Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çartağ (Marağa)
Çartağ — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Mərkəzi bölgəsində, Səracu kəndistanında, Marağa şəhərindən 17 km simal-qərbdədir.
Cambage
Riçard Haynd Kembic (ing. Richard Hind Cambage; 7 noyabr 1859, Yeni Cənubi Uels – 28 noyabr 1928, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Riçard Haynd Kembic akasiya və evkalipt üzrə ixtisaslaşmışdır. == Əsərləri == Cambage, R.H. Notes on the botany of the interior of New South Wales. — Sydney, 1903. — 133 p. == Şərəfinə adlandırılmış taksonlar == Acacia cambagei R.T.Baker, 1900 Şablon:Bt-latrlatazus Kunzea cambagei Maiden & Betche, 1913 Loranthus cambagei Blakely, 1923 [≡ Amyema cambagei (Blakely) Danser, 1929] Pultenaea cambagei Maiden & Betche, 1908 [≡ Almaleea cambagei (Maiden & Betche) Şablon:Crisp & P.H.Weston, 1991] == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [англ.]. — Ed. 2. — Königstein, 1995.
Cottage Medi-Clinic
Svakopmund (ing. Swakopmund; alman dilindən tərcümədə "Svakopun mənsəbi") – Namibiyanın qərbində sahil şəhəri. Namibiyanın paytaxtı Vindhukdan 352 kilometr uzaqlıqdadır. Eronqo rayonunun paytaxtıdır. Namib səhrasında yerləşir və ölkənin əhalisinə görə 4-cü ən böyük yaşayış məntəqəsidir. Şəhər 10 üzvü olan bələdiyyə şurası tərəfindən idarə olunur. Şəhər aşağıdakı rayonlardan ibarətdir: Şəhər mərkəzi, Vineta, Meyle 4, Voqelştrand, Uoterfront, Mondesa, Tamariskia. == Görməli yerlər == Svakopmund çimərlik kurortu və alman koloniya memarlığına malikdir. 1892-ci ildə Alman Cənub-Qərbi Afrikasının əsas limanı kimi qurulmuşdur və hazırda da şəhər əhalisinin kiçik hissəsi almanca danışır. Şəhərin əsas görməli yeri 1909-cu ildə memar Henrik Bauz tərəfindən tikilmiş Qədim həbsxanadır.
Magna Carta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Çartəpə
Çartəpə – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. Çartəpə oyk., sadə. Quba r-nunun Xucbala i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyində, Qusar maili düzənliyindədir. Oykonim çar/çahar (dörd) və təpə (müsbət relyef forması) komponentlərindən düzəlib, "dörd təpə" deməkdir. Kənd salındığı ərazinin adı ilə adlandırılmışdır. 1933-cü ildə Çahartəpə variantında qeydə alınmışdır. Çartəpə kəndinin əhalisi təxminən 700 nəfərdir.XX əsrin əvvələrinə aid evlər var. Bu kəndin tanınmışlarından biri də şair Ramiz Qusarçaylıdır.
Sartaq
Sartaq xan - Qızıl Ordanın 2-ci xanı idi. Sartaq xanın doğulduğu yer və tarix bilinmir. Batı xan və Borakçin xatunun ilk oğlu idi. 1252-ci ildə Aleksandr Nevski ilə tanış olmuş, dostlaşmışdı. 1254-cü isə xristian olmuşdu. II Monqol qurultayından qayıdandan sonra çox yaşamadı və qardaşı Ulaqçi xan oldu. Sartaqın qızı Teodora Beloozero knyazı Qleb Vasilkoviç ilə evlənmişdi.
Çardaq
Çardaq — tavan ilə dam arasında yerləşən boşluq. Çardaqlar əsasən həyət evlərində olur. Evin çardaq hissəsinin otaq kimi istifadə edilməsidə mümkündür. Çardaqlar adətən evdə olan əlavə əşyaların saxlanıldığı və toz ilə əhatə olunmuş bir məkan konseptini xatırladır. Kənd yerlərində çardaqlarda ərzaq və süd məhsullarının sərin formada saxlanılmasında istifadə edilir.
Çartar
Güneyçartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyçartar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kəndin adı Güneycarpaz variantında da qeydə alınmışdır. Oykonim güney (güntutan, cənub) və cartar/cartaz (dağda uçurum, yarğan) komponentlərindən düzəlib, "cənubda yerləşən yarğanlı dağ" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlı adlandırılmışdır. Güneyçartar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Caravə
Caravə — xristianlığı qəbul etmiş köçəri bəbrər zənata qəbilə konfederasiyası idi. Onlar VII əsrdən əvvəl və həmin əsrdə Afrikanın şimal-qərbində hökmranlıq edirdi. Kraliça Dihyənin rəhbərliyi altında qəbilə VII əsrin sonlarında Əməvilərin işğalına qarşı bərbər müqavimətinə rəhbərlik etmişdir.
