələrində dərc edilmişdir. "Magyar Hirlap" qəzetinə verdiyi etdiyi töhfələr əsasən siyasi və ya tənqidi xarakter daşıyırdı.
Şandor Demyan
Şandor Demyan (mac. Demján Sándor; 14 may 1943 – 26 mart 2018, Budapeşt) — Macarıstan sahibkarı, ölkənin ən varlı insanlarından idi. TriGránit şirkətinin rəhbəri olmuşdur. == Həyatı == Macarıstan krallığının Berven kommunasında (indiki Rumıniya) anadan olmuşdur. Sekellər subetnosundan olan atası 1940-cı ildə Macarıstana köçdü, ancaq II Dünya Müharibəsi zamanı öldürüldü. Dunay şvablarından olan anası müharibə köçkünü kimi Bervenə gəldi. 1965-ci ildə Demyan Budapeşt Ticarət və Turizm Kollecini bitirdi. Sonradan Gorsium ÁFÉSZ şirkətinin prezidenti oldu (1968–1973), 1973–1986-cı illərdə isə onların birgə müəssisəsinin həmsədri oldu. 1986–1990-cı illərdə Macarıstan Kredit Bankının təsisçilərindən biri və rəhbəri idi. 1990-cı ildən Mərkəzi Avropa İnkişaf Korporasiyasının təsisçisi və tərəfdaşı idi, 1991-ci ildə isə Mərkəzi Avropa İnvestisiya Şirkətinin rəhbəri oldu.
Şandor Endrodi
Şandor Endrodi (Macar dili: Endrődi Sándor) (16 yanvar 1850, Vesprem - 7 noyabr 1920, Budapeşt) - macar şairi 1850-ci ildə Macarıstanın qədim Vesprem şəhərində anadan olub. O, müxtəlif sahələrdə - aktyor, müəllim, jurnalist, tərcüməçi kimi fəaliyyət göstərib. Macarıstanın məşhur şairi Şandor Petefinin yaradıcılığının vurğunu olan və onun adını daşıyan cəmiyyətin yaradıcısı Şandor Endrodinin vəfatından sonra yaşadığı şəhərdəki küçələrdən birinə onun adı verilib. Şair 1920-ci ildə Budapeştdə vəfat edib.
Şandor Kişfaludi
Şandor Kişfaludi (mac. Kisfaludy Sándor; 27 sentyabr 1772, Şümeq[d] – 28 oktyabr 1844, Şümeq[d], Macarıstan) — Macarıstanlı şair, yazıçı və dramaturq. Macarıstanın ilk romantik şairlərindən biri hesab olunur. Karoy Kişfaludinin qardaşı idi. Zoltan Kodal tərəfindən musiqi sənətinə yönləndirilmişdir.
Şandor Koçiş
Şandor Koçiş (alm. Sándor Kocsis‎) — macar futbolçu. Macarıstan millisinin oyunçusu olub. 1954 FİFA Dünya Kubokunda 11 qol vurub və 1 gümüş medal qazanıb.
Şandor Petefi
Şandor Petöfi (mac. Petőfi Sándor, 1 yanvar 1823[…] – güm. 31 iyul 1849[…], güm. Albeşti[d]) — Məşhur macar şairi və liberal inqilabçı. Macarıstanın milli şairi hesab edilən Şandor Petöfi Macarıstan ədəbiyyatında və şeiriyyatında özünə məxsus iz qoymuşdur. Vətənpərvər Petöfi Macarıstanda 1848–1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olmuşdur. O, Macar inqilabından ilhamlanaraq Milli Mahnı (Nemzeti dal) şeirini yazmışdır. == Həyatı == Şandor Petöfi 1823-cü ildə yanvar ayının 1-də Kişkunfeledxaza şəhərində serb əsilli bir ailədə anadan olmuşdur. Ailəsinin maddi durumu ilə bağlı tez-tez başqa şəhərlərə köç edən Petöfi təhsilini də müxtəlif şəhərlərdə almışdır, lakin ilk şeirlərini 1835–1838-ci illərdə Asod şəhərində yaşayarkən yazmışdır. 1841-ci ildə Papa şəhərində təhsil aldığı bir vaxtda Petöfinin həyatında yeni bir mərhələ başlayır.
