Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1.Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
Abdal (dağ)
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Almalı dağ
Almalıdağ — Şahbuz rayonunda dağ. Almalı dağ — Şəki rayonu ərazisində dağ.
Amuduq (dağ)
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Avey (dağ)
Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur. == Avey sözünün mənası == Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub.
Axarbaxar (dağ)
Axarbaxar və ya Axar-Baxar — Azərbaycan Respublikasının qərbində, Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən yatmış vulkan. Vulkan dəniz səviyyəsindən 3047 metr yüksəklikdə yerləşir. Vulkan tipinə görə qarışıq vulkan və ya stratovulkanlara aiddir. Son püskürmənin e. ə. 782–773 illərdə baş verdiyi ehtimal edilir. == Etimologiyası == Axarbaxar sözünün bir neçə mənası vardır. Sözün birinci mənası hər tərəfi açıq və xoş mənzərəli yer, göz işlədikcə görünən yer, mənzərə deməkdir. İkinci mənası isə suayrıcı, iki çay və ya su hövzəsini bölən xətt anlamına gəlir. Bu da ounun yerləşdiyi ərazinin coğrafiyasına uyğun gəlir.
Ayuv Dağ
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var.Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağbaba (dağ)
Ağbaba — İrəvan xanlığının Türkiyə ilə sərhəd bölgəsində dağ adı. (yüksəkliyi 2040 metr) == Toponim == Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə adlanmışdır. Aqbaba dağ silsiləsi Baş Güney, Qaya Güney, Qısırdağ, Kalloy, Kəçəldağ, Göydağ, İkiqat, Naxoşdağ, Tayaqaya və b. zirvələrdən ibarətdir. Böyük Ağbaba və Kiçik Ağbaba dağları vardır. XX əsrin 30-cu illərində bu dağlara Qukasyan Mets və Qukasyan Pokr adları verilmişdir. XIX əsrdə Qars əyalətinin Kağızman dairəsində Ağbaba dağ beli və Azərbaycanda Ağbaba (Kəlbəcər) dağ adları ilə mənaca eynidir. 1728-ci ilə aid türkcə mənbədə Tiflis əyalətində də bir kəndin Ağbaba adlandığı qeyd olunmuşdur. Əxi baba adından təhrifdir. Bax: Ağabaş.
Ağburun (dağ)
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Ağlağan (dağ)
Ağlağan - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Ağlağan dağının hündürlüyü 2992 m.-dir. == Toponimikası == Ağlağan İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Boz Abdal dağ silsiləsinin zirvələrindəndir. Hünd 2992 m.-dir. İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunda (IV boy) adı çəkilir. Türk dillərində rəng bildirən ağ və mənası məlum olmayan "laqan" sözlərindən ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasındakı Qızıl Laqan (bulaq adı), Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusundakı Laqan-Xuduk (dağ adı) və Dağıstan əyalətinin Teymurxanşura dairəsindəki Cakas-Lağan toponimləri ilə mənaca eynidir. XX əsrin 30-cu illərində fərmanla ermənicə Urasar adlandırılmışdır.
Ağoyuq (dağ)
Ağoyuq — Zəngilan rayonu ərazisində cənub-şərqində dağ. Hündürlüyü 548 m. Oronim ağ (kicik) və oyuq (çökək, kaha, mağara, zağa) sözlərindən düzəlib, "kicik kaha, mağara olan dağ" deməkdir.
Ağyataq (dağ)
Ağyataq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində, Kicik Qafqazda dağ. Hündürlüyü 2389 m. Oronim ağ (rəng) və yataq (burada faydalı material çıxarılan yer) sözlərindən düzəlib. Ağyataqda civə yatağı var. Ağyataq civə yatağı Moz çayı ilə Kilsəli kