Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yumurta döyüşdürmə
Yumurta döyüşdürmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. ==Yalan məlumat Yumrta döyüşdürmə oyunu Novruz bayramının çərşənbələrindən başlamış oğlan uşaqları və cavanlar tərəfindən icra olunan oyun-əyləncələrdən biridir. Bəzi bölgələrdə hətta Böyük Çillənin gəlişi ilə bu oyun oynanılmağa başlayır. Yumurta döyüşdürmə oyununda həm çiy-bişməmiş, həm də bişmiş, rənglərlə ala-bəzək boyanmış yumurtalardan istifadə olunur. Döyüşmədən əvvəl tərəflərin razılığı ilə yumurtalar dəyişdirilərək dişə vurub bərk-boşluğu yoxlanılır. Bu, "yumurtanı dadma" adlanır. Bilinəndə ki, döyüşdürülən yumurtalardan biri diğərininkindən bərkdir, boş olan yumurtanın sahibi, ona: — Əy, vurum, — deyir. "Əy, vurum" yumurtanın sivri tərəfindən azca aşağı nişan qoymaq deməkdir. Uşaqların daha çox sevdiyi, bu günlərdə yaşayan həmin adət əyləncəli bir səhnəyə çevrilir: Kimin oyun yumurtası çox sınarsa, o da sınıqları yır-yığış eləyir, qalib qəhrəmanlar kimi sevinir. Bu oyunda hiylə və məharət qalib gəlir: "Sən tut, mən vurum", "Bunu mən tuturam, onu sən tut", "Gəl yumurtaları dəyişib, vuraq", "Gəl dadışaq", "Yox, sənin yumurtan ziyilidir" və s.