Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
COOMET
Regional metroloji təşkilat COOMET (COOMET - metrologiya sahəsində əməkdaşlıq) — 12 iyun 1991-ci ildə Bolqarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiyada metroloqların təşəbbüsü ilə təsis edilmişdir. Bu gün anlaşma memorandumu imzalanmışdır. SSRİ dağılandan sonra keçmiş SSRİ-nin 15 respublikası sayəsində təşkilat üzvlərinin sayı 19-a çatdı. 2000-ci ildə təşkilat rəsmi olaraq dövlət metroloji qurumlarının Avro-Asiya əməkdaşlığı adlandırıldı. COOMET-in ali orqanı, bütün iştirakçı ölkələrin nümayəndələrini daxil edən COOMET Komitəsidir. COOMET fəaliyyətləri Prezident, dörd vitse-prezident və Katiblik rəhbərindən ibarət Prezident Şurası tərəfindən əlaqələndirilir. COOMET komitəsinin üzvləri vitse-prezidentləri təyin edən prezidenti üç il müddətinə seçirlər. COOMET orqanlarının iclaslarının keçirildiyi və sənədlərin tərtib olunduğu rəsmi dillər rus və ingilis dilləridir. COOMET-in öz maliyyə mənbələri yoxdur. 12 COOMET texniki komitəsi bütün ölçü sahələrində elmi iş aparır.
Yoqurt
Yoğurt — zülal və kalsium baxımından zəngin olan qida məhsulu, çəki salmaq üçün faydalıdır. Müxtəlif araşdırmalar göstərir ki, bol miqdarda kalsium baxımından zəngin olan qidalar, eyni zamanda yoğurt insanların daha asan çəki salmasına kömək edir. Yoğurtlardan uşaq qidalarının hazırlanmasında da istifadə edilir.
Coues
Elliot Koues (ing. Elliott Coues; 9 sentyabr 1842 – 25 dekabr 1899) — Amerika hərbi cərrahı, tarixçisi, ornitoloqu.
Coult.
Tomas Koulter (ing. Thomas Coulter; 28 sentyabr 1793 – 28 noyabr 1843) — İrlandiya botaniki. Coulterophytum B.L.Rob. bitki cinsi Coulterella Vasey et Rose bitki cinsi Frederick V. Coville. The Botanical Explorations of Thomas Coulter in Mexico and California. Botanical Gazette, Vol. 20, No. 12 (Dec., 1895), pp. 519–531 Hadfield, Miles, et al. 1980.
Command & Conquer
Command & Conquer (transkripsiya: [kəˈmænd ənd ˈkɑŋkər] - tələffüz: kımənd ənd kankır)(qısaltmaları C&C və ya CnC)(tərc. "Əmr ver, fəth et" və ya "Əmr və Fəth") real-vaxt strategiya videooyun media françayzdır, ilk dəfə Westwood Studios tərəfindən istehsal olunub. İlk buraxılış real-vaxt strategiya (RTS) janrının ilk oyunlarından biridir. Westwood Studios şirkəti 1998-ci ildə Electronic Arts tərəfindən alınmış, 2003-cü ildə mövcudluğuna xitam verilmişdir. Studiyanın bəzi üzvləri Electronic Arts Los Angelesə keçmiş, seriyanın davam edilməsində iştirak etmişlər. İlk quruluş, Command & Conquer, Westwood tərəfindən 31 avqust 1995-ci il tarixində dünya bazarına çıxarılmışdır. Sujet: hadisələr yaxın gələcəkdə baş verir, Yer sirli təbii ehtiyat olan tiberium vasitəsi ilə infeksiyaya yoluxur. Bu maddəni nəzarətə götürmək istəyən BMT tərəfindən yaradılmış Qlobal Müdafiə Təşəbbüsü (GDI) ilə, maddəni ələ keçirməyə çalışan, müəmmalı Keyn tərəfindən idarə olunan "Nod Qardaşlığı" arasında qlobal müharibə başlayır. Yüksək uğurun ardınca seriyaya 1996-cı ildə Command & Conquer: Red Alert (tərc. "Qırmızı xəbərdarlıq") əlavə olunur, bu buraxılışda uydurulmuş alternativ kainatda Sovet İttifaqı Qərb Birliyinə qarşı müharibə aparır.
