BRAND

brand1

n 1. kösöv; 2. damğa (heyvanlara vurulan); 3. fabrik nişanı; 4. damğa basmaq / vurmaq üçün alət; 5. tar. cinayətkarlara vurulan damğa; biabırçılıq / rüsvayçılıq damğası; 6. növ; keyfiyyət; good ~ of flour yaxşı növ un

brand2

v 1. damğalamaq, damğa vurmaq / basmaq; 2. məc. yaddaşa həkk olmaq; It is branded in my mind Bu mənim yaddaşıma həkk olunub; 3. biabır etmək; damğalamaq; to ~ smb. as a liar / a thief bir kəsi yalançı / oğru kimi damğalamaq, bir kəsə yalançı / oğru damğası vurmaq

BRANCHY
BRAND-NEW
OBASTAN VİKİ
Henniq Brand
Henniq Brand (alm. Hennig Brand‎ - Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər kimi xidmət göstərən Brand sonradan bu sənətin onun üçün təhlükəli olduğunu hesab etmiş və həkim olmaq qərarına gəlmişdi. Bir sıra əlkimyaçılar ətrafında dolanaraq bu sahənin sirrlərinə dərindən bələd olsa da, varlı himayədarı olmadığından bu işi də atıb ticarətlə məşğul olmağa başlayır. Qısa zaman ərzində kifayət qədər uğurlu tacirə çevrilən Brand qazandığı vəsait hesabına elmi təcrübələr üçün lazımı avadanlıqlar alaraq yenidən əlkimya sahəsinə qayıdır. Bu sahədə onun qarşına qoyduğu əsas hədəf, dövrün bir çox əlkimyaçılarının da arzusu olan fəlsəfə daşı (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaqdı. Məhz bu sahədə təcrübələr apararkən Brand təsadüfən fosfor elementini kəşf edir. Brand metalı qızıla çevirmək üçün lazım olan ilkin maddənin insan sidiyində olduğuna inanırdı. Belə ki, təcrübələrindən birində kazarmadan bir neçə çəllək insan sidiyi əldə edən Brand onu iki dəfə distillə etmiş və nəticədə yaranan siropa bənzər mayeyə ölü baş adını vermişdi.
Ageratina brandegeana
Ageratina brandegeana (lat. Ageratina brandegeana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Bidens brandegeei
Bidens brandegeei (lat. Bidens brandegeei) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Brandenburq
Brandenburq (alm. Brandenburg‎) — Almaniyanın vilayəti, mərkəzi Potsdamdır. == Haqqında == Almaniyanın şimal-şərqində yerləşən bir dövlətdir. 1050 yaşı olan Brandenburq/Havel şəhəri üç hissədən ibarətdir. Altestadt (Köhnə şəhər), Neuestadt (Yeni şəhər) və Dominsel (Katedral Adası). Köhnə və Yeni şəhər Havel tərəfindən iki hissəyə bölünür. Hər iki əsas qapısı qüllələr, qalan yerlər isə şəhər divarları da köhnə qotik şəhərləri xatırladır. Neustadtsa (Yeni şəhər) yerləşən və 1401-ci ildə inşa edilmiş Kaharinen Kilsəsi buna təsirli bir nümunədir. Altestadtda (Köhnə şəhər) yerləşən Qothard kilsəsi də Katerina kilsəsindən sonra inşa edilmişdir. Onların tikintisində kərpic istifadə olunmuşdur.
Brandenburq-Prussiya
Brandenburq-Prussiya (alm. Brandenburg-Preußen‎) — 1618-ci ildə Brandenburq markqraflığı ilə Prussiya hersoqluğunun birləşməsi nəticəsində yaranmış alman knyazlığı. == Tarixi == Brandenburq hersoqluğunun başında Hohensollernlər sülaləsi (1411-dən) dururdu. Bu nəslin əsası Şvabiyadan gəlir. Bu nəslin əasa 2 qolu var: Nürnberq və Şvabiya. Brandenburqun yüksəlməsinə səbəb otuz illik müharibədən sonra Avropanın şimalının və Baltik dənizinin ticarət üçün əhəmiyyətinin artması olmuşdur. Paytaxtı Berlin şəhəri idi. Əkinçilik və qoyunçuluq yaxşı inkişaf etmişdir. Böyük kürfürüst adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi.
Brandenburq darvazası
Brandenburq qapısı (alm. Brandenburger Tor‎) — Almaniyaın Berlin şəhərində yerləşən 18-ci əsr aid olan abidədir. == Tarixi == Qapının qurulması Alman imperiyası dövrünə təsadüf edir. Qapının tikintisi 1788-ci ildə başlamışdır. 6 Avqust 1791-ci ildə təkcə kral ailəsinin istifadə etməsi məqsədilə açılmışdır. Qapının sütunları insanda heyranlıq hissi yaradan memarlıq xüsusiyyətlərə malikdir. Tikilişdə Karl Qottard Lanqans və Yohann Qottfrid Şadou iştirak edirdi. Əsas bina 12 sütün üzərində hazırlanmış qapılar arasında 5 aralıq vardır. Krallıq dövründə xalq yalnız ilk iki qapıdan keçmək hüququna malikdirlər. Mərkəz qapıdan isə yalnız kral ailəsi keçə bilər.
Brandenburq qapısı
Brandenburq qapısı (alm. Brandenburger Tor‎) — Almaniyaın Berlin şəhərində yerləşən 18-ci əsr aid olan abidədir. == Tarixi == Qapının qurulması Alman imperiyası dövrünə təsadüf edir. Qapının tikintisi 1788-ci ildə başlamışdır. 6 Avqust 1791-ci ildə təkcə kral ailəsinin istifadə etməsi məqsədilə açılmışdır. Qapının sütunları insanda heyranlıq hissi yaradan memarlıq xüsusiyyətlərə malikdir. Tikilişdə Karl Qottard Lanqans və Yohann Qottfrid Şadou iştirak edirdi. Əsas bina 12 sütün üzərində hazırlanmış qapılar arasında 5 aralıq vardır. Krallıq dövründə xalq yalnız ilk iki qapıdan keçmək hüququna malikdirlər. Mərkəz qapıdan isə yalnız kral ailəsi keçə bilər.
Brander
Brander və ya Alovsaçan (alm. Brander‎) — yüngül yanacaq və ya partlayıcı materiallar ilə yüklənmiş, düşmən gəmisinə alov vurmaq üçün istifadə olunan gəmi. Gəmini idarə edən heyət yarı yolda onu tərk edərək, onu rəqib gəmisinin uzərinə, tarana istiqamətləndirir.
Brandeys Universiteti
Brandeys Universiteti [ˈbrændaɪs] — özəl Amerika tədqiqat universiteti. Massaçusets ştatının Uolham şəhərinin cənub-qərb hissəsində, Bostondan 14 km qərbdə yerləşir. Universitetdə təxminən 3600 bakalavr tələbəsi və 2200 aspirant təhsil alır. 2010-cu ildə ABŞ News and World Report universiteti ABŞ universitetləri arasında 34-cü yeri tutmuşdur. Forbes jurnalı 2010-cu ildə universiteti ABŞ universitetləri və kollecləri arasında 57-ci yerə layiq görüb.Universitet 1948-ci ildə keçmiş Midlseks Universitetinin yerində kişi və qadınların birgə təhsili üçün dünyəvi bir qurum kimi yaradılmışdır. Universitet ABŞ-də məşhur yəhudi hüquqşünas Lui Brandeysin (1856-1941) adını daşıyır.
Brandi Sieqel
Brandi Sieqel (4 avqust 1979) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Brandi Sieqel Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Brandmauer
Brandmauer (alm. Brandmauer‎; Brand – "yanğın", Mauer – "divar") — yanğından mühafizə üçün alovlanmayan materiallardan tikilən pəncərəsiz divar. Yanğının qonşuluqdakı binalara keçməsinə mane olmaq üçün nəzərdə tutulur. Brandmauer termini başqa mənalarda da işlənə bilər: Brandmauer — açıq hava reklamının növü, binanın brandmauer divarını örtən iriformatlı reklam lövhəsi. Digər adları — brandmauer pannosu, divar lövhəsidir. Ərazinin brandmauer tikintisi — qonşu torpaq sahələrindəki tikililərin bir-birinə brandmauer divarı vasitəsilə bitişik tikilməsi. Brandmauer — həmçinin, ingiliscə fayrvol (ing. firewall), "şəbəkələrarası qoruyucu ekran" mənasında işlədilir.
Brandon
Brandon (ing. Brandon) — Kanadanın Manitoba əyalətində yerləşən şəhər.
Brandon Baye
Brandon Baye (27 dekabr 2000-ci ildə anadan olub) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Brügge === Baye Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Baye öz peşəkar karyerasında debütünü 22 iyul 2018-ci ildə Standard Lyej klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Mats Ritsi əvəz etmişdir. Belçika Superkuboku görüşündə Brügge rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.Baye Belçika Birinci Divizoununda debütünü isə 29 iyul 2018-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 56-cı dəqiqədə Mats Ritsi əvəz etmişdir. Belçika Birinci Divizionu görüşündə Brügge rəqibinə 5-2 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 31 iyul 2018 tarixində yenilənib1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir. == Uğurları == === Klub === "Brügge" 1 Belçika Superkuboku — 2018 == İstinadlar == == Xarici keçidlər == Soccerway.com saytında profili (ing.) Brandon Baye — transfermarkt.com saytında.
Brandon Stark
Brandon Stark və ya Bran Stark — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Bran Starkın baxış bucağından verilir. Yazıçı Martin 2014-cü ildə bildirib ki, əsərdə Bran Starkın Ceymi və Sersi Lannisterlə olan fəslin bir çox oxuyucunun əsərə bağlanmasına səbəb olub. Bran Stark indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur. Bran Stark "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın oğlu olaraq təqdim edilir. Təsadüfən Vesteros kraliçası Sersi Lannisterin krala xəyanətinə şahidlik edən Bran Ceymi tərəfindən pəncərədən atılır. Komaya düşən Bran Stark gəzmək qabiliyyətini itirir. Atasının edam edilməsindən sonra qardaşı Robb Stark özünü Şimal kralı elan edir və müharibəyə gedir.
Brandon Universiteti
Brandon Universiteti (ing. Brandon University) — Kanadanın Manitoba əyalətinin Brandon şəhərində yerləşən ali təhsil müəssisəsi. Ümumilikdə 3662 (2018) tam zamanlı və yarı zamanlı bakalavr və magistratura tələbələri olan bir universitetdir. Mövcud korpus 13 iyul 1899-cu ildə baptizm qurumu olaraq Brandon Kolleci kimi təsis edilmişdir. Daha sonra Prezident Con E. Robbins tərəfindən 5 iyun 1967-ci ildə bir universitet olaraq dəyişdirildi. Brandon Universiteti, Kanadada əsasən bakalavr dərəcəsi üzrə ixtisaslaşmış olan yerli sənət və elm qurumlarından biridir. Universitet, Kanada Universitetləri və Kollecləri Birliyinin (AUCC) və İngilis Birlik Universitetləri Birliyinin (ACU), Kanada Universitetlərarası Müzakirələr Birliyinin (CUSID) və U Sportsun üzvüdür. Brandon Universitetində tələbə müəllim nisbəti 1:11-dir və bütün siniflərin 60%-də 25-dən az tələbə var. 2015-ci ildə Kanadada lisenziyalı universitetlərin reytinqində Brandon Universiteti 19 universitet arasında 16-cı, tələbə-müəllim nisbəti kateqoriyasında 1-ci yeri tutdu. Universitet mətbuatı, The Quill, CUP təşkilatlarının üzvüdür.
Brandonne
Brandonne (fr. Brandonnet, oks. Brandonet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12034. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 12 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 306 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 165 nəfər (15-64 yaş arasında) arasında 114 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 69,1%, 1999-cu ildə bu 62,6%).
Brandvaxta adası
Brandvaxta adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Nordenşeld arxipelaqının qərb hissəsində qərarlaşır. Həmcinin Şivolki adaları qrupuna daxildir. Krasin adasının şimalında yeləşir. Adadan 4 km şimal-şərqdə Ukromnıy adası, 4,5 km şimalda Kovalevski adası, 5 km şimal-qərbdə Mametkul adası yerləşir. Dairəvi formaya malikdir. Diametri 200 metrdir. Yüksəklik yoxdur.
Brickellia brandegei
Brickellia brandegei (lat. Brickellia brandegei) — mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid biki növü.
Dieqo Brandao
Diyeqo Pereyra Brandao - Braziliyalı UFC döyüşçüsü. 1987-ci ildə Braziliyanın Mayamisi sayılan Fortaleza şəhərində anadan olmuşdur. 2005-ci ildən peşəkar döyüşlərə başlayan Diyeqo UFC-nin keçirdiyi bir çox şou xarakterli yarışlardada iştirak etmişdir,ümumilikdə MMA üzrə keçirdiyi 28 döyüşdən 18 qalib,10-da isə məğlub olmuşdur.Braziliya ciu-citsusu üzrə qara kəmər ustasıdır.
Diyeqo Brandao
Diyeqo Pereyra Brandao - Braziliyalı UFC döyüşçüsü. 1987-ci ildə Braziliyanın Mayamisi sayılan Fortaleza şəhərində anadan olmuşdur. 2005-ci ildən peşəkar döyüşlərə başlayan Diyeqo UFC-nin keçirdiyi bir çox şou xarakterli yarışlardada iştirak etmişdir,ümumilikdə MMA üzrə keçirdiyi 28 döyüşdən 18 qalib,10-da isə məğlub olmuşdur.Braziliya ciu-citsusu üzrə qara kəmər ustasıdır.
