Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dənəvərbığlı uzunbığ
Dənəvərləşdirilmiş şlak
Dənəvərləşdirilmiş şlak - domna və marten sobalarında metal əridilməsində istifadə olunan odadavamlı qum qarşılıqlı gillərdən ibarət kərpici rəngində tullantıların termiki şəraitdə dənəvərləşdirilməsi ilə alınır. Bu üsulla alınan şlaklar həm yüngül, həm də yüksək dərəcədə məsaməli olurlar (ümumi həcminin 70 %-dən çox). Neft mədəni yerlərində mazutlaşmış və bitumlaşmış torpaqlann rekultivasiyasında yağlı-qatranlı kütlənin parçalanmasında daha doğrusu rekultivasiya qatının yaradılmasında fəallaşdırıcı maddə kimi istifadə edilir.
Qar dənəsi
Qar dənəsi — yetərli bir ölçüyə çatmış, Yerin atmosferi'ə qar şəklində düşən tək bir buz kristalı. Hər bir dənə həddindən artıq soyuq olan bulud su damcılarını cəlb edərək, həddindən artıq doymuş hava kütlələrindəki bir toz hissəciyinin ətrafında damcıya dönür və donaraq kristal şəklində toplanır. Qar dənəsi atmosferdə müxtəlif temperatur və rütubət zonalarında hərəkət etdikcə mürəkkəb formalarda meydana çıxır ki, nəticədə hər bir qar dənələri bir-birindən öz detalları ilə fərqlənir. Onlar səkkiz geniş təsnifat və ən azı 80 fərdi variantlar üzrə təsnif edilə bilər. Buz kristalları üçün birləşmələrin meydana çıxa biləcəyi əsas formalar - iynəvari, sütunvari, lövhəvari və çubuqvari formalardır. Qar şəffaf buzdan əmələ gəlməsinə baxmayaraq ağ rəngdə görünür. Bu, qar dənələrinin kiçik kristallik küncləri tərəfindən bütün işıq spektrinin diffuzion əks olunması ilə əlaqədardır. Qar dənələri mineral və ya üzvi hissəciklərin ətrafında rütubət ilə doymuş, dondurulmuş hava kütlələrində nüvələşir. Onlar altıbucaqlı formalardakı başlanğıc kristallara yığılaraq böyüyürlər. Birləşən qüvvələr ilk növbədə elektrostatikdir.
Qar dənəsi (qorilla)
Qar dənəsi (isp. Copito de Nieve, kat. Floquet de Neu; 1964 — 24 noyabr 2003) — zooloji müşahidələr nəticəsində indiyənə kimi qeydə alınmış yeganə albinos qorilla. Bu erkək qorilla uzun zaman İspaniyanın Barselona zooparkında yaşamışdır. Qar dənəsi Qərb düzənlik qorillası yarımnövünə aid olmuşdur. Rəsmi məlumata görə bu canlı İspaniya Qvineyası ərazisində 1966-cı ildə tutulmuşdur. Sonra isə Barselona şəhərinə gətirilmişdir. İlk əvvəllər onu ovlayan ovçunun dilində (famnq dili) Nfumu Ngui olaraq adlandırılır. Bu sözün hərfi mənası isə "Ağ qorilla" anlamını verir. Qorilla 15 000 pesetaya satın alınır.
Dəfnə
Dəfnə (lat. Laurus) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl ağaclardırdır. Arxeoloji qazıntılardan məlum olur ki, dəfnə ağacı əvvəllər Aralıq dənizi ətrafında və Afrikanın şimalında mövcud olmuşdur. Hazırda Aralıq dənizi ətrafında, Kanar adalarında və Cənubi Qafqazın qərbində rast gəlinir. Adaphus Neck. Appella Adans.
Dəhnə
Dəhnə (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Dəhnə (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Dəhnə (coğrafiya) — çayın dənizə tərəf geniş açılmış qıfabənzər mənsəbi.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər. Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Dəyə
Dəyə — qarğıdan və digər materiallardan düzəldilmiş komacıq, alaçıq və ya qazma. Üstüörtlü, yanları açıq olan tikililər müasir dövrdə Azərbaycanın baramaçılıqla məşğul olan əhalisinin kənd yerlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat tikililərinidə (kümxanaları) dəyə adlandırırlar.
Gənə
Gənə- tünd qırmızı qəhvəyində yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrində vardırlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım- Kongo qanamalı qızdırma(KKKA) sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür. KKKA xəstəliyi gənə dişləməsindən 1-3 gün içində (ən çox 9 gün ) qızdırma, qırıqlıq, baş ağrısı, halsızlıq, oynaq ağrıları, iştahsızlıq, bəzən qusma, qarın ağrısı və ishalla başlar. Bədənin dəyişik yerlərində özbaşına yaranan göyərmələr, burun qanaması və qan itirməyə davam edər.
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Çənə
Çənə — ağız ətrafında yerləşən, çeynəmə funksiyasını yerinə yetirən sümükdür. Çənə iki hissədən ibarətdir: alt çənə və üst çənə. Üst çənə (lat. maxilla) kəllə beyinə birləşir. Alt çənə isə çənə qovşağı vasitəsilə kəllə beyinə bağlıdır. Çənə qovşağı insan orqanizmində iki tərəfli hərəkət edən yeganə birləşmədir. Məməlilərdə o, həm aşağı-yuxarı, həm də sağa-sola hərəkət edir. Çənənin bağlanmasını yerinə yetirən əzələlər olduqca möhkəmdir. Bununla yanaşı çənəni açan əzələlər olduqca zəifdirlər. İnsanda və bir çox heyvanlarda çənənin açılmasına Yerin cazibə qüvvəsi kömək edir.
Böyük Dəhnə
Böyük Dəhnə — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Acınohur gölündən 10 km. aralı, Turut çölündədir. Oykonim böyük (ölçü bildirir) və dəhnə (fars. "çay ağzı, keçid, suyun əsas mənbədən ayrıldığı yer, suvarma kanalının ağzı, sukeçirən yer, arx başı, arx başında bənd") komponentlərindən düzəlib, "böyük arx başı" mənasındadır. 1902-ci ildə kəndin ərazisində aparılan araşdırmalar zamanı burada üzərində qədim yunan yazıları olan abidə tapılmışdır. Abidənin I-II əsrlərə aid olduğu güman edilir. Şəki ərazisi olsa da iqlimi Mərkəzi Aran iqliminə daha yaxın iqlimdi. Kəndin əhalisi 5418 nəfər təşkil edir ki, onun da 2675 nəfəri kişi, 2743 nəfəri isə qadındır. Gülyanaq Məmmədova — Yüksək dərəcəli vokalist – Müğənni.
Birhürgüclü dəvə
Birhürgüclü dəvə (lat. Camelus dromedarius) — dəvə cinsinə aid heyvan növü. Təbii halda birhürgüclü dəvələrə rast gəlinməsi mümkün deyil. Əsasən, Afrika və Ərəbistan yarımadasında yayılmışdır.
Dinə Qaripova
Dinə Fəhim qızı Qaripova (tatar. Динә Фәһим кызы Гарипова; 25 mart 1991, Zelenodolsk, Tatarıstan) — tatar Rusiya müğənnisi, Rusiya "Birinci" kanaldakı "Голос" (azərb. «Səs»‎) müsabiqəsin qalibi, Tatarıstan Respublikasının əməkdar artisti. Dina 2013 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "What If" mahnısı ilə təmsil edib və Rusiyaya 5-ci yeri qazandırıb.
Dönə yallı
Dönə yallı – Adətən çox halda qadınların, az halda isə kişilərin ifa etdikləri, ifa olunarkən – "yar dönə, dönə" - sözündən götürülən yallıda cavan oğlan sevgilisindən xahiş edir ki, ona tərəf dönsün. Qədim Azərbaycan xalq mahnısının musiqisi altında ifa olunan "Dönə yallı"da mahnısını yallıbaşı oxuyur. Beşiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu olan "Dönə yallı" Şərur Xalq Yallı kollektivinin repertuarında özünəməxsus yer tutmaqla inkişaf etdirilməkdədir.
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Dədə Qorqud
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Dədə Saqi
Dədə Saqi (fars. دده سقي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (88 ailə).
Dədə Əfəndi
Dədə Əfəndi (9 yanvar 1778 – 29 noyabr 1846) — XIX əsr Türkiyə bəstəkarı. Dədə Əfəndi 9 yanvar 1778–ci ildə İstanbulda doğulmuşdur. Lap gənc yaşlarından musiqini öyrənməyə başlamışdır. Yeniqapı Mövləbixanəsində 1001 gün oxuyaraq "Dədə" olmuşdur. İlk əsərlərini 16 yaşında yazan bəstəkar dövrünün böyük bəstəkarı olan III Səlimin diqqətini cəlb etmişdir. Padşah baş musiqiçi və müsahib kimi onu saraya gətirmişdir. Dədə Əfəndi Həccə getmiş, orada Xolera xəstəliyinə tutularaq 30 noyabr 1846-cı ildə orada vəfat etmişdir. Məkkədə Həzrəti Xədicənin ayaq tərəfində basdırılmışdır. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil.
Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycanlı aşıq. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Dəfnə (nimfa)
Dəfnə (yun. Δάφνη) Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çixmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə kecməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
Dəhnə (Quba)
Dəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dəhnə oyk., sadə. Şabran r-nunun Çuxurazəmi i.ə.v.-də kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır; Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin tam adı Dəhnə Püstəqasım olmuşdur. Kənd Rustov kəndinə gedən yolun başlanğıcında, iki dağ arasından keçən yeganə keçiddir. Bu keçid eyni zamanda Qələşdov enişinin başlanğıcıdır. Kəndin adı da onun coğrafi mövqeyi ilə bağlı yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 422 nəfər əhali yaşayır.
Dəhnə (coğrafiya)
Dəhnə və ya estuari (lat. aestuarium, su basmış mənsəb) – dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi. Estuari çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması, çayın gətirdiyi materialların qabarma-çəkilmə və ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. Estuari dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. Bununla əlaqədar Estuari nadir fiziki və bioloji əlamətləri ilə səciyyələnir. Estuarilər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur ki, estuarilərin daim qorunması və səmərəli istifadəsi tələb olunur. Estuari mənsəbli çaylara Ob, Yenisey, Parana, Müqəddəs Lavrenti, Kolumbiya, Kolorado, Konqo, Taxo, Murrey aiddir.
Dəhnə (səhra)
Dəhnə və ya Kiçik Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən səhra. Səhra ensiz (20–70 km) və uzunsov formada yayılmışdır. 1200 km şimaldan cənub-şərqə uzanır. Şimaldan Böyük Nefud səhrası və cənub-şərqdən isə Rub-əl-Xali səhrası ilə birləşir. Qərbdən Tuvayk dağları ilə əhatələnir. Şərqdən Əl-Xasa səhrasına keçir. 100 qərbdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhəri yerləşir.
Dəhnə (Şabran)
Dəhnə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəhnə Dəvəçi rayonunun Çuxurəzəmi inzibati ərazi vahidində kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır.
