Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.
Doxsan dörd
Doxsan dörd — say sistemində ədədlərdən biridir. Doxsan üçdən sonra, doxsan beşdən əvvəl gəlir. Doxsan dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Dörd kitab
Dörd kitab (ərəbcə: الكتب الاربعة), İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır: əl-Kafi — müəllifi Əllamə Kuleyni; Mən la yəhduruhul-fəqih — müəllifi Şeyx Səduq; Təhzibul-Əhkam — müəllifi Şeyx Tusi; əl-İstibsar — müəllifi Şeyx Tusi. Şeyx Hürr Amili belə deyir : Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir. Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir : “Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”. "Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir” Altı kitab: Əhli-Sünnə məzhəbinin 6 əsas hədis kitabı. "Kutub-ərbəə — wikishia". az.wikishia.net (az.).
On dörd
On dörd — say sistemində ədədlərdən biridir. On üçdən sonra, on beşdən əvvəl gəlir. On dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz dörd
Otuz dörd — say sistemində ədədlərdən biridir. Otuz üçdən sonra, otuz beşdən əvvəl gəlir. Otuz dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 17 və 34 ədədlərinə qalıqsız bölünür.
Altmış dörd
Altmış dörd — say sistemində ədədlərdən biridir. Altmış üçdən sonra, altmış beşdən əvvəl gəlir. Altmış dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx dörd
Qırx dörd — say sistemində ədədlərdən biridir. Qırx üçdən sonra, qırx beşdən əvvəl gəlir. Qırx dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən dörd
Səksən dörd — say sistemində ədədlərdən biridir. Səksən üçdən sonra, Səksən beşdən əvvəl gəlir. Səksən dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 7, 12, 14, 21, 28, 42 və 84 ədədlərinə qalıqsız bölünür.
Yetmiş dörd
Yetmiş dörd — say sistemində ədədlərdən biridir. Yetmiş üçdən sonra, yetmiş beşdən əvvəl gəlir. Yetmiş dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi dörd
İyirmi dörd — say sistemində ədədlərdən biridir. İyirmi üçdən sonra, iyirmi beşdən əvvəl gəlir. İyirmi dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli dörd
Əlli dörd — say sistemində ədədlərdən biridir. Əlli üçdən sonra, əlli beşdən əvvəl gəlir. Əlli dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 6, 9, 18, 27 və 54 ədədlərinə qalıqsız bölünür.
Dörd Barmaq adası
Dörd Barmaq — Oxot dənizində, Qijiqin körfəzinin şimal sahillərində yerləşən kiçik ada. Rifovı burnundan 4 km cənub-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqəsi Evensk adadan 20 km aralıda yerləşir. İnzibati cəhətdən Maqadan vilayəti. ərazisinə daxildir.
Dörd Dağ adaları
Dörd Dağ adaları (ing. Islands of Four Mountains Islands) — Aleut arxipelaqında yerləşən bir qrup ada. Dəniz yolları ilə həmsərhəddir və qərbdə Amukta boğazı ilə Andreyanov adaları, həmçinin şərqdə Samalqa boğazı ilə Foks adaları arasında yerləşir. İnzibati cəhətdən adalar Amerikanın Alyaska ştatına aiddir. Bütün zəncirin uzunluğu 130 km, maksimum eni isə 35 km-dir. Buraya qərbdən şərqə zəncirlə uzanan bir sıra adalar daxildir: Amukta adası, Çaqulak, Yunaska, Herbert, Karlayl, Çuqinadak, Uliaqa və Kaqamil adaları. Onlardan ən böyüyü Yunaska (173,1 km²) və Çuqinadakdır (166 km²). Sonuncu əsasən aktiv Klivlend vulkanını təşkil edir. Bütün adalar qrupunun sahəsi 545.596 km²-dir və daimi əhalisi yoxdur. Bu adaların adını XIX əsrin birinci yarısında rus səyyahları adalardan dördünün aktiv vulkanlarına malik olduğuna görə vermişlər: Klivlend, Karlayl, Kaqamil və Herbert.