Çaraq
Çaraq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çaraq kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 219 nəfər təşkil edir.
Çartağlı (Marağa)
Çartağlı — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Qaraağac bölgəsində, Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 27 km simal-qərbdədir.
Xani Çarbağ
Xani Çarbağ vulusvalisi (puşt. خانه چارباغ ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Çarbağ kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Xani Çarbağ vulusvalisinin oturaq əhalisinin sayı 23.642 nəfərdir (11.641 nəfəri kişilər, 12.001 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.056 km² ərazini əhatə edən vulusvalidə, əhali 16 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Çardaq gölü
Acıgöl (Çardaq gölü) — Türkiyənin Afyonkarahisar və Dənizli vilayətləri ərazisində yerləşən göl. Dənizli vilayətinin ən böyük gölü olan Acığölün ümumi sahə 41,5 km²-dir. Bunun 20 km²-i Afyonkarahisar vilayətinin Başmaqçı və Dazkırı mahalları ərazisinə düşür. Gölün dərinliyi 150 sm ilə 210 sm arasındadır. Yaz mövsümündə suyu azalır, bəzən isə tamam quruyur. Göl öz suyunu ətrafdakı dərələrdən axan kiçik bulaqlardan və Gəmiş bulağından alır. Adından da aydın olduğu kimi gölün suyu acıdır və burada heç bir canlı orqanizm yaşamır. Gölün suyundan natrium sülfat (Na2SO4.10 h2O) əldə edilir. Gölün şərqində yerləşən dağlarda durna, çöl ördəyi, çöl qazı və flaminqo kimi köçəri quşlara rast gəlmək olar. Acığöl Türkiyənin natrium sulfat ehtiyatlarına malik ən böyük, dünyanın isə ikinci böyük gölüdür.
Çartar (dəqiqləşdirmə)
Güneyçartar
Catağ (Bicar)
Catağ (fars. چتاق‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 282 nəfər yaşayır (55 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Xani Çarbağ vulusvalisi
Xani Çarbağ vulusvalisi (puşt. خانه چارباغ ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Çarbağ kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Xani Çarbağ vulusvalisinin oturaq əhalisinin sayı 23.642 nəfərdir (11.641 nəfəri kişilər, 12.001 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.056 km² ərazini əhatə edən vulusvalidə, əhali 16 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Çardağ yaşayış yeri
Çаrdаğ yаşаyış yеri — Оrdubаd rаyоnundаn şərqdə yеrləşir. Tikintilər tаmаmilə dаğılmış vəziyyətdədir. Yаşаyış binаlаrının yеrində yаlnız dördkünc fоrmаlı dаş yığınlаrı qаlmışdır. Tikinti mаtеriаlı kimi çаy dаşı, möhrə və kərpicdən istifаdə еdilmişdir. Bəzi binаlаrın yеrində dördkünc fоrmаlı çаlаlаr qаlmışdır. Tikinti mаtеriаlı kimi çаy dаşı, möhrə və çiy kərpicdən istifаdə еdilmişdir. Yаşаyış yеrindən əldə еdilən yеrüstü аrхеоlоji mаtеriаllаr Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı ilə təmsil оlunmuşdur. Аrхеоlоji mаtеriаllаrа əsаsən, аbidəni XIV-XVIII əsrlərə аid еtmək оlаr.
Müqəddəs Yelisey monastırı (Çartar)
Müqəddəs Yelisey monastırı — Xocavənd rayonunun Çartar kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Monastırın başkilsəsi daha qədim kilsənin yerində inşa edilmişdir. XII əsrə aid kitabənin məlumatına görə, bura, əyalətin ən vacib ziyarətgahlarndan biri olmuşdur. İki pilonu və tağtavanı ilə Müqəddəs Yelisey kilsəsi son orta əsrlər dövrünün tipik xüsusiyyətlərinə malikdir. Altarın hər iki tərəfində, planda düzbucaqlı formaya malik köməkçi otaqlar yerləşir. Monastırın başkilsəsi daha qədim kilsənin yerində inşa edilmişdir və qədim kilsənin dəqiq inşaat tarixi dəqiq bilinmir. XII əsrə aid kitabənin məlumatına görə, bura, əyalətin ən vacib ziyarətgahlarndan biri olmuşdur. Fronton üzərindəki kitabədən isə bəlli olur ki, dağıdılmış qədim kilsənin yerində XVII əsrdə yeni kilsə tikilmişdir. Kitabədə yazılır: "Mən, ustad Qabriel bu kilsəni öz əllərimlə inşa etdim...” Monastır Çartar kəndinin cənubunda, yüksək dağlıq ərazidə yerləşir. Kompleksin yeganə kilsəsi kitabələrdə Müqəddəs Yelisey kilsəsi adlandırılır.