Michel Bouquet
Mişel Buke (fr. Michel Bouquet; 6 noyabr 1925[…], XIV arondisman (Paris) – 13 aprel 2022[…], Parisin 18-ci dairəsi[d]) — Fransız aktyor.
Elliott Coues
Elliot Koues (ing. Elliott Coues; 9 sentyabr 1842 – 25 dekabr 1899) — Amerika hərbi cərrahı, tarixçisi, ornitoloqu.
Cozue Karduççi
Cozue Karduççi (it. Giosuè Alessandro Giuseppe Carducci; 27 iyul 1835[…] – 16 fevral 1907[…], Boloniya[…]) — italyan şair və tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906). İtaliyanın ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, şair və tənqidçi Cozue Karduççi 1835-ci ildə İtaliyanın şimalında, Toskana əyalətinin Valdikastello şəhərində doğulmuşdur. Atası həkim idi və İtaliyanın birliyi uğrunda fəal mübarizlərdən biri kimi tanınırdı. Onun siyasi baxışlarına, habelə sərt xarakterinə görə Karduççi ailəsi tez-tez yaşayış yerini dəyişməli olurdu. Nəticədə övladların ən böyüyü olan Cozue ilk təhsilini ev şəraitində almışdı. 1849-cu ildə isə o, heç bir çətinlik çəkmədən Florensiyada, piaristlər dini ordeninin himayəsi altındakı məktəbə daxil olmuşdu. Məktəbdə Cozue İntibah dövrü və çağdaş italyan müəlliflərini, eləcə də Bayron və Şiller kimi sənətkarları dərindən mənimsəmişdi. Eyni zamanda özü də ilk lirik və satirik şerlərini yazmış, "İliada"nın onuncu nəğməsini qədim yunancadan italyan dilinə çevirmişdi. Atasının ziddiyyətli xarakteri Cozueyə də sirayət etmiş, hətta yaradıcılığında da əksini tapmışdı.
Oqust Erben
Ogüst Erben (fr. Auguste Herbin; 29 aprel 1882[…] – 31 yanvar 1960[…], Paris, Fransa) — Fransa müasir incəsənətinin rəssamı. O, rəngli həndəsi fiqurlardan ibarət olan Kubist və mücərrəd rəsmləri ilə tanınır. Qeyri-məzmunlu abstrakt sənəti təbliğ edən Kreativ Abstraksiya (Abstraction-Création) və Salonun yeni həqiqətləri (Salon des Réalités Nouvelles) qruplarını bir araya gətirdi. O, Nor şəhərində anadan olmuşdur. Atası sənətkar idi. O, 1899-cu ildən 1901-ci ilə qədər Parisdə məskunlaşdıqdan sonra Lil İncəsənət Məktəbində rəsm çəkmişdir. 1914-cü ildə, Birinci Dünya müharibəsinin başlamasından sonra, onun qısa boyluğundan ötəri hərbi xidmətdən azad edilmiş və Paris yaxınlığında bir təyyarə fabrikində işləmişdir. Ogüst Erben müxtəlif rəsm üslub çox ardıcıl nümayiş etdirir. Van Qoqa üslubunda onun ilk rəsmi aydın bir fauvist və kub-məzmunlu təsir altında yazılmış məzmunu izləyir.
Studio Comet
Studio Comet Co., Ltd. (株式会社スタジオコメット, Kabushiki Kaisha Sutajio Kometto) — qərargahı Yaponiyanın paytaxtı Tokionun xüsusi rayonlarından biri olan Nerimada yerləşən animasiya studiyası. Studiya 21 yanvar 1986-cı ildə yaradılmışdır. Hiroşi Kanazava (animasiya direktoru, personaj dizayneri) Kazuo Harada (animasiya prodüseri, səs effektləri və audio direktoru) Şin Misava (animasiya Kantoku) Aşağıda Studio Cometin işləri əlifba sırası ilə göstərilib: Art of Fighting (OVA, 1993) Baby Princess 3D Paradise Love (OVA, 2011) Battle Fighters Garō Densetsu (1992) Bikkuriman 2000 (ilk rəqəmsal istehsalı, anime serialı, 2000) Bowwow Celebrity Poodle Let's Go! Tetsunoshin (anime serialı, 2006) Capeta (anime serialı, 2005-2006) Captain Tsubasa J (anime serialı, 1994–1995) Dragon Quest (anime serialı, 1989–1991) Dr. Rin ni Kiitemite! (anime serialı, 2001) Hatsumei Boy Kanipan (anime serialı, 1998) Chō Hatsumei Boy Kanipan (anime serialı, 1999) Highschool! Kimen-gumi (anime serialı (epizod 9-dan sonra Gallop studiyası ilə işləyib), 1988–1989) High School Mystery Gakuen Nana Fushigi (anime serialı, 1991) Humanoid Monster Bem (anime serialı, 2006) Initial D (anime serialı, 1998; Studio Gallop ilə) Kirby of the Stars (anime serialı, 2003; Warpstar, Inc. ilə) Jewelpet (anime serialı, 2009) Jewelpet Twinkle☆ (anime serialı, 2010) Jewelpet Sunshine (anime serialı, 2011) Jewelpet Kira☆Deco (anime serialı, 2012) Jewelpet the Movie: Sweets Dance Princess (Teatr filmi, 2012) Kero Kero Chime (anime serialı, 1997) Maboroshi Mabo-chan (anime serialı, 1992) The Marshmallow Times (anime serialı, 2004) Meimon! Dai San Yakyūbu (anime serialı, 1988–1989) Mizuiro Jidai (anime serialı, 1996) Mutsuen Meiryū Gaiden: Shura no Toki (anime serialı, 2004) Onegai My Melody (anime serialı, 2005) Onegai My Melody: Kuru Kuru Shuffle (anime serialı, 2006) Onegai My Melody: Sukkiri (anime serialı, 2007) Onegai My Melody: Kirara (anime serialı, 2008) Onegai My Melody: Yū & Ai (Teatr filmi, 2012) Peach Girl (anime serialı, 2005) Samurai Shodown ( 1994) School Rumble (anime serialı, 2004) School Rumble: Second Term (anime serialı, 2006) Shin Megami Tensei Devil Children (anime serialı (epizod 27-dən) 2002–2003), Shōta no Sushi (1999) Sora no Manimani (anime serialı, 2009) Suzuka (anime serialı, 2005) Tsuide ni Tonchinkan (anime serialı, 1987–1988) Tsuyoshi Shikkari Shinasai (anime serialı, 1992–1994) Whistle!
Yoğurt
Yoğurt — zülal və kalsium baxımından zəngin olan qida məhsulu, çəki salmaq üçün faydalıdır. Müxtəlif araşdırmalar göstərir ki, bol miqdarda kalsium baxımından zəngin olan qidalar, eyni zamanda yoğurt insanların daha asan çəki salmasına kömək edir. Yoğurtlardan uşaq qidalarının hazırlanmasında da istifadə edilir.
Ogüst
Ogüst (fr. Auguste) — ad. Ogüst Kont — fransız filosofu və sosioloqu Ogüst Lümyer — Kinematoqrafiyanın banisi. Ogüst Roden — fransız heykəltaraş.
Söğüt
Söğüt — Biləcik ilinin bir ilçəsidir. Osmanlı Bəyliyinin birinci paytaxtıdır. Mahalın əhalisi 31.12.2010 TÜİK məlumatlarına görə 25.679 nəfər dir.
Çoğur
Çoğur — mizrabla səsləndirilən simli muqisi alətidir. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən "Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində bu barədə deyilir... Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türkü-varsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Şah İsmayıl Xətainin (XVI əsr) "Dəhnamə"sində çoğur təsvir edilir. Çoğurun çanağı çuxura bənzəyir, yəni kötüyün içi çuxur kimi ovulur, bu üzdən alətə "çuxur" adı verilib. Təsadüfi deyil ki, Azərbaycan Sovet Ensiklopediyasında Orta Çağlarda alətin "çuxur", "çoğor", "çoğur" kimi adlandırıldığı da göstərilir . Başqa ehtimala görə, "çoğur" sözü "çağırmaq" felindən törəyib, "haqqı, Allahı çağırmaq üçün istifadə edilən musiqi aləti" mənasını verir.
Command & Conquer (oyun seriyası)
Command & Conquer (transkripsiya: [kəˈmænd ənd ˈkɑŋkər] - tələffüz: kımənd ənd kankır)(qısaltmaları C&C və ya CnC)(tərc. "Əmr ver, fəth et" və ya "Əmr və Fəth") real-vaxt strategiya videooyun media françayzdır, ilk dəfə Westwood Studios tərəfindən istehsal olunub. İlk buraxılış real-vaxt strategiya (RTS) janrının ilk oyunlarından biridir. Westwood Studios şirkəti 1998-ci ildə Electronic Arts tərəfindən alınmış, 2003-cü ildə mövcudluğuna xitam verilmişdir. Studiyanın bəzi üzvləri Electronic Arts Los Angelesə keçmiş, seriyanın davam edilməsində iştirak etmişlər. İlk quruluş, Command & Conquer, Westwood tərəfindən 31 avqust 1995-ci il tarixində dünya bazarına çıxarılmışdır. Sujet: hadisələr yaxın gələcəkdə baş verir, Yer sirli təbii ehtiyat olan tiberium vasitəsi ilə infeksiyaya yoluxur. Bu maddəni nəzarətə götürmək istəyən BMT tərəfindən yaradılmış Qlobal Müdafiə Təşəbbüsü (GDI) ilə, maddəni ələ keçirməyə çalışan, müəmmalı Keyn tərəfindən idarə olunan "Nod Qardaşlığı" arasında qlobal müharibə başlayır. Yüksək uğurun ardınca seriyaya 1996-cı ildə Command & Conquer: Red Alert (tərc. "Qırmızı xəbərdarlıq") əlavə olunur, bu buraxılışda uydurulmuş alternativ kainatda Sovet İttifaqı Qərb Birliyinə qarşı müharibə aparır.
Regional metroloji təşkilat COOMET
Regional metroloji təşkilat COOMET (COOMET - metrologiya sahəsində əməkdaşlıq) — 12 iyun 1991-ci ildə Bolqarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiyada metroloqların təşəbbüsü ilə təsis edilmişdir. Bu gün anlaşma memorandumu imzalanmışdır. SSRİ dağılandan sonra keçmiş SSRİ-nin 15 respublikası sayəsində təşkilat üzvlərinin sayı 19-a çatdı. 2000-ci ildə təşkilat rəsmi olaraq dövlət metroloji qurumlarının Avro-Asiya əməkdaşlığı adlandırıldı. COOMET-in ali orqanı, bütün iştirakçı ölkələrin nümayəndələrini daxil edən COOMET Komitəsidir. COOMET fəaliyyətləri Prezident, dörd vitse-prezident və Katiblik rəhbərindən ibarət Prezident Şurası tərəfindən əlaqələndirilir. COOMET komitəsinin üzvləri vitse-prezidentləri təyin edən prezidenti üç il müddətinə seçirlər. COOMET orqanlarının iclaslarının keçirildiyi və sənədlərin tərtib olunduğu rəsmi dillər rus və ingilis dilləridir. COOMET-in öz maliyyə mənbələri yoxdur. 12 COOMET texniki komitəsi bütün ölçü sahələrində elmi iş aparır.
