Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
Router
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Rotting Christ
Rotting Christ — 1987-ci ildə Afinada yaranmış yunan black metal qrupu. Onlar regionun ilk black metal qrupu kimi tanınırlar. 16 yaşlı qrup üzvləri ilk başlarda rəsmi olmayan iki demo ("Decline's Return" və "Leprosy of Death") hazırladı. 1993-cü ilə qədər heç bir albom hazırlamayan qrup EP üzərində işləyərək fəaliyyətini davam etdirirdi. Nəhayət 1993-cü ildə qrup Osmose Recordings ilə müqavilə imzaladı və "Thy Mighty Contract" adlı ilk albomunu çıxartdı. Albom qısa müddət ərzində black metal klassikasına çevrildi və qrup məşhurlaşmağa başladı. Rotting Christ bu albomdan sonra Immortal və Blasphemy ilə birlikdə Fuck Christ Tour adlı ilk black metal turuna çıxdı. İnsanların özlərinə xəsarət yetirdiyi və ambulansların dayanmadan işlədiyi bu turne, xoşagəlməz bir ünvanla da olsa tarixə keçdi. Qrup da beləcə adını daha çox eşitdirmiş oldu. The Fuck Christ Tour əslində müvəffəqiyyətli idi, amma Rotting Christ bu turdan heç məmnun deyildi.
Hunter × Hunter personajlarının siyahısı
Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Friks və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Killıa Zoldik, Kırapika və Leorio Paradinayt ilə tanışır və dostlaşır. Baxmayaraq ki, obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsində superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin ximera qarışqaları kimi fantastik varlıqları da ehtiva edir. Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese), Elinor Holt (1999 series, English), Megumi Han (2011 series, Japanese), Erica Mendez (2011 series, English) Qon Friks (ゴン=フリークス, Gon Furīkusu) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır.
Hunter × Hunter: Phantom Rouge
Hunter × Hunter: Phantom Rouge (yaponca: 劇場版 HUNTER×HUNTER 緋色の幻影(ファントム・ルージュ), Hepbörn: Gekijō-ban Hantā Hantā: Fantomu Rūju) — Yoşihiro Toqaşinin Hunter × Hunter manqa seriyası əsasında çəkilmiş, 2013-cü ildə yayımlanan yapon animasiya filmi.
Brickellia coulteri
Brickellia coulteri (lat. Brickellia coulteri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.
Erigeron coulteri
Erigeron coulteri (lat. Erigeron coulteri) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euthanasia Coaster
Evtanaziya lunapark qatarı sərnişinlərini öldürmək üçün dizayn edilmiş dəmir sürət qatarı konsepsiyadır. 2010-cu ildə elmlər doktoru namizədi Culicanas Urbanas tərəfindən London Kral Sənət Kollecində dizayn edilib miqyaslı modeli düzəldildi. Əyləncə parkında çalışmış Urabans öz lunapark sürət qatarının yaradılmasın hədəfi insan canını "eyforiya və zərifliklə" alması olduğunu dedi. Dizaynının praktik tətbiqlərinə gəldikdə, Urbanas "evtanaziya" və ya "edam" olduğundan bəhs etdi. Filadelfiya Toboqqan Şirkətində başçı vəzifəsində xidmət göstərən Con Allen Urbanası "sonuncu" lunapark sürət qatarı odur ki, "24 adam göndərir və hamısı ölü olaraq geri qaytarır." açıqlaması ilə ilhamlandırdı. Sxemin dizayn konsepsiyasına əsasən yuxarı doğru dik dərəcə ilə 510 metrə qədər 24 sərnişini qatar liftlə çəkir. 510 metr yüksəkliyə çatana qədər hər hansı sərnişin geri qayda bilər. Bundan sonra yeddi kolotoidə və qatarın inversiyasına qədər(Eyler spiralı) saatda 360 kilometrə yaxın bir sürətdə aşağı düşür, özünün terminal sürətinə yaxındır. Qatar sürətini itirərkən , hər inversiyada diametr daha da kiçilir və 10g qüevəsini qoruyur. Kəsgin sağ dönüşdən sonra qatar yeni sərnişinləri almaq cəsədləri boşaldmaq üçün düz istiqamətdə başladığı yerə geri qaydır.
