Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Canlar Cavadov
Canlar Aqil oğlu Cavadov (18 iyun 1980, Kirovabad – 29 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Canlar Cavadov 1980-cı il iyunun 18-də Gəncə şəhərində anadan olub. 1987-1998-ci illərdə Gəncə şəhərində N. Aydın adına 18 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Yeddi övladı yadigar qaldı. == Hərbi xidməti == Canlar Cavadov 2004-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Canlar Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Canlar Cavadov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Canlar Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Canlar Cavadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Canbar
Canbar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Canbar kəndi dağ ətəyində yerləşir. Cambar variantında da qeydə alınmışdır. Oykonimi çənbər (dairə) sözü ilə əlaqələndirirlər. Eyni zamanda Candar kimi də yozulur. Candar orta əsrlərdə şərqdə, o cümlədən Azərbaycanda uzun müddət saray vəzifələrindən biri olmuş, "keşikçi, mühafizəçi, cangüdən" mənasında işlənmişdir. Saraydakı xidmətlərinə görə candarlara verilən pay torpaqları onların vəzifə adları ilə də adlandırılmışdır.
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Marneuli bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Canqar
Canqar — Qərbi monqolların dastanı. == Dastan haqqında == XIII—XIV əsrlərə aid edilən bu dastan dünya folklorunun ən böyük əsərlərindən biridir. == Xarici keçidlər == «Джангар» на калмыцком языке на форуме «Свободная Калмыкия» «Джангар» на русском языке на сайте «Бумбин Орн» Arxivləşdirilib 2018-10-29 at the Wayback Machine Mongolian Epic Identity: Formulaic Approach to Janggar Epic Singing Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine «Джангар» — наш идеал! «Бумба» — наше будущее?
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Xanlar
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır.22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası - Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. == Coğrafiyası == Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir. Kür çayı hövzəsində olaraq, Gəncəçay çayı Göygöldən keçir.
Şanlar
Şanlar və ya şan xalqı — Cənub-Şərqi Asiyada yaşayan etnik qrupdur. Şanlar, əsasən, Birmanın (Myanma) Şan əyalətində yaşayırlar. Eyni zamanda Mandalay regionunun Kaçin və Kayin əyalətlərinin bir hissəsində və Çinin qonşu bölgələrində (Day xalqı), Laosun Assam regionunda (Ahom xalqı) və Taylandda da yaşayırlar. 1935-ci ildən bəri Myanmada etibarlı siyahıyaalma aparılmasa da, şanların sayının 4-6 milyon olduğu təxmin edilir. "Şan" Myanmanın içərisindəki bütün Tay etnik mənşəli insanlar üçün ümumi bir termindir. Şan əyalətinin paytaxtı təxminən 390.000 nəfər əhalisi olan, Myanmanın beşinci böyük şəhəri Tauncidir. Digər böyük şəhərlərə Hsipav, Laşio, Kenqtunq və Taçileik daxildir. == Qruplar == === Əsas qruplar === Şan xalqının əsas qrupları bunlardır: Tay Yay və Şan Proper - bu günədək şan xalqının tay dilində bildiyi ən böyük qrup Tay Lü - ənənəvi əraziləri Sişuanqbanna (Çin) və şərqi əyalətlər Tay Xuen və ya Tay Xün - Tay Yayın Kenqtunq bölgəsində əksəriyyəti təşkil edən alt qrupu. Kenqtunq rayonunun keçmiş hakim ailəsi bu qrupa aid idi.
Candar (Salmas)
Candar (fars. جاندر‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər. yaşayır (62 ailə).
Candar (Sarvan)
Candar, Aran Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd..
Catlar (xalq)
Catlar, catilər (sanskritcə kasta, qəbilə, tayfa) — eramızın əvvəllərində Pəncabın qərb rayonlarında və Şimali Hindistanda məskunlaşmış iri tayfa qrupu. == Yayılmaları == Ümumi sayları bir neçə milyon nəfərdir. Pəncab dilində (dialektləri catki-hindi, hindki və s.) danışırlar, urdu dili də yayılmışdır. == Din == Dindarları Pakistanda müsəlmandır, Hindistanda isə siqhizmin ardıcıllarıdır; hinduistlər də var. == Tarixi == Eramızın əvvəllərində Catların əcdadlarının maldar tayfaları Pəncabın qərb rayonlarında məskunlaşmışlar. Sonralar Şimali Hindistanda yayılmış Catlar pəncablıların etnik əsasını təşkil etmiş və siqhlərin icmasına daxil olmuşlar. Hindistanda Catların əksəriyyəti eyni adlı əkinçi kastaya çevrildi. Orta əsrlərdə Böyük Moğollarla davamlı müharibələr aparan Catlar müstəqil dövlətlərini qurmuşlar. 1849-cu ildə bu dövlət ingilis müstəmləkəçiləri tərəfindən zəbt edilmişdir. Əsas məşğuliyyətləri xış əkinçiliyi və maldarlıqdır.
Lök-Candar
Lökcandar, Dağ Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Lök dağlarının şimal ətəyində, rayon mərkəzi Başkeçid şəhərindən 32 km cənub-şərqdə yerləşir. Lökcandar kəndi Gürcüstanın Ermənistanla sərhədində yerləşir. Dəniz səviyyəsindən 2000 m hündürlükdə olan Lök dağının ətəyində, Bolnisi rayonunun inzibati sərhədi ilə kəsişmədədir. Cənub-şərq tərəfindən Ermənistanla dövlət sərhədi mövcuddur. Dörd tərəfdən meşə ərazisi ilə əhatə olunmuşdur. Ətrafının meşə və dağlıqla əhatə oluması, müəyyən çətinliklər yaradır ki, bu da yolla bağlıdır. Hər iki tərəfdən çayların axması da qış və yay daşqınları zamanı böyük çətinliklər yaradır. Kəndin qərb istiqamətində Qamışlı kəndi yerləşir və bu kəndlə məsafə 4 km olmasına baxmayaraq avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.Cənub-Qərbdə isə Lök- Candar kəndini ətraf aləmlə birləşdirən, çətin keçilən avtomobil yolu vardır.
Xanlar (Bakı)
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri. == Tarixi == XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır.Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var.Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. == Mədəniyyəti == Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Xanlar (Xudabəndə)
Xanlar (fars. خانلار‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (49 ailə).
Xanlar (ada)
Xanlar adası — Azərbaycana məxsus Xəzər dənizində Bakı arxipelaqına aid ada. Qum adasından cənub-sərqdə yerləşir.
Xanlar (dəqiqləşdirmə)
Xanlar (Bakı) — Bakı şəhəri Səbail rayonunun ərazisində şəhər tipli qəsəbə Bibiheybətin əvvəlki adı. Xanlar — Azərbaycandakı Göygöl şəhərinin əvvəlki adı. Xanlar rayonu — Azərbaycandakı Göygöl rayonunun əvvəlki adı. Xanlar (qəsəbə) — keçmiş Xanlar rayonunun eyniadlı şəhər inzibati ərazi vahidində qəsəbə. Xanlar (ada) — Bakı körfəzində ada. Quş adası da adlanır.
Xanlar (qəsəbə)
Ağdağ (əvvəlki adı: Xanlar) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılmışdır.
