Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Track Top-40
Track Top-40 - Danimarkanın rəsmi hit paradı. Hit parad sinql satış miqdarı və dijital yükləməyə əsasən tərtib edilir.
Brainly
Brainly — Polşanın Krakov şəhərində yerləşən və baş ofisi Nyu Yorkda olan Polşa təhsil texnologiyaları şirkətidir. O, tələbələr, valideynlər və müəllimlər üçün ev tapşırığı ilə bağlı sualları soruşmaq və cavablandırmaq üçün həmyaşıd öyrənmə platforması təqdim edir. Platformada motivasiya nöqtələri və dərəcələr şəklində oyunlaşdırma elementləri var. Bu, digər istifadəçilərin suallarına cavab verməklə istifadəçiləri onlayn icmaya qoşulmağa təşviq edir. 2020-ci ilin Noyabr ayına olan məlumata görə, Brainly 350 milyon aylıq istifadəçiyə malikdir və bu, onu dünyanın ən populyar təhsil proqramına çevirir.
Brauner kərtənkələsi
Brauner kərtənkələsi (lat. Darevskia brauneri) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Çoxalması == Yumurta qoymaqla çoxalır. 2–6 olmaqla yumurta qoyur. İnkubasiya dövrü 55–60 gün davam edir. == Yayılması == Onlar əsasən Gürcüstanın Qara dəniz sahillərinə yaxın ərazilərdən Rusiyada Kuban çayının sahillərinə qədər olan ərazilərdə yayılmışdır. Gürgüstanın Abxaziya ərazisində, Rusiyada isə Qaraçay-Çərkəz ərazilərində dağlıq ərazilərdə rast gəlinir. 1800 m yüksəkliklərə qədər yayıla bilir.
Brauner xulu
Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində. == Morfoloji əlamətləri == Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur. == Yaşayış yeri və həyat tərzi == Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.
Con Branner
Con Branner(John Kilian Houston Brunner, 1934-1995)—İngilis fantast-yazıçısı. == Həyatı == Con Branner 1934-cü ildə İngiltərənin Oksfordşir şəhərində anadan olmuşdu. Con Branner 1995-ci ildə Qlazqo şəhərində vəfat edib.
Melissa Brannen
Melissa Brannenin itkin düşməsi — 3 dekabr 1989-cu ildə Virciniya ştatının Lortondakı Woodside mənzillərində baş vermiş hadisə. O, kompleksdə yaşayan Maykl Brannen və Temmi Brannenin beş yaşlı qızı idi. Kompleksdə sakinlər üçün təşkil olunan ziyafətdə iştirak edərkən yoxa çıxdı. Kompleksdə hər işi bacaran Kaleb Daniel Hyuz pislik etmək məqsədilə qaçırmaqda ittiham olundu və 50 il həbs cəzasına məhkum edildi. Onun cəsədi heç vaxt tapılmadı və heç vaxt öldüyü sübuta yetirilmədi. Onun itkin düşmə hekayəsindən "The FBİ Files"-ın ilk mövsümünün 8-ci epizodunda bəhs olundu. Həmçinin "Forensic Files" televiziya proqramının 4-cü sezonunun 5-ci epizodunda göründü. == İtkin düşməsi == 3 dekabr 1989-cu ildə Temmi Brannenin qızı Melissa ilə birlikdə yaşadığı mənzil kompleksində təxminən 100 qonağın olduğu Milad şənliyi təşkil olundu. Şənlikdən çıxarkən Melissa bir az çips almaq üçün geri qayıtdı və bir daha geri gəlmədi. O, tapılmayanda foul oyunundan şübhələnildi.
Patrik Braxner
Patrik Braxner (alm. Patrick Brachner‎; 7 yanvar 1992, Avstriya) – Azərbaycanı təmsil edən avstriyalı xizəkçi. 2014-cü il Qış Olimpiya oyunlarında Azərbaycanı slalom və böyük slalom idman növlərində təmsil etmişdir. Açılış mərasimində Azərbaycan bayrağını o daşımışdır.Patrik Azərbaycanı 2018 Qış Olimpiya Oyunlarında da təmsil edib və heç bir medal qazanmayıb.