Dörd boya problemi
Dörd boya problemi — 1852-ci ildə Frensis Qutri tərəfindən təklif edilmiş riyazi məsələdir, hansı ki, aşağıdakı formada tərtib edilir:
Dörd böyük ixtira
Dörd böyük ixtira Dörd böyük Çin ixtirası — Orta əsrlərdə Çində icad edilən kompas, barıt, kağız və kitab çapının ümumi adıdır. Ad Çin elmini tədqiq edən dahi Britaniya tədqiqatçısı (ing. Joseph Needham) tərəfindən təklif edilmişdir. Gündüz vaxtı istiqamətləri təyin etmək üçün maqnit cihazı ilk dəfə 1044-cü ildə Çin kitabında xatırlanır. Təkmilləşdirilmiş kompas, 1088-ci ildə yazılmış bir yazıda Şen Ko tərəfindən ətraflı təsvir edilmişdir. "Vujing zonqyao" hərbi traktatında (1044), nitrat miqdarı 27 ilə 50 % arasında olan barıt hazırlamağın müxtəlif üsulları təsvir edilmişdir. Xubilay xan dövründə (1260–1294), İnçiüdə (çin. 扬州市 Yángzhōu shì) bir silah-sursat anbarında baş verən partlayış yüz mühafizəçinin ölümünə səbəb olmuşdu. O vaxtlar çinlilər barıt ilə doldurulmuş çuqun qumbaralardan istifadə edirdilər. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb.
Dörd fəsil (Vivaldi)
Dörd fəsil (Italian: Le quattro stagioni) – italyan bəstəkarı Antonio Vivaldi tərəfindən bəstələnmiş dörd violonçel üçün konsertlər dəsti. 1723 – cü ildə bəstələnmiş "Dörd fəsil" Vivaldinin ən məşhur əsəri olmaqla yanaşı, eyni zamanda Barokko dövrü musiqisinin də ən məşhur nümunələrindəndir. Dəstə daxil olan konsertlərin hər biri müxtəlif məzmun daşıyaraq, aid olduğu fəslin xüsusiyyətlərini əks etdirir. Məsələn "Qış" parlaq yüksək səsli notlarla bəzədildiyi halda, "Yay" özünün "Fırtına" da adlandırılan son hissəsində sanki fırtınanı səsləyir. Konsertlər ilk dəfə 1725 – ci ildə Vivaldinin on iki konsertdən ibarət op. 8 konsertlər seriyası kimi "Il cimento dell'armonia e dell'inventione" (Harmoniya və kəşf arasında yarışma) adıyla nəşr edilmişdir. İlk dörd konsret "Le quattro stagioni" adlandırılmış, həmin dörd konsertin hər biri daha sonra fəsillər kimi tanınmışdır. Hər konsert biri yavaş, ikisi isə bir qədər sürətli olmaqla üç parçadan ibarətdir. "Dörd fəsil" in yazılması zamanı çağdaş solo (tipik müasir solo və ya orkestrın müşayəti ilə solo) ifa tərzi hələ lazımı qədər tanımlanmamışdı. Vivaldinin solo violançelin ifası ilə skripka kvarteti və kontrabasın ifasını original şəkildə ayarlaması isə konsertin məzmununu tamamlamağa xidmət etmişdir.
Dörd fəsil xalçaları
Dörd fəsil xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbrizdə "Dörd fəsil" ənənəvi təsvirli xalçalar istehsal olunurdu (İlin dörd fəsli). Bu xalçalarda mövzu dəyişməz olaraq qalırdı, kompozisiya isə rəssasmın zövqü və baxışlarına uyğun dəyişirdi. Kompozisiyasına görə orta sahə hər biri ilin bir fəslini simvolizə edən ənənəvi dörd yerə ayrılır. Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub.
Dörd fəsil xalçası
Dörd fəsil xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbrizdə "Dörd fəsil" ənənəvi təsvirli xalçalar istehsal olunurdu (İlin dörd fəsli). Bu xalçalarda mövzu dəyişməz olaraq qalırdı, kompozisiya isə rəssasmın zövqü və baxışlarına uyğun dəyişirdi. Kompozisiyasına görə orta sahə hər biri ilin bir fəslini simvolizə edən ənənəvi dörd yerə ayrılır. Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub.
Dörd müqəddəs şəhər
Dörd müqəddəs şəhər - Yəhudi mədəniyyətində Qüds, Hebron, Tiberiya və Safed şəhərlərinə verilən ümumi ad.
