Şandor Petefi

Şandor Petöfi (mac. Petőfi Sándor, 1 yanvar 1823[1][2][…]güm. 31 iyul 1849[1][2][…], güm. Albeşti[d]) — Məşhur macar şairi və liberal inqilabçı. Macarıstanın milli şairi hesab edilən Şandor Petöfi Macarıstan ədəbiyyatında və şeiriyyatında özünə məxsus iz qoymuşdur. Vətənpərvər Petöfi Macarıstanda 1848–1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olmuşdur. O, Macar inqilabından ilhamlanaraq Milli Mahnı (Nemzeti dal) şeirini yazmışdır.[3]

Şandor Petöfi
mac. Sándor Petőfi
Doğum adı Alexander Petrovič
Təxəllüsü Rónai Sándor, Andor deák
Doğum tarixi 1 yanvar 1823(1823-01-01)[1][2][…]
Vəfat tarixi güm. 31 iyul 1849(1849-07-31)[1][2][…] (26 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güm. döyüşdə ölüm
Həyat yoldaşı
Fəaliyyəti şair, tərcüməçi, aktyor, yazıçı
Əsərlərinin dili Macar dili
İmza
Vikimənbənin loqosu Şandor Petöfi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şandor Petöfi 1823-cü ildə yanvar ayının 1-də Kişkunfeledxaza şəhərində serb əsilli bir ailədə anadan olmuşdur. Ailəsinin maddi durumu ilə bağlı tez-tez başqa şəhərlərə köç edən Petöfi təhsilini də müxtəlif şəhərlərdə almışdır, lakin ilk şeirlərini 1835–1838-ci illərdə Asod şəhərində yaşayarkən yazmışdır. 1841-ci ildə Papa şəhərində təhsil aldığı bir vaxtda Petöfinin həyatında yeni bir mərhələ başlayır. Burada o macar ədəbiyyatının görkəmli nümayəndələrindən Mor Yakoi ilə tanış olur və 1842-ci ildə "Şərab içən kimsə" (mac. A borozó) adlı şeirini Şandor Petroviç ləqəbi ilə nəşr etdirir. 40-cı illərdə şair öz fəaliyyətini dahah çox teatr sahəsinə yönləndirir və aktyorluq təhsili almaq üçün bir müddət Debreçendə yaşayır, lakin istəyinə nail ola bilməyəcəyini başa düşən Petöfi 1844-cü ildə şeirləri ilə birlikdə Peşt şəhərinə yola düşür. 1844-cü il Petöfinin həyatında dönüm nöqtəsi hesab edilir. Bu illərdə o artıq Peştdə şair kimi böyük nüfuz qazanaraq, xalq ədəbiyyatının görkəmli təmsilçilərindən biri hesab edilirdi. 1846-cı ildə Petöfi demokrat gənclərdən ibarət "Gənc Macarıstan" (mac. Tizek Társaság ) təşkilatının yaradır, lakin bu təşkilat siyasi arenada istənilən fəallığı göstərə bilmir. 1847-ci ildə Petöfi Yulia Sendrey ilə evlənir və Peştə köçür.[4]

İnqilabçı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1848–1849-cu illərdə baş verən macar inqilabı Petöfinin həm həyatında həm yaradıcılığında mühüm bir yerə malikdir. Şairin bu illərdə yazdığı şeirlər əsasən vətənpəvər ruhda yazılmış və xalqı inqilaba səsləmişdir. Petöfi, Layoş Koşut, İştvan SeçeniJosef Bernlə birgə inqilabın rəhbərlərindən biri hesab olunur. Macar xalqının Avstriya İmperiyasına qarşı apardığı azadlıq mübarizəsində fəal iştirak edən Petöfi "Nemzeti dal" adlı şeiri inqilabın rəmzlərindən birinə çevrilmişdir.

İlk əsərlərini Asod şəhərində yazan şair "Vəda" (mac. Bucsúzás) adlı şeirini məhz bu şəhərə həsr etmişdir. Yaradıcılığına yeni başlayarkən Şandor "Petroviç" ləqəbindən istəfadə etsə də sonralar şeirlərini "Petöfi" imzası ilə nəşr etdirir. 1844-cü ildə Petöfi epik janrda şeirlər yazmağa başlayır. Onun bu qəbilədən olan əsərləri arasında kənddə baş verən hekayədən bəs edən və 4 mahnıdan ibarət "Kəndin çəkici"(mac. A helység kalapácsa) adlı əsəri ilə Macar ədəbiyyatının ən milliyətçi şeiri hesan edilən "Qəhrəman Yanoş" (mac. Vitéz János ) şeiri daha çox nəzərə çarpır. Petöfinin bu dövrdə yazdığı əsərlərində şairin emosional hissləri özünü büruzə vermişdir. Bunun bir nümunəsi də Berta Mednyanzakiyə yazdığı "Eşqin inciləri" (mac. Szerelem gyöngyei ) şeiridir. 1846-cı ildə şairin ədəbi fəaliyyəti və şeirləri daha çox milli və azadlıq hisslərini özündə tərənnüm edirdi. Azadlığa və inqilaba həsr etdiyi "Xalq" adlı əsəri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Şairin digər əsərləri:

  • "Pişta Saloy" (poemalar)
  • "Buludlar" (poetik toplu)

31 iyul 1849-cu ildə Transilvaniyada rus generalı İ. Paskeviçin kazak qoşunlarlı ilə Seqasvar döyüşündə (çar Rusiyası macar inqilabını yatırmaq qoşun göndərmişdi) həlak olub. Məzarı yoxdur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Sándor Petőfi // Brockhauz Ensiklopediyası (alm.).
  3. Öz, Ayşe. "1848-1849 MACAR BAĞIMSIZLIK MÜCADELESİNDE SÁNDOR PETŐFİ'NİN YERİ VE SEKELLERE DAİR DÜŞÜNCELERİ". Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi. 55 (1): 173–184.
  4. "ÖLÜMÜNÜN 140. YILDÖNÜMÜNDE SANDOR PETÖFİ" (PDF). 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-22.