TAN
TANIDIK
OBASTAN VİKİ
Ahmet Taner Kışlalı
Əhməd Tanər Qışlalı (türk. Ahmet Taner Kışlalı; 10 iyul 1939, Zilə[d], Toqat ili – 21 oktyabr 1999, Ankara) — Türkiyə politoloqu, siyasətçisi (sabiq nazir), yazıçısı və təhsil qurumu üzvü. == Həyatı == Atası Ziraat Bankı xəzinədarı Hüsnü bəy, anası isə Kilis Kemaliye ibtidai məktəb müəllimi olan Lütfiye xanımdır. Əhməd Tanər Kilis Kemaliye ibtidai məktəbindən sonra Kilis orta məktəbini və Kabataş oğlan Liseyini bitirib. Liseyi bitirdikdən sonra Ankara Universitetinin Siyasi Elmlər fakultəsinə daxil olmuş, oxuduğu müddətdə həm də “Yeni gün”-də idman jurnalistliyi etmişdir. 1962-1963-cü illərdə “ Yeni gün” qəzetində yazı işləri şöbəsinin müdiri olmuşdur. Paris Universitetində konstitusiya və siyasət elmi çərçivəsində “Müasir Türkiyədə siyasi güclər” adlı elmi işini müdafiə edərək doktorluq dərəcəsi alıb. Fransada tanış olduğu Bordolu Nikole( Nilgün Kışlalı) ilə 1968-ci ildə evlənən Kışlalının bu evlilikdən iki qızı dünyaya gəlib. Əsgərlikdən qayıtdıqda universitetə qəbul edilməmiş, Siyasi Elmlər fakultəsinə keçmişdir. 1972-ci ildə dosent adını almışdır.
Endrü Tanenbaum
Endrü Tanenbaum (ing. Andrew Stuart Tanenbaum; 16 mart 1944[…], Nyu-York, Nyu-York ştatı) — Professor == Fəaliyyəti == 1965-ci ildə MIT dən məzun olmuşdur. Əməliyyat Sistemləri və kompüter Şəbəkələri üzrə yazdığı kitablarla məşhur Kompüter Professorudur. Tələbələrinə Əməliyyat Sistemlərini daha yaxşı aşılamaq üçün 1987-ci ildə "Operating Systems Design and Implementation" adlı kitabı ilə birlikdə UNİX təməlli öz əməliyyat sistemini (MINIX->MIni-uNIX) yayınlamışdır. Hal-hazırda Amsterdamda Virje Üniversitetində dərs deyir. == Kitabları == Modern Operating Systems, ISBN 0-13-031358-0 Operating Systems: Design & Implementation, ISBN 0-13-638677-6 Computer Networks, ISBN 0-13-066102-3 Structured Computer Organization, ISBN 0-13-148521-0 Distributed Systems: Principles and Paradigms, ISBN 0-13-088893-1Operating Systems: Design and Implementation ən məşhur əsərlərindən biridir. Məhz Linus Torvalds bu əsərdən ilhamlanaraq Linuxu yazmışdır. Linus Torvalds "Just For Fun" əsərində bunu qeyd etmişdir. Kitabları dünyanın hər yerinə yayılmışdır və indi də dərslik olaraq universitetlərdə istifadə olunur.
Haldun Taner
Haldun Taner — Türkiyə yazıçısı, jurnalist. == Həyatı == Haldun Tanerı 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirib məzun olandan sonra dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heidelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur. Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. == Yaradıcılığı == Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə Yedigün jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsində, İstanbul Universiteti Ədəbiyyat Fakültəsində ədəbiyyat, sənat tarixi ve teatr dərsləri verən Haldun Taner, Milliyət Qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.
