Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəhliz-ilbiz siniri
Dəhliz-ilbiz siniri —
Dəhliz (orta qulaq)
Dəhliz (lat. vestibulum labyrinthi et vestibulum auris) — labirintin mərkəzi hissəsini təşkil edir; ilbiz ondan önə və içəriyə, yarımdairəvi kanallar dala, bayır və yuxarı tərəfə yerləşir. == Oval pəncərə (orta qulaq) == == İlbiz pəncərəsi (orta qulaq) == == Mənbələr == İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh.
Sonsuz dəhliz (film, 2015)
Sonsuz dəhliz (ing. Endless Corridor) — litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan sənədli filmi. Film Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət! təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır. Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. O, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları — erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər.
Əhali
Əhali — Yer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. Bizim eranın əvvəlində Yer kürəsində təqribən 230 mln, birinci minilliyin sonunda — 275 mln, 1800-cü ildə — 1 mlrd, 1900-cü ildə — 1,6 mlrd, 1960-cı ildə — 3 mlrd, 1999-cu ildə 6 mlrd nəfər yaşayırdısa, 1 iyul 2009-cu ildə bu rəqəm 10 768 167 712 nəfər oldu. 2050-ci ilə proqnoz — 9,2 мilyard nəfər götürülür. 1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir. 2016-cı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr: əhalinin sayı və onun artım dinamikası demoqrafik proseslərin intensivliyi: doğum, ölüm, təbii artım, kəbin yerləşmə, urbanizasiya, miqrasiya yaş-cins tərkibi və ailə göstəriciləri təhsil səviyyəsi irq, dil, etnos və din tərkibi ac adamların sayı, onların kəmiyyət və keyfiyyət göstəriciləri. Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60–70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı.
Laçın dəhlizi
Laçın dəhlizi — 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhliz olub. Bu iki ərazi arasında yeganə yol olmaqla, o, çox vaxt Dağlıq Qarabağ sakinləri üçün “həyat xətti” kimi təsvir edilmişdir. 1994-cü ildə Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra qondarma Dağlıq Qarabağ Respublikası nəzarəti altında idi. Lakin rəsmi olaraq Azərbaycan Respublikasının Laçın rayonunun bir hissəsidir. Dəhliz de-yure Azərbaycanın Laçın rayonundadır, lakin 2020-ci il Dağlıq Qarabağ barışıq sazişindən sonra Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Dəhlizin ərazisinə 2022-ci ilə qədər Zabux, Sus kəndləri və Laçın şəhərinin özü daxil idi. Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir. Əvəzində isə Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasından elektrik alır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Laçın dəhlizi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 26 avqust 2022-ci ildə Laçın dəhlizi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Orenburq dəhlizi
Kuvandık (Quandıq) dəhlizi və ya Orenburq dəhlizi (başq. Ҡыуандыҡ/Ырымбур коридоры, qaz. Қуандық/Орынбор коридоры (дәлізі), rus. Кувандыкский коридор, Оренбургский коридор) — Başqırdıstan ilə Qazaxıstanı ayıran Orenburq vilayətinin Kuvandık (Quandıq) və Qay rayonları üçün işlənilən geosiyasi ifadə. Bu ifadə akademik olaraq 2013-cü ildə ilk dəfə Pol Qobl iştədib. Onun fikrincə, Başqırdıstannan Qazaxıstanın ümumi sərhədin mövcudluğu Başqırdıstan və başqa İdil Ural respublikaların (Başqırdıstan, Tatarıstan, Mordoviya, Çuvaşıstan, Mari El və Udmurtiya) Rusiya Federasiyasının tərkibindən çıxmağı ilə nəticələnə bilər. Onnan Ukraynalı araşdırmaçı Pavlo Podobed də həmfikirdir. Halbuki, 6 İdel Ural respublikadan heç birində hazırda Rusiya Federasiyasının xarici sərhədlərinə çıxışı olmadığına görə, siyasətşunaslar və tarixçilər onların potensial müstəqillik qazanmasına şübhə ilə yanaşırlar. Tatarıstan Respublikasının Elmlər Akademiyasının Şihabetdin Mərcani adına tarix institutunun direktoru, Rafael Xəkimovun fikrinə görə bolşeviklər tatarlar ilə qazaxları ayırmaq məqsədi ilə Orenburq vilayətinə rusları, kazakları və ukraynalıları köçürdürdü: <…> Orenburqun əsasını tatarlar Asiya ilə ticarət üçün qoyub. Yavaş-yavaş nəyinki tatarlar azlıqda qalıb, tatarları qazaxlardan ayıran oblast qurulub.
