is. [
ər. ]
1. Əmin-amanlıq, əmniyyət, təhlükəsizlik, qorxusuzluq, dinclik.
2. Möhlət, macal, imkan.
□ Aman vermək – macal vermək, imkan vermək, vaxt vermək, rahat buraxmaq.
[Molla İbrahim Xəlil:] Gümüş xahiş edənlər bir mərtəbədə çoxdur ki, hətta mənə aman vermirlər ki, iksirin müddəti-təkmilini itmamə yetirəm. M.F.Axundzadə.
Qazının qısıla-qısıla gəlməyinə ağa artıq etina etməyib, bir az da irəli gəlməyə aman verir və sonra dönüb bir təpik vurur. Çəmənzəminli.
3. Rəhm, mərhəmət. Düşmənə aman yoxdur.
– Ovçuda aman olur; Əlində kaman olur; Oxlama, yar, könlümü; Ox dəysə, yaman olur. (Bayatı).
□ Aman vermək – rəhm etmək, mərhəmət etmək, əfv etmək, bağışlamaq.
Get, düşmənə aman vermə davada; Batır suda, vur quruda, havada! S.Vurğun.
4. İmdad, yardım, kömək, nicat, mərhəmət diləyi. Aman istəmək. – Amana gələnin boynunu qılınc kəsməz. (
Ata. sözü ).
Yandı bağrım, döndü qana; Bir namə yaz Divarqana; Daha səndən aman olmaz. Aşıq Abbas.
5. Taqət, qüvvət, güc.
Dad edib suzəni çəkdim əlindən; Qoymadı canımda aman ayrılıq. (Qoşma).
□ Amanı kəsilmək (qırılmaq) – üzülmək, əldən düşmək, yorulmaq, taqətdən düşmək.
Amanını kəsmək – yormaq, üzmək, əldən salmaq, taqətdən salmaq. Soyuq əsgərin amanını kəsdi.
6. nida. Can ağrısı, həyəcan, fəryad, iztirab, qorxu və s. hissləri ifadə edir. Aman, başım ağrıyır.
Aman, sancıdan öldüm! Aman, qıçım sındı! – Gözlə zülfün bad vurar; Bad əlindən dad vurar; Dərddən aman deyənin; Boynunu cəllad vurar. (Bayatı).
Ay sevdiyim, səndən qeyri kimim var; Gəl üstümə, aman, öldüm, dad, öldüm! M.V.Vidadi.
Nələr gördün, aman, Vaqif! Nə qansızmış zaman, Vaqif! S.Vurğun.
// Heyrət, təəccüb bildirir. Aman, bu sənsən! Aman, bu nədir?
7. nida. Rica, xahiş, yalvarış bildirir (bəzən “amandı”, “amandır” şəklində işlənir).
Gecə-gündüz fikrim-zikrim, əzbərim; Üzüldü taqətim, aman, bəri bax! M.P.Vaqif.
Ey yığılan canlar, siz olun tanrı; Amandı, qoymayın yar oyanmasın. Q.Zakir.
Məni yandırma, amandır; Ürəyim dopdolu qandır. M.Ə.Sabir.
// Yenə həmin mənada bəzən “günüdür” sözü ilə bərabər işlənir. Aman günüdür, onu tək qoyma. Aman günüdür, tək getmə. Aman günüdür, özünü gözlə.
8. nida. Narazılıq, şikayət, nifrət bildirir (çox vaxt “əlindən” sözü ilə birlikdə).
Aman yaman yoldaş əlindən! – Vaqif deyir: sənin əlindən aman; Mən biçarə nə havalı sevmişəm. M.P.Vaqif.
◊ Aman evi – daldalanacaq yer, pənah gətiriləcək yer. (Qarabağ xanı Pənah xan bu fikirdə oldu ki), … möhkəm bir bina və qala tikilsin.
Bir hadisə üz verdiyi zaman ora məskən; tənglik və bolluq vaxtında isə aman evi olsun. A.Bakıxanov.
And-aman eləmək – bax
and-aman.