Valeri Brainin
Valeri Borisoviç Brainin (27 yanvar 1948, Nijniy Taqil, Sverdlovsk vilayəti) - müsiqişünas, bəstəkar, pedaqoq, şair, tərcüməçi, lingvist və kulturoloq. == Həyatı == Valeri Brainin Avstriya elminə və mədəniyyətinə bir çox tanınmış simalar bəxş etmiş Brayninlər ailəsinin nümayəndəsi, şair, tərcüməçi və siyasi mühacir Boris Lvoviç Braininin (ədəbi təxəllüsü: Sepp Österreicher, 1905-1996) ailəsində anadan olmuşdur. Anası Asia İl'iniçna Brainin (1919-2005) yalan mühakimələr əsasında Tobolsk şəhərinə sürgün olunmuş Passek ailəsinin nümayəndəsidir. Valeri Brainin riyaziyyat (xüsusi riyaziyyat məktəbi, qızıl medal, riyaziyyat olimpiadasının mükafatçısı), linqivistika (Pedaqoji institut, bitirməmişdir), bəstəkarlıq (musiqi məktəbi, O.A.Golovinin sinfi, fərqlənmə diplomu ilə bitirmişdir), musiqi-pedaqoji (Pedaqoji universitet, fərqlənmə diplomu ilə bitirmişdir) təhsili almışdır. 2004-cü ildən etibarən Valeri Brainin UNESCO-nun üzvü olan Musiqi Təhsili üzrə Beynəlxalq Cəmiyyətinin (ISME-International Society of Music Education) qolu olan Rusiya Federasiya Musiqi Təhsili Cəmiyyətinin prezidentidir. O, həmçinin Moskva Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi Təhsilində Yeni Texnologiyalar Laboratoriyasıın rəhbəri, Classica Nova Beynəlxalq Musiqi Müsabiqəsinin bədii direktoru, Brainin Musiqi Məktəbləri şəbəkəsinin (Brainin-Musikschulen) bədii direktoru kimi çalışır. Avstriyada, Almaniyada, ABŞ-da, İtaliyada, Rusiyada, Kolumbiyada və digər ölkələrdə konservatoriyalarda və universitetlərdə seminarlar və ustad dərsləri keçirmişdir, Azadlıq və BBC Radiolarında mütəmadi olaraq musiqi üzrə muhazirələr təqdim etmişdir. Braininin ədəbi, tənqidi və elmi əsərləri rus, alman, ingilis və italyan dillərində işıq üzü görmüşdür. Onun musiqi əsərləri Moskvadakı nüfuzlu Böyük teatrda ifa olunmuşdu. Valeri Brainin hal-hazırda Almaniyanın Hanover şəhərində və Moskvada yaşayır.
Back to Black
Back to Black — Emi Uaynhausun albomu. == Treklər == "Addicted" mahnısı albomun ABŞ-dakı versiyasında yoxdur və "You Know I'm No Good" remiksi ilə əvəz olunmuşdur.
Rainer Barzel
Rainer Barzel (20 iyun 1924[…] – 26 avqust 2006[…], Münhen) — ) Xristian Demokrat İttifaqının (CDU) alman siyasətçisi idi . O , 1983-1984-cü illərdə Bundestaqın 8-ci prezidenti olub . Barzel 1969-cu ildə partiyası müxalifətə keçməmişdən əvvəl parlament qrupunun lideri və qısa müddət ərzində federal nazir olmuşdu. Daha sonra Barzel partiyanın sədri oldu. O, 1972-ci ildə konstruktiv etimadsızlıq səsverməsi yolu ilə federal kansler olmağa çalışdı və Federal Respublikada buna cəhd edən ilk şəxs oldu. O, gözlənilmədən iki səs az qaldı. 1972-ci ilin noyabrında keçirilən növbəti ümumi seçkilərdə o, CSU/CSU-nun uğursuz əsas namizədi oldu. O, bir il sonra sədrliyini itirdi, lakin parlamentin nüfuzlu üzvü olaraq qaldı. == Həyatı == Şərqi Prussiyanın Braunsberg şəhərində (indiki Branievo, Polşa ) anadan olan Barzel 1971-1973-cü illərdə CDU-nun sədri vəzifəsində çalışıb və 1972-ci il federal seçkilərində Villi Brandtın SPD-yə məğlub olaraq CDU-nun Almaniya kansleri vəzifəsinə namizədi kimi çıxış edib . Barzel Konrad Adenauer dövründə Ümumi Alman İşləri Naziri (1962-63) , CDU/CSU-nun Parlament qrupunun rəhbəri (1964-1973), Helmut Kolda Almaniyadaxili Əlaqələr Naziri (1982-1983) vəzifələrində çalışıb.
