Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Korset
Korset (fr. corset) — qadınların arıq görünmək üçün geyindiyi xüsusi geyim forması.
Korset (pirsinq)
Korset — bel nahiyyəsində edilən pirsinq növü. == Xüsusiyyət == Pirsinq 18—20 ga (0,8—1,0 mm) ölçüdə iynələrlə (yaxşı olar ki, bunu titan, polad və ya plastik materiallardan istifadə edilsin) fiksasiya olunur, sağalma prosesi 2-3 ay davam edir. Həmçinin beldə gələcək pirsinq dəliklərinin edilməsi üçün düzgün işarələnməsi vacibdir. Sağalma gedişində dərini xlorgekdsidinlə (miramistinlə) və antiseptik mazla (levomekol) təmizləmək olar.
COOMET
Regional metroloji təşkilat COOMET (COOMET - metrologiya sahəsində əməkdaşlıq) — 12 iyun 1991-ci ildə Bolqarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiyada metroloqların təşəbbüsü ilə təsis edilmişdir. Bu gün anlaşma memorandumu imzalanmışdır. SSRİ dağılandan sonra keçmiş SSRİ-nin 15 respublikası sayəsində təşkilat üzvlərinin sayı 19-a çatdı. 2000-ci ildə təşkilat rəsmi olaraq dövlət metroloji qurumlarının Avro-Asiya əməkdaşlığı adlandırıldı. COOMET-in ali orqanı, bütün iştirakçı ölkələrin nümayəndələrini daxil edən COOMET Komitəsidir. COOMET fəaliyyətləri Prezident, dörd vitse-prezident və Katiblik rəhbərindən ibarət Prezident Şurası tərəfindən əlaqələndirilir. COOMET komitəsinin üzvləri vitse-prezidentləri təyin edən prezidenti üç il müddətinə seçirlər. COOMET orqanlarının iclaslarının keçirildiyi və sənədlərin tərtib olunduğu rəsmi dillər rus və ingilis dilləridir. COOMET-in öz maliyyə mənbələri yoxdur. 12 COOMET texniki komitəsi bütün ölçü sahələrində elmi iş aparır.
Correa
Correa (lat. Correa) — sədokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Correa:The Plant List saytında takson barədə məlumat.
Hornet
Hiller YH-32 Hornet — Hiller Aircraft aviasiya şirkəti tərəfindən 1950-ci illərin əvvəllərində istehsal olunan aviavasitədir. McDonnell Douglas F/A-18 Hornet — McDonnell Douglas ve Northrop Corporation şirkətləri tərəfindən istehsal olunan döyüş təyyarəsi M93 HORNET minası — ABŞ tərəfindən təkmilləşdirilmiş tank əleyhinə mina.
Kornet
Kornet — Çar və ADR ordusunda hərbi rütbə. Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. İtalyanca corno — buynuz, hərbi şeypur sözündən alınıb. Əsasən atlı dəstənin rütbəli zabitlərinə (Kazak dəstəsindən başqa) verilirdi. Çariça Anna İvanovna 1731-ci ildən rus ordusuna tətbiq edib. 1765-ci ildə II Yekaterina bu rütbəni ləğv etmişdi. 1798-ci ildə I Pavel yenidən bərpa etdi. 1884-cü ildə ordu quruculuğunda kornet XII klas çininə dəyişildi. Həmin dövrdən podporuçik paqonu ilə eyniləşdi. Bu baxımdan atlı dəstədə podporuçik rütbəsi yox idi.
Korvet
Korvet — hərbi gəmilərin müşayiət və gözətçilik funksiyasını daşımaq üçün olan sinfi. Korvetlər adətən su və hava məkanından gələn təhlükənin qarşısını almaq üçün müdafiə mövqeyini yerinə yetirirlər. == Korvetlər yelkənli donanma dövründə == Yelkənli donanma dövrünün ilk vaxtlarında, yəni XVII-XIX əsrlərdə, korvetlər üçdorlu hərbi gəmi olmaqla, düz yelkən silahlanmasına malik idi. Silahlanmada 18—30 arası kiçik və böyük kalibrlı toplardan istifadə olunurdu. Bütün toplar adətən yuxarı göyərtədə yerləşdirilirdi. Belə gəmilərdə sututumluq 460 ton və yuxarı idi. XIX əsrin 40-ci illərində təkərli, 60-cı illərin sonlarında isə vint-yelkənli korvetlər yaranmağa başladı. == Korvetlət İkinci dünya müharibəsi dövründə == İkinci dünya müharibəsi dövründə xüsusi olaraq hazırlanmış müdafiə gəmiləri ilk dəfə ABŞ və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrində (HDQ) meydana gəlmişdi. Bu korvetlərdə sututumluluq 500—1600 ton arası dəyişirdi. Sürət isə saatda 30—37 km göstəriciyə bərabər olurdu.