Xanlar Bayramov
Xanlar Bayramov (28 avqust 1948, Komintern, Gədəbəy rayonu – 13 mart 2010, Bakı) — telejurnalist, sənədli filmlər müəllifi, araşdırmaçı yazar. == Həyatı == Xanlar Cabbar oğlu Bayramov görkəmli jurnalist, telejunalist, araşdırmaçı yazar, bir çox sənədli filmlərin müəllifi. Xanlar Bayramov 1948-ci ildə Gədəbəyin Soyuqbulaq kəndində doğulub. Uşaqlığı orada keçib. Azərbaycana, onun təbiətinə, tarixinə dərindən bağlanıb. Onun milli ruhuna və tarixinə bağlılıq buradan qaynaqlanır. Sonrakı dönəm bütün araşdırma və yazılarında, sənədli filmlərində ana xətt vətən, onun tarixi şəxsiyyətləri, qəhrəman oğulları olmuşdu. Xanlar Bayramov həmçinin Azərbaycan Cümhuriyyəti, sovet dönəmi Azərbaycan siyasi mühacirəti, onların varisləri, sonrakı yaşamları ilə bağlı araşdırmaları ilə böyük iz qoyub. Rəfibəylilər, Yusifbəylilər, Şeyxzamanlılar, Xan Xoylular, Qacarlar, Ziyadxanlılar, Kazımbəylilər, Səfikürdlülər və s. soylarla bağlı ciddi araşdırmalar aparıb və bir çox qaranlıq məqamları üzə çıxarıb.
Xanlar Bəşirov
Bəşirov Xanlar Əyyub oğlu (22 mart 1957, Xanlar) — Tanınmış rəqqas və rəqs müəllimi, Azərbaycanın əməkdar artisti, Xəzər Universiteti Musiqi və İncəsənət Departamentinin müəllimi, Xəzər universitetinin oğlanlardan ibarət rəqs ansamblının bədii rəhbəri. Eyyub Bəşirovun oğlu, Yaşar Bəşirovun qardaşıdır. == İlk təhsil və rəqsə həvəs illəri == Xanlar Bəşirov 22 mart 1957-ci ildə Xanlar rayonunun (indiki Göygöl) inzibati mərkəzi olan Xanlar şəhərində anadan olmuşdur. Atasının işi ilə əlaqədar olaraq orta təhsilini bir neçə məktəbdə və bir neçə şəhərdə almışdır (1-ci, 2-ci sinifləri Xanlar, 3-cü sinfi Bakı, 4-cü sinfi Xanlar, 5-ci sinfi Moskva və 6-cı sinifdən orta təhsilini bitirənədək Bakı şəhərində). Dayısı Azərbaycanın əməkdar artisti peşəkar rəqqas Rafiq Əzizovun çıxışlarında tez-tez tamaşaçı kimi iştirak etdiyi üçün bu sənətə həvəsi yarandı. 1972-ci ildə Yuri Qaqarin adına Cücələrim ansamblına rəqs dərnəyinə yazıldı. İki il dərnəklərdə (Yuri Qaqarin adına pionerlər evində, Fioletov adına klubda, 26-lar klubunda və s.) məşğul olduqdan sonra bu sənəti özünə peşə seçməyi qərarlaşdırdı. == Peşəkar rəqqas == 1974-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının Dövlət mahnı və rəqs ansamblında rəqqas kimi çalışmağa başladı. Həmin ildən də Bakı Xoroeqrafiya məktəbinin Azərbaycan Xalq rəqsləri şöbəsində təhsilini davam etdirdi. 1975-ci ildə Bakı Xoroeqrafiya məktəbini bitirib, 1974–1977-ci illər ərzində Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında Azərbaycan Respublikasının şəhər və rayonlarında, keçmiş SSRİ şəhərlərində və Finlandiya, Belçika və Avstriya kimi xarici ölkələrdə milli-mənəvi dəyərlərimizi rəqs sənəti vasitəsilə təmsil etdi.
Xanlar Cəfərov
Cəfərov Xanlar Daşdəmir oğlu — Azərbaycan kinoprodüseri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Xanlar Cəfərov 6 iyul 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirmişdir. 1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində işləyib. 1988-ci ildən "Rakurs" Sənədli Filmlər Studiyasının direktoru olub. 2001-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru olub. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olmuşdur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Xanlar Cəfərov 29 aprel 2016-cı ildə vəfat etmişdir. Ailəli idi.