Dörd nöqtəli ayıca
Dördnöqtəli ayıca (lat. Collimorpha dominula) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. Qanadları açılmış halda 50-52 mm uzunluğa malikdir. Ön qanadının uzunluğu 27-29 mm arasında dəyişir. Ön qanadları tünd qəhvəyi qara, yaşılımtıl rəngə çalır. Üzərində "v" şəklində sarımtıl ağ zolaq var. Arxa qanadları bir qədər açıq qırmızı rəngdədir. Qanadın yuxarı xarici kənarında uzunsov qara ləkə, altda isə qanadın ortasınada iki yumru qara rəngli ləkə mövcuddur. Sinə üzərində uzun qara zolaq keçir. Qarın nahiyəsi açıq qırmızıdır.
Dörd nöqtəli şibyəyeyən
Dördnöqtəli şibyəyeyən (lat. Litosia quadra) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. Kəpənəyi aurita növündən çox böyükdür. Qanadları açılmış halda 50–52 mm-dir. Ön qanadlar erkəklərdə sarı-boz, zirvəsi bir qədər tünddür. Dişilərdə mavi rəngdə ləkələr vardır. Arxa qanadlar boz rəngdə, bütün bədəni sarı rəngdədir. Erkəklərdə baş və döş narıncı sarı rəngdə olur. Tırtılı boz-qonur və ya qara rəngdə olub, qara-sarı tüklərlə örtülmüşdür. Üzərində qırmızı ziyilləri vardır, yan xətti sarı rəngdədir.
Dörd sadiq səhabə
Dörd sadiq səhabə — İslamın Şiə məzhəbinə görə İslam peyğəmbəri Məhəmmədin vəfatından sonrakı xilafət ixtilafında Peyğəmbərin əmisi oğlu və kürəkəni, Əhli-Beyt imamlarının birincisi olan Əli bin Əbu Talibi dəstəkləyən dörd sadiq səhabə nəzərdə tutulur. Bunlar aşağıdakılardır: Əbuzər Əmmar Miqdad Salman Salman ümumiyyətlə şiə ilahiyyatında bu dörd elit arasında ən uca şəxs hesab olunur. Məhəmməddən belə nəql olunur: İmanın on dərəcəsi var, Salman onuncu (yəni ən yüksək), Əbuzər doqquzuncu, Miqdad isə səkkizinci dərəcədir. Məhəmmədin səhabələri arasında Əliyə ən yaxın olanlara Məhəmmədin sağlığında şiət-Əli ("Əlinin tərəfdarları") deyilirdi. Cabir əl-Ənsaridən onlar haqqında aşağıdakı hədis rəvayət edilmişdir: Allah Rəsulu buyurdu: "Müjdələr olsun ey Əli! Həqiqətən, sən, səhabələrin və şiələrin cənnətdə olacaqlar." Bu səhabələr daha sonra “Əsl şiə” adlandırıldı. Abdullah ibn Abbas, Ubeyy ibn Kəb, Bilal ibn Rəbə, Məhəmməd ibn Əbu Bəkr, Malik Əştər və Hüzeyfə ibn əl-Yəman digər belə tərəfdarlar var idi. Bununla belə, yalnız dörd səhabə Əliyə sədaqətdə fərqlilik qazanmış olmalıdır.
Dörd ulduzlu general
Ordu generalı — bir çox ölkələrin quru və hava qüvvələrinin əsas vəzifəsi ordu komandanlığı olan general-polkovnik və marşal arasındakı hərbi rütbədir. NATO kodu OF-9-dur.
Şapurun Xosrovun yanına qayıtması
Şapurun Xosrovun yanına qayıtması — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Şapur Xosrovun şəkli vasitəsilə Şirində ona qarşı eşq oyatdıqdan sonra, Xosrova müjdə vermək üçün onun yanına qayıdır. Nizami poemada bu epizodu belə təsvir edir: Açıq çəmənlikdə zəngin bəzədilmiş çadır qarşısında saray əyanları və musiqiçilər əyləşmişlər. Təbiətin qoynunda, dağ döşündə kef məclisi qurulmuşdur. Qonaqlara naxışlı qablarda, üzəri sərpuşlarla örtülmüş yemək gətirilmişdir. Saqi qədəhlərə şərab süzür. Nimçələrdə meyvə və müxtəlif yeməklər görünür. Bəzəkli çadırda, qonaqların əhatəsində gənc Xosrov əyləşmişdir.