Sergey Taneyev
Sergey İvanoviç Taneyev (rus. Серге́й Ива́нович Тане́ев; 13 (25) noyabr 1856, Vladimir[…] – 6 (19) iyun 1915, Moskva) — Rusiya bəstəkarı. == Həyatı == Sergey İvanoviç Taneyev 25 noyabr 1856 - cı ildə Vladimir şəhərində anadan olmuşdu.O, XIX əsrin sonu, XX əsrin əvvəllərinin rus musiqi xadimləri arasında ən görkəmli sənətkarlardan biridir. Sergey Taneyev 19 iyun 1955-ci ildə vəfat edib.
Taneqaşima
Taneqaşima (yap. 種子島) — Kyuşu adasından cənubda, Sakit okean ilə Şərqi Çin dənizi arasında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Kaqoşima prefekturası ərazisində yerləşir. == Coğrafiyası == Kyuşu adasının Osimi yarımadasından 35 km cənubda yerləşir. Şimaldan cənuba uzunluğu 58 km, şərqdən qərbə isə eni 7 km təşkil edir. Yaxınlığında yerləşən Yakuşima, Kuçinoerabu və Maqeşima adaları ilə birlikdə Osumi arxipelaqına daxildir. Taneqaşima adası səmadan Düyü yarmasını xatırladır. Adanın ən hündür nöqtəsi 282 metr təşkil edir. Adanın relyefi düzənlikdir. Taneqaşimanın sahəsi 445 km² təşkil edir.
Taneqaşima (odlu silah)
Taneqasima - qədim yapon odlu silahı. Yaponiyanın izolyasiyası nəticəsində bu silah 300 il ərzində yaponların sahib olduğu yeganə odlu silah olub.Bu silahlar samuray sinfi və piyada əsgərlər (asiqaru) tərəfindən istifadə olunmuş və onların döyüşdə istifadə olunması Yaponiyada aparılan müharibənin kökünü tamamilə dəyişmişdir. == Tarixi == 1543-cü ildə cənubi yapon adası olan Taneqasimaya gələn portuqallar yerli sakinləri odlu silahla tanış etmişdilər. Məhz bu səbəbdən Yaponiyada odlu silahı "taneqasima" adlandırırdılar. Taneqasima - portuqal dənizçilərindən alınmış muşketin yapon variantıdır.Portuqal silahının faydalığını dərk edən yerli knyaz onlardan iki ədəd muşket alır. Onların eynisinin nüsxəsini yaratdıqdan sonra yaponlar özünəməxsus nümunələrini yaratmış və silaha adanın adını vermişlər. Bu Yaponiyada ilk odlu silah idi. Tezliklə yaponlar zərbə vurma mexanizmini təkmilləşdirərək onların kütləvi istehsalına başladılar. Bu silahlar yapon-koreya müharibəsində və yerli münaqişələrdə geniş istifadə olunmuşdur. Yaponiyada izolyasiya başlayandan sonra bu silah Meydzi dövrünə (XIX əsrin ortaları) qədər heç bir dəyişikliyə uğramamışdır.
Taner Taktak
Taner Taktak — azərbaycanlı yarımmüdafiəçi futbolçu == Həyatı == Taktak 1990-cı ildə anadan olub. Peşəkar karyerasına 2007-ci ildə Hollandiyanın “Fortuna”sında başlayıb. Sonra o, Türkiyənin “Hacettepe” klubunda oynayıb və elə buradan Belçikaya yola düşüb. Taner Türkiyənin yeniyetmə yığmalarında (U-17, U-18, U-19) oynayıb və burada 46 matçda iki qol vurub. 3 iyul 2012-ci ildə “Sumqayıt” futbol klubu növbəti transferini həyata keçirib. Komandanın yeni oyunçusu Belçikanın 2-ci liqasının “Patro Eysden” klubundan azərbaycanlı Taner Taktakdır. Müqavilə 1+1 sistemi üzrə imzalanıb.