Xanlar Fətiyev
Xanlar Fətiyev (15 yanvar 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Futbol Federasiyasının sədri. == Həyatı == 15 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsinə daxil olub və fakültənin tam kursunu bitirib. İş fəaliyyətinə 1988-ci ildə "Azərtransqaz" nəzdində 2 saylı səyyar mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlayıb, 1990–1991-ci illərdə "Betonçu" kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis, 1992–1994-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində işləyib. 1994–1997-ci illərdə "Elruz" kiçik müəssisəsində sədr, 1997–2003-cü illərdə "Avestas" firmasının baş direktoru, 2003–2004-cü illərdə "Aznur" MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi Gəncə avtomobil zavodunun direktoru vəzifəsində işləyir. 7 noyabr 2010-cu ildə Gəncə seçki dairəsindən Azərbaycan Respublikası Milli məclisinin deputatı seçilib. Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Ailəlidir, iki uşağı var.
Xanlar Hacıyev
Xanlar Hacıyev (hüquqşünas) — İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev (həkim) — Azərbaycan cərrahı, tibb elmləri doktoru (1948), professor (1947).
Xanlar Haqverdiyev
Xanlar Məmməd oğlu Haqverdiyev (25 sentyabr 1906, Ağdam, Şuşa qəzası – 5 dekabr 1980) — müğənni (lirik-dramatik tenor). Azərbaycan SSR (1956) və Türkmənistan SSR (1939) əməkdar artisti. == Həyatı == Xanlar Məmməd oğlu Haqverdiyev 1906-cı il sentyabr ayının 25-da indiki Ağdam rayonunun Seyidli kəndində, bəy ailəsində anadan olmuşdur.1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki AMK) Vokal şöbəsinə daxil olmuş, professor H.Speranskidən rus və Avropa musiqisini, Seyid Şuşinskidən isə klassik Azərbaycan muğamlarının incəliklərini öyrənmişdir. 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına xorda oxumaq üçün qəbul edilmişdir. Ona "Əsli və Kərəm" operasında Sofi rolu, Hüseynqulu Sarabski (Kərəm) kimi sənətkarın tərəf müqabili olmaq tapşırılmışdır. 1932–1933-cü illərdə Türkmənistanda Azərbaycan Dövlət Opera və Dram Teatrı yaradılmışdır. Aşqabad Azərbaycan Teatrının inkişafında bir çox sənətkarlarla yanaşı görkəmli aktyor Rza Əfqanlının, opera müğənnisi Xanlar Haqverdiyevin də rolu olduqca böyük olmuşdur. O, türkmən xalqının rəğbətini qazanmışdır. Məhz bunun nəticəsi olaraq müğənninin əməyi yüksək qiymətləndirilmiş, 1939-cu ildə ona "Türkmənistan SSR-in Əməkdar artisti" fəxri adı verilmişdir.Xanlar Haqverdiyev 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak etmiş, "Sevil", "Koroğlu" operalarında çıxış etmişdir. Teatr incəsənəti sahəsində fəaliyyətinə və zəhmətkeşlər qarşısında mədəni xidmətlərinə görə 1956-cı ildə ona "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı verilmişdir.