Dörd çinar məhəlləsi
Dörd çinar məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən hesab olunan bu məhəllə tarixə qovuşduğundan onun dəqiq yeri haqqında məlumat yoxdur. Belə nəql olunur ki, Dörd çinar məhəlləsi çox kiçik — tərkibində bir neçə ev olduğuna görə zamanla Təzə məhəlləyə birləşmişdir.
Yanina
Yanina (Ιωάννινα ή Γιάννενα) — Yunanıstanın şimal-qərbində yerləşən şəhər. Dəniz səviyyəsindən 480 metr yüksəklikdə , Selanikdən 209 kilometr cənub-qərbdə və Afinadan 311 kilometr şimal-qərbdə, İoannina gölünün sahilindədir. Eyniadlı icmanın inzibati mərkəzi (dima), eyni adlı periferiya vahidi, Epirus ətrafı və Epirus və Qərbi Makedoniyanın mərkəzləşdirilməmiş rəhbərliyi. 2011-ci il əhalinin siyahıya alınmasına görə əhali 65.574 nəfərdir. Sahəsi 17.355 kvadrat kilometrdir. Adı açıqlanmayan "möhkəmləndirilmiş polis" I Yustinian tərəfindən qədim Evria (Εύροια) sakinləri üçün inşa edilmiş , bəzi tədqiqatçılar Yanina ilə əlaqələndirirlər. Bu versiyanı təsdiqləyən heç bir arxeoloji tapıntı yoxdur. Yanina ilk qeyd yalnız 879-cu ildə , Nafpaktosun vikariya yeparxiyası ilə əlaqədardır. Anna Komnina heç bir izahat vermədən üç dəfə İoanninanın adını çəkdi. 1082-ci ildə şəhər müvəqqəti olaraq I Bohemondun rəhbərlik etdiyi Normanların hakimiyyəti altında idi.
Dərd
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Mariya Yanina
Mariya Yayna (d. 25 yanvar 1982) — Rusiyanı təmsil edən su poloçusu. Mariya Yayna, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Yanina Dyaqutite
Yanina Dyaqutite (lit. Yanina Degutytė; 6 iyul 1928, Kaunas – 8 fevral 1990, Vilnüs) – Litva şairəsi, tərcüməçi, uşaqlar üçün şeirlər müəllifi. Kaunasda, Nijnı Şantsda anadan olmuşdur. Valideynləri ilə birlikdə Kedanyay və Telşyayda bir neçə il yaşamışdır. Uşaqlıqdan bəri güclü olmayan sağlamlığı ilə seçilmişdir. 1948-ci ildə 7 saylı Kaunas gimnaziyasını bitirir. 1955-ci ildə Vilnüs Universitetinin litva dili və ədəbiyyatı üzrə təhsil aldığı tarix və filologiya fakültəsini bitirmişdir. Tauraqedəki uşaq kitabxanasında kitabxanaçı olaraq çalışır. Axşam məktəbində rus dilindən dərs deyir. Nemençində müəllim işləyir.
Yanina Sokolova
Yanina Sokolova (ukr. Соколова Яніна Михайлівна 6 mart 1984, Zaporojya) — Ukraynalı aktrisa, jurnalist və televiziya aparıcısı. Kanal 5-də «Randevu» və «Kino» verilişlərinin aparıcısı, həmçinin Youtube-da Axşam Yanina Sokolova kanalı ilə işləyir. 28 nömrəli Zaporojya Gimnaziyasını bitirib. Zaporojya Milli Universitetində psixoloq kimi təhsil alıb. I.K. Karpenko-Karoqo adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində teatr və kino aktyoru kimi təhsil almışdır. Karyerasına mətbuatda başlamışdır. Zaporojyanın "Telesiti" nəşriyyatında işləmişdir. 2000-ci ildə "Zaporojya seç" qəzetinin müxbiri kimi çalışmışdır. 18 yaşında Zaporojyanın TV5 kanalında təlim keçir.