Suvalki dəhlizi
Suvalki dəhlizi " (ing. Suwalki Gap, pol. Przesmyk suwalski; amerikan hərbi terminologiyasında "SK dəhlizi") — Belarusu Rusiyanın Kalininqrad vilayəti ilə birləşdirən, təxminən 100 kilometr uzunluğunda olan hipotetik quru "dəhlizi"dir. Hazırda Polşanın Litva ilə sərhədi bu ərazidən keçir. Dəhlizin adı onun ərazisində yerləşən Polşanın Suvalki şəhərinin adından götürülmüşdür. Suvalki dəhlizi NATO-nun xarici sərhədlərinin ən həssas hissəsi və mümkün Rusiya təcavüzü üçün ehtimal olunan hədəf hesab edilir. Belə ki, Suvalki dəhlizinin ələ keçirilməsi Baltikyanı ölkələrin (Estoniya, Latviya və Litva) digər NATO üzvləri ilə faktiki quru əlaqəsini kəsə bilər. Ehtiyatda olan polkovnik Viktor Baranetsin sözlərinə görə, 2017-ci ildə NATO-da bəzi generallar hesab edirdilər ki, NATO-nun qüvvələr qruplaşması Suvalki dəhlizi boyunca Rusiyanın təcavüzünün qarşısını 36 saatdan 60 saata kimi dəf edə bilər. Lakin unutmaq olmaz ki, Rusiya ilə NATO arasında hərbi münaqişə olarsa ABŞ-nin yüksək dəqiqlikli silahları altı saat ərzində Rusiyanın əsas infrastruktur obyektlərini məhv edə və onu müqavimət qabiliyyətindən məhrum edə biləcək. 2017-ci ildə Litva ərazisində keçirilən "Dəmir Qurd 2017" təlimi zamanı NATO-nun doqquz ölkəsinin hərbçiləri Suvalki dəhlizinin qorunması üzrə hərbi əməliyyatlara hazırlaşdılar.
Vahan dəhlizi
Vahan dəhlizi (fars. واخان‎) — Əfqanıstanın şimal-şərqindəki, uzun, ensiz ərazi. Dəhliz ölkəni Çinlə həmsərhəd, Pakistanı isə Tacikistandan ayırır. Vahan dəhlizinin şimal hissəsi Pamir dağlarına, cənub -qərb hissəsi Hinduquş dağlarına aiddir. Ərazi Əfqanıstanın Bədəxşan vilayətinin tərkibinə daxildir Bu dəhlizin uzunluğu 220 km, eni isə 16–64 km arasında dəyişir. Bu ərazi ölkənin ən hüdür bölgəsi hesab olunur. Orta hündürlük 1700 m-dir. Dəhliz şərqdən Şərqi Türküstan, şimaldan Tacikistanın Dağlıq Bədaxşan Muxtar Vilayəti, cənubdan isə Pakistanın Hayber-Paxtunxva və Hilgit-Baltistan əyaləti ilə həmsərhəddir. Dəhlizin şərqində, Doğu Türküstanla hüdudda Cənub Vahcirdavan aşırımı var (4923 m). Bu aşırım dünyanın ən hündür sınır keçid birimlərindən biri sayılır.
Valyuta dəhlizi
Valyuta dəhlizi — valyuta məzənnəsinə dövlət və maliyyə institutlarının inzibati təsiri şəraitində çevik və qabaqcadan məlum olan valyuta məzənnəsi. Maliyyə-iqtisadi vəziyyətin sabitliyini pozan böhran hadisələrinin qarşısını almaq məqsədi ilə müəyyən olunur. İqtisadi inkişafın mənfi meyillərini yumşaldan təbii amillərin zəifləməsi zamanı valyuta dəhlizinin tətbiqi məqsədəuyğundur. Valyuta dəhlizinin fəaliyyət göstərmə mexanizmi ondan ibarətdir ki, valyuta məzənnəsinin nəzarət olunan dəyişməsi iqtisadi vəziyyətdəki real dəyişikliklərə uyğun olaraq baş verir. Lakin valyutaların məzənnə nisbətlərinin dəyişməsi prosesi birja sessiyaları zamanı görünməmiş (bəzən müzaidənin iştirakçıları tərəfindən qəsdən törədilən) hərəkətlərin təsirinə məruz qalmır. Başqa sözlə, məzənnə nisbətlərinin dəyişməsi və valyuta məzənnəsinin müəyyən edilməsi yalnız ciddi məhdudlaşdırılmış və normativ-hüquqi aktlarla möhkəmlənmiş hədlərdə tərəddüd edə bilər. Mahiyyətcə valyuta dəhlizinin tətbiqi iqtisadiyyatda real dəyişikliklərə uyğun olaraq valyutaların məzənnə nisbətlərindəki üzən və əvvəlcədən bilinən dəyişikliklərin zəruriliyinin hökumət tərəfindən qəbul və eyni zamanda məzənnələrin əsaslandırılmayan artması, yaxud azalması hesabma möhtəkirlik əməliyyatlarının (və müvafiq olaraq mənfəətin) həyata keçirilməsi imkanının kəsişməsi deməkdir. Valyuta dəhlizi iqtisadi vəziyyəti tam dəqiqləşdirməyə və deməli, xarici iqtisadi əməliyyatların aparılması zamanı riski azaltmağa imkan verir. Bu, bütövlükdə bütün iqtisadiyyat üçün kifayət qədər ciddi sabitləşdirici amildir. Lakin bu amil o vaxta qədər müsbət hesab oluna bilər ki, valyuta dəhlizinin fəaliyyət göstərməsi nəticələri işin real vəziyyətinə uyğun gəlir.
