TAKE

take1

n 1. zəbt etmə, işğal; tutma; 2. qənimət (ovda); 3. toplanan / toplanmış pul (teatrda, kinoteatrda); 4. kadr; bir səhnə (kino lentində)

take2

v 1. götürmək; He has taken the quotation from Nizami O, sitatı Nizamidən götürüb; 2. tutmaq; He took the child by the hand O, uşağın əlindən tutdu; to ~ a man by the throat adamın boğazından tutmaq; to ~smb. in one’s arms bir kəsi qolları üstə tutmaq; to ~ prisoner əsir tutmaq; to ~ fish balıq tutmaq; to ~ in the act (of) cinayət üstündə / yerində tutmaq; 3. aparmaq; daşımaq; to ~ letters to the post məktubları poçta aparmaq; to ~ the luggage upstairs baqajı / yükü yuxarıya daşımaq; 4. qəbul etmək; razılaşmaq; to ~ smth. seriously bir şeyi ciddi qəbul etmək; to ~ smth. as a joke bir şeyi zarafat kimi qəbul etmək; to ~ an order for smth. bir şey üçün sifariş qəbul etmək; to ~ medicine dərman qəbul etmək; 5. dözmək; I will not take such treatment Mən belə rəftara dözmərəm; 6. hesab etmək; Do you take me for a fool? Sən / Siz məni səfeh hesab edirsən / edirsiniz? 7. mədaxil etmək; qazanmaq; The shop takes about 200,000 manats a day Dükanın gündəlik mədaxili 200,000 manatdır; He takes home 500 thousand manats a month O, ayda evə 500 min manat qazanc gətirir; 8. istifadə etmək; He takes every opportunity O hər cür imkandan istifadə edir; 9. düşünmək, təsəvvür etmək; I take it you have permission Mən ə belə gəlir ki, sənin / Sizin icazən / icazəniz var; 10. tələb etmək; tələb olunmaq; lazımlı / gərəkli olmaq; aparmaq; This recipe takes six eggs Bu xörəyin hazırlanması üçün 6 yumurta tələb olunur; It takes two hours to get there Ora getməyə iki saat vaxt tələb olunur; 11. tutmaq, tutulmaq; All our rooms are taken Bütün otaqlarımız tutulub; I have taken a house for the summer Mən yayda dincəlmək üçün bağ evi tutmuşam; 12. riyaz. çıxmaq; Take five from ten Ondan beş çıx / çıxın; 13. almaq (hesaba, nəzərə və s.); We took all facts into account Biz bütün faktları hesaba / nəzərə aldıq; 14. başlamaq, girişmək; qurşanmaq; to ~ to drink içkiyə qurşanmaq; He took to gambling at the casino O, kazinoda qumara qurşanıb; 15. göndərmək; ötürmək; They took the case to the. supreme court Onlar işi ali məhkəməyə göndərdilər; 16. qarşılamaq; qəbul etmək; götürmək; He took his punishment with a smile O, cəzanı təbəssümlə qarşıladı; 17. istifadə etmək (nəqliyyatdan və s.); to ~ a train qatara minmək; to ~ a bus avtobusa minmək; to ~ a taxi taksi tutmaq; 18. müvəffəqiyyət qazanmaq, The play didn’t take Tamaşa müvəffəqiyyət qazanmadı; 19. abunə yazılmaq / almaq; I take a newspaper and two magazines Mən bir qəzet və iki jurnal alıram; 20. şəkildə çıxmaq; He does not take well Onun şəkli yaxşı çıxmır /düşmür; 21. götürmək; görmək; to ~ measurements ölçü götürmək; to ~ counter measures əks tədbirlər görmək; 22. aparmaq (həyatdan); The flood took away many lives Daşqın çoxlu insan tələfatına səbəb oldu; 23. xəstələnmək, naxoşlamaq, azarlamaq; I take cold easily Mənə tez soyuq dəyir; to ~ care qayğısına qalmaq; muğayat olmaq; to ~ degree dərəcə almaq; to ~ part (in) iştirak etmək; to ~ an interest (in) maraqlanmaq; to ~ great pleasure