Şandor Vöröş
Şandor Vöröş (mac. Sándor Weöres; 22 iyun 1913, Sombatxey — 22 yanvar 1989, Budapeşt) — macar şair, tərcüməçi, yazıçı. == Həyatı == Sombatxeydə anadan olan Vöröş Çönqe qəsəbəsində böyümüşdür. Hələ 14 yaşında ikən ilk şeirlərini yazıb; həmin şeirlər nüfuzlu "Nyuqat" ("Qərb") jurnalının redaktoru, şair Mihay Babiçin qəbul etməsi ilə jurnalda nəşr olunub. Peç Universitetinə qəbul olan Vöröş ilk öncə hüquq, daha sonra coğrafiya və tarix ixtisası üzrə təhsilini başa vurur. Nəticədə o, fəlsəfə və estetika üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq dissertasiyası olan "Şeirin doğuşu" 1939-cu ildə nəşr olunmuşdur. 1937-ci ildə o, xaricə ilk səyahətlərini edir; ilk növbədə Manilaya gedərək Yevxaristiya konqresində iştirak edir, daha sonra isə Vyetnam və Hindistana səfər edir. İkinci Dünya müharibəsi dövründə Vöröş məcburi əməyə hazırlansa da, cəbhəyə göndərilmədi. Müharibə başa çatdıqdan sonra Çönqeyə qayıtdı və fermer kimi yaşamağa başladı.
Şandor sarayı
Sandor Sarayı (mac. Sándor-palota) — Macarıstanın Budapeşt şəhərində saray və iqamətgah. Buda Qala Kompleksinin yanında yerləşir. 2003-cü ildən etibarən Macarıstan Prezidentinin rəsmi iqamətgahı və iş yeri olaraq xidmət etmişdir. Sandor Sarayı, müasir Macarıstanda ən böyük 37-ci saraydır. == Tarix == === 19-cu əsr === Neoklassik üslubdakı orjinal sarayın tikintisinə təxminən1803-cü ildə başlanmış və təxminən 1806-cı ildə tamamlanmışdır. Qraf Vincent Sandor onu istifadəyə verdiyi üçün saray onun adını almışdır. Vincent Sandor Avstriya-Macar İmperiyasında bir filosof və aristokrat idi. Saray daha sonra 1848-ci ildə Macarıstan inqilabı zamanı dağıdılana qədər Macarıstanın İmperator Qubernatoru Albrextə məxsus idi. Bundan sonra saray və meydanın qarşısındakı bitişik binalar dövlət idarələri kimi icarəyə verildi.
Çaundur
Çaundur - öz mənbəyini Qapıcıq dağının zirvələrindən götürür. == Ümumi məlumat == Çaundur Oxçu dərəsi və Süsən dağın vadisi boyunca axaraq Mincivan yaxınlığında Araza tökülür. Oxçu dərəsi axarında Oxçu çay, Qatar, Qavarat və Qalizur mis mədənlərinin yanından keçərkən isə Mədən çay adlanır. Böyük qolları Gığı çay və Əcənan çaydır. Hal- hazırda Oxçu çayı olduqca artıq çirklənmişdir. Qafan mis zavodlarının bütün çirkab suları, ağır metallar və ola bilsin ki, radioaktiv maddələr ermənilər tərəfindən bilərəkdən (Araz hövzəsini çirkləndirmək məqsədilə) Çaundur çaya axıdılır. == Sözün mənası == Çaundur sözünün mənası çox güman ki, bu ərazilərdə XII əsrdən başlayaraq, məskunlaşan Çavındır türklərinin (səlcuqlar) adı ilə bağlıdır.