Pinus coulteri
Pinus coulteri (lat. Pinus coulteri) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Cənubi Kaliforniya dan Monte Diabloya qədər sahilyanı dağlarda, quru yamaclarda və çınqıllarla örtülmüş təpələrdə tək-tək və ya kiçik qruplarla bitir, sahilyanı rayonlarda, dəniz səviyyəsindən 800-1500 m hündürlükdə zolaqlar əmələ gətirir. Hündürlüyü 40 m-ə, gövdəsinin diametric 120 sm-dək olan ağacdır. Qabığı qalın, tünd qonur, dərin şırımlı, enli, hamar hissəlidir. Budaqları yuxarı qalxandır. Çətiri ensiz, pyramidal olub, simmetrik deyildir. Zoğları qalın, qonur rəngli olub, bir neçə Buğumarasından ibarətdir, xırda yarpaqları qırışlı qalıqlıdır. Tumurcuqları iri, yumurtavarı olub, ucu bizdir, uzunluğu 4 sm-ə qədərdir, möhkəm yapışmış qabıqlıdır. İynəyarpaqların uzunluğu 15-30 sm-dir, tünd-mavi-yaşıldır.
Salvia coulteri
Salvia coulteri (lat. Salvia coulteri) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Tomas Koulter
Tomas Koulter (ing. Thomas Coulter; 28 sentyabr 1793 – 28 noyabr 1843) — İrlandiya botaniki. Coulterophytum B.L.Rob. bitki cinsi Coulterella Vasey et Rose bitki cinsi Frederick V. Coville. The Botanical Explorations of Thomas Coulter in Mexico and California. Botanical Gazette, Vol. 20, No. 12 (Dec., 1895), pp. 519–531 Hadfield, Miles, et al. 1980.
Salix coulteri
Salix sitchensis (lat. Salix sitchensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Hattin döyüşü
Hattin döyüşü — 1187-ci ilin 4 iyul tarixində Tiberiya yaxınlığında yerləşən Hattin təpələrində baş vermiş döyüş. Döyüş Birinci səlib yürüşü zamanı yaradılmış Qüds krallığının kralı Luzuinyalı Qay və Əyyubilərin başçısı Səlahəddin Əyyubinin qoşunları arasında baş vermişdir. Taktiki gedişlərin düzgün seçilməməsi nəticəsində xaçlı qoşunu müharibənin gedişində ciddi itkilər vermiş və bundan istifadə edən Əyyubilər düşmən ordusunu mühasirəyə alaraq məhv etməyə başlamışdır. 17 min xaçlı əsgərinin ölümü və Qüds krallığının kralı Luzuinyalı Qayın əsir düşməsi ilə nəticələnən müharibədə Səlahəddin Əyyubinin qoşunu mütləq zəfər əldə etmişdir. Əyyubilərə qarşı aparılan döyüşdə Qüds krallığına Məbəd cəngavərləri, Malta cəngavərləri və Antakiya knyazlığı kimi birliklər yaxından köməklik göstərirdi. Antakya knyazları və Məbəd cəngavərləri tərəfindən ərazinin yerli müsəlman əhalisinə qarşı kütləvi talanların və qətillərin həyata keçirilməsi Səlahəddin Əyyubini narahat edirdi. Əyyubinin əsas hədəfi Qüds krallığının üzərinə hücuma keçib başda kral Luzuinyalı Qay olmaqla bütün səlibçiləri Fələstin torpaqlarında kənarlaşdırmaq idi. Bu məqsədlə Misir, Suriya və Əlcəzairdə yerləşən hərbi birləşmələrə və müsəlman döyüşçülərə xəbər göndərildi; göndərilən xəbərdə döyüşçülərdən xristian ordularına qarşı başladılacaq cihad hərkatında iştirak etmək tövsiyə olunurdu. Əyyubinin əsas hədəfi Qüds krallığı və onun əsas hərbi tərəfdaşı kimi çıxış edən Məbəd cəngavərlərinin hərbi birləşmələrini məhv etmək və beləlikdə şərqdə iki əsirə yaxın davam edən xristian ağalığına son vermək idi. Səlahəddin Əyyubi tərəfindən edilən çağırışdan sonra çox sayda süvari və piyada Şam şəhərinə gəldi.