The Conquest of Bread
Çörəyin Fəthi (fr. La Conquête du Pain; rus. Хлѣбъ и воля) və ya Çörək kitabı — rus anarxo-kommunisti Peter Kropotkinin 1892-ci ildə yazdığı kitab. Əsl olaraq fransız dilində yazılmış, ilk dəfə anarxist Le Révolté jurnalında bir sıra məqalələr şəklində üz göstərmişdir. İlk olaraq Parisdə, adını da təklif edən Elis Reclusun ön sözü ilə nəşr edilmişdir. Kitab 1892–1894-cü illərdə Kropotkinin həmtəsisçisi olduğu Londonda yerləşən Freedom adlı bir dərgi vasitəsilə yayımlanmışdır. Əsərdə Kropotkin, feodalizm və kapitalizm, iqtisadi sistemlərinin qüsurlarını yoxsulluq və qıtlığda necə inkişaf etdiklərini və yaranmış vəziyyəti necə saxladıqlarını izah edir. O, qarşılıqlı yardım və könüllü əməkdaşlığa əsaslanan mərkəzləşdirilməmiş bir iqtisadi sistem təklif edir və bu cür təşkilatlanma meyllərinin həm təkamüldə, həm də insan cəmiyyətində mövcud olduğunu faktlarla ortaya qoyur. Çörəyin Fəthi siyasi anarxist ədəbiyyat da bir klassikə çevrilmişdir. Kitab həm İspaniya Vətən Müharibəsi, həm də İşğal hərəkatı dövründə çox təsirli bir vasitə idi.
Abdulla Cövdət
Abdulla Cövdət (1869-1932) — Türkiyədə məşhur həkim, şair və jurnalist. İsveçrədə, Qahirədə və İstanbulda "İctihad" ("Cəhd") adlı jurnal nəşr etdirmişdir.
Audemars Piguet
Audemars Piguet — İsveçrə lüks saat şirkəti. 1875-ci ildə Le Brassus sakinləri Edvard-Auguste Piguet və Jules-Louis Audemars tərəfindən qurulmuşdur.
Cövdət Camal
Cövdət Camal- Qarabağın məşhur Sarıcalılar nəslindən olan tanınmış rəssam, Heydər Camalın atası Cövdət Camaldır. Hazırda həyatda olan C.Camal Şuşada doğulub və sonradan Rusiyaya köçüb. II Cahan savaşı zamanı məşhur sovet marşalı G. Jukovun rəssamlarından biri olub.
Cövdət Hacıyev
Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev (18 iyun 1917, Nuxa – 18 yanvar 2002, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti (1960), 2 dəfə "Stalin" mükafatı laureatı (1946, 1952). Cövdət Hacıyev 1917-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 1935–1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1957–1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur. Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir. Rəqqasə Əminə Dilbazinin həyat yoldaşıdır.
Cövdət Sunay
Əhməd Cövdət Sunay (türk. Cevdet Sunay, 10 fevral 1899, Trabzon – 22 may 1982, İstanbul) — Türk hərbi və dövlət xadimi, Türkiyə Silahlı Qüvvələrinin 12-ci Baş Qərargah rəisi, Türkiyə Respublikasının 5-ci prezidenti. Cövdət Sunay 1899-cu il fevralın 10-da Ərzurumda anadan olub. Bəzi mənbələrdə onun doğulduğu yer Ataköy kimi qeyd edilir. Atası Hacı-İslamoğullarından Alay müftisi İslam Səbri Əfəndi, anası Məhəmmədoğullarından Xədicə xanımdır. İbtidai və orta təhsilini Ərzurum, Kərkük, Ədirnə və Kuleli Hərbi Liseylərində almışdır. Birinci Dünya müharibəsi illərində 1917-ci ildə zabit namizədi kimi təlim düşərgəsinə qatılır. Həmin il Sinay və Fələstin cəbhəsində iştirak edir. 1918-ci ildə ingilislər tərəfindən əsir götürülən sunay Misirə aparılır. Əsirlikdən qayıtdıqdan sonra Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edərək, Cənub cəbhəsində xidmət göstərir.