çox ləzzət almaq; to ~ effect qüvvəyə minmək; to ~ an examination imtahan vermək; to ~ notice görmək; to ~ a breath nəfəs almaq; to ~ vote səs vermək; to ~ offence incimək, küsmək; to ~ place baş vermək; to ~ shelter gizlənmək; daldalanmaq; to ~ a step addımlamaq, addım atmaq; to ~ smth. to heart bir şeyi ürəyinə salmaq; to ~ an oath and içmək; to ~ a seat oturmaq, əyləşmək; to ~ after smb. bir kəsə oxşamaq / çəkmək; Your daughter does not take after you in any way Qızın / Qızınız heç sənə / sizə oxşamır; to ~ away 1) götürmək; yığışdırmaq; götürüb aparmaq; I took the dirty plates away Mən çirkli boşqabları yığışdırıb apardım; 2) kəsmək, məhrum etmək; The authorities took away his pension Müdiriyyət onun pensiyasını / təqaüdünü kəsdi; 3) korlamaq, It took away all my pleasure O mənim əhvalımı bütün korladı; 4) maraqlandırmaq; valeh etmək; The novel took my breath away Roman məni valeh etdi; 5) riyaz. çıxmaq; to ~ away 3 from 5 5-dən 3 çıxmaq; to ~ back 1) qaytarmaq; geri göndərmək; to ~ back books to the library kitabları kitabxanaya qaytarmaq; 2) məc. xatırlatmaq, yadına salmaq; İt takes me back to my childhood O mənə uşaqlığımı xatırladır, 3) yazmaq, qeyd etmək; The reporters took down the speech Jurnalistlər nitqi yazdılar / qeyd etdilər; to ~ off 1) çıxartmaq, soyunmaq, to ~ off one’s hat / shoes / clothes şlyapasını / ayaqqabısını / paltarını çıxartmaq; 2) sökmək; The builders took the roof off İnşaatçılar damı sökdülər; 3) aparmaq; She has taken the children off to the zoo O, uşaqları zooparka aparıb, 4) uçmaq; yola düşmək, The plane took off despite the fog Duman olmasına baxmayaraq təyyarə uçdu; to ~ out 1) çıxartmaq; Take that dog out of the room at once Bu dəqiqə bu iti otaqdan çıxart / çıxardın; 2) aparmaq; təmizləmək; How can I take out these stains from my shirt? Köynəyimdən bu ləkələri mən necə təmizləyim? 3) tib. çıxartmaq, çəkmək; to ~ out smb.’s tooth bir kəsin dişini çəkmək / çıxartmaq; to ~ to 1) məşğul olmaq, He took to gardening after the resignation İstefaya çıxdıqdan sonra o, bağçılıqla məşğul oldu; 2) getmək; qaçmaq, qaçıb (canını) qurtarmaq / gizlənmək; He took to the woods / the jungle O, meşəyə / cəngəlliyə qaçıb canını qurtardı; 3) xoşlamaq; qəbul etmək; I didn’t take to her Mənim ondan xoşum gəlmədi; to ~ up 1) qaldırmaq; The lift took us up to the top floor Lift bizi son mərtəbəyə qaldırdı; 2) müzakirə etmək (plan, layihə və s.), I shall take up the matter with the Ministry Bu məsələni mən Nazirliyin müzakirəsinə çıxaracağam; 3) tutmaq; aparmaq (vaxt, yer və s.); This table takes up too much space Bu stol lap çox yer tutur; My time is fully taken up with writing Mənim vaxtımın hamısını yazmaq aparır; 4) çəkmək; qurutmaq; Blotting-paper takes up ink Basma kağız / Suçəkən mürəkkəbi çəkir

TAINTED
TAKE-HOME PAY
OBASTAN VİKİ
Take Five (albom)
Take Five – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun ilk studiya albomu. Alboma 11 musiqi nömrəsi daxildir. == Albom haqqında == Albomda xalq rəqslərindən tutmuş, Ruhəngiz Qasımova, Vaqif Gərayzadə, Pol Dezmond, Çik Koria, Karlos Qardel kimi bəstəkarların əsərləri yer almışdır.