Dəhnə dağı
Dəhnə dağı — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin cənub-qərb qurtaracağında, Dəmirçi kəndindən 8 km qərb-şimal-qərbdə, "Qurdqapısı" keçidindən 3 km cənub-qərbdə dağ (hünd. 1154,2 m). Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Saraclıdağ sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Dərnə döyüşü
Dərnə döyüşü — 5 oktyabr 1911-ci il və 18 oktyabr 1912-ci il tarixlərində Tripoli müharibəsi əsnasında Dərnəyi ələ keçirmək istəyən italyanlar arasında gedən döyüş. İtalyan qoşunları 1 oktyabr 1911-ci ildə Tripolinin mühasirəsini elan etdikdən üç gün sonra şəhərə daxil olduqda, bir qrup italyan ilk donanması Birliyin önünə gələndə şəhər ağsaqqalları bir heyət göndərdi və admiraldan şəhəri bombalamamasını istədi. Admiral Presbitero, şəhərdəki Osmanlı qüvvələrinin təslim olduqları və Osmanlı qüvvələrinin təslim olmaq şərtilə bombardmanlardan imtina edəcəyini açıqlamışdı. Komandir Mustafa Kamal Atatürk 8 dekabr 1911-ci ildə Misir və Tunis vasitəsilə bir qrup könüllü zabitlə gizli şəkildə Liviyaya gəldi. Dekabrın 22-də o, komandanlığı altında könüllü hərbçilərlə birlikdə Tobruk döyüşündə italyan qoşunlarını məğlub etdi. Dənizə püskürən italyanlar, çimərlikdə lövbərlənmiş hərbi artilleriya dəstəyi sayəsində quruda qalmağı bacardılar. Liviyada ilk dəfə olaraq, İtaliya ordusu müharibədə kəşf və hava-yer hücumu üçün təyyarələrdən istifadə etdi. Baş qərargah rəisi vəzifəsinə irəli çəkilən Mustafa Kamal 16 yanvar 1912-ci ildə təyyarədən atılan bomba ilə sol gözündən yaralanmışdır. Bir ay xəstəxanada müalicə olunmasına baxmayaraq bomba yarası Mustafa Kamalın gözünə qalıcı ziyan vurdu. İtalyan qoşunları Sunini partizanlarının əksəriyyətinə qarşı müvəffəq ola bilmədi və hərbi artilleriya atəşi ilə qorunan sahil ərazisindən kənara çıxa bilmədi.
Vətən mənə oğul desə
Filmdə Azərbaycanın milli qəhrəmanı, çavuş Etibar İsmayılovun Azərbaycan torpaqlarının erməni qəsbkarlarından qorunması və döyüş dostlarının həyatını xilas etmək üçün düşmən tankının altına atılaraq, onu məhv etməsindən, igidlik və şücaət göstərməsindən danışılır. Azərbaycan əsgərləri ordumuzun tarixində ilk dəfə belə qəhrəmanlığın şahidi olmuşdur. Film Ağcabədi Pambıq Zavodunun sifarişi ilə çəkilmişdir.
Vətən Mənə Oğul Desə (1996)
Decne.
Jozef Deken (fr. Joseph Decaisne, 7 mart 1807[…], Brüssel[d] və ya Brüssel – 8 fevral 1882[…], Paris) — Belçika mənşəli fransız botaniki. Maison rustique du XIX siècle. Encyclopédie d’horticulture pratique, cours de jardinage, rédigé sous la direction de M. Decaisne (1836). Recherches anatomiques et physiologiques sur la garance, sur le développement de la matière colorante dans cette plante, sur sa culture et sa préparation, suivies de l’examen botanique du genre Rubia et de ses espèces (1837). Histoire de la maladie des pommes de terre en 1845 (1846). Flore élémentaire des jardins et des champs, accompagnée de clefs analytiques et d’un vocabulaire des termes techniques, par Emmanuel Le Maout et J. Decaisne (2 volumes, 1855). Le Jardin fruitier du Muséum, ou Iconographie de toutes les espèces et variétés d’arbres fruitiers cultivés dans cet établissement avec leur description, leur histoire, leur synonymie (9 volumes, 1858–1875). Manuel de l’amateur des jardins, traité général d’horticulture, par MM. Jh Decaisne, Ch. Naudin (4 volumes, 1862–1871).
Dena
Dena — İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir. Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Deneb
Deneb — Qu bürcünün α ulduzu. Deneb (/ dɛnɛb /), ayrıca α CYGNE (Latinised alpha CYGNE, qısaldılmış Alpha Cyg, α Cyg) olaraq ifadə edilmişdir və Cygnus bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 1.25 olub, gecə səmasının 19-cu ən parlaq ulduzudur. Deneb açıq mavi rəngli ifratnəhəng olmaqla yanaşı həmçinin ən parlaq ulduzlardan biridir. Bununla birlikdə bu ulduza qədər dəqiq məsafəni (və buna görə də işılığı) təyin etmək çox çətindir; təxminən 55.000 və 196.000 dəfə Günəşin kimi parlaqdır. Denebin Yerdən uzaqlığı dəyişkəndir. Fərqli mənbələr 1600 - 3200 işiq ili arasında olduğunu irəli sürür. Qeyd etmək lazımdır ki, bu uzaqlıqdakı bir ulduzun məsafəsinin təyini parallaksı çox kiçik olduğundan olduqca çətindir. Denebin diametri Günəşinkindən 200 - 300 dəfə böyük olub parlaqlığına görə 60000 - 250000 dəfə daha parlaqdır. Bilinən ulduzların içində ən nəhənglərindəndir.
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Nene
Nene — bildirə bilər: Nene — Havay adalarında quş. təxəllüs və idmançı adları: Olinto di Karvalo, Erminio — braziliyalı futbolçu, müdafiəçi. Olinto di Karvalo, Klaudio -braziliyalı futbolçu, yarımüdafiəçi. Migel da Silva, Anderson — braziliyalı futbolçu, hücumçu.
Cene
Cene (it. Cene) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 15 kilometr (9 mil) şimal-şərqdə yerləşir. Əhalisi 3927 nəfər, əhalinin sıxlığı 491 nəfər/km²-dir. Sahəsi 8 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 035.
Rene
Rene — ad. Rene Genon — fransız filosof, mistik yazıçı. Rene İgita — Kolumbiyalı futbolçu Rene Kassen — İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin müəllifi Rene Defonten — fransız botaniki Rene Russo — ABŞ aktrisası. Rene Rillon — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Rene Vaqner (üzgüçü) — Lüksemburqlu keçmiş üzgüçü. Rene Dekart — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. Rene Laennek — fransız həkimi və anatomu Rene O'Konnor — Amerika pop və ritm-end-blüz müğənnisi. Rene Uellek — Çexiyalı-Amerikalı ədəbiyyatşünas, tənqidçi Rene Koti — 1954–1959 illərdə Fransa Respublikasının 17-ci prezidenti.
Denea
Hoveya (lat. Howea) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi. Denea O.F.Cook Grisebachia Drude & H.Wendl. Howea belmoreana (C.Moore & F.Muell.) Becc.
Vətən mənə oğul desə (film, 1996)
Dene-Qafqaz dilləri
Dene-Qafqaz dili Şimal yarımkürəsində danışılan geniş şəkildə ayrılmış dil qruplarını əhatə edən dilçi alimlər tərəfindən təklif edilmiş bir dil ailəsidir. Bu dil ailəsinə: Asiyada Çin-Tibet dilləri, Yenisey dilləri, Burushaski və Şimali Qafqaz dilləri; Şimali Amerikada Na-Dene dilləri ; və Avropada vaskonik dillər (o cümlədən bask dili) daxildir. Xüsusilə Şimali Amerika Na-Dene ilə Sibir Yeniseyi (Dene-Yenisey dil ailəsi) arasında daha yaxın bir əlaqə 2008-ci ildə Edvard Vajda tərəfindən təklif edilmiş və dilçi alimlər icması tərəfindən müəyyən dərəcədə qəbul edilmişdir. Ailənin qalan üzvlərinin əhatə edib etməməso məsələsi demək olar ki, bütün tarixi dilçilər tərəfindən mübahisəli hesab olunur və bir qism tərəfindən isə ümumiyyətlə rədd edilir. Dene-Qafqaz dil ailəsinə oxşar təsnifatlar hələ 20-ci əsrdə Alfredo Trombetti, Edvard Sapir, Robert Bleichsteiner, Karl Bouda, E. J. Furne, Rene Lafon, Robert Şeyfır, Olivier Guy Tailleur, Morris Svadeş, Vladimir N. Toporov və başqaları tərəfindən önə sürülmüşdü. Morris Swadesh bütün Dene-Qafqaz dil ailəsi üzvlərini "Bask-Dennean" (İngilis dilində yazarkən, 2006/1971: 223) və ya " vascodene " (İspan dilində yazarkən, 1959: 114) adlandırdığı ailəsinə daxil edirdi. Bu adlandırılma coğrafi baxımdan ən uc nöqtələrdə olan üzvləri: bask və navaxo dilləri üçün bu cür adlandırılmışdır. Svadeş öz kitabında(1959: 114) bura "bask dili, qafqaz