Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Döyüş arabası
Cəng arabası və ya Döyüş arabası - qədim zamanlarda xüsusən hərbidə hərəkət vasitəsi kimi istifadə edilən ikitəkərli və dördtəkərli zirehli qoşqu arabası. == İcad edilməsi == Cəng arabası Ur müharibə və sülh ştandartlarına əsasən təxminən e. ə. 2600-cü illərdən müharibələrdə istismar edilməyə başlanılmış ən qədim döyüş texnikası sayılır. Təxminlərə görə ilk dəfə e.ə. III minillikdə şumerlər tərəfindən ağır diskli ikitəkərli və dördtəkərli formada hazırlanmış bu döyüş arabaları sonradan e.ə. II yüzillikdə yüngül mil təkərlərlə əvəz edilərək ikitəkərli çevik araba formasını almış və eramıza qədər geniş tətbiqini tapmışdır. Bu araba vasitəsilə oxatanlar, nizəçilər, qılıncoynadanlar döyüşə atılarmışlar. Zəmanəsinə görə at qoşqulu bu arabalar çox baha başa gəldiyindən, belə arabalar əsasən varlı və adlı-sanlı cəngavərlərə məxsus idi. Homer öz məşhur poeması "İliada"da belə cəngavərlərin təsvirinə geniş yer vermişdir.
Ot arabası
Ot arabası — Con Konstebl tərəfindən çəkilmiş rəsm əsəri. Əsər 1821-ci ildə tamamlanmışdır. Londonda Milli Qalereyada saxlanılır, "Konstbelın ən məşhur əsəri", ən tanınmış və dahiyanə ingilis rəsm əsərlərindən biri hesab olunur.
Əlil arabası
Əlil arabası — fiziki narahatçılığı olan və ya hansısa maneə səbəbi ilə yeriyə bilməyən və ya asanlıqla hərəkət edə bilməyən insanların mobilizasyası üçün istifadə edilən vasitədir. Təkərləri müxtəlif ölçülərdə olur. Ümumiyyətlə əl ilə istifadə edilir amma xüsusi ehtiyaclara görə bədənin demək olar hər yeri ilə istifadə edilə biləcək çeşidləri də var. Hərəkət baxımından avtomatik və mexanik olaraq iki növü olur. Hər ölçüyə və hər cür ehtiyaca görə xüsusi olaraq hazırlanırlar. Fiziki məhdudiyyətli şəxslərdən əlavə bu arabanın müşayiətçisi üçün də digər variantlar mövcuddur. İstifadəçilər ehtiyaclarına görə böyüklük və güc seçimində istədiklərin seçə bilərlər. Darısqal məkanlarda istifadə ediləcəksə yığcam quruluşda olması bəzən üstün tutulur, hava şərtlərinə görə istifadə ediləcəksə gücü və davamlılığı ön plana çıxmaqdadır. Əlil arabası ilə edilən onlarla idman növü var və hər idman sahəsinin ehtiyacları istiqamətində fərqli dizayn və xüsusiyyətlərdə əlil arabası modelləri inkişaf etdirilib.
Uşaq arabası (film, 1969)
== Məzmun == Ailədə uşaq doğulmuşdur. Xoşbəxt ata uşaq arabası alır. Zaman keçir, uşaq böyüyür, daha araba lazım olmur, lazımsız bir şey kimi onu küçəyə atırlar. Məktəbli uşaqlar arabanı aparırlar. Uşaq dəniz kənarında oynayır, bu vaxt öz arabasını görüb, tanıyır, məktəblilərdən almaq istəyir. Qısa mübahisədən sonra məktəblilər arabanın bir təkərini çıxarıb ona verirlər.
Arabaçı
Arabaçı (Gədəbəy) — Gədəbəy rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Arabaçı — Gədəbəy rayonunun Çobankənd inzibati ərazi vahidində kənd.