B71 Sandur FK
B71 - Farer adalarının futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Heveşi Şandor teatrı
Heveşi Şandor teatrı (mac. Hevesi Sándor Színház) — Macarıstanın Zalaeqerseq şəhərində yerləşən teatr. Şəhərin mərkəzindəki Kostolanyi küçəsində yerləşir. == Tarixi == Binanın inşasına 1950-ci illərdə başlanılmışdır. Tikilməsində ilkin məqsəd işləyən təbəqə üçün mədəni və ictimai tədbirlərin keçirələcəyi məkan inşa etmək idi. Daha sonralar Zalaeqerseq Həmkarlar Birliyinin İşləyən Təbəqə üçün nəzərdə tutulmuş evi (Szakszervezetek Zalaegerszegi Munkásotthona) adlandırıldı. 1968-ci ildə İojef Katonanın Ban Bank əsəri bu teatrda tamaşaya qoyuldu. 1980-ci illərdə binanın interyeri daha da təkmilləşdirildi və 1983-cü ildə İmre Madaçın Bir insanın faciəsi (Az ember tragédiája) əsərinin nümayişi ilə teatr ilk dəfə öz fəaliyyətinə başladı.
Valter Çandler
Valter Çandler (5 oktyabr 1887, Cekson[d], Tennessi – 1 oktyabr 1967, Memfis, Tennessi) — Tennessi ştatından olan ABŞ siyasətçisi,Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi nümayəndələr palatasının üzvü. == Valter Çandler və Azərbaycan == Baltik ölkələri, Azərbaycan və Gürcüstanın mənafelərini müdafiə etmək haqqında bu ölkələrin nümayəndələri ilə müqavilələr imzalamışdır. Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə Çandlerlə iki müqavilə imzalamışdı (1919, sentyabr). Birinci müqaviləyə görə, Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan nümayəndə heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətonə Azərbaycan respublikasının mənafeyini və müstəqilliyini qorumağı öz öhtəsinə götürürdü. Müqavilədə Çandlerə ödənilməli olan mələğ və müddəti göstərilmişdi. Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il, oktyabrın 4-də başlamalı idi. Az sonra II müqavilə imzalandı. Müqavilədə göstərilirdi ki, ABŞ Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi.
Çandler (Arizona)
Çandler (ing. Chandler) - ABŞ-nın Arizona ştatında bir şəhər.
Tolga Çandar
Tolga Çandar (d. 1959, Milas) Türk Xalq musiqisi sənətçisidir. ODTÜ 3. sinifdə yoldaşlarıyla birlikdə qurduğu Çağdaş Türkü qrupu olaraq Bekle Beni albomunu çıxardı. Delikanlıya albomundan sonra qrup dağıldı. Tolga Çandar albomlarına davam etdi.
Çandır qalası
Çandır qalası — (türk. Çandır Kalesi) Mersin elində böyük qaladır. == Yerləşir == Qala, Mersinin mərkəzi bölgələrindən biri olan Toroslar kəndində və 37 ° 01′K 34 ° 37′E-də yerləşir. Mersinə 40 kilometr məsafədədir və Ayvagediyi qəsəbəsinin şərqindəki bir dağın üstündədir. Eyni adlı kənd qəsrin cənubundadır. == Tarixi == 474-491-ci illər arasında hökm sürən və müxtəlif münaqişələrlə üzləşməli olan Şərqi Roma imperatoru Zeno, 475-ci ildə paytaxtdan qaçaraq müvəqqəti olaraq adlı bir qalada gizləndi. Bu qalanın Çandır qalası olduğu düşünülür. Çox strateji bir nöqtədə qurulan qala sonrakı əsrlərdə istifadə edilmiş və XII-XIV əsrlər arasında Kilikiya Erməni Krallığının ən əhəmiyyətli qalalarından birinə çevrilmişdir. Qalanın əhəmiyyəti, şərqdə Orta Anadolu və Namruna gedən yolları idarə edən mövqeyindən irəli gəlirdi. Qala daha sonra müvafiq olaraq Karamanidlər, Məmlüklər və Osmanlılar tərəfindən fəth edildi.