Take Me Home
Take Me Home – One Directionun ikinci albomu.
Take Me To Church
“Take Me to Church” (azərb. Məni Kilsəyə Apar‎) - İrlandiya müğənnisi Hozierin 2013-cu ildə yayımlanmış “Take Me to Church” adlı mini-albomundan olan sinqldır. Mahnı həm də müğənninin öz adıyla adlandırdığı albomunun ilk trekidi. 2013-cü ilin oktyabr ayında “Irish Singles Chart”a daxil olan sinql ikinci yerə kimi yüksəlmiş və dörd həftə mövqeyini qorumuşdur. 2014-cü ilin may ayında Hozier mahnını “Late Show with David Letterman” verilişində canlı ifa etmişdir. 24 iyun 2014-cü ildə “Columbia Records” tərəfindən mahnı ABŞ modern rok radiosuna göndərilmişdir. Bundan sonra, 2014-cü ilin noyabrında mahnı “Billboard Hot 100” hit-paradında üçüncü yerə qalxmışdır. 2014-cü ilin noyabrında ABŞ-da mahnı bir milyon nüsxədən çox tirajla satılmışdır. Mahnı, "İlin Ən Yaxşı Mahnısı" nominasiyasında LVII Ənənəvi Qremmi Mükafatlarına namizəd göstərilmişdir. == Sözlərin təfsiri == Ədəbi baxımdan “Take me to church” sözləri metaforaya əsaslanır, belə ki, lirik qəhrəman sevgilisinə olan hisslərini dinlə müqayisə edir.
Can't Take My Eyes Off you
"Can`t Take My Eyes Off You" (Tərc.: "Gözlərimi səndən ayıra bilmirəm") 1967-ci ildə Frankie Valli tərəfindən ifa olunmuş mahnıdır. Bəstə onun ən böyük hitlərindən biri idi, və ona qızıl qrammofon valı-nı və Billboard Hot 100 siyahısında 2-ci yeri qazandırdı. Bəstə Bob Gaudio və Frankie Valli tərəfindən yazılmışdır. == Əlamətdar kover versiyaları == Bu mahnı 200-dən çox müğənni tərəfindən, öz stillərində ifa olunmuşdur. Bunların arasında Andy Williams, The Supremes, Bobby Darin, Julio İglesias-ı saymaq olar. Həmçinin, Robert De Niro, John Cazale və Christopher Walken mahnını, 1978-ci ildə, Deer Hunter filmində ifa etmişlərdir.
Take Asay
Take Asay (浅井タケ, Asay Take, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs. == Həyatı == Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir. Burada Masaru Asay ilə evlənmişdir.İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır. Uşaqlıq yolu xərçəngindən əziyyət çəkdiyi üçün 1993-cü ilin mayında Sapporoda yerləşən xəstəxanaya aparılmış, 30 aprel 1994-cü ildə ölmüşdür.
Take Yamada
Take Asay (浅井タケ, Asay Take, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs. == Həyatı == Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir. Burada Masaru Asay ilə evlənmişdir.İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır. Uşaqlıq yolu xərçəngindən əziyyət çəkdiyi üçün 1993-cü ilin mayında Sapporoda yerləşən xəstəxanaya aparılmış, 30 aprel 1994-cü ildə ölmüşdür.
Don't Take Away My Heart (Modern Talking)
Don't Take Away My Heart (azərb. Götürmə mənim ürəyimi uzağa‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
We Take the Chance (Modern Talking)
We Take the Chance (azərb. Biz şansı götürəcəyik‎) — Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır. == Komplizasiyaların siyahısı == "Space Mix '98" (feat.