The Hunting Party
The Hunting Party — Amerikalı rok qrupu Linkin Parkın 6-cı studiya albomudur. Albom 2013-cü ilin may ayından 2014-cü ilin aprel lentə yazılmışdır. Albomun ilk sinqlı Guilty All The Same 6 may 2014 tarixində çıxmışdır. İkinci sinqıl Untill It`s Gone 1 iyun 2014 tarixində çıxmışdır. Bu albomda rəhbərliyi Mike və Brad etmișdilər. 26 mart 2014 Mike öz twitterində yeni albomun çıxışını bildirib. Albomun ilk sinqılı "Guilty All The Same" olmuşdur, trek reper Rakim ile birlikə oxunmuşdur. Həmçinin ikinci sinqlın çıxışı məlum olmuşdur — "Until It’s Gone", singıl rəsmi relizi — 30 may 2014. 8 aprel 2014, Complex TV üçün olan müsahibədə Mike təsdiqlədi ki yeni albomun adı "The Hunting Party" olacaq. Üstəlik öyrənildi ki, albomda 12 trek olacaq, 4 mahi isə başqa ifaçılar ilə duet olacaqdır (Rakim, Daron Malakian (System Of A Down), Tom Morello və Page Hamilton (Helmet).
Atriplex coulteri
Atriplex coulteri (lat. Atriplex coulteri) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Demon Hunter
Demon Hunter — 2000-ci ildə Ryan Klark və Don Klark qardaşları tərəfindən Sietldə yaradılan ABŞ metal musiqi qrupu. Qardaşların ilk qurduqları qrup "Training for Utopia" qrupu olmuşdur. 1996–2000-ci illərdə fəaliyyət göstərmişdir. "Demon Hunter" də Don Clark daha sonra ailəsi ilə çox vaxt keçirtmək üçün 2009-cu ildə qrupdan ayrıldı. Qrupun üslubu müxtəlifdir, Melodik Metalcore və Alternativ metal tərzin də ifa edir.2002-ci ildə "Solid State" albom şirkəti ilə ilk "Infected", "Through the Black" sinqllərini və "Demon Hunter" albomlarını çıxartdılar, albom 10 trekdən ibarət idi. Qrupun 2010-cu ilə qədər artıq yarım milyon albom diskləri satılmışdır.
Europa-Center
Europa-Center — Berlinin Çarlottenburq-Vilmersdorf bölgəsində yerləşən ticarət mərkəzidir. 1963-1965-ci illərdə tikilmiş, bu gün tarixən qorunan bir binadır. Kompleksdən əlavə üzərində Mersedes emblemi olan bir göydələn yerləşir. Kurfürstendam və Kaiser Vilhelm yaxınlığındakı bu bina mühafizə altına alınmışdır. Qərbi Berlinin simvolu kimi görünən bu kompleks ticarət dükanları və kafeləri ilə çox sayda turisti özünə cəlb edir. İçində yerləşən su saatı və su hovuzu bir çox insanın diqqət mərkəzindədir. Bu gün Europa-Center-in yerləşdiyi ərazidə əvvəllər 1916-cı ildən bəri yazıçıların, rəssamların və teatr aktyorlarının görüşdüyü "Romanische" adlı kafe var idi. İkinci Dünya Müharibəsi illərində bir bombardman zamanı 21 noyabr 1943-cü ildə bina dağıntıya çevrildi. O zamandan sonra ərazidə çox vacib binalar tikilmədi. 1961-ci ildə Berlin divarı tikilməsindən və şəhərin parçalanmasından sonra Qərbi Berlinin görünüşü dəyişməyə başladı.