Arabaçı (Gədəbəy)
Arabaçı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arabaçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Axınca çayının sağ sahilində, Murğuz silsiləsinin ətəyindədir. Yerli əhali tərəfindən Şınıx Arabaçısı da adlanır. XIX əsrin ortalarında indiki Çobankənd inzibati ərazi vahidindəki Arabaçı kəndindən köçüb gəlmiş ailələr (azanlı, bayramlı, kəlbayılar, culuylu tirələri) tərəfindən salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Arabaçı (astronomiya)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Arabaçı (bürc)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Arabaçı bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ayaz Arabaçı
== Həyatı == Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulmuşdur. 1984-də Arabaçı kənd orta məktəbini bitirmişdir. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. 1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür. 8 şeir kitabının müəllifidir.
Nikolay Arabacı
Nikolay Petrov oğlu Arabacı (20.09.1893, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi -1960, Moskva)—Qaqauz şairi. == Həyatı == İlk təhsilini doğulduğu kənddə alıb Kom­rat­dakı liseyi bitirdikdən sonra Moskvaya gedərək Güney Doğu Xalqlarının Dilləri İnstitutuna daxil olan N.Arabacını 1930-cu illərdə SSRİ-nin İstanbuldakı Ticarət Nümayəndəliyində işlə­məyə göndərirlər. İstanbul mühiti, Türkiyədə yaşayan qaqauz kökənli insan­larla ünsiyyət onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Xalqının tarixi və ədəbiyyatını öyrənməyə çalı­şan vətənpərvər fikrini xalqına çatdırmaq üçün ədəbi yaradı­cılığa başlayır. İlk yazılarını da Kırımda tatarca çap olunan qəzet-jurnallara göndərir. SSRİ-i Almaniya üzərində qələbədən sonra Bessarabiyanı yenidən öz ərazisinə qatır. Beləliklə Bucakda toplu halda ya­şayan qaqauzlar yenidən Rusiyanın-Sovetlər Birliyinin tərki­bində yaşamalı olurlar. Bu dəyişiklik yüzlərlə qaqauzun ölü­mü­nə, həbsinə, sürgününə və aclıqdan doğma yerləri tərk et­mə­sinə səbəb olur. Çünki Sovetlər Birliyinə daxil edilənədək hər bir qaqauzun fərdi təsərrüfatı, əkin sahəsi, iş yeri vardı. So­vetlər Birliyinin tərkibinə qatıldıqdan sonra onların torpaqları, iş alət­ləri, mülkləri əllərindən alınaraq kollektiv təsərrüfatlar yaradıldı.
Bahadırzadə Arabaçı Əli Paşa
Bahadırzadə Arabaçı Əli Paşa (d. 1620 - ö. 1693) — II Əhməd dövründə ümumilikdə 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1620-ci ildə Ohridə dünyaya gəlmişdir. Mədrəsə təhsilindən sonra bəzi dövlət adamlarına imamlıq, bəzi əyalətlərdə isə qazı və naib oldu. Daha sonra Körpülü Fazil Mustafa Paşanın himayəsinə girərək əvvəlcə sədarət kəndxudası, 1690-cı ildə yeniçəri ağası, ardından vəzir və riqabdar ağa oldu. Şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndi və başqazı Yəhya Əfəndinin himayəsi və dəstəyi ilə 1691-ci ildə Fazil Mustafa Paşanın yerinə sədarətə gətirildi. O əsnada davam edən Osmanlı-Avstriya müharibəsində ordunun başında cəbhəyə getmək əvəzinə, mərkəzdə qalaraq özünə rəqib gördüyü bəzi dövlət adamlarını müxtəlif bəhanələrlə edam və ya sürgün etməyə başladı. Belqrad istiqamətindəki ordu isə bərbad vəziyyətdə idi. Ölkənin daxili problemləri də dərinləşmiş, siyasi vəziyyət gərginləşmişdi.
Arabesk
== Balet == Arabesk (balet) — klassik rəqsin əsas duruşlardan biri. == Memarlıq == Arabesk (incəsənət) — dekorativ-tətbiqi sənətin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementi. == Musiqi == === Janr və kompozisiya === İki arabesk — Klod Debüssinin cüt piano əsəri. Arabesk (Şuman) — Robert Şumanın piano əsəri. Arabesk musiqi — Türkiyədə oriyantal tipli xalq musiqisi janrı. === Xadimlər === Arabesque (qrup) — 1970-ci illərin avro disko musiqi qrupu. Arabesque (repper) — Kanada hip-hop musiqiçisi. == Televiziya və kino == Arabesk (film, 1966) — ABŞ filmi. Arabesk (film, 1988) — Türkiyə filmi. Arabesque TV — ərəbdilli telekanal.