Zəngəzur dəhlizi
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizi. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Azərbaycan SSR hökuməti 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb edir. 10 avqust 1920-ci il tarixində RSFSR ilə Birinci Ermənistan Respublikası arasında bir müqavilə bağlanır. Müqavilənin şərtlərinə görə RSFSR-in Qırmızı Ordusu Ermənistanla Azərbaycan SSR arasında mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrini nəzrətə götürür. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarılır. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olunur. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunUR. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur – əhalisinin bir hissəsi kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv.
Kuvandık dəhlizi
Kuvandık (Quandıq) dəhlizi və ya Orenburq dəhlizi (başq. Ҡыуандыҡ/Ырымбур коридоры, qaz. Қуандық/Орынбор коридоры (дәлізі), rus. Кувандыкский коридор, Оренбургский коридор) — Başqırdıstan ilə Qazaxıstanı ayıran Orenburq vilayətinin Kuvandık (Quandıq) və Qay rayonları üçün işlənilən geosiyasi ifadə. Bu ifadə akademik olaraq 2013-cü ildə ilk dəfə Pol Qobl iştədib. Onun fikrincə, Başqırdıstannan Qazaxıstanın ümumi sərhədin mövcudluğu Başqırdıstan və başqa İdil Ural respublikaların (Başqırdıstan, Tatarıstan, Mordoviya, Çuvaşıstan, Mari El və Udmurtiya) Rusiya Federasiyasının tərkibindən çıxmağı ilə nəticələnə bilər. Onnan Ukraynalı araşdırmaçı Pavlo Podobed də həmfikirdir. Halbuki, 6 İdel Ural respublikadan heç birində hazırda Rusiya Federasiyasının xarici sərhədlərinə çıxışı olmadığına görə, siyasətşunaslar və tarixçilər onların potensial müstəqillik qazanmasına şübhə ilə yanaşırlar. == Tarix == Tatarıstan Respublikasının Elmlər Akademiyasının Şihabetdin Mərcani adına tarix institutunun direktoru, Rafael Xəkimovun fikrinə görə bolşeviklər tatarlar ilə qazaxları ayırmaq məqsədi ilə Orenburq vilayətinə rusları, kazakları və ukraynalıları köçürdürdü: <…> Orenburqun əsasını tatarlar Asiya ilə ticarət üçün qoyub. Yavaş-yavaş nəyinki tatarlar azlıqda qalıb, tatarları qazaxlardan ayıran oblast qurulub.
Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi — Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. == Layihənin məqsədi == Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. == Əsas şirkətlər == Müxtəlif layihələrdə iştirak edən əsas şirkətlər: Axpo (İsveçrə), BOTAŞ (Türkiyə), BP (Böyük Britaniya), Enagás (İspaniya), Fluxys (Belçika), LUKoyl (Rusiya), Naftiran Intertrade (Iran), Petronas (Malayziya), SOCAR (Azərbaycan), Statoil (Norveç), Total (Fransa) və TPAO (Türkiyə).
Beynəlxalq nəqliyyat dəhlizi
Beynəlxalq nəqliyyat dəhlizi (nəqliyyat dəhlizi, BND) — ictimai yerüstü nəqliyyatı (dəmir yolu, avtomobil yolu, çay) və telekommunikasiyanı ümumi sahələrdə cəmləşdirən yüksək texnologiyalı nəqliyyat sistemi. BND vahid gömrük və ya iqtisadi məkan daxil olmaqla, güzəştli rejim şəraitində ən səmərəli fəaliyyət göstərir. Material, maliyyə və informasiya axınlarının konsentrasiyası ekspeditor xidmətlərinin yüksək keyfiyyəti ilə birləşərək kapital dövriyyəsinin sürətləndirilməsini, ödəniş və digər sənədlərin keçidinin sinxronlaşdırılmasını təmin edir. Ən geniş inkişaf etmiş nəqliyyat dəhlizləri Ümumavropada yerləşir. Avropa İttifaqı 2005-ci ildə yeni nəqliyyat siyasəti qəbul etdi və bu siyasətdə dəniz magistrallarına mühüm rol verilir. Şimal-Şərqi Asiyanın nəqliyyat dəhlizləri şəbəkəsi Trans-Sibir dəmir yolu və TRACECA nəqliyyat dəhlizi ilə birlikdə Cənubi və Şimal dəniz Avrasiya ticarət marşrutlarına alternativdir. == Adları == Nəqliyyat dəhlizlərinin və beynəlxalq dəniz ticarət marşrutlarının hər biri öz təyinatına malikdir: “Şimal — Cənub” (Şərqi, Mərkəzi Avropa və Skandinaviya ölkələri — Rusiya Federasiyasının Avropa hissəsi — Azərbaycan — İran — Hindistan, Pakistan və s.) — NS; "Transsib" (Mərkəzi Avropa — Moskva — Yekaterinburq — Krasnoyarsk — Xabarovsk Pan-Avropa nəqliyyat dəhlizi Vladivostok / Naxodka və onun filialları sistemi (Sankt-Peterburq, Kiyev, Novorossiysk, Qazaxıstan, Monqolustan, Çin və Koreyaya); Rusiyada və qonşu ölkələrdə o, birləşir. 2, 3 və 9 nömrəli ümumavropa dəhlizləri ilə) — TS; “Şimali dəniz yolu” (Murmansk — Arxangelsk — Kandalakşa — Dudinka) — SMP; “Primorye-1” (Harbin — Qrodekovo — Vladivostok/Naxodka/Vostochnı — Asiya-Sakit okean regionunun limanları) — PR1; “Primorye-2” (Hunçun — Kraskino — Posyet/Zarubino Pan-Avropa nəqliyyat dəhlizi Asiya-Sakit okean regionunun limanları) — PR2; 1 nömrəli Pan-Avropa nəqliyyat dəhlizi (Latviya ilə sərhəd dəhlizinin əsas istiqamətindən qolu (Riqadan) — Kalininqrad — Polşa ilə sərhəd (Qdanska)) Pan-Avropa nəqliyyat dəhlizi PE1; 2 nömrəli Pan-Avropa nəqliyyat dəhlizi (Belarusla sərhəd (Minskdən) — Smolensk — Moskva — Nijni Novqorod, Yekaterinburqa təklif olunan uzadılması ilə) — PE2; 9 nömrəli Pan-Avropa nəqliyyat dəhlizi (Finlandiya ilə sərhəd (Helsinkidən) — Sankt-Peterburq — Moskva — və dəhlizin qolları Sankt-Peterburq — Belarusiya ilə sərhəd (Vitebskə) və Litva ilə sərhəd (Vilnüsdən) — Kalininqrad) — PE9. == İstinadlar == == Ədəbiyyat == Орлов Б. П. Развитие транспорта СССР. 1917—1962. М., 1963; Ламин В. А., Пленкин В. Ю., Ткаченко В. Я. Глобальный трек: развитие транспортной системы на востоке страны.
Əhali coğrafiyası
Əhali coğrafiyası - iqtisadi coğrafiyanın əhalinin tərkibini, yerləşməsini, məskunlaşmasını və yaşayış məntəqələrini öyrənən sahəsi.
Əhali iqtisadiyyatı
Əhali iqtisadiyyatı — demoqrafik proseslərin iqtisadiyyata təsirini araşdıran demoqrafiyanın bir qolu. İqtisadi demoqrafiya əvvəlcə həm sosial-iqtisadi şəraitin demoqrafik proseslərə təsirini, həm də demoqrafik amilin sosial-iqtisadi dinamikaya təsirini nəzərə alırdı. Hələ 1970-ci illərdə iqtisadi demoqrafiya, istehsal və istehlak prosesi ilə əlaqədar olaraq əhalinin yaş-cins quruluşunu araşdıran demoqrafik elmin bir hissəsi kimi başa düşülürdü . Bununla birlikdə, tədricən ilk istiqamət (tez-tez birbaşa təsir adlanır) "təmiz" demoqrafiyanın tədqiqat obyektinə çevrildi, iqtisadi demoqrafiyanın üstünlüyü isə demoqrafik proseslərin iqtisadi qiymətləndirilməsi (əks təsir) oldu. İqtisadi demoqrafiya “demoqrafiya” termininin yalnız XIX əsrdə tətbiq olunduğunu nəzərə alsaq, nisbətən gənc bir elmdir. 1940-cı illərdə xarici elm adamları (əvvəlcə Amerikalı demoqraf S. Volfbayn) tərəfindən aparılan tədqiqatlar, sözdə iş dövrü cədvəllərinin və ya əhalinin iqtisadi fəaliyyət cədvəllərinin ortaya çıxmasına səbəb oldu. Fransız sosioloq Alfred Sovi ("üçüncü dünya" konsepsiyasının müəllifi) 1960-cı illərdə. çox ibtidai metodlarla da olsa nəslin "gəlirliliyini" tədqiq etdi. 1960-cı illərin əvvəllərində. Macar alimi E. Valkoviç iqtisadi yaş piramidalarının çox qiymətli metodu inkişaf etdirdi.