Xanlar Həşimzadə
Xanlar Allahverdi oğlu Həşimzadə (d. 9 fevral 1955) — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Xanlar Həşimzadə 9 fevral 1955-ci ildə Nuxa şəhərində (indiki Şəki) anadan olmuşdur. X.Haşımzadə 1975-ci ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında çalışır. Hal-hazırda teatrın aparıcı səhnə ustasıdır. 200-ə yaxın tamaşalarda müxtəlif səpgili obrazlar yaratmışdır. Oynadığı həm dramatik, həm də komik obrazlar nəinki Respublikamızda, hətta Kubada, Praqada, Moskvada, Kazanda, Tiflisdə, Yoşkar-Olada, Daşkənddə və Səmərqənddə də yüksək qiymətləndirilmişdir. İki dəfə "Qızıl Dərviş" mükafatı ilə təltif edilmişdir. X.Həşimzadə V.Şekspirin "Kral Lir" əsərində Fransız Kralı, Ə.Əylisli "Quşu uçan budaqlar" əsərində Mehdi Qulu, M.F.Axundovun "Hacı Qara" əsərində Hacı Qara, C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərində Molla Abbas, H.Cavidin "İblis" əsərində İxtiyar, R.Stoyanovun "Ustalar" əsərində Qenco, B.Stratiyevin "Avtobus əsərində Məsuliyyətsiz, M.Bulqakovun "Usta və Marqarita" əsərində Pontiy Pilat, X.Eçeqarayın "Mahir aradüzəldənlər" əsərində Severo, S.Mrojekin "Xoşbəxt hadisə" əsərində Gəlmə Adam, E.De.Filipponun "Ruhlar" əsərində Paskyale Loyyokolo və bir çox əsərdə əsas rolların uğurlu ifaçısı olmuşdur. Oynadığı obrazları ilə tamaşaçıların məhəbbətini qazanmış Xanlar Həşimzadə günü-gündən öz ustalığını artırır.
Xanlar Muradov
Xanlar Yunus oğlu Muradov — Aktyor, Respublikanın Əməkdar artisti (2000) == Həyatı == Xanlar Muradov 30 aprel 1946-cı ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olub. Əmək fəaliyyətinə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Teatrda ilk rolu Ə. Haqverdiyevin "Müsibəti Fəxrəddin" tamaşasında Qurban rolu olmuşdur (1973-cü il). Bu teatrda o 50 yaxın rol oynamışdir. 1975-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor işləyib. Danabaş kəndinin əhvalatları-Xudayar bəy, Qızıl toyda Rəhim, Subaylarınızdan görısiniz-Seyfi, Səhnədə məhəbbətdə-Milyonçu, Məhəbbət oyununda-Daşdəmirov, Nəğməli Könüldə-Fərrux və s. İşlədiyi müddətdə teatın repertuarında olan əksər tamaşalarda rollar oynamışdır. 28 oktyabr 2000-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. 5 fevral 2005-ci ildə Bakıda vəfat edib.
Xanlar Məmmədov
Xanlar Əliş oğlu Məmmədov (27 fevral 1940, Mişni, Laçın rayonu – 1 dekabr 2002, Bakı) — Azərbaycan Kommunist Partiyasının Laçın Rayon Komitəsinin 1-ci katibi, Laçın Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikasının Xalq Deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Üzvü. == Həyatı == Xanlar Əliş oğlu Məmmədov 27 fevral 1940-cı il tarixdə Laçın rayonunun Mişni kəndində Səhəngdolan məhəlləsində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1963-cü ildə Alxaslı kənd məktəbində müəllim işləmişdir. 2002-ci il dekabr ayının 1-də Bakı şəhərində vəfat etmişdir. == Siyasi fəaliyyəti == 1966-ci ildə "Laçın" qəzetində şöbə müdiri, 1967-ci ildə Azərbaycan LKGİ Laçın rayon komitəsinin 2-ci katibi, 1968-ci ildə Azərbaycan LKGİ-nin Laçın rayon komitəsinin 1-ci katibi, 1972-ci ildə Bakı Ali Partiya Məktəbinin dinləyicisi, 1972-ci ildə Azərbaycan KP Laçın rayon komitəsinin təlimatçısı, 1975-ci ildə Azərbaycan KP Laçın RK-nın katibi, 1979-cu ildə Azərbaycan KP-nın Laçın RK-nın 2-ci katibi, 1985-ci ildə XI çağırış Laçın rayon Xalq Deputatları Sovetinin 1-ci sessiyasında Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri, 1986-cı ildə Laçın rayon komitəsinin 1-ci katibi seçilmişdir. 1990-cı illərin əvvəlində Laçın rayonu icra hakimiyyətinin başçısı təyin olunmuş və 29 may 1992-ci il tarixə qədər bu vəzifədə çalışmışdır. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. == Mənbə == "Laçın" qəzeti, 16.03.2007-ci il, səhifə 3.