Arabsat
Arabsat-1B
Arazbarı
Arazbar — Tarixi bölgə Arazbarı (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Arazbar (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Arazbarı (muğam) — "Şur" muğam ailəsinə daxil olan zərbi muğamdır. Arazbarı (üzüm) — Arazbarda bitən üzüm növüdür. Arazbarı (geyim) — Arazbarda tikilən tarixi geyim növü, çəpgən. Arazbarı (külək) — Arazbarda əsən külək, meh.
Ağabacı
Ağabəyim ağa (Ağabacı; 1782, Xankəndi – 1832, Tehran) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. == Həyatının erkən dövrü == Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nigaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu. == Yaradıcılığı == Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır.
Ağabağı
Ağabağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Kəndəbil inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndinin adının mənası "Ağaya məxsus bağ" deməkdir. Belə ki, 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürülərkən bu ərazi Ağa adında bir şəxsə verilmişdir. 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Ağabağı da onlardan biri idi. Ağabağı kəndində bərələr də mövcud olmuşdur. Həsən bəy Zərdabi 6 iyun 1882-ci ildə Kaspi qəzetində yazdığı məqalədə kəndin su altında qaldığını qeyd etmişdir. == Coğrafiyası == Kənd Zərdab şəhərindən 19 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Kəndin yaxınlığında "Məhəddin axmazı" var.
Arabis
Ərəbotu (lat. Arabis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı və botaniki təsviri == Bu cinsə Avrasiya, Şimali Amerika və Tropik Afrika dağlarında bitən 100-ə yaxın birillik, ikiillik və çoxillik bitkilər daxildir. Onların iki növündən gülçülükdə geniş istifadə olunur. Alp ərəbotu (A. alpina)- hündürlüyü 25 sm-ə çatan, gövdələri sərilən bitkidir. Gümüşü yarpaqları az miqdarda tüklərlə örtülür. Sadə və çoxləçəkli gülləri ağ ya da çəhrayı rəngdə olur. Arends ərəbotu (A.x.arendsii) hibrid mənşəli və müxtəlif rəngli gülləri olan bitkidir. Ərəbotu bitkisi gövdə zoğları ilə asanlıqla çoxalır. Qələmlərin alınması üçün yazda əmələ gələn yarpaq dəstələrinin miqdarına görə gövdəni bölürlər.
Aranas
Aranas(isp. Aranaz) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2005-ci ilin məlumatına görə bu bələdiyyənin əhalisi 625 nəfərdir.
Abbası
XII əsrdə Səfəvilər dövlətində də rəsmi pul vahidi. İlk dəfə 1620-ci ildə I Şah Abbasın dövründə zərb edilmişdir. Çəkisi iki misqal yəni, 7,7 qramm idi. Sikkə qızıldan kəsilirdi. Dəyəri 200 dinara bərabər idi. Bu da 4 şahıya bərabərdir.20 tümən 1 abbası idi.
Abası
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Arabsat-1A
Arabsat-1A ( ərəb. عربسات-A1‎ ) Arabsat tərəfindən idarə olunan Səudiyyə Ərəbistanının telekommunikasiya peykidir . Ərəb dövlətlərinə rabitə xidmətləri göstərmək üçün istifadə edilmişdir. Peyk Aerospatiale tərəfindən Spacebus 100 əsasında inşa edilibvə iki NATO E / F-band (IEEE S band) və 25 NATO G / H-Band (IEEE C band) tezlik zolağında yayım həyata keçirir . Başlanğıcda 1,170 kiloqram (41,000 oz) kütləyə malik idi və yeddi il təxmin edilən həyat ömrünə malikdir. Arabsat-1A, Arianespace tərəfindən Kourou -da ELA-1- aeorodromunda Ariane 3 raketini istifadə edilərək . 8 fevral 1985-ci ildə 23:22:00 GMT-də tarixində orbita buraxılmışdır.. Bu, ilk Spacebus peykinin buraxılması hadisəsi idi. Orbitə çıxdıqdan sonra günəş panellərindəki nasazlıq səbəbli orbitdə qalma ömrü uzaldıla bilmədi .Peyk 19 ° Şərq Uzunluq dairəsində . koordinatında fistismarı dayandırıldı və passiv fəaliyyət göstərməyə başladı.