Əhali sıxlığı
Dializ (geoloji termin)
Dializ (geoloji termin) -' kolloid məhlulları həqiqi məhlul halında olan maddə qarışıqlardan təmizləmək üçün diffuziya qanunlarına əsaslanmış üsul. Molekulyar-həll olmuş maddələri (elektrolit) keçirən, lakin kolloid hissəcikləri buraxmayan məsaməli membranadan istifadə edilir. Gillərin tədqiqində, əsasən, davamlı suspenziyalar almaq məqsədilə həll olan duzların su suspenziyalarını kənar etmək üçün tətbiq edilir. Dializ sabit elektrik cərəyanı sahəsində daha da tezləşir və bu halda elektrodializ adlanır. == Həmçinin bax == Kolloidlər Diffuziya Elektrolit Gillər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Dehbariz
Rudan — İranın Hörmüzgan ostanının şəhərlərindən və Rudan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,060 nəfər və 6,302 ailədən ibarət idi.
Dekalin
Dekalin, dekahidronaftalin, perhidronaftalin, bitsiklo-[4.4.0]-dekan, C10H18 — alitsiklik karbohidrogendi; rəngsiz, güclü iyə malik mayedir.. == Xassələri == Dekalin suda həll olmur, sirkə turşusunda müəyyən dərəcədə həll olur, dietil efirində və xloroformada tam həll olur. == Sis-trans-izomerləşmə == == Alınması == Sənayedə dekalin izomerlərin qarışığı olaraq alınır (adətən 60% cis-dekalin və 40% trans-dekalin) katalitik hidrogenləşmə naftalin : == Tətbiqi == Dekalin bir çox üzvi birləşmələrin və polimerlərin yaxşı həlledici maddəsidir. == Mənbə == Кнунянц И. Л. и др.
Laçın dəhlizi (film, 1993)
Laçın keçidi və ya Laçın dəhlizi — Türk rejissor Kuban Uğur İlhanın filmi. == Məzmun == Film I Qarabağ müharibəsində Laçın dəhlizinin qorunması uğrunda aparılan mübarizədən bəhs edir. Rejissor filmdə müharibənin bir neçə gününü lentə almışdır. Və bunu göstərməklə heç də hər hansı bir tərəfin haqlı və haqsız olduğunu sübut eləmək istəməmiş və əsərin də elə üstün tərəfi də budur. Uğur İlhan filmdə həm də əsas rollardan birinin ifaçısıdır. Film Laçın keçidinin ermənilər tərəfindən xəyanətkarlıqla zəbt olunmasına həsr edilmişdir. Ermənistandan Dağlıq Qarabağa ana yol bu keçiddən keçir və bu keçidin stratejik dəyərlərini bilən ermənilər də buranı necə olursa-olsun elə keçirməyə can atırdılar. Filmdə işğalın müxtəlif anları təsvir edilməkdədir. Film Türkiyənin TGRT televiziyasında göstərilmişdir.
Denali
Denali (ing. Denali, 1896-2015-ci illərdə Mak-Kinli dağı ing. Mount McKinley) — Alyaskanın Denali rayonunda 6,190 metr (20,308 ft) hündürlüyü ilə Şimali Amerikanın ən yüksək dağı. Dağın ətrafındakı ərazidə yaşayan Koyukon xalqı əsrlər boyu zirvəyə “Denali” deyirdi. 1896-cı ildə bir qızıl kəşfiyyatı, o zamankı prezidentliyə namizəd William McKinley-ni dəstəkləmək üçün "McKinley Mount" adını verdi; bu ad 1917-ci ildən 2015-ci ilə qədər ABŞ - ın Federal hökuməti tərəfindən tanınan rəsmi ad idi. 2015-ci ilin avqustunda, Alyaska əyalətinin 1975-ci il rəhbərliyindən sonra Birləşmiş Ştatların Daxili İşlər Nazirliyi dağın rəsmi adının Denali olaraq dəyişdirildiyini elan etdi. 1903-cü ildə Ceyms Vikkerşam, Denaliyə dırmaşmaq üçün ilk uğursuz cəhdini etdi. 1906-cı ildə Frederik Kuk dağı fəth etdiyini iddia etdi, lakin bu təsdiqlənməmişdir və onun qanuniliyi şübhə altına alınır. Denalinin zirvəsinə ilk təsdiqlənən yüksəlişə 7 iyun 1913-cü ildə, Cənub zirvəsinə dırmanan alpinistlər Hudson Stuk, Harri Karstens, Valter Harper və Robert Tatum imza atılmışdır. 1951-ci ildə Bradford Vaşburn ən təhlükəsiz və ən asan yol hesab edilən və buna görə də hazırda istifadə edilən ən populyar olan Qərbi Buttress marşrutunu kəşf etdi.
Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi
TRASEKA (abreviatur ing. TRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir. == Məqsədləri == Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (abreviatur ing. International North-South Transport Corridor ) — 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulmuşdur. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulmuşdur. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya etmişdir (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). == Məqsədləri == Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir). Şimali və Qərbi Avropa – Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulur: Qafqaz – Fars körfəzi (Qərb marşrutu); Mərkəzi Asiya – Fars körfəzi (Şərq marşrutu); Xəzər dənizi – İran İslam Respublikası – Fars körfəzi (Mərkəzi marşrut). == İştirakçı ölkələr == === Azərbaycan === "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq, aşağıdakı tədbirlər görülüb: Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib; Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub; Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib. Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam edir. Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün: 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib; İran İslam Respublikası ərazisində Rəşt – Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir. 28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara – Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş" imzalanıb.
Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi
Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi— 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülmüşdü. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutmuşdu. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir. Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub.
Dehli
Dehli (hind. दिल्ली, pənc. ਦਿੱਲੀ, urdu دِلّی‎, ing. Delhi, köhnə adı Şahcahanabad) — Hindistanın böyüklüyünə görə ikinci böyük şəhəri (Mumbaydan sonra), Hindistanın ittifaq ərazisi statusuna malikdir (Dehli milli paytaxt dairəsi). Hindistanın şimaında Yamuna çayının sahilində yerləşir.
Rəy Əl Əhali (qəzet)
"Rəy Əl Əhali" (qəzet) — gündəlik, ictimai, siyasi qəzet. Qəzetin ilk sayı 1959-cu il sentyabrın 6-sı ərəb dilində dərc edilib. Digər nömrələri isə həftəlik olaraq dörd səhifədə Kərkük Bələdiyyə mətbəəsində çap edilib. Bir müddət Kərkükdən kənarda Səlahəddin mətbəəsində çap edilib. Qəzetin təsisçisi Siddiq Bulukini, baş yazarı isə vəkil Mehmet Mərdan Qələmçi idi. İlk sayında dərc edilmiş “Əhdafuna”, yəni “Məqsədimiz” sərlövhəli məqalədə: ifadəsi ilə demokratiya anlayışını ortaya qoyurdu. Qəzetin kin, nifrət dolu məqalələri cəmiyyətdə toplumlar arasında bir-birinə pislik etməyə qədər gedib çıxan anlaşılmazlıq və uyğunsuzluq yaratmağa yönəlmişdi. Nəşrin təsisçisi tərəfindən reallaşdırılan bu ayrı-seçkilik yolunu təhlükəli hesab edən məsul redaktor Qələmçi vəzifəsindən ayrıldı, onun yerinə isə süleymaniyyəli vəkil Siddiq Abdullah Muxtar təyin edildi. Bu şəxs də qısa müddət sonra ağır və məsuliyyətli işi tərk etdikdən sonra onun əvəzinə təqaüddə olan kifrili bölgə üzrə dövlətin rəsmi səlahiyyətli rəhbəri, vəkil Nazim Vandavi bu vəzifəyə təyin edilib. Daha sonra qəzetin bu işini süleymaniyyəli vəkil Mahmud Tofiq aparıb, lakin qəzetin sahibi Siddiq Əli Bulukininin naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə 1963-cü il fevralın 8-i “Rəy Əl Əhali”nin rəsmi şəkildə fəaliyyəti dayandırılıb.
Türkiyə-Yunanıstan əhali mübadiləsi
Türkiyə-Yunanıstan əhali mübadiləsi — 1923-cü ildə Yunanıstan, Türkiyə və Bolqarıstan arasında məcburi əhali mübadiləsi. Yunanıstanın 1919-1922 İkinci Yunan-Türk müharibəsində məğlubiyyətinin və Lozanna Sülh Müqaviləsinin bağlanmasının nəticəsi idi. Yunanıstan ilə Türkiyə Böyük Millət Məclisi arasında 30 yanvar 1923-cü il tarixində imzalanan Konvensiya və Protokola uyğun olaraq 1 may 1923-cü ildən həyata keçirilir. Mübadilə təxminən 2 milyon insanı əhatə edir və xüsusilə Kiçik Asiya və Şərqi Trakyanın yunan əhalisi ilə əlaqəli bir məcburiyyət xarakteri daşıyır. Mübadilənin əsas məqsədi keçmiş Osmanlı İmperiyası ərazisində formalaşmış dövlətlərin milli tərkibini homogenizasiyalaşdırmaq və potensial etnik-dini azlıqlar tərəfindən separatizmin inkişafının qarşısını almaq olur. Yunanıstan ilə Türkiyə arasında mübadilə dini (etnik deyil) əsaslarla həyata keçirildi. Beləliklə yunan dilində danışan müsəlmanlar Yunanıstan ərazisini tərk etmək məcburiyyətində qaldı (xüsusən Krit - Krit müsəlmanları), yarımadanın içərisindən gələn xristianların əksəriyyətinin onsuz da yunan dilini itirərək türk dilini ana dili bilməsinə baxmayaraq Türkiyəni tərk etdi. Yunanıstan və Bolqarıstan arasında mübadilə etnik xətt üzrə baş verdi. Bolqarıstan və Türkiyə məcburi əhali mübadiləsi aparmadı. Eyni zamanda, demək olar ki, bütün pravoslav bolqarlar Türkiyə ərazisini tərk etdi.