Imagine Branded Entertainment
Imagine Entertainment (əvvəllər Imagine Films Entertainment, həmçinin Imagine) — ABŞ kino şirkəti. Şirkət 1986-cı ildə Brayan Qreyzer və Ron Hovard tərəfindən birgə "Su pərisi" (1984) filminin uğurundan sonra əsası qoyulmuşdur. Şirkət digərləri ilə yanaşı, blokbaster filmləri olan "Apollo 13" (1995), "Ağıl oyunları" (2001) və "Da Vinçi şifrəsi" (2005) filmlərini istehsal etmişdir. "Imagine" şirkətinin "Imagine Features", "Imagine Television Studios", "Imagine Documentaries" və "Imagine Kids+Family" kimi törəmə şirkətləri var. Onun həmçinin, "Jax Media", "Jigsaw Productions" və "Marginal Mediaworks kimi törəmə şirkətləri var.
Henniq Brand
Henniq Brand (alm. Hennig Brand‎ - Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər kimi xidmət göstərən Brand sonradan bu sənətin onun üçün təhlükəli olduğunu hesab etmiş və həkim olmaq qərarına gəlmişdi. Bir sıra əlkimyaçılar ətrafında dolanaraq bu sahənin sirrlərinə dərindən bələd olsa da, varlı himayədarı olmadığından bu işi də atıb ticarətlə məşğul olmağa başlayır. Qısa zaman ərzində kifayət qədər uğurlu tacirə çevrilən Brand qazandığı vəsait hesabına elmi təcrübələr üçün lazımı avadanlıqlar alaraq yenidən əlkimya sahəsinə qayıdır. Bu sahədə onun qarşına qoyduğu əsas hədəf, dövrün bir çox əlkimyaçılarının da arzusu olan fəlsəfə daşı (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaqdı. Məhz bu sahədə təcrübələr apararkən Brand təsadüfən fosfor elementini kəşf edir. Brand metalı qızıla çevirmək üçün lazım olan ilkin maddənin insan sidiyində olduğuna inanırdı. Belə ki, təcrübələrindən birində kazarmadan bir neçə çəllək insan sidiyi əldə edən Brand onu iki dəfə distillə etmiş və nəticədə yaranan siropa bənzər mayeyə ölü baş adını vermişdi.
Arank
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Brask
Brask (fr. və oks. Brasc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ser-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12035. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 45 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 110 yaşında (15-64 yaş arasında) 79 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.8%, 1999-cu ildə 67.6%).
CRAMM
CRAMM (CCTA Risk Analysis and Managment Method) CRAMM riskin analizi vә idarә edilmәsi metodologiyası 1985-ci ildə Britaniya Mərkəzi kompüter və telekommunikasiya agentliyi (CCTA) tərəfindən işlənmişdir. CRAMM proqram təminatı müxtəlif növ təşkilatlar üçün nəzərdə tutulmuşdur, onlar öz biliklər bazası – profillərlə fərqlənirlər. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Franck
Franck — Qəhvə, çay və müxtəlif atışdırmalar (qəlyanaltılar) istehsal edən Xorvatiya şirkəti. 1883-cü ildə ortaya çıxan alman transmilli şirkəti Heinrich Franck Söhnenin tərkibində 1892-ci ildə qurulur. İkinci Dünya müharibəsindən əvvəl Franck qəhvə əvəzediciləri istehsal edir. Lakin məhsul çeşidi hazırda xeyli genişlənmişdir:çay, qəlyanaltılar, müxtəlif qatqılar, toz şəkər və ədviyyatlar daxildir. Şirkət 1992-ci ildə özəlləşdirilir. 2015-ci ildə Franck Intersnack ilə ortaqlığa girir və Adria Snack Company Ltd adı altında qəlyanaltıların istehsalı və satışı üçün ortaq bir müəssisə qurulur. 2017-ci ildə şirkət 125 illiyini qeyd edir == Ticarət markaları == === Franck Cafe === Franck sürətli hazırlıq və müxtəlif ləzzətlərlə xarakterizə olunan bir sıra içkilər (dərhal qəhvə və kapuçino) təklif edir. Bu çeşidə daxildir: kapuçino - Classic, Vanilya, Şokolad, Irish Cream, Coconut və ağ şokolad, Jaffa, Winter az şəkərli və kofeini olmayan, habelə Bananaccino və Jagodaccino - uşaqlar üçün isti içkilər; "klassik", "qızıl" və kafeinsiz versiyalarda dərhal qəhvə. Burada üçü birində və ikisi birində olan qəhvələr, kakao (ikisi birində) və soyuq qəhvə (Ice Coffee) == Adria Snack Company Ltd == Adria Snack Company Lt 2015-ci ildə əldə edilmiş razılığa əsasən qurulan Franck və Intersnack-in birgə müəssisəsidir. Tərəfdaşlığın məqsədi ləzzətli qəlyanaltılar sahəsində biznesin inkişaf etdirilməsinə yönəlmiş uzunmüddətli birgə strategiyanın həyata keçirilməsidir.