Arabsat-1B
Arabsat-1B , Arabsat tərəfindən idarə olunan Səudiyyə Ərəbistanının rabitə peykidir . Ərəb dövlətlərinə rabitə xidmətləri göstərmək üçün istifadə edilmişdir. Peyk Aerospatiale tərəfindən Spacebus 100 əsasında hazırlanıb və iki NATO E / F-band (IEEE S band) və iyirmi beş NATO G / H-Band (IEEE C band) zolağında yayım həyata keçirilir . Başlanğıcda 1,270 kiloqram (45,000 oz) kütləyə sahid idi və yeddi il gözlənilən əməliyyat ömrünə mail idi . == Tarix == Arabsat 1B geosinxron orbit də 26 ° Şərq. Uzunluq dairəsində yerləşib 1991-ci ilin oktyabrında idarəetmə mərkəzi ilə əlaqəsi kəsildi. Eyni səhv bir qədər əvvəl Ərəbsat-1A-da da təkrar edilmişdi . 1992-ci ilin əvvəlində tamamilə istismarı dayandırldı.
Arabsat-5A
Arabsat-5A , Arabsat tərəfindən idarə olunan Səudiyyə Ərəbistanının telekommunikasiya peykidir . Ərəbistan , Afrika və Avropaya televiziya, internet və telefon xidmətləri göstərmək üçün istifadə olunur.Arabsat-5A Astrium tərəfindən inşa edilmiş və Eurostar-3000 peyk daşıyıcısına əsaslanır. 4,800 kiloqram (170,000 oz) kütlə var 4,800 kiloqram (170,000 oz) və qırx transponderi daşıyır; NATO -müəyyənləşdirilmiş spektrinin G / H zolaöında ,IEEE-müəyyən edilmiş spektrinin C zolağında, NATO J zolağında fəaliyyət göstərən iyirmi dörd və IEEE K <sub id="mwFw">u</sub> zolağında yayımlanan on altı transponderə sahibdir.. Onun günəş batereyaları peykin dizaynının başlanğıcında təxminən 12 kilovat və sonunda isə təxminən 11 kilovat gücündə elektrik enerjisi istehsal etməsi gözlənilir Arabsat-5A, Arianespace tərəfindən Ariane 5ECA daşıyıcısı raketini istifadə edərək, Fransız Qvianası Kouroudakı Guiana Kosmos Mərkəzi ELA-3- dən orbitə çıxarıldı. Buraxılış üçün ilk cəhd 23 iyun 2010-cu ildə baş verib, lakin raketin alt sistemlərindən birinin problemi səbəbindən tamamlanmamışdır. Raketin yanacaq tanklarının təzyiqi ilə əlaqədar bir problemsəbəbi ilə 24 İyun günü edilən cəhdə uğursuzluqla nəticələnmişdir.. Qalxış 26 iyun 2010-cu ildə saat 21: 41 tarixində nəhayət ki həyata keçirildi .Quraşdırmanın ardından Arabsat-5A geosinxron orbitinə ayrıldı. Geostasionar orbitə çatdıqdan sonra, Arabsat-2B-ni əvəz etməsi üçün 30.5 dərəcə şərq uzunluğunda sınaq həyata keçirildi. On beş illik fəaliyyət dövrünə sahib olması gözlənilir.
Arabsat-6A
Arabsat-6A , Arabsat tərəfindən idarə olunan Səudiyyə Ərəbistanının telekommunikasiya peykidir . Peyk 2019-cu ilin martında SpaceX-nin Falkon Heavy daşıyıcısı vasitəsiylə orbitə buraxılacaq. Arabsat-6A və Hellas Sat 4 / SaudiGeoSat-1, Ərəbsat-6G proqramının iki peykidir. Bu iki peyk Lockheed Martin tərəfindən inşa edilən ən qabaqcıl kommersiya rabitə peykləridır ,yenilənmiş A2100 -ə əsaslanır və yeni günəş paneli texnologiyasından istifadə edir. Arabsat-6A, Yaxın Şərq, Afrika və Avropadakı müştərilərə televiziya, internet, telefon və təhlükəsiz kommunikasiyalar təqdim edən geostasionar orbitdə yerləşdiriləcək .