Türkiyə–Yunanıstan əhali mübadiləsi
Türkiyə-Yunanıstan əhali mübadiləsi — 1923-cü ildə Yunanıstan, Türkiyə və Bolqarıstan arasında məcburi əhali mübadiləsi. Yunanıstanın 1919-1922 İkinci Yunan-Türk müharibəsində məğlubiyyətinin və Lozanna Sülh Müqaviləsinin bağlanmasının nəticəsi idi. Yunanıstan ilə Türkiyə Böyük Millət Məclisi arasında 30 yanvar 1923-cü il tarixində imzalanan Konvensiya və Protokola uyğun olaraq 1 may 1923-cü ildən həyata keçirilir. Mübadilə təxminən 2 milyon insanı əhatə edir və xüsusilə Kiçik Asiya və Şərqi Trakyanın yunan əhalisi ilə əlaqəli bir məcburiyyət xarakteri daşıyır. Mübadilənin əsas məqsədi keçmiş Osmanlı İmperiyası ərazisində formalaşmış dövlətlərin milli tərkibini homogenizasiyalaşdırmaq və potensial etnik-dini azlıqlar tərəfindən separatizmin inkişafının qarşısını almaq olur. Yunanıstan ilə Türkiyə arasında mübadilə dini (etnik deyil) əsaslarla həyata keçirildi. Beləliklə yunan dilində danışan müsəlmanlar Yunanıstan ərazisini tərk etmək məcburiyyətində qaldı (xüsusən Krit - Krit müsəlmanları), yarımadanın içərisindən gələn xristianların əksəriyyətinin onsuz da yunan dilini itirərək türk dilini ana dili bilməsinə baxmayaraq Türkiyəni tərk etdi. Yunanıstan və Bolqarıstan arasında mübadilə etnik xətt üzrə baş verdi. Bolqarıstan və Türkiyə məcburi əhali mübadiləsi aparmadı. Eyni zamanda, demək olar ki, bütün pravoslav bolqarlar Türkiyə ərazisini tərk etdi.
Əhali prinsipi haqqında esse
Populyasiya haqqında esse - kitabı ilk dəfə 1798-ci ildə anonim olaraq nəşr olunub, lakin tezliklə müəllifin Tomas Robert Maltus olduğu müəyyən edildi. Kitabda əhalinin həndəsi irəliləyişlə artmasının (hər 25 ildən 2 dəfə artması) ilə bağlı gələcək çətinliklər barədə, qida istehsalının isə arifmetik irəliləyişlə artıb, qida çatışmazlığına səbəb olacağı, doğum nisbətləri azalmazsa aclıq ola biləcəyi ilə bağlı xəbərdarlıqlar yer alır. Əhalinin sayı haqqında ilk kitab olmasa da, Maltusun kitabı Britaniyada əhalinin sayı ilə bağlı mübahisələri qızışdırdı və 1800-cü il siyahıyaalınması haqqında qanunun qəbul edilməsinə gətirib çıxardım Bu qanun İngiltərə, Uels və Şotlandiyada 1801-ci ildən başlayaraq bu günə qədər hər on ildən bir davam edən milli siyahıyaalınma aparmağa imkan verdi. Kitabın 1826-cı ildəki 6-cı nəşri həm Çarlz Darvin, həm də Alfred Russel Uollesə təbii seçmə nəzəriyyəsinin inkişafında əsas təsir göstərən əsərlərdən olmuşdur. Kitabın əsas hissəsi indi Maltusun Əhali Qanunu kimi tanınan qanuna həsr edilmişdir. Nəzəriyyə iddia edir ki, artan əhali nisbəti əmək təklifinin artmasına kömək edir və istər-istəməz əmək haqqını aşağı salır. Əslində, Maltus əhalinin davamlı artımının yoxsulluğa səbəb olacağından qorxurdu. 1803-cü ildə Maltus eyni başlıq altında əsərinin əsaslı şəkildə yenidən işlənmiş ikinci nəşrini nəşr etdi. Onun son variantı, 6-cı nəşri 1826-cı ildə nəşr olundu. 1830-cu ildə, ilk nəşrdən 32 il sonra, Maltus daha geniş əsərin tənqidlərinə cavabları özündə əks etdirən Əhali Prinsipinə Xülasə Baxış adlı yığcam versiyanı nəşr etdi.
Erigeron denalii
Erigeron denalii (lat. Erigeron denalii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Dehliq (Vərziqan)
Dehliq (fars. دهليق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Denali (dağ)
Denali (ing. Denali, 1896-2015-ci illərdə Mak-Kinli dağı ing. Mount McKinley) — Alyaskanın Denali rayonunda 6,190 metr (20,308 ft) hündürlüyü ilə Şimali Amerikanın ən yüksək dağı. Dağın ətrafındakı ərazidə yaşayan Koyukon xalqı əsrlər boyu zirvəyə “Denali” deyirdi. 1896-cı ildə bir qızıl kəşfiyyatı, o zamankı prezidentliyə namizəd William McKinley-ni dəstəkləmək üçün "McKinley Mount" adını verdi; bu ad 1917-ci ildən 2015-ci ilə qədər ABŞ - ın Federal hökuməti tərəfindən tanınan rəsmi ad idi. 2015-ci ilin avqustunda, Alyaska əyalətinin 1975-ci il rəhbərliyindən sonra Birləşmiş Ştatların Daxili İşlər Nazirliyi dağın rəsmi adının Denali olaraq dəyişdirildiyini elan etdi. 1903-cü ildə Ceyms Vikkerşam, Denaliyə dırmaşmaq üçün ilk uğursuz cəhdini etdi. 1906-cı ildə Frederik Kuk dağı fəth etdiyini iddia etdi, lakin bu təsdiqlənməmişdir və onun qanuniliyi şübhə altına alınır. Denalinin zirvəsinə ilk təsdiqlənən yüksəlişə 7 iyun 1913-cü ildə, Cənub zirvəsinə dırmanan alpinistlər Hudson Stuk, Harri Karstens, Valter Harper və Robert Tatum imza atılmışdır. 1951-ci ildə Bradford Vaşburn ən təhlükəsiz və ən asan yol hesab edilən və buna görə də hazırda istifadə edilən ən populyar olan Qərbi Buttress marşrutunu kəşf etdi.
Denali dağı
Denali (ing. Denali, 1896-2015-ci illərdə Mak-Kinli dağı ing. Mount McKinley) — Alyaskanın Denali rayonunda 6,190 metr (20,308 ft) hündürlüyü ilə Şimali Amerikanın ən yüksək dağı. Dağın ətrafındakı ərazidə yaşayan Koyukon xalqı əsrlər boyu zirvəyə “Denali” deyirdi. 1896-cı ildə bir qızıl kəşfiyyatı, o zamankı prezidentliyə namizəd William McKinley-ni dəstəkləmək üçün "McKinley Mount" adını verdi; bu ad 1917-ci ildən 2015-ci ilə qədər ABŞ - ın Federal hökuməti tərəfindən tanınan rəsmi ad idi. 2015-ci ilin avqustunda, Alyaska əyalətinin 1975-ci il rəhbərliyindən sonra Birləşmiş Ştatların Daxili İşlər Nazirliyi dağın rəsmi adının Denali olaraq dəyişdirildiyini elan etdi. 1903-cü ildə Ceyms Vikkerşam, Denaliyə dırmaşmaq üçün ilk uğursuz cəhdini etdi. 1906-cı ildə Frederik Kuk dağı fəth etdiyini iddia etdi, lakin bu təsdiqlənməmişdir və onun qanuniliyi şübhə altına alınır. Denalinin zirvəsinə ilk təsdiqlənən yüksəlişə 7 iyun 1913-cü ildə, Cənub zirvəsinə dırmanan alpinistlər Hudson Stuk, Harri Karstens, Valter Harper və Robert Tatum imza atılmışdır. 1951-ci ildə Bradford Vaşburn ən təhlükəsiz və ən asan yol hesab edilən və buna görə də hazırda istifadə edilən ən populyar olan Qərbi Buttress marşrutunu kəşf etdi.
Nyu-Dehli
Yeni Dehli (hind. नई दिल्ली, pənc. ਨਵੀਂ ਦਿੱਲੀ, urdu نئی دلی, benq. নতুন দিল্লি, ing. New Delhi) — Hindistanın rəsmi paytaxtı, Dehli şəhərinin rayonu. 42,7 km² ərazisi var, Hindistan hökuməti və Dehli şəhər hökumətinin rezidensiyası burada yerləşir.
Nyu Dehli
Yeni Dehli (hind. नई दिल्ली, pənc. ਨਵੀਂ ਦਿੱਲੀ, urdu نئی دلی, benq. নতুন দিল্লি, ing. New Delhi) — Hindistanın rəsmi paytaxtı, Dehli şəhərinin rayonu. 42,7 km² ərazisi var, Hindistan hökuməti və Dehli şəhər hökumətinin rezidensiyası burada yerləşir.
Yeni Dehli
Yeni Dehli (hind. नई दिल्ली, pənc. ਨਵੀਂ ਦਿੱਲੀ, urdu نئی دلی, benq. নতুন দিল্লি, ing. New Delhi) — Hindistanın rəsmi paytaxtı, Dehli şəhərinin rayonu. 42,7 km² ərazisi var, Hindistan hökuməti və Dehli şəhər hökumətinin rezidensiyası burada yerləşir.