MOYSET
Metal oksid yarımkeçirici sahə effekti tranzistoruları (MOYSET) — elektron siqnalları dəyişmək və gücləndirmək üçün istifadə olunan tranzistor. MOYSET rəqəmli və analoq sxemlərin hər ikisində ən əsas tranzistordur. == Tərkibi == Adətən alternativ yarımkeçirici silisiumdur, ancaq bəzi çip istehsalçıları, xüsusən, IBM və Intel son zamanlar silisium və germaniumun kimyəvi birləşmələrindən istifadə etməyə başlayıb.
Vosret
Vosret — Vosret, Vaset və ya Voset, "qüdrətli" mənasını verən bir Misir ilahəsi idi, Yuxarı Misirdəki Tebesdə yerləşirdi və onun adı Vaset şəhərinin Misir adı ilə eyni idi. O, kiçik bir ilahə idi, lakin On İkinci Sülalə dövründə üç firon onun adını öz adlarına daxil etdilər: Senusret və ya Senusret "Vosretdən olan adam" deməkdir.Vosretin təsvirində onun üçün heç bir məbəd tapılmamışdır. Təsvir edilən zaman o, başında əsa (adı ilə əlaqəli) olan hündür bir tac geyirdi və nizə, yay və oxlar kimi digər silahları daşıyırdı. O, Amonun ilk arvadı idi (Con Rey onu "qonşu qızın teoloji ekvivalenti" adlandırır) və Mut ilə əvəz olundu, baxmayaraq ki, Mut sadəcə Vosret üçün sonrakı addır.
Corat
Corat — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V-VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu -13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir. 2008-ci ilin aprelin 1-i vəziyyətinə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir.
Corel
Corel Korporasiyası (/kəˈrɛl/ , kə-REL; "Cowpland Research Laboratory" abbreviaturasından) - Qrafika üzrə ixtisaslaşmış Ottava, Ontario mərkəzli Kanada proqram təminatı şirkəti. O, CorelDRAW kimi proqram başlıqlarının istehsalı və AfterShot Pro, PaintShop Pro, Painter, Video Studio və WordPerfect-in sahibi kimi məşhurdur. == Məhsullar == Corel Chess - Don Deyli və Larri Kaufman tərəfindən hazırlanmış şahmat mühərriki Corel Designer - Əvvəlki adı Micrografx Designer, peşəkar texniki illüstrasiya proqramı. Corel Digital Studio - dörd proqram dəsti: PaintShop Photo Express (Paint Shop Pro-nun yüngül versiyası), VideoStudio Express (video redaktə proqramı), DVD Factory (DVD yazmaq və konvertasiya üçün proqram), WinDVD (DVD pleyer proqramı). CorelDRAW - Vektor qrafikası redaktoru. Corel Graphics Suite - CorelDRAW, PhotoPaint və Capture proqramlarının birləşməsi. Corel Home Office – Ability Office 5-ə əsaslanan və həmçinin Corel-in WinZip proqram təminatına əsaslanan ofis dəsti. O, Corel-in öz WordPerfect fayl formatlarını dəstəkləmir. Corel KnockOut - Professional şəkil maskalama plaqini. Corel Paint It!
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir.Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır. Ehram kompleksində aşkarlanmış yazılarda fironun arvadı və qızının adı "Xenti-ta-ceser-nisut" (əlahəzrət hökmdarın ölkəsinin xeyir-duası ilə) kəlməsi ilə başlanır.