Çatlar
Çatlar — süxurlarda, demək olar ki, cüzi və ya da heç bir yerdəyişmə yaratmayan qırılmalar. == Haqqında == Çatlar mənşəyinə görə tektonik (tektoklazlar) və qeyri-tektonik olurlar. Daha çox yayılmış birincilər bu və ya digər dərəcədə düzgün həndəsi şəbəkə əmələ gətirən sistemlərdə birləşir və inkişafda olan strukturların daxilində baş verən deformasiyalarla sıx əlaqədə olurlar. Qeyri-tektonik çatlar (ilkin) poliqonal şəbəkələrlə, dəyişkən istiqamətli olması, tez-tez pazlaşması və yerləşdiyi süxurların materialının dolması ilə səciyyələnirlər. Bunların əmələ gəlməsi, əsasən, gec diagenez və epigenez prosesləri ilə bağlıdır. Yer üzərinə çıxan süxurlarda, dağ-mədən qazımalarında, kernlərdə adi gözlə müşahidə edilən çatlar makroçat adlanır. Morfoloji əlamətlərinə görə (uzunluğu və təbəqələşmə ilə qarşılıqlı əlaqəsinə görə) tektonik çatlar birinci və ikinci tərtibli çatlara bölünür. Birinci tərtibli çatlar müxtəlif litoloji tərkibli təbəqələr qrupunu kəsir, İkinci isə, adətən, eyni litoloji tərkibli bir və ya bir neçə təbəqə ilə məhdudlaşır (Smexov və b., 1962). Əlamətlərə görə müxtəlif təsnifatı təklif edilmişdir. Billinqs (1949) çatların genetik və həndəsi təsnifatını verib: 1) dartılma, qopma (qəlpələnmə), genişlənmə, çıxardılma; 2) uyğun çat, normal kəsən çat, təbəqələşməboyu çat.
Çaylar
Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını, təbii yataqla axan, hövzəsindəki səth axımı və yeraltı axımla qidalanan su axınıdır. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir... == Ümumi məlumat == Hər bir çay uzunluğu, eni, hövzəsinin sahəsi, dərinliyi, meylliyi, səviyyəsi, axın sürəti, su sərfi, suyun kimyəvi tərkibi və s. ilə səciyyələnir. Çayın başlandığı yerə çay mənbəyi, dənizə, gölə töküldüyü və ya digər çayla birləşdiyi yerə çay mənsəbi deyilir. Yayda quruyan azsulu çayların çoxunun mənsəbi olmur. Belə çaylara kormənsəbli çaylar deyilir. Belə çaylara Avstraliyada krik deyilir. Bəzi çayların mənsəbində delta, estuari və bar əmələ gəlir. Bilavasitə okeana, dənizə, gölə tökülən, yaxud qumluqlarda və bataqlıqlarda itənlər əsas çay, buna birləşənlər çay qolu adlanır.
Sirr açanlar
Sirr açanlar - ABŞ-nin Discovery kanalında yayımlanan tele veriliş. Verilişin aparıcıları Ceymi Hayneman və Adam Sevic müxtəlif sirlərin üstünü açırlar. Verilişin Çəkiliş prosesi adətən San-Fransisko körfəz sahəsində olur. 2015-ci ilin Oktyabr ayının 21-də verilişin sonuncu mövsümü olan 14-cü mövsümünün yayımlanacağı deyilmişdir. Şou 248-ci seriyada bitəcək, yoxlanılmış miflərin sayı 1050-yə, keçirilmiş eksperimentlərin sayı 2950-yə çatacaqdır.
Tolga Çandar
Tolga Çandar (d. 1959, Milas) Türk Xalq musiqisi sənətçisidir. ODTÜ 3. sinifdə yoldaşlarıyla birlikdə qurduğu Çağdaş Türkü qrupu olaraq Bekle Beni albomunu çıxardı. Delikanlıya albomundan sonra qrup dağıldı. Tolga Çandar albomlarına davam etdi.