Yanina Oxoyskaya
Yanina Mariya Oxoyskaya-Okonska (12 mart 1955, Qdansk) — Polşa ictimai xadimi, Polşa Humanitar aksiyasının prezidenti, astronom, siyasətçi. Yanina Zabjedəki 1-ci Ümumtəhsil Liseyini bitirib. O, Torundakı Nikolay Kopernik Universitetini bitirmiş, 1984-cü ilə qədər Polşa Elmlər Akademiyasının Astrofizika İnstitutunda (Torundakı Nikolay Kopernik Astronomiya Mərkəzi) çalışmışdır. Torundakı Cizvit Akademiyasında pastorluq fəaliyyəti ilə də məşğul olub. Torundakı Cizvit Akademiyasında pastorluq fəaliyyəti ilə də məşğul olub. O, Həmrəylik hərəkatının üzvü olub, hərbi vəziyyət dövründə samizdatda işləyib və hakimiyyət orqanlarının fəaliyyətindən zərər çəkən insanlara kömək edib. Yanina poliomielit diaqnozlu əlil uşaq olub. Əlil Uşaqlar İnstitutunda müalicə olunan Yaninanın həkimi Lex Veruş idi. 1984-cü ildə əməliyyat üçün Fransaya aparıldıqdan sonra burada o, humanitar yardım ideyası ilə tanış olur. EquiLibre Fondunda könüllü olmağa başlayan Yanina Polşa vətəndaşlarına humanitar yardım göstərmək üçün əlaqələr qurur.
Dolanlar
Dolanlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dolanlar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 23 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dolanlar kəndi 23 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin keçmiş adı Arqyuneş (Arguneş) olmuşdur. Kənd 1828-ci ildən sonra Şimali Farsdan köçmüş erməni ailələri tərəfindən yaradılmışdır. Arqyuneş ərazidəki dağın adıdır. Dolanar XIII əsrdə monqol basqınlarında iştirak etmiş dolan tayfasının adını əks etdirən eyniadlı soyaddır. Bu tayfanın adı qırğız və özbəklər arasında da geniş yayılmışdır [3]. Dolanlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İcma dağlıqdır, sahəsi 3085,1 ha, bunun 739,54 ha kənd təsərrüfatı, 2261,29 ha meşə torpaqlarıdır. Tarix-mədəniyyət abidələri: "Hənqət Eğtsi" kilsəsi (IX–X əsrlər), qəbiristanlıq (IX–X əsrlər), xaçkar (XII–XIII əsrlər).
Donanma
Hərbi dəniz qüvvələri, həmçinin donanma və ya flot — hərbi əməliyyatların okean və dəniz teatrlarında strateji və əməliyyat vəzifələrini həll etmək üçün nəzərdə tutulmuş silahlı qüvvələr növü. Hərbi dəniz qüvvələri həm müstəqil əməliyyatlar keçirməklə, həm də silahlı qüvvələrin digər qolları ilə birgə səylərlə öz problemlərini həll edir. Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərin və rusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Dolanan dağı
Dolanan – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Ağsal şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Şahbulaq kəndindən 3 km şimalda dağ (hünd. 1660,3 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının nüvə hissəsində yerləşir. Zirvəsindən submeridional istiqamətli fay qırılması keçir. Yamaclarında şimal-şərq və şimal-qərbə uzanan qırılmalar müşahidə olunur. Yerli əhali bəzən dağı Dolanay dağı adlandırır.
Donanma Cəmiyyəti
Donanma Cəmiyyəti gerçək adı ilə Donanma-yı osmani Muavenet-i Milliyə Cəmiyyəti — 19 iyul 1909-cu ilda Yağcızade Şefik bəy adında bir tacirin liderliyində qurulan, xalqdan və vətəndaş təşkilatlardan maddi yardım əldə edib Osmanlı Donanmasını gücləndirməyi qarşısına məqsəd qoyan bir təşkilatdır.
Donanma gəmisi
Donanma daşıyıcısı və ya donanma gəmisi bir ölkənin donanmasının əsas donanması ilə işləməsi üçün nəzərdə tutulmuş təyyarə daşıyıcısıdır. Bu termin, İkinci Dünya müharibəsi zamanı donanma gəmisini müşayiət gəmilərindən və digər daha az qabiliyyəti olan gəmilərdən fərqləndirmək üçün hazırlanmışdır. Bir çox orta ölçülü daşıyıcılardan əlavə, super daşıyıcılar və bəzi yüngül daşıyıcılar da donanma daşıyıcıları kimi təsnif edilirlər. Aşağıdakılar tam siyahı deyildir, lakin İkinci Dünya Müharibəsi zamanı aktiv olan donanma gəmilərinin üç növündən bəzi nümunələr müqayisə edilərək əlaqə təqdim edilmişdir.