Cövdət İnancalp
Cövdət İnancalp (Müəllim Cövdət) (1883–1935) — Türkiyə tarixçisi. Onun ailəsi Rumelidə qalan Niş şəhərindəndir. Babası Səid əfəndi Niş qalasının bir az bərisində, Nişava çayı kənarında bulunan bir təkkənin şeyxi, atası Məhəmmədsədi əfəndi isə hərbçidir. M.Cövdət ailəsinin 1876-cı ildə köçdüyü Boluda 1883-cü ildə dünyaya gəlmişdir. İlk və orta məktəbi Boluda, liseyi Kastamonuda oxumuşdur. 1901-ci ildə İstanbula gələrək İstanbul Darülmüəlliminin ədəbiyyat şöbəsinə girmişdir. Bu məktəbdən qabaq bir il Hüquq Məktəbində oxumuş, atası rahatsız olduğuna görə şagirdinə tam bir sarı altın (qızıl) təqaüd verən Darülmüəlliminə keçmişdir. Bu məktəbdə ən çox fransız dili və pedaqogika üzərində çalışmış, ərəbcə öyrənmişdir. İlk müəllimliyini "Darüşşəfəqə" məktəbində edib (yeri gəlmişkən, bir çox Azərbaycan müəllimləri də burada təhsil alıb). Bir cəmiyyət tərəfindən özəl olaraq idarə edilən, o tarixdə Maarif Nazirliyinə bağlı həmin məktəbdə türkcə və ərəbcə dərsləri gecə müzakirəçiliyinə və bir müddət sonra müəllimliyə təyin edilmişdir.
Ogüst Beyernar
Ogüst Mari Fransua Beyernar (nid. Auguste Marie François Beernaert 26 iyun 1829, Ostend - 6 oktyabr 1912, Lütsern) — Belçika dövlət xadimi, Belçikanın Baş naziri (1884-1894). Maliyyə məmuru ailəsində anadan olub. 1850-ci ildə Löven Katolik Universitetinin hüquq fakültəsini bitirmişdir. Sonra iki il Berlin, Paris, Heydelberq, Leypsiq və Strasburq universitetlərində təhsil alaraq, 1853-cü ildə vətəninə qayıtmışdır. Orada təcrübəli vəkil olan Beyernar Vergi hüququ üzrə ixtisaslaşmışdır. 1859-cu ilin avqustunda kral fərmanı ilə Kassasiya Məhkəməsinin vəkili təyin edilir, daha sonra Vəkillər Kollegiyasının prezidenti olur. 1854-cü ildə Brüsseldə De l'état de l'enseignement du droit en France et en Allemagne adlı əsərini nəşr etdirdi. 1873-1878 - Jül Malu hökumətindəki ictimai işlər, dəmir yolları və nəqliyyat naziri, ölkədə rabitənin inkişafı üçün çox şey etdi: Qent-Terneuzen kanalını genişləndirdi, Antverp və Ostenddə yeni marinalar tikdirdi, Mərkəz Kanalını istismara verdi və dəmir yollarını fəal şəkildə inkişaf etdirdi. Belçika Dəniz Qanununun Birləşdirilməsi Dərnəyi və Beynəlxalq Dəniz Komitəsinin yaradılmasının təşəbbüskarlarından biri idi.
Ogüst Düpen
Kavaler Ogüst Düpen (C. Auguste Dupin) — ədəbiyyat tarixində Edqar Allan Po tərəfindən yaradılmış ilk xəfiyyə (detektiv) obrazı. Düpen obrazı yaranma tarixi baxımından hətta detektiv ifadəsini qabaqlayır. Düpen obrazını yaradarkən Po, məşhur fransız xəfiyyəsi, dünyada ilk detektiv agentliyinin yaradıcısı Vidokun memuarlarından yararlanmışdır. K.Ogüst Düpen fransızdır və Parisin Sen-Jermen məhəlləsində yaşayır və ilk dəfə oxucular onunla "Morq küçəsində qətl" hekayəsində tanış olurlar. O, bundan sonra daha iki əsərdə ("Mari Roje müəmması" və "Oğurlanmış məktub") peyda olur. Düpen həm də, Fəxri Legionun kavaleridir. Düpen heç də peşəkar detektiv deyil və hər üç məlum halda onu xəfiyyəlik etməyə sövq edən motivlər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Onun metodu başqa insanların fikirlərini oxuma və xəyalən cinayətkarın cildinə girə bilmə qabiliyyətlərini öz fövqəladə intellekti ilə birləşdirməkdən ibarətdir. Düpen sonradan bir çox məşhur detektiv obrazlarının, o cümlədən Şerlok Holmsun prototiplərindən biri olmuşdur. Bununla belə, "Al-qırmızı etüd" povestində Şerlok Holms Düpen haqqında deyir ki, onun fikrincə Düpen bilavasitə şəxs olub.
Ogüst Erben
Ogüst Erben (fr. Auguste Herbin; 29 aprel 1882[…] – 31 yanvar 1960[…], Paris, Fransa) — Fransa müasir incəsənətinin rəssamı. O, rəngli həndəsi fiqurlardan ibarət olan Kubist və mücərrəd rəsmləri ilə tanınır. Qeyri-məzmunlu abstrakt sənəti təbliğ edən Kreativ Abstraksiya (Abstraction-Création) və Salonun yeni həqiqətləri (Salon des Réalités Nouvelles) qruplarını bir araya gətirdi. O, Nor şəhərində anadan olmuşdur. Atası sənətkar idi. O, 1899-cu ildən 1901-ci ilə qədər Parisdə məskunlaşdıqdan sonra Lil İncəsənət Məktəbində rəsm çəkmişdir. 1914-cü ildə, Birinci Dünya müharibəsinin başlamasından sonra, onun qısa boyluğundan ötəri hərbi xidmətdən azad edilmiş və Paris yaxınlığında bir təyyarə fabrikində işləmişdir. Ogüst Erben müxtəlif rəsm üslub çox ardıcıl nümayiş etdirir. Van Qoqa üslubunda onun ilk rəsmi aydın bir fauvist və kub-məzmunlu təsir altında yazılmış məzmunu izləyir.
Ogüst Kont
Ogüst Kont (fr. Auguste Comte; 19 yanvar 1798[…], Monpelye, Birinci Fransa Respublikası – 5 sentyabr 1857[…], Paris, İkinci Fransa İmperiyası) — Fransa filosofu və sosioloqu, pozitivizmin banisi. Sosiologiyanın bir elm kimi formalaşmasında, onun Tarix və Fəlsəfədən ayrıca fəaliyyət göstərməsi üçün böyük işlər görmüşdür. Sen-Simonun katibi və əməkdaşı olmuşdur. Təbiətin dərk edilməsi tarixi Kont tərəfindən üç mərhləyə bölünmüşdür: Teoloji, Metafizik, Pozitiv. Vergi məmuru olan atası və anası, royalist və qatı Katolik idi. O dövrdə Fransada yayılan Respublikaçılığa və şübhəçi görüşlərə əleyhdar idilər. Balaca Komt bu qarşıdurmalı mühitində öz mövqeyini təyin etdi: Katolik Kilsəsinə və kralçılığa qarşı çıxdı. Fiziki baxımdan sağlam deyildi. Çəlimsiz bədəni, miyopluğu, mədə xəstəliyi həyatı boyunca ona problem oldu.1821-ci ildə haqqında şayələr gəzən bir xanımla ailə həyatı qurdu.
Ogüst Lümyer
Ogüst Lümyer (fr. Auguste Louis Marie Nicholas Lumière, 19 oktyabr 1862[…], Bezanson – 10 aprel 1954[…]) — Kinematoqrafiyanın banisidir. Lui Lümyerin doğma qardaşıdır. Ogüst Lümyer 1862-ci ildə Fransanın Bezanson kəndində anadan olmuşdur. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə qardaşı Lui Lümyer ilə birlikdə "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırılan kinoapparat ixtira etdi. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombey şəhərlərinə səyahət etmişdilər. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Ogüst Lümyer 1954-cü ildə 10 aprel tarixində vəfat etmişdir.
Ogüst Monferran
Ogüst Monferran (fr. Auguste de Montferrand) və ya Avqust Avqustoviç Monferran (rus. Август Августович Монферран) Fransa mənşəli Rusiya memarı, dekarator və rəsm ustası. Ogüst Monferran 24 yanvar 1786-cı ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, 1816-cı ildən Rusiyanın Peterburq şəhərində (indiki Sankt-Peterburq) işləmişdir. Rusiyada klassisizmdən eklektizmə keçid dövrü Monferranın yaradıcılığında öz əksini tapmışdır. O, 10 iyul 1858-ci ildə Rusiyanın Peterburq şəhərində vəfat etmişdir. Peterburqda İsaaki kilsəsi, Aleksandr sütunu, Qış sarayının Feldmarşal və Pyotr zallarının bəzək işləri, Dairəvi zalın inşası, Qaqarinanın evinin yennidən tikintisi və s. Ольга Александровна Чеканова, Александр Лукич Ротач. Огюст Монферран.
Ogüst Roden
Ogüst Roden (tam adı: Fransua Ogüst Rene Roden , fr. François-Auguste-René Rodin; 12 noyabr 1840[…], Paris – 17 noyabr 1917[…], Mödon[d]) — fransız heykəltaraş. Roden müasir heykəltaraşlığın əsasını qoyanlardan biri hesab edilsə də, lakin keçmiş ənənələrə qarşı çıxmamışdır. O daima sənəti üzərində çalışsa da, lakin heç vaxt Paris incəsənət məktəbinə qəbul olmamışdır. O mürəkkəb, qabarıq səthə malik unikal heykəltaraşlıq nümunələri yaratmasına baxmayaraq, onun bütün məşhur əsərləri kəskin tənqidlə üzləşmişdir. Buna səbəb işlərinin ənənəvi dekorativ, tematik mövzuda olan heykəltaraşlıq nümunələrinə zidd olması idi. Roden orijinal işlərini yaradarkən ənənəvi mifologiya və alleqoriya mövzularından yararlanmış, insan orqanizminin fərdi xarakteri və fiziki göstəricilərini verməyə çalışmışdır. O, işlərinə qarşı olan mübahisələrə həssas yanaşırdı. Bununla belə, öz üslubunu dəyişməkdən imtina edirdi. Sonrakı işləri hökumət və rəssamlıq cəmiyyəti tərəfdən ona xeyir gətirmişdir.
Ogüst Valras
Ogüst Valras (fr. Auguste Walras; 1 fevral 1801, Monpelye – 18 aprel 1866, Po[d]) — Fransa iqtisadçısı (həvəskar) və məktəb direktoru. Görkəmli riyaziyyatçı Leon Valrasın atasıdır. Ogüst Valras oğlu Leon Valrasın fəaliyyətinə əhəmiyyətli təsiri ilə yadda qalıb. Belə ki, o, Leonun iqtisadiyyat sahəsi üzrə təhsil almasına nail olmaq üçün oğlunu ədəbiyyata olan marağından uzaqlaşdırmışdı. Qıtlıq və faydalılığın dəyər mənbəyi kimi götürülməsi məhz Ogüstün ideyası idi. Keçmiş sinif yoldaşı Antuan Kurnodan təsirlənərək oğlunu iqtisadi təhlillər zamanı riyazi vasitələrdən istifadə etməyə təhrik etmişdi. Ogüst Valras insanların istəkləri ilə malların qıtlığını qarşılaşdıraraq onların dəyərini aşkar etmişdi. Onun nəzəriyyələrini hazırlayarkən göstərdiyi səylər Leon Valrasın çəkəcəyi bir eskizdən daha uzağa getmədi. Ogüst Valrasın torpaqların milliləşdirilməsi ilə bağlı siyasi mövqeyi də gənc Valras tərəfindən qəbul edilmişdi.
Emil Oqust Jozef De Vildeman
Emil Oqust Jozef De Vildeman (fr. Emile Auguste Joseph de Wildeman; 19 oktyabr 1866[…] – 24 iyul 1947[…], Brüssel) — Belçika botaniki. Emil Oqust Jozef De Vildeman bitkilər toxumlu bitkilər, mikologiya və qıjıkimilər üzrə ixtisaslaşmışdır. Wildeman, E. A. J. de (1897). Prodrome de la flore algologique des Indes néerlandaises. 193 p. Wildeman, E. A. J. de; Durand, T. A. (1898–1907). Prodrome de la flore belge. 3 vols., 1112 p. Wildeman, E. A. J. de (1899–1909).