AFYƏT
AĞABANİ
OBASTAN VİKİ
Ağabacı
Ağabəyim ağa (Ağabacı; v. 1832, Qum) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. == Həyatının erkən dövrü == Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nikaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.
Ağabacı Rzayeva
Ağabacı İsmayıl qızı Rzayeva (15 dekabr 1912, Bakı – 5 iyul 1975, Bakı) — Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). == Həyatı == Ağabacı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda anadan olmuşdur. 1929-cu ildə Bakı Pedoqoji Texnikumunu bitirmiş, bir neçə il Saray, Kürdəxanı və Maştağada müəllimlik etmişdir. Ağabacı xanım not çalğısı üzrə bəstəkar Səid Rüstəmov, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almışdır. Musiqi-nəzəri fənlərdən isə ona Ü. Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyib. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. 1935–1944-cü illərdə Rzayeva Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır. Rzayevanın ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılmış "Vətənpərvərlik Marşı" idi.O, həmçinin bir sıra mahnı və romansların, "Mübahisə etmə" musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), xalq çalğı alətləri orkestrinin simli kvarteti üçün pyeslərin müəllifidir.
Ağabəyim ağa (Ağabacı)
Ağabəyim ağa (Ağabacı; v. 1832, Qum) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. == Həyatının erkən dövrü == Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nikaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... (film, 2013)
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Filmdə Ədalət Məmmədov, Almaz Amanova, Mehman Piriyev, Lətafət Məmmədova və Dəniz Tacəddin çəkilmişlər. == Məzmun == Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Ağabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir.

Digər lüğətlərdə