dilləri, ural-altay, dravid, tibet-burman, çin, avstroneziya, yapon, çukçi (Sibir), eskimos-aleut, vakaş və na-dene dilləri" daxildir., və bəlkə də "Şumer". deyə qeyd edirdi Beləliklə, Svadeşin Bask-Dennean dil ailəsi (1) Ural, Altay, Yapon, Çukot dili və Eskimo-Aleut (Sergei Starostin və Cozef Qrinberqin ardıcılları tərəfindən Avrasiya dili kimi təsnif edilən dillər) daxil olmaqla, Dene-Qafqaz dil ailəsindən fərqlənirdi, (2) Starostin məktəbi tərəfindən Nostratik olaraq təsnif edilən Dravidian və (3) Avstroneziya (Starostinə görə həqiqətən Dene-Qafqaz dili ilə əlaqəlidir, lakin yalnız sonrakı mərhələdə, Dené-Daic adlandırdı və yalnız Avstraliya aborigen dilləri vasitəsilə (bax). Starostinin Boreyan makro dil ailəsi)).
Dene-Yenisey dilləri
Dene-Yenisey dili mərkəzi Sibirin Yenisey dillərindən və Şimali Amerikanın şimal-qərbindəki Na-Dene dillərindən ibarət elmə yeni təklif olunan dil ailəsidir . Dilçi alimlər icması tərəfindən qəbulu müəyyən dərəcədə uğurlu olmuşdur. Dene-Yenisey dilləri Uzaq Şərqi Sibir və Şimali Amerikada danışılan Eskimos-aleut dilləri ilə yanaşı, "Ənənəvi Müqayisəli dilçilik — Tarixi linqvistika standartlarına cavab verən Köhnə Dünya və Yeni Dünya dil ailələri arasında şəcərə əlaqəsinin ilk nümayişi" adlandırılmışdır.
Na-Dene dilləri
Na-Dene (/ˌnɑːdɪˈneɪ/ həmçinin Nadene, Na-Dené, Athabaskan–Eyak–Tlingit, Tlina–Dene)Atabaskan, Eyak və Tlinqit dillərini özündə birləşdirən yerli Amerika dilləri ailəsidir. Haida dili də əvvəllər bu qrupa daxil edilmişdi, lakin indi onun bu qrupa daxil olub olmaması dilçilər tərəfindən mübahisəlidir mövzu sayılır. Hal-hazırda ən çox danışan sayına malik olan Na-Dene dili navaxo dilidir. 2008-ci ilin fevralında Na-Dene dillərini (Haida istisna olmaqla) Mərkəzi Sibirin Yenisey dilləri ilə birləşdirən Dene-Yenisey ailəsinin varlığı təklif olunan elmi məqalə dərc olundu və bu bir çox dilçilər tərəfindən rəğbətlə qarşılandı. 2014-cü ilə aid bir məqalədə Şimali Amerikanın Na-Dene dilləri ilə Sibirin Yenisey dillərinin iki qitə arasında tarixi Berinqiya bərzəxində danışılmış ortaq mənşəli dillər olduğu təklif edildi.
Dede Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Ümumtürk ədəbiyyatının yeganə yazılı eposu. "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya Çələbi və Adam Olearinin "Səyahətnamə"lərində bu fakta rast gəlmək olar. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastandakı "Rəsul əleyhüssəlam zamanına yaqın Bayat boyından Qorqud Ata derlər, bir ər qopdu" ifadəsinə görə dastanın yaranması islamiyyətin meydana çıxdığı ərəfəyə (VII əsr) aid edilir. Dastanın öyrənilməsi alman şəqşünası Henrix Fridrix fon Ditsin 1815-ci ildə Drezden kitabxanasında XV əsrdə yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayır. Daha sonra Vasili Bartold 1894-1904-cü illərdə dastanın I, II, III, V boylarını ruscaya tərcüməsi i8lə çap etdirir.