Crest
Crest - Procter & Gamble şirkəti tərəfindən yaradılmış diş məcunu markası. Amerika Birləşmiş Ştatları və Almaniya bazarları başda olmaqla bir çox ölkələrdə istehlakçılar tərəfindən ən çox üstünlük verilən diş məcunu markası. Marka Blend-a-Med adı ilə Avropanın Bolqarıstan, Almaniya, Serbiya, Rusiya, Polşa, Ukrayna, Macarıstan, Rumıniya, Latviya və Ukrayna kimi ölkələrində satılır. Şirkət 1987-ci ildə Procter & Gamble şirkəti tərəfindən satın alındıqdan sonra marka üçün digər bir ad Blend-a-Med adıda əlavə edilmişdir. Şirkət P&G-nin tərkibinə daxil olduğu ilk zamanlarda mərkəz kimi Almaniyanın Mayns şəhərini istifadə edirdi. == Tarixi == Şirkət Crest adı ilə 1955-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmışdır. İstehsal edilən diş məcunlarında ilk dəfə olaraq qalay florid istifadə edilirdi və bu yeni məhsul bazara Floristan adı altında təqdim edilmişdir. Müxtəlif bazarlarda bu ad Floristanlı Crest formasında əvəz olunmuşdur. İnsanlar üçün daha effektli bir diş məcunu yaradılması üçün laboratoriyalarda qızğın araşdırmalar aparılırdı. Aparılan araşdırmaların nəticəsində İndiana Universitetinin alimləri Muhler, Harry Day və Vilyam Hergel tərəfindən diş məcunu Crest yeni tərkibinə qovuşur.
Cosey
Josei və ya Cosey 18 yaş üstü qadın auditoriyası üçün nəzərdə tutulan anime və manqa janrı. Süjet adətən Yaponiyada yaşayan qadınların gündəlik həyatları haqqda bəhz edir. Cizgi şocoya oxşasa da, ondan bir qədər realistik olur. Sevgi münasibətlərinə daha çox diqqət ayrılır ("Paradise Kiss", "Honey and Clover").
9M133 Kornet
9M133 Kornet - Rusiya istehsalı 2-ci nəsil tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksidir. Əsas məqsədi döyüş zamanı düşmən tanklarını sıradan çıxarmaqdır. Qiyməti yüksək olduğuna görə, hazırkı sistemləri tam əvəz etməmişdir. NATO kod adı AT-14 "Spriggan"dır. İlk dəfə Rusiya Ordusunda 1998-ci ildə silahlanmaya qəbul olunmuşdur. İxrac variantı Kornet-E adlanır. Orduya qəbul olunduqdan sonra ilk olaraq 9K111 Faqot (NATO: AT-4 Spiqot) və 9K113 Konkurs (NATO: AT-5 Spandrel) TƏİR-lərini əvəz etdi. Bu raket ayrıca olaraq helikopterlərə qarşı da istifadə olunur. Bəzi variantlarının sahib olduğu termobarik döyüş başlığı sayəsində yüngül zirehli maşınlara, piyadalara və möhkəmləndirilmiş mühəndis-istehkam qurğularına qarşı da istifadə olunur. == Döyüşlərdə istifadə olunması == 2003-cü ildə ABŞ qoşunları İraqa daxil olarkən, Kornet TƏİR-dən İraqın bir neçə xüsusi təyinatlı dəstəsi tərəfindən Amerikan zirehli maşınlarına hücumlar zamanı istifadə olunmuşdur.
Cannibal Corpse
Cannibal Corpse — 1988-cü ildə Nyu-Yorkda yaranmış death metal qrupudur. Black metalın tərkibində var olan grind tərzindəki mahnıları ilə diqqəti çəkən qrup, vokalda Chris Barnes, gitaralarda Bob Rusay, Jack Owen, bas gitarada Alex Webster və vurma alətlərdə Paul Mazurkiewicz'dən ibarət heyət ilə yaranmışdır. 1989-cu ildə 5 mahnılıq bir demo hazırladılar, bunun ardından Metal Blade ilə razılaşan qrup "Eaten Back To Life" albomunu 1990-cı ildə çıxartdı. Sırasıyla "Butchered At Birth", "Tomb Of The Mutilated" adlı albomları çıxaran qrup 1993-cü ildə çıxardığı "Hammer Smashed Face" adlı EP ilə şöhrət qazandı. Bu EP'də həm də Black Sabbath-ın "Zero The Hero" adlı mahnısı da yer alırdı. 1994-cü ildə "The Bledding" albomunun hazırlığı əsnasında Bob Rusay qrupdan ayrıldı və yerinə Rob Barret keçdi. 1995-ci ildə qrupun fəaliyyətindən xoşu gəlməyən Chris Barnes qrupdan ayrılıb Six Feet Under qrupuna keçdi. Yerinə Corc Fisher gəldi. Qrup ilk gündən bəri proses baxımından davam etdirdiyi Grindcore havasını, orjinal death metal sounduna buraxmışdı. Mahnı sözləri ümumiyyətlə çox kompleks şeylər olmasa da ölüm və həyat arasındakı ikili, psixoloji problemlər və bir çox mühafizəkar seqmenti narahat edəcək şeylər idi.