Afanasi
İskəndəriyyəli Afanasi və ya Böyük Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu. == Həyatı == O, 297-ci ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Ailəsi və gənclik illəri haqqında demək olar ki, məlumat yoxdur. Sadəcə bəzi mənbələrdə İskəndəriyyə yepiskopu Aleksandrın tələbəsi olduğu qeyd edilmişdir. 325-ci ildə Nikeya şəhərində keçirilmiş Kilsə Məclisində iştirak etmişdir. Bu dövrlərdə rəsmi kilsə ilə arrian məzhəbinin nümayəndələri arasında gərgin mübarizə getdiyindən Nikeya Məclisinin qərarı ilə həmin məzhəbin yaradıcısı Arius bidətçi elan edilərək, sürgün olunmuşdu. Həmin ərəfədə Aleksandr vəfat etdiyindən İskəndəriyyə yepiskopluğu vəzifəsinə Afanasi yiyələnmişdir. == Yepiskop fəaliyyəti == Afanasinin yepiskopluğunun ilk dövrü nisbətən sakit məcrada keçmişdir. Lakin arrian məzhəbindən olan yepiskop Evsevinin imperator Konstantinə təsiri nəticəsində Arius sürgündən azad edilərək, kilsəyə bərpa olunmuş və öz görüşlərini yaymağa başlamışdı. Beləlilkə, onun ideyaları xeyli sayda tərəfdar qazanaraq, əsas düşüncəyə çevrilmişdi.
Alabaşlı
Alabaşlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Alabaşlı qəsəbəsi Qarayeri qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Alabaşlı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qəsəbə 1931-ci ilə kimi Şəmkir rayonun eyniadlı kəndinin bir parçası olub. == Coğrafiyası və iqlimi == Kənd Bakı-Tbilisi dəmir yolunun üzərində, rayon mərkəzindən 30 km şimal-qərbdə, Qoşqarçayın sağ sahilindən 5 km aralı, Gəncə-Qazax düzənliyi yerləşir. == Əhalisi == Əhalisi 1.3 min nəfərdir. == İqtisadiyyatı == Əhalisinin əsasən məşğuliyyəti üzümçülük və onun emalıdır. Sosial obyektlər mövcuddur.
Anabasis
Öldürgən (lat. Anabasis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Qarabaği
Qarabaği bu mənalarda gələ bilər:
Qarabaş
Qarabaş (və yaxud Qarabaşlar) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd. Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb. == Adı == Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir. Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir.1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi farslar kimi göstərilib.
Qayabaşı
KəndlərQayabaşı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qayabaşı (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Qayabaşı (Göyçə) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Daşqayabaşı (Kəleybər) — İranın Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Digər mənalarda == Qayabaşı bələdiyyəsi — Azərbaycan Respublikasının Şəki rayonunda bələdiyyə.
Varanasi
Bənarəs (ing. Benares, urdu بنارس) ya da yerli ləhcədə olaraq Varanasi — Hindistanda şəhər; şivaizmin əsas mərkəzlərindən biri, hindlilərin müqəddəs şəhəri. == Adının mənası == "Varanasi" sözünü "Arun və Asi çayları arasındakı şəhər" mənası kimi tərcümə etmək olar. İngilis müstəmləkəçiliyi dövründə onu "Bənarəs" adlandırıblar. Şəhərin ilk adı isə "Kaşi"dir ki, bu da "Nur şəhəri" mənasını verir. == Coğrafiyası == Varanasi Qanq çayının sol sahilində, kiçik buxtada yerləşir. == Tədqiqi == Arxeoloqlar bu müqəddəs şəhərdə 4000 il əvvəl inşa olunan tikililərin özüllərini aşkara çıxarıblar. Varanasi haqqında ilkin məlumatlara "Riq-Ved"də, "Mahabharata" və "Ramayana"da rast gəlmək mümkündür. Əfsanələrə görə, Yer üzündə ilk şəhərdir. Onu tanrılar yaradıb və onlar burada insanlarla birgə yaşayıblar.
İtabaşi
İtabaşi — Tokionun xüsusi rayonlarından biri.