Erix Brandenberger
Erix Brandenberger (15 iyul 1892 - 21 iyun 1955) İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin tərkibində vuruşan alman general. Müharibə ərzində 8-ci Tank diviziyası və daha sonra Qərb cəbhəsində 29-cu Ordu Korpusuna komandan təyin olunmuşdur. Arden əməliyyatı zamanı Qərb cəbhəsində dislokasiya olunmuş 7-ci Orduya komandan təyin olunmuşdur. O, 6 may 1945-ci ildə amerikanlar tərəfindən əsir götürülmüş və 1948-ci ildə sərbəst buraxılmışdır.
Eupatorium brandegeanum
Ageratina brandegeana (lat. Ageratina brandegeana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Georq Brandes
Georq Morris Kohen Brandes (dan. Georg Morris Cohen Brandes; 4 fevral 1842, Kopenhagen – 19 fevral 1927) — Danimarka ədəbiyyatşünası, publisisti, naturalizm nəzəriyyəçisi. == Həyatı == Byörnstyerne Byörnson üslubi cəhətdən хalq ədəbiyyatı ilə səsləşən "Syunneve Sulbakken" (1857), "Arne" (1859), "Şən oğlan" (1860) povestlərində kənd həyatı idealizə edilirdi. Məşhur tənqidçi Georq Brandes 1886-cı ildə "Şən oğlan" povestini "norveçlilərin ağlını kədərli melanхoliya bataqlığından хilas etmək istəyən sağlamlaşdırıcı mehə" bənzətmişdi. 1888-ci ildə Georq Brandes Kopenhagen universitetində Fridrix Nitsşe fəlsəfəsindən dərs deməyə başlayır. Bir az geciksə belə. Nitsşe böyük bir filosof idi və özü də bunun fərqində idi. Dünyanın isə bunu bilməməsi imkansızdı. Selma Lagerlöf 1891-ci ildə ona bütün dünyada şöhrət qazandıracaq “Gosta Berlings saga” əsərini yazır. Roman, Avqust Strinberq, Henrix İbsenin və Skandinaviyanın o dövrdə yaşamış digər yazıcılarına xas olan realizmdən uzaq, romantik janrda yazılmışdı.
I Fridrix Vilhelm (Brandenburq kürfürstü)
I Fridrix Vilhelm (alm. Friedrich Wilhelm von Brandenburg‎; 16 fevral 1620[…], Berlin Şəhər Sarayı – 29 aprel 1688, Potsdam Şəhər Sarayı[d], Potsdam) — Brandenburq kürfürstü, Prussiya hersoqu. == Fəaliyyəti == Böyük kürfürüst (alm. Großer Kurfürst‎) adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı. O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi. Mahiyyət etibarilə ittifaqın üzvü hissəsi mənasını verir. Dövlətin ayrı-ayrı hissələri özlərinin vahid bir siyasi sistemin üzvləri kimi qəbul etməyə başladı. Ayrı-ayrı şəhərlərin və zadəgan mülklərinin imtiyazları azaldılırdı. Sərt idarəetmə sistemi yaradılırdı.
Imagine Branded Entertainment
Imagine Entertainment (əvvəllər Imagine Films Entertainment, həmçinin Imagine) — ABŞ kino şirkəti. Şirkət 1986-cı ildə Brayan Qreyzer və Ron Hovard tərəfindən birgə "Su pərisi" (1984) filminin uğurundan sonra əsası qoyulmuşdur. Şirkət digərləri ilə yanaşı, blokbaster filmləri olan "Apollo 13" (1995), "Ağıl oyunları" (2001) və "Da Vinçi şifrəsi" (2005) filmlərini istehsal etmişdir. "Imagine" şirkətinin "Imagine Features", "Imagine Television Studios", "Imagine Documentaries" və "Imagine Kids+Family" kimi törəmə şirkətləri var. Onun həmçinin, "Jax Media", "Jigsaw Productions" və "Marginal Mediaworks kimi törəmə şirkətləri var.
беси́ть волы́нить подрывни́к приню́хаться усыха́ть акклиматизацио́нный гидри́рование гипотирео́з диза́йнер забеле́ться реторома́нский скоре́йший ску́ченный состру́гиваться тоска́ фиани́т кизяк крагли dysphagia Pakistan tumorous вестибюль воодушевить разграничиться эллиптический