Collision Course
Collison Course - Linkin Parkın Jay-Z ilə birlikdə hazırladığı remiks albomudur. Dünya üzrə 5 milyon satılmışdır. Bu albom sayəsində Linkin Park ilə Jay-Z Qremmi mükafatı almışdırlar. = Albomdakı mahnılar = Bütün mahnılar Linkin Park and Jay-Z tərəfindən yazılmış və bəstələnmişdir.
Correa aemula
Correa aemula (lat. Correa aemula) — sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa alba
Correa alba (lat. Correa alba) — sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Orest
Orestes (q.yun. Ὀρέστης, "dağlı"; lat. Orestes) — Troya müharibəsində vuruşan Miken kralı Aqamemnon və Klytemnestranın oğlu. Onun dəliliyi və təmizlənməsi bir çox Qədim Yunan oyunu və əfsanəsinin mövzusu olmuşdur. == Adın mənşəyi == Orestes yunanca oreibates ("ορειβάτης") sözündən gəlir. Mənası alpinistdir. Metaforik olaraq, dağları fəth edə bilən biri kimi istifadə olunur. == Homerin hekayəsi == Homer hekayəsində Orestes, Tantal və Niobe ilə birbaşa əlaqəli olan Atreusun lənətlənmiş evinin üzvüdür. Troya müharibəsinə gedən yolda yaxşı bir külək üçün tanrıça Artemisə dua edən Aqamemnon, ilahənin işarəsi ilə qızı Iphigenieyi qurban vermək istəyir, amma arvadı buna qarşıdır. Buna baxmayaraq, qərarından vaz keçməyən Aqamemnon, qızını qurban verərkən ilahə tərəfindən xilas edilir, bunun əvəzinə bir dişi maral qurban edilir.
Correa backhouseana
Correa backhouseana (lat. Correa backhouseana) — sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa baeuerlenii
Correa baeuerlenii (lat. Correa baeuerlenii) — sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa calycina
Correa calycina (lat. Correa calycina) — sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa decumbens
Correa decumbens (lat. Correa decumbens) — sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa eburnea
Correa eburnea (lat. Correa eburnea) — sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Hörmət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Norşen
Norşen — Şirak mərzində kənd.
Porşen
Porşen — istilik maşınlarında tətbiq olunan maşın hissəsidir. O, qazın genişlənməsi nəticəsində yaranan təzyiqi qəbul edərək onu mexaniki enerjiyə çevirir. Porşenlər adətən çarxqollu-sürgüqollu mexanizminə qoşulur. Həmçinin silindrin təmizlənməsi və doldurulmasında da iştirak edir. Kompressorlarda isə onun funksiyası əksinədir. Çarxqolu-sürgüqolundan alınan hərəkət nəticəsində porşen qazı sıxır. Porşen üç hissədən ibarətdir: Dib hissəsi, burada yanma prosesi baş verir. Kipləşdirici hissə, bunun köməyi ilə porşen və silindrin divarları arasında tam kiplik yaradılır ki, sıxma prosesi baş verə bilsin. Yönəldici hissə porşenin silindr boyunca hərəkətini nizamlayır.Porşenlər çuqun və alüminium legirlərindən hazırlanırlar. Onun materialı tətbiq olunduğu sahədən asılı olaraq həm yüksək möhkəmlik, həm də istiyə davamlılıq göstərməlidir.
Çipset
Çipset — kompüter dünyasında bir prosessorun arxitekturasını təşkil edən müxtəlif mikrosxemlərin birləşdirildiyi cihaz kimi tanınır. İnformasiya axınına nəzarət edir. Çipsetlər iki dənədir. Şimal Çipset (Northbridge) və Cənub Çipset (Southbridge). Şimal çipsetə ağır işləyən qurğular qoşulur: Ram, Cpu, VideoKart. Cənub çipsetə isə : portlar, slotlar, rom və.s.
Çörək
Çörək ― xəmiri bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Abdulla Cövdət
Abdulla Cövdət (1869-1932) — Türkiyədə məşhur həkim, şair və jurnalist. İsveçrədə, Qahirədə və İstanbulda "İctihad" ("Cəhd") adlı jurnal nəşr etdirmişdir.