Frank
Akihiro — ad. Bu adı olan tanınmışlarFrank Qorşin — Frank Şvalba-Hot — siyasətçi.DigərFrank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Prank
Prnak (ing. prank — şuluqluq, dəcəllik; zarafat) — telefon xuliqanlığı, telefon zarafatı. Pranklar kimsə başqa adamın adından zəng edirlər. Provokasiya ilə qarşı tərəfdən maraq doğuracaq cavab almağa çalışırlar. == İstinadlar == == Mənbə == Пранк — розыгрыш или хулиганство?
Xjack
Xjack - Xjack – çox zaman portativ (dizüstü) kompüterlərdə rast gəlinən telefon tipli yuvanın qeyd olunmuş ticarət markası. Bəzən bu termin bütövlükdə baş hərflərlə yazılır: XJACK. PC Card kartında yerləşdirilən Xjack yuvası kiçik plastik parçasından ibarət olur və yığılıb-açılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rainer Mariya Rilke
Rayner Mariya Rilke (1875-1926) - şair == Həyatı == Rayner Mariya Rilke 1875-ci ildə Praqada doğulub. Xəstəliyindən dolayı hərbi litseyi yarıda qoyub, ticarət məktəbinə qəbul olundu. İlk şeiri 1891-ci ildə Vyana qəzetində çap olunub. Həyatı boyunca gəzdiyi, dolaşdığı yerlərdə dünya ədəbiyyatının ən öndə gələn şəxsiyyətləri ilə bir araya gəldi. 1926-cı ildə yaxalandığı qan xərçəngi xəstəliyindən qurtula bilməyərək həyata gözlərini yumdu. Məzarı İsveçrə kantonundakı Valaisdə Raron məzarlığındadır. == Xarici keçidlər == Rayner Mariya Rilke. Bəbir Rayner Mariya Rilke.
Cask
Cask — İranın Hörmüzgan ostanının şəhərlərindən və Cask şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,133 nəfər və 2,406 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Krak
Krak — futbol topu Fərqli görünüşə və dizayna malik olan bu top ilk dəfə 1962-ci ildə Çili - İsveçrə oyununda sınaqdan keçirilib. Ancaq onun bir qədər sərtliyi FİFA-nı yenidən dəyişiklik etmək məcburiyyətində qoydu.
Pack
Pack (azərb. sıxlaşdırmaq‎) — informasiyanı yığcam formada saxlamaq. Sıxlaşdırma zamanı artıq boşluqlar və onun kimi başqa simvollar uzaqlaşdırılır. Verilənlərin sıxlaşdırılması üçün başqa xüsusi sıxlaşdırma üsullarından da istifadə oluna bilər. Bəzi proqramlarda fiziki yaddaşa (istər operativ, istərsə də sərt diskdə və ya digər informasiya daşıyıcılarında) olan tələbatı minimuma endirmək üçün sıxlaşdırmadan istifadə olunur. Sıxlaşdırılmış verilənlər insan üçün mənasız olduğundan onları istifadə zamanı açmaq və beləliklə də, informasiyanın ilkin şəklini bərpa etmək lazım gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 622 s.
İrak
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
Arank (En)
Arank (fr. Aranc) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 302 nəfər təşkil edirdi. == İqtisadiyyatı == Arank dəniz səviyyəsindən 775 metr yüksəklikdə, Amberyo-en-Byuje şəhərindən 13 km şimal-şərqdə, Yura dağlarında yerləşir. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Arank (En) ilə əlaqəli mediafayllar var. "Arank" (fransız). Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu.
Carçı
Carçı (agah edən)
Çarsk
Çarsk (qaz. Шар) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Jarma bölgəsindəki bir şəhər. Şar şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 634421100. == Tarixi == Şəhər Türksibdəki stansiyadan başladı. Şər çayının adını daşıyır. Bir əfsanə var ki, bir vaxtlar çayın axarı o qədər güclü idi ki, monqollar naimanları məğlub edərək Şər çayından keçdi və çay ordunun 1/3 hissəsini apardı. Mənşənin ilk versiyası olan "Şar" sözü Qazaxıstanın istiliyindən, yəni "uçurumdan" gəlir, ikinci mənşəli versiyaya görə Çingiz Xan ordusu ilə bu ərazidən keçəndə çağırdı Rus dilinə "sarı" ilə tərcümə edilən bu torpaq "Şar". Maraqlı bir həqiqət budur ki, şəhərin kənarları hələ də qışda və yayda qeyri-adi sarı örtüyü ilə məşhurdur, çünki Çarsk şəhəri ətrafında çöl otu "shi" böyüyür. Çarın adı "Abay Zholy" da çəkilir.
Çaça
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Ərak
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.