Dorud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Ford
Ford Motor Şirkəti (ing. Ford Motor Company) — ABŞ-nın ən böyük avtomobil şirkətlərindən biri. Ford Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilmişdir. Şirkətin vitse-prezident və baş mühəndis vəzifələrini də o icra edirdi. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilmişdi. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil yığırdılar. 1906-cı ildə Henri Ford şirkətin prezidenti və əsas sahibkarına çevrildi. Şirkətin mərkəzi Miçiqanda yerləşir. İlk Ford avtomobili 23 iyul 1903-cü ildə satılmışdır. Şirkət məşhur T modelini 1908-1926-cı illər arasında istehsal etməyə başladı.
Nord
Nord adası
Janna Dark
Janna d'Ark (təq. 6 yanvar 1412, Domremi[d], Fransa krallığı – 30 may 1431, Ruan, Normandiya, İngiltərə və Fransa ikili monarxiyası[d]) — Arklı Janna, Fransanın milli qəhrəmanı. Janna d'Ark 1412-ci il, yanvar ayının 6-da Fransanın şimal-şərqində Məzə çayının kənarında yerləşən Domeremi kəndində anadan olmuşdu. Onun atası Jak d’Ark əkinçiliklə məşğul olurdu, anası İzabelin 5 uşağı vardı. Ortancıl övladları olan Janna ailənin adi uşaqlarından biri idi. Onu o dövrdə həmyaşıdlarından fərqləndirən tək bir amil vardı. Bu da d’Arkın dinə böyük hörmət bəsləməsi və bu məsələdə özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu "Tanrının və Həzrəti Məryəmin xidmətçisi" adlandırmışdı. Janna d’Arkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən 100 illik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 1415-ci ildə İngiltərə kralı V Henri Fransa ordusunu məğlub edərək, ölkəni işğal etdi.
Marina Lapina
Marina Lapina (6 mart 1981, Volqoqrad) — Azərbaycanı təmsil edən yüngül atlet. Marina Lapina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, çəkic atma turnirində 55.34 metr nəticə göstərdi və təsnifat mərhələsini 46-cı pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Gözəl Yaxina
Gözəl Yaxina (tatar. Гүзәл Шамил кызы Яхина; 1 iyun 1977, Kazan) — rus dilli tatar yazıçısı, məşhur “Züleyxa gözlərini açır” (tatar. “ Зөләйха күзләрен ача ”, rus. “Зулейха открывает глаза”) romanının müəllifi, “Böyük kitab” və “Yasnaya Polyana” mükafatları laureatı. Gözəl Şamil qızı Yaxina 1 iyun 1977-ci ildə Kazanda həkim və mühəndis ailəsində anadan olub. Üç yaşına qədər o yalnız tatarca danışıb, uşaq bağçasında rus dilini öyrənməyə başlayıb. 131 nömrəli Fizika-Riyaziyyat Liseyində və sənət məktəbində oxuyub. Kazan Dövlət Pedaqoji İnstitutunun Xarici dillər fakültəsini bitirib. Hələ orta məktəbdə oxutyarkən kino sənətinə maraq göstərib, senariləri öyrənməyə başlayıb. O, müxtəlif dövrlərdə ictimaiyyətlə əlaqələr, tərcümə, reklam, marketinq sahələrində çalışıb.
Mentha ranina
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Rosa canina
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Roza Şanina
Roza Şanina (rus. Роза Егоровна Шанина; 3 aprel 1924 – 28 yanvar 1945) — İkinci dünya müharibəsi dövründə 3-cü Belorusiya Cəbhəsinin qadın snayperlərdən ibarət ayrıca taqımının snayperi, "Şöhrət" ordeni laureatı, bu mükafatı alan ilk qadın snayperlərdən biri. 59 düşmən əsgər və zabitinin öldürüldüyü təsdiqlənib. Roza Şanina 3 aprel 1924-cü ildə Voloqda quberniyasının Velski rayonunun Edma kəndində çoxuşaqlı ailədə anadan olub.