Nándor Hidegkuti
Nándor Hidegkuti ( 3 mart 1922 - 14 fevral 2002, Budapeşt ) — macar keçmiş futbolçusu və meneceri. MTK Budapeştdə debütü edən Hidegkuti, Ferenc Puskas, Zoltan Czibor, Sándor Kocsis və Jozsef Bozsik ilə əfsanəvi Macarıstanın Qızıl Komandasının üzvü idi. İrəli yarımmüdafiəçi (ikinci hücumçu) mövqeyində çıxış edən Hideqkuti, 1953-cü ildə Uembli Stadionunda keçirilən və Macarıstanın o vaxtkı güclü komanda İngiltərəni 6-3 hesabı ilə məğlub etdiyi mübahisəli matçda het-trik etdi. Futbolu buraxdıqdan sonra məşqçilik karyerasına başladı. 14 fevral 2002-ci ildə ürək xəstəliyindən vəfat etdikdən sonra MTK Budapeşt stadionunun adını onun xatirəsinə " Nándor Hidegkuti Stadium " adlandırdı. == Karyera == Avropada II . İkinci Dünya Müharibəsi illərində peşəkar futbolçu karyerasına başlayan və 1945-ci ildə Elektromosda 53 matçda vurduğu 27 qolla MTK Budapeştə transfer olan Hideqkuti, 13 illik karyerasında MTK-da 1951, 1953 və 1958-ci illərdə 3 dəfə Nemzeti Bajnokság I çempionluğunu qazandı. Nándor Hidegkuti Macarıstan milli futbol komandasının heyətində 30 sentyabr 1945-ci ildə Rumıniyaya qarşı debüt etdi və qolla 7-2 hesablı qələbəyə töhfə verdi. İlk 9 milli imtahanda Macarıstan bütün görüşlərində fərqli xallarla qalib gəlib. Əfsanəvi Macarıstan komandası ilə birlikdə 1952 Helsinki Olimpiya Oyunlarında kuboku başı üzərinə qaldırdı.
Sándor Torghelle
Sándor Torghelle (5 may 1982[…], Budapeşt) — karyerasının sonuna yaxın Nemzeti Bajnokság II klubu Vasas üçün hücumçu kimi oynayan keçmiş macar futbolçusudur. O, karyerası ərzində Honved, Marcali, Crystal Palace, Panathinaikos, PAOK, Carl Zeiss Jena, FC Augsburg, Fortuna Düsseldorf və Videoton komandalarında çıxış edib. 2004–2010-cu illər arasında Macarıstan milli futbol komandasının heyətində 42 oyun keçirib. == Karyera == === Crystal Palace === Macarıstanda böyüyən, Honvéd, Marcali VFC və MTK Hungária klublarında oynayan Torqelle daha sonra 2004-cü ilin avqustunda Crystal Palace FC ilə təxminən 750.000 funt sterlinqə imza atdı. UEFA Avro 2004-dən əvvəl o, Kayzerslauterndə Almaniyanı 2:0 hesabı ilə məğlub etdikləri şokedici beynəlxalq yoldaşlıq matçında Macarıstan milli komandasının heyətində hər iki qolu vurmaqla diqqətləri üzərinə çəkmişdi. O, 10 nömrəli formanı geyinirdi, lakin Crystal Palace-da müntəzəm bir siyahı təmin etmək üçün mübarizə aparırdı. O, Liqa Kubokunda Çarltonla matçda cəmi bir qol vurdu, lakin hakim kobud oyuna görə onu meydandan qovdu.Palace'da 12 ay qaldıqdan sonra Torqelle 10 nömrəli formanı Jon Mackenə transfer etdi və tezliklə 2005–06 mövsümü üçün Yunanıstanın Panathinaikos klubuna icarəyə göndərildi. Müqavilədə onun geri çağırılması ilə bağlı heç bir bənd yox idi, ona görə də bütün mövsümü Yunanıstanda keçirdi. Ancaq bu, kluba təsir edə bilmədi və Panathinaikos müqaviləni qalıcı etməməyi seçdi. === PAOK === Torghelle, hücumçu Dimitris Salpingidisin transferi üçün satılan üç oyunçudan biri kimi üç illik müqavilə ilə Yunanıstanın PAOK Saloniki klubuna transfer olundu.
Çando (Vando)
Çando (kor. 장도, 將島) — Koreya boğazında, Koreya yarımadası sahillərində yerləşən, Cənubi Koreya aid olan ada. Kvando adasının qərb sahillərinə yaxın ərazidə yerləşir. İki ada piyada körpüsü vastəsi ilə birləşir. Tarixi park 828–851-ci illərdə mövcud olmuş "dəniz hökmdarı" Çan Boqoya həsr edilmişdir. İnzibati baxımıəndan Vando vilayətinə daxildir.