Taner Yıldız
Taner Yıldız (3 aprel 1962) — Türk siyasətçi, elektrik mühəndisi. 22., 23. və 24. Dövr Ədalət və İnkişaf Partiyası Kayseri millət vəkili və Türkiyə respublikasın Enerji və Təbii Qaynaqlar Naziridir. == Həyatı == 3 Aprel 1962 tarixində Yozğadın Boğazlıyan mahalına bağlı Dəvəçipinar Qəsəbəsində dünyaya gəldi. Lisey təhsilini Kayseri Liseyində tamamladı. İstanbul Texniki Universiteti Elektrik-Elektronik Fakültəsi Elektrik Mühəndisliyi Hissəsini bitirdi. Kayseri Elektrik İstehsal Şirkətinin İdarə heyəti Üzvü, Kayseri və Ətrafı Elektrik TAŞ-ının İdarə heyəti Üzvü və Ümumi Müdiri olaraq vəzifə yerinə yetirdi. 2002 ümumi seçkilərində Əİ Partiyasından Kayseri millət vəkili namizədi oldu, 22. Dönəmdə Türkiyə Böyük Millət Məclisinə girdi.
Taner Ölmez
Taner Ölmez (9 avqust 1986, İstanbul) — Türkiyəli kino aktyoru. 2019–2021-ci illərdə "Mucize Doktor" teleserialında "Ali Vefa" rolunu canlandırmışdır. 2021-ci ildə aktrisa Ece Çeşmioğlu ilə evlənmişdir. == Həyatı == Taner Ölmez 9 avqust 1986-cı ildə Tuncelidə anadan olmuşdur. Taner Ölmez, İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr şöbəsinin tələbəsidir. Gənc aktyor İstanbulun Qızıl serialındakı çıxışı ilə diqqət çəkib. Çarşı, Kül və Ateş və Tatar Ramazan'ı əhatə edən Taner Ölmez İtirilmiş Şəhər tərəfindən geniş tanınıb. 1.79 sm boyu və 65 kilo ağırlığında. Uğurlu oyunçu Taner Ölmez ilə yanaşı Ülker Albeni, Ülker Sunny və Piyale Pigafest reklam çarxlarında da iştirak etdi. Dünyaca məşhur The.
Taner Savut
Taner Savut (10 avqust 1974, İzmir – 6 fevral 2023, Antakya) – Türkiyə idman direktoru və keçmiş futbolçusu. Müdafiəçi mövqeyində çıxış etmişdir. == Karyerası == Əslən rizəli ailədən olan Taner Savut futbola 12 yaşında "İzmirspor" klubunun aşağı yaş qruplarında başlamışdır. 1994-cü ildə "İzmirspor" klubunda ilk peşəkar futbol oyununa çıxmışdır. 1997-ci ildə "Fənərbaxça" klubuna transfer olmuş və klubla 30 oyun oynamışdır. Avrokuboklardakı yeganə oyununu 29 sentyabr 1997-ci ildə UEFA Kuboku çərçivəsində "Styaua"ya qarşı keçirmiş və komandası 2:1 hesabı ilə məğlub olmuşdur. Daha sonra "Göztəpə", "Siirtspor", "Sakaryaspor", "Alanyaspor" klublarında çıxış etmişdir. 7 sentyabr 2002-ci ildə "Sivasspor" səfərinə gedən "Sakaryaspor" avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölmüş, lakin o, yaralı olaraq qurtulmuşdur. "Tokatspor" klubunda oynadıqdan sonra 2011-ci ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası boyunca 500-ə yaxın rəsmi oyuna çıxmış, Türkiyə Super Liqasında 71 oyunda 1 qol vurmuşdur.Futbolçu karyerası bitdikdən sonra 5 mövsüm "Sakaryaspor" klubunun, 2 mövsüm "Manisa" klubunun idman direktoru olmuş, 2022-ci ildə isə "Hatayspor" klubunun idman direktoru təyin olunmuşdur.
бума́жный гомини́ды зерни́шко измалёвываться монархи́ческий новозела́ндцы перево́зочный разбеси́ться хаза́рский чирёнок боле́зный и К° моро́зить неправи́тельственный пра́пор распили́ться судоремо́нтный уго́дник фильтро́вка зреть crucial goat's-beard unliquidated патронесса слезник