Haute-contre
Houston Center
One Houston Center (azərb. Hyuston-mərkəz‎) - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn kompleksdir. Bu kompleks Hyuston mərkəzində yerləşir, və özünə üç qala daxil edir. Onlar bir yerdə, demək olar ki, 320 000 kvadrat metr tuturlar.
Keyt Qunter
Keyt Qunter (5 iyul 1982, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Qunter, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Keyt Qunter, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Keyt Qunter, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Keyt Qunter, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Marşrutlaşdırıcı (Router)
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Maykl Gunter
Maykl Gunter — Tennessi ştatının Kukvilldə yerləşən Tennessi Texnologiya Universitetində siyasi elmlər üzrə professordur. Onun əsas araşdırma mövzusu Türkiyə, İraq, Suriya və İran da yaşayan kürdlərdir. Brendan O'Liari Gunter barədə "Amerika Birləşmiş Ştatlarındakı kürd siyasi məsələləri üzrə öndə gələnlərdən" biri kimi bəhs etmiş, Martin van Bruinessen isə onun haqqında "bu sahədəki ən məhsuldar şəxs " adlandırmışdır. Gunter kürdlər barədə 15 kitab yazmaqla birlikdə, erməni soyqırımının olmadığı barədə 2 kitab da nəşr etdirmişdir. O, "Yaxın Şərq", "Cənubi Asiya və Yaxın Şərq Araşdırmaları", "Beynəlxalq Türk Araşdırmaları" və s. kimi jurnallarınməşləhətçi redaktorlarndan biridir. Bakalavr dərəcəsini 1964-cü ildə Kolumbiya Universitetindən Amerika tarixi üzrə almışdır. Həmin universitetin Beynəlxalq və İctimai Məsələlər Məktəbindən magistr dərəcəsini alan Gunter beynəlxalq münasibətlər sahəsində olan doktorluq dərəcəsini 1972-ci ildə Kent Universitetindən əldə etmişdir. 1967-ci ildən 1971-ci ilə qədər Kent Universitetində müəllimlik etmişdir. Həmçinin, Tennesi Texnologiya Universitetində siyasi elmləri tədris etmişdir.
Renan Contar
Renan Contar (25 dekabr 1983, Kampinas, San-Paulu ştatı) — Braziliya siyasətçisi. Hazırda Mato Grosso do Sul əyalət deputatıdır. O, hazırda Mato Qrosso do Sul hökuməti üçün ikinci turda mübarizə aparır. İngilis və ispan dillərində sərbəst danışır.
Vouter Segers
Vouter Segers (28 mart 1996) — Belçikalı peşəkar kişi BMX velosipedçisi. Vouter Segers Belçikanı beynəlxalq yarışlarda təmsil edir. Vouter Segers 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.005 saniyəlik nəticəsi ilə 55-ci yeri tutdu.
Fistinq
Fistinq (ing. Fisting) ― seksual fəaliyyət zamanı əlin bütünlükdə yaxud qismən vagina və ya anusa daxil edilməsi halı. Barmaqlar sıxıldıqdan və əl yumruğa çevrildikdən sonra sözügedən hərəkət icra edilir. Fistinqin adətən cinsi partnyorla müştərək formada edildiyi müşahidə olunsa da, partnyor olmadan da edilə bilər.
Hostinq
Hostinq sözü aşağıdakı mənalara gələ bilər: Tədbirləri və seremoniaları təşkil etmə. Hostinq sözü, ev sahibliyi etmə ilə sinonimdir. İnternet Hostinq servisləri adının qısaldılmış halıdır.
Mitinq
Mitinq - müəyyən kütlənin hər hansı siyasi, mədəni və s. tələblərini bəyan etmək üçün müəyyən məkanda toplaşmasıdır.
Kross-listinq
Nattinq Uolles
Nattinq Volles (17 noyabr 1861 - 19 iyul 1941) — Amerika Birləşmiş Ştatlarının dövlət katibi, eyni zamanda fotoqraf və rəssam. Onun atmosfer fotoşəkilləri Kolonial intibah memarlığı üslubunu canlandırmağa kömək etmişdir. Albion və Elizabet Nattinqin ikinci övladı olan Nattinq Volles Massaçusets ştatının Rokbotom şəhərində 17 noyabr 1861-ci ildə anadan olmuşdur. Atası vətəndaş müharibəsində şəhid olmuşdur. Aile 1969-cu ildə İngiltərədən gələn və Massaçusets ştatının Qroton şəhərinə basqın zamanı hindular tərəfindən öldürülən Con Nattinqin nəslindəndir. Hindlilər Con Nattinqin başını kəsmiş və başqalarının ərazidə yerləşməsinə mane olamaq üçün onu dirəyə qoymuşdular. Nattinq Volles Men ştatının Aqasta şəhərində orta məktəbi bitirib. Ekster Fillips Akademiyasında, Harvard Universitetində, Hartford İlahiyyat seminariyasında və Birlik İlahiyyat seminariyasında oxumuşdur. Harvard Universitetini 1887-ci ildə bitirmişdir. Nattinq 1893-cü ildə Vitman kollecindən ilahiyyat doktoru dərəcəsi qazanmışdır.
Nattinq Volles
Nattinq Volles (17 noyabr 1861 - 19 iyul 1941) — Amerika Birləşmiş Ştatlarının dövlət katibi, eyni zamanda fotoqraf və rəssam. Onun atmosfer fotoşəkilləri Kolonial intibah memarlığı üslubunu canlandırmağa kömək etmişdir. Albion və Elizabet Nattinqin ikinci övladı olan Nattinq Volles Massaçusets ştatının Rokbotom şəhərində 17 noyabr 1861-ci ildə anadan olmuşdur. Atası vətəndaş müharibəsində şəhid olmuşdur. Aile 1969-cu ildə İngiltərədən gələn və Massaçusets ştatının Qroton şəhərinə basqın zamanı hindular tərəfindən öldürülən Con Nattinqin nəslindəndir. Hindlilər Con Nattinqin başını kəsmiş və başqalarının ərazidə yerləşməsinə mane olamaq üçün onu dirəyə qoymuşdular. Nattinq Volles Men ştatının Aqasta şəhərində orta məktəbi bitirib. Ekster Fillips Akademiyasında, Harvard Universitetində, Hartford İlahiyyat seminariyasında və Birlik İlahiyyat seminariyasında oxumuşdur. Harvard Universitetini 1887-ci ildə bitirmişdir. Nattinq 1893-cü ildə Vitman kollecindən ilahiyyat doktoru dərəcəsi qazanmışdır.
Nottinq-Hil
Nottinq-Hil (ing. Notting Hill) — London şəhərinin rayonu. Kosmopolitan olan rayonda hər il Avropanın ən böyük küçə karnavalı olan Nottinq-Hil karnavalı keçirilir. Rayon Londonun 19-cu əsrdə qərbə genişlənməsinə qədər kənd kimi qalmışdır. 19-cu əsrin əvvəllərində Ledbrok ailəsi memar Tomas Elloma Nottinq-Hili Belqravia kimi nüfuzlu rayona çevirməyi sifariş verdi. 1965-ci ildən rayonda hər ilin Avqustu Nottinq-Hil küçə karnavalı keçirilir. Karnaval 1950-ci illərdən yaşayan Karib əsilli əhali tərəfindən təşkil olunur.
Nottinq-Hill
Nottinq-Hil (ing. Notting Hill) — London şəhərinin rayonu. Kosmopolitan olan rayonda hər il Avropanın ən böyük küçə karnavalı olan Nottinq-Hil karnavalı keçirilir. Rayon Londonun 19-cu əsrdə qərbə genişlənməsinə qədər kənd kimi qalmışdır. 19-cu əsrin əvvəllərində Ledbrok ailəsi memar Tomas Elloma Nottinq-Hili Belqravia kimi nüfuzlu rayona çevirməyi sifariş verdi. 1965-ci ildən rayonda hər ilin Avqustu Nottinq-Hil küçə karnavalı keçirilir. Karnaval 1950-ci illərdən yaşayan Karib əsilli əhali tərəfindən təşkil olunur.
Oskar Vistinq
Oskar Adolf Vistinq (ing. Oscar Adolf Wisting; 6 iyun 1871 – 5 dekabr 1936, Oslo) — Norveçli dəniz zabiti və qütb tədqiqatçısı. Roald Amundsenlə birlikdə həm Şimal həm də Cənub qütbünə çatan ilk insan olaraq tarixə keçmişdir.
Veb-hostinq
Veb hostinq — (ing. Web Hosting) və yaxud internet hostinq servisləri müştərilərinin veb saytlarını özünə aid məlumat mərkəzlərində saxlayır və həmin veb saytların bütün dünya üzərində əlçatan olmasını təmin edir. Müştərilərinin veb saytlarını özünə aid kompüterlərdə(serverlərdə) və yaxud data centerlərdə saxlayan şirkətlər veb host olaraq da adlandırılır. Tipik veb hostinqlərdə aşağıdakı keyfiyyətlər olur: Saytları host etmək üçün bir və ya birdən çox server. Bu serverlər fiziki və ya virtual ola bilər. Serverləri saxlamaq üçün məkan. Bu bir kolokasiya mərkəzi ola bilər. Həmin bu məkanda elektrik enerjisi, cihazlar üçün fiziki yer və internet bağlantısı olmalıdır. DNS-in olması. DNS domenləri veb hostinqə yönəltmək üçün istifadə olunur.
Veb Hostinq
Veb hostinq — (ing. Web Hosting) və yaxud internet hostinq servisləri müştərilərinin veb saytlarını özünə aid məlumat mərkəzlərində saxlayır və həmin veb saytların bütün dünya üzərində əlçatan olmasını təmin edir. Müştərilərinin veb saytlarını özünə aid kompüterlərdə(serverlərdə) və yaxud data centerlərdə saxlayan şirkətlər veb host olaraq da adlandırılır. Tipik veb hostinqlərdə aşağıdakı keyfiyyətlər olur: Saytları host etmək üçün bir və ya birdən çox server. Bu serverlər fiziki və ya virtual ola bilər. Serverləri saxlamaq üçün məkan. Bu bir kolokasiya mərkəzi ola bilər. Həmin bu məkanda elektrik enerjisi, cihazlar üçün fiziki yer və internet bağlantısı olmalıdır. DNS-in olması. DNS domenləri veb hostinqə yönəltmək üçün istifadə olunur.
Corc Hitçinqs
Corc Hitçinqs (ing. George Herbert Hitchings; 18 aprel 1905[…] – 27 fevral 1998[…]) — amerikalı biokimyaçı. Ceyms Blek və Gertrud Elion ilə birlikdə 1988-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanıb. Hitçinqs bu mükafata xüsusilə kimyaterapiya sahəsində tədqiqatlarına görə layiq görülüb. Bakalavr və magistr təhsilini Vaşinqton universitetində alıb. O, 1933 Harvard Universitetində doktorluq dərəcəsini bitirib. 1939-cu ilə qədər Harvard Universitetində, sonra isə üç il Westem Reserve Universitetində dərs deyib. 1942-ci ildə Nyu-Yorkdakı Wellcome Araşdırma Laboratoriyaları'na köçüb. Təqaüdə çıxdıqdan sonra Şimali Karolinada Wellcome Araşdırma Laboratoriyaları'nda təhsilini davam etdirib. Nyu-York və Şimali Karolinadakı Wellcome Araşdırma Laboratoriyaları'nda həmkarı Gertrud Elion ilə 40 ildən artıqdır ki, müəyyən xərçəng hüceyrələrini və xəstəliyə səbəb olan mikroorqanizmləri hədəf alan dərmanlar üzərində işləyib və bir sıra zəruri dərmanlar hazırlayıb.