Corc Takei
Hosato Takei (ing. George Takei; 20 aprel 1937) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
George Takei
Hosato Takei (ing. George Takei; 20 aprel 1937) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Kris Taker
Kris Taker (ing. Christopher Tucker, 31 avqust 1971, Atlanta) — Amerikalı komik və aktyor. O, detektiv Ceyms Karter ("Pik saatı", "Pik saatı 2" və "Pik saatı 3") rolu ilə tanınır və bu rola görə mükafata da layiq görülüb. Bununla da yanaşı o, "Friday", "The Fifth Element", "Money Talks" və "Jackie Brown" kimi filmlərə də çəkilib. Maykl Ceksonun 2001-ci ildə yayımlanmış "You Rock My World" musiqi videosunda da iştirak edib. == Həyatı == Taker 31 avqust 1971-ci ildə Atlanta şəhərində, ABŞda dünyaya gəlib. O, ailənin ən kiçik oğludur. Anası kilsə işlərində fəal iştirak edir, atası təmizlik şirkətinə sahib olan müstəqil bir iş adamıdır. Dekaturda Kolumbiya Liseyini bitirən Taker, komik kimi fəaliyyətə başlamaq üçün Los-Ancelesə köçür. Uşaqlıqdan futbola və boksa həvəs göstərirdi.
Miho Takeda
Miho Takeda (武田美保, Takeda Miho, 13 sentyabr 1976, Kioto) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Miho Takeda Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Takeda Olimpiadanın bürünc medalına sahib olub.
Naoko Takeuçi
Naoko Takeuçi (武内 直子, Takeuchi Naoko, Yaponca tələffüz: [ta.keꜜ.u͍.tɕi naꜜ.o.ko], d. 15 mart 1967, Kofu) — yapon manqaka. "Codename: Sailor V" (1991-1997) və "Seylor Mun" (1991-1997) manqa seriyalarına görə tanınır. 1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. Onun yazdığı "Seylor Mun" manqa seriyası dünyada ən məşhur manqa seriyalarından birinə çevrilmişdnir. İndiyə qədər bütün dünyada manqanın 35 milyon nüsxəsi satılmışdır. Bu manqa seriyasına görə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür. Yaponiyadan xaricdə manqanın anime adaptasiyası daha çox məşhurluq qazanmışdır və Qərbdə Yaponiya animelərinə qarşı maraq böyümüşdür. == Həyatı == Kendzi və İkuko Takeuçinin qızı kimi 1967-ci ildə anadan olmuşdur. Özündən yaşça kiçik olan Şinqo adlı qardaşı var.
Nobuhiro Takeda
Nobuhiro Takeda (d. 10 may 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 1 qol vurub.
Petsi Matsu Takemoto Mink
Petsi Matsu Takemoto Mink (ing. Patsy Matsu Takemoto Mink; 6 dekabr 1927, Paia[d] – 28 sentyabr 2002, Honolulu) – ABŞ-nin Havay ştatını təmsil etmiş yaponəsilli siyasətçi. O, ABŞ Nümayəndələr Palatasına seçilmiş (1964) və ABŞ prezidentliyinə namizəd olmuş (1972) ilk asiyalı amerikalı qadın olmuşdur.Mink Demokrat Partiyanın nümayəndəsi kimi 1965–76, daha sonra isə 1991–2002-ci illərdə vəzifədə olmuşdur. O, Cimmi Karter administrasiyasında ABŞ dövlət katibinin köməkçisi və Demokratik Hərəkat üçün Amerikalılar qrupunun prezidenti vəzifələrini yerinə yetirmişdir. == İlk illəri == Petsi Mink 6 dekabr 1927-ci ildə Havay adalarının Maui adasında yerləşən Paia yaşayış məntəqəsində doğulmuşdur. O, ikinci nəsildən olan yaponəsilli amerikalı ailəyə mənsub idi. 1944-cü ildə Maui liseyindən valediktor kimi məzun olmuş, daha sonra Havay adaları və kontinental ABŞ-də yerləşən kolleclərdə təhsil almışdır. Nebraska Universitetində təhsil alarkən universitetin seqreqasiyaçı yataqxana siyasətinə qarşı kampaniya başlatmışdır. Daha sonra Havay Universitetinə transfer olmuş, 1948-ci ildə zoologiya və kimya sahələri üzrə bakalavr dərəcəsi əldə etmişdir.Mink qadın olduğu üçün tibb məktəbinə daxil ola bilməmiş, buna görə də Çikaqo Universitetində hüquq üzrə təhsil almağa başlayaraq 1951-ci ildə dərəcə əldə etmişdir. 1953-cü ildə Havaya qayıtmış və burada hüquq sahəsində işləməyə başlayan ilk asiyalı amerikalı qadın olmuşdur.