Vanina Vanini
Vanina Vanini (fr. Vanina Vanini) — əsl adı Mari-Henri Beyle olan fransız yazıçı Stendalın 1829-cu ildə nəşr olunmuş povesti. Fransız yazıçısı Stendalın “Vanina Vanini” povesti italyan vətənpərvərlərin (Karbonarilər) Avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir. Öz vətənlərinin azadlığı uğrunda döyüşən xalqa hüsnü-rəğbətini gizlətməyən Stendal, gənc karbonari – Tyetro Missirillinin parlaq surətini yaradır. Pyetronun qəlbindəki inqilabi borc hissi kübar və həm də gözəl Vaniniyə olan məhəbbət hissi ilə daima mübarizə aparır. Vanini isə Missirilinin yalnız ona məxsus olmasından ötrü karbonarilərin ittifaqını düşmənə satır, lakin Missirili əqidəsindən dönməyərək Vaniniyə olan məhəbbətindən imtina edir və məsləkdaşları ilə vətənin azadlığı uğrundakı mübarizəsini davam etdirir. Əsər Vidadi Paşayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kirilcə 1969-cu ildə Gənclik, latınca 2017-ci ildə Bakı Kitab Klubunda 80 səhifədə nəşr edilib. "Vanina Vanini (povest)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib.
Viola canina
Viola canina (lat. Viola canina) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola pulchella Salisb. Viola sylvestris Lam. Viola sylvestris var. typica Maxim. Viola canina subsp. canina Viola canina subsp. ruppii (All.) Schübl. & G.Martens Viola canina subsp.
Yuliya Sanina
Yuliya Sanina (əsl adı Yuliya Aleksandrovna Qolovan; 11 oktyabr 1990, Kiyev, Ukrayna SSR) — Ukraynalı müğənni, The Hardkiss qrupunun solisti. Yuliya Qolovan 11 oktyabr 1990-cı ildə Kiyevdə musiqiçi ailəsində anadan olmuşdur. Üç yaşında ilk dəfə səhnədə atasının rəhbərlik etdiyi ansamblın müşayiəti ilə oxumuş, sonra uşaq şou-qrupunda müxtəlif musiqiləri səsləndirmişdir. Caz qrupunun tərkibində də solist kimi çıxış edirdi. 2005-ci ildə Yuliya Caz və Estrada üzrə uşaq musiqi məktəbini bitirib. Sonra Taras Şevçenko adına Kiyev Milli Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. Universitetdə oxuyarkən jurnalistika ilə maraqlanırdı. 2006-cı ildən 2008-ci ilədək Sister Siren qrupunun solisti olmuşdur. 2016-cı ildə Yuliya Sanina STB telekanalında "X-Faktor" şousunun yeddinci mövsümündə münsiflər heyətinin üzvü və müəllim oldu. Smurflar: İtirilimiş kənd cizgi filminin ukraynca dublyajında Şirinəni səsləndirmişdir.
İrina Yasina
İrina Yevgeniyevna Yasina (rus. Ири́на Евге́ньевна Я́сина; 18 may 1964, Moskva) — iqtisadçı, publisist, hüquq müdafiəçisi, 2008-2011-ci illərdə Rusiya Prezident yanında Vətəndaş Cəmiyyəti İnstitutlarının İnkişafı və İnsan Hüquqları Şurasının üzvü. O, əlillərin hüquqlarını müdafiə edən çıxışları ilə tanınır. Rusiya Yəhudi Konqresinin ictimai şurasının üzvüdür. Mixail Xodorkovskinin yaratdığı fondun direktoru, Açıq Rusiya Fondunun proqramlar direktoru, Regional Jurnalistika Klubunun rəhbəri, Rusiya Mərkəzi Bankının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Liberal Missiya Fondunun vitse-prezidenti, "2008-ci il Komitə"sinin üzvü olub. İrina Yevgeniyevna Yasina 18 may 1964-cü ildə Rusiyanın məşhur iqtisadçısı Yevgeni Yasinin ailəsində anadan olub. Atası Yevgeni Yasin (1934-2023), Rusiyanın İqtisadiyyat Naziri olub. Anası Yasina (Fedulova) Lidiya Alekseyevna (1939-2012) evdar qadın idi. Ana tərəfdən babası - Böyük Vətən müharibəsi iştirakçısı Aleksey Stepanoviç Fedulov (1906-1942)almanlara əsir düşmüş, əsirlikdə həlak olmuş və Bergen-Belzen əsir düşərgəsində dəfn edilmişdir. O, ateist ailədə böyüyüb.