Petsi Takemoto Mink
Petsi Matsu Takemoto Mink (ing. Patsy Matsu Takemoto Mink; 6 dekabr 1927, Paia[d] – 28 sentyabr 2002, Honolulu) – ABŞ-nin Havay ştatını təmsil etmiş yaponəsilli siyasətçi. O, ABŞ Nümayəndələr Palatasına seçilmiş (1964) və ABŞ prezidentliyinə namizəd olmuş (1972) ilk asiyalı amerikalı qadın olmuşdur.Mink Demokrat Partiyanın nümayəndəsi kimi 1965–76, daha sonra isə 1991–2002-ci illərdə vəzifədə olmuşdur. O, Cimmi Karter administrasiyasında ABŞ dövlət katibinin köməkçisi və Demokratik Hərəkat üçün Amerikalılar qrupunun prezidenti vəzifələrini yerinə yetirmişdir. == İlk illəri == Petsi Mink 6 dekabr 1927-ci ildə Havay adalarının Maui adasında yerləşən Paia yaşayış məntəqəsində doğulmuşdur. O, ikinci nəsildən olan yaponəsilli amerikalı ailəyə mənsub idi. 1944-cü ildə Maui liseyindən valediktor kimi məzun olmuş, daha sonra Havay adaları və kontinental ABŞ-də yerləşən kolleclərdə təhsil almışdır. Nebraska Universitetində təhsil alarkən universitetin seqreqasiyaçı yataqxana siyasətinə qarşı kampaniya başlatmışdır. Daha sonra Havay Universitetinə transfer olmuş, 1948-ci ildə zoologiya və kimya sahələri üzrə bakalavr dərəcəsi əldə etmişdir.Mink qadın olduğu üçün tibb məktəbinə daxil ola bilməmiş, buna görə də Çikaqo Universitetində hüquq üzrə təhsil almağa başlayaraq 1951-ci ildə dərəcə əldə etmişdir. 1953-cü ildə Havaya qayıtmış və burada hüquq sahəsində işləməyə başlayan ilk asiyalı amerikalı qadın olmuşdur.
Rita Taketsuru
Rita Taketsuru (竹鶴リタ, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur. == İlk illəri == Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur. Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur. Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür. Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır. == Yaponiya == 1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur. Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər. Cessi özünə Rita adını götürmüşdür.Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər. O, ərinə "Nikka Whisky" şirkətini yaratmaqda və 1940-cı ildə Yaponiyada ilk viskisinin hazırlanmasında böyük dəstək göstərmişdir.
Senecio takedanus
Senecio takedanus (lat. Senecio takedanus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Takeaki Matsumoto
Takeaki Matsumoto(yap. 松本 剛明; 25 aprel 1959, Tokio[d]) — 9 mart 2011-ci ildən 2 sentyabr 2011-ci ilədək Yaponiyanın xarici işlər naziri. == Həyatı == Takeaki Matsumoto 25 aprel 1959-cu ildə Tokio şəhərində anadan olmuşdur. 1981-ci il oktyabr — Milli İctimai Xidmət Heyətinin 1-ci dərəcəli imtahanını vermişdir. 1982-ci mart — Tokyo Universitetinin hüquq fakultəsini bitirmişdir. 1982-ci il aprel — Yaponiya Sənaye Bankında çalışmışdır. 1989-cu il avqust — Mudafiə Agentliyi Naziri Curo Matsumotonun xüsusi köməkçisi olmuşdur. 1990-cı il fevral — Nümayəndələr Palatasının üzvü Curo Matsumotonun katibi vəzifəsində işləmişdir. Takeaki Matsumoto 2000-ci il iyun ayında- Nümayəndələr Palatasına ilk dəfə olaraq seçilmişdir. 2009-cu il avqust — Nümayəndələr Palatasına seçilmişdir.
Takehiko Kavanişi
Takehiko Kavanişi (d. 9 oktyabr 1938) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Takehiro Kasay
Takehiro Kasay (12 noyabr 1993) — Yaponiyalı kişi ağır atlet. 69 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Yaponiyanı təmsil edir. Takehiro Kasai dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Takehiro Tomiyasu
Takehiro Tomiyasu (5 noyabr 1998, Fukuoka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
Takehiro Vatanabe
Takehiro Vatanabe (16 dekabr 1961) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Takehiro Vatanabe Yaponiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub. Daha sonra Takehiro Vatanabe Yaponiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Takelaj
-Takelajçı (hollad dilində takelage — gəmi ləvazimatlarıdır: burazlar, zəncirlər, millər (çubuqlar), vantlar, ştanqlar, şkotlar)--- -Sex və sahə rəisi,usta, briqadir və kran maşinisti bilməlidirlər ki, yüklərin ilməklənməsinə yaşı 18 ildən az olmayan, tibbi yoxlamadan keçmiş, ilməçi və ya takelajçı ixtisasını öyrənmiş, attestasiyadan keçmiş, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını öyrənmiş, biliyi yoxlanılmış əlində takelajçı vəsiqəsi olan şəxslər buraxılır. Yükqaldırıcı və nəqledici maşınlar ağır əl əməyini mexanikləşdirməklə yanaşı, istehsalın məhsuldarlığını xeyli artırır. Təyinatına və konstruksiyasına görə yükqaldırıcı-nəqledici maşınların müxtəlif növləri vardır. Buraya əsasən periodik işləyən yükqaldırıcı maşın və mexanizmlər, fasiləsiz işləyən nəqledici maşınlar və qurğular daxildir. Müasir avtomatlaşdırılmış tex-noloji axın xətlərinin istehsalatda geniş yükqaldırıcı və nəqledici maşınları köməkçi quruluşlardan istehsalın əsas göstəricilərini müəyyənləşdirən başlıca amillərə çevrilmişdir. Yükqaldırıcı və nəqledici avadanlığın düzgün seçilməsi istehsalın normal və yüksək məhsuldarlıqla işləməsini təmin edən əsas cəhətlərdən biridir. Manipulyatorların və robotların istehsalatda tətbiqi isə müasir elmi-texniki tərəqqinin çox böyük nailiyyətidir. Yükqaldırıcı maşınlar yükün qaldırılması və nəql edilməsində işlədilir. Bu maşınlarda işçi gedişdən sonra həmişə boş gediş də olur. Odur ki, yükqaldırıcı maşınlar nəqliyyat maşınlarından fərqli olaraq fasilə ilə işləyən maşınlar qrupuna aiddir.
Takeo Takahaşi
Takeo Takahaşi (13 may 1947, Şinaqava, Tokio) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 4 qol vurub.
Takeo Vakabayaşi
Takeo Vakabayaşi (29 avqust 1907 - 7 avqust 1937) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 4 qol vurub.
Taketomi
Taketomi adası (yap. 竹富島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi — 6,32 km², maksimal hündürlüyü 21 m. İşiqaki adası ilə bərə ilə əlaqələnir. Taketomi dairəsinin mərkəzi olan Taketomi qəsəbəsi adada yerləşir. Adada 323 nəfər yaşayır (2012).
Takeşi
Takeşi — ad.
бегунки́ бедоку́рить ви́ги впры́гнуть гиляки́ Креще́ние обручи́ть плесну́ть преднамерева́ться хо́мо са́пиенс жереби́ться побалова́ться подвигаться потренирова́ться biennium castle chemise conifer John Henry leave-taking Moray pug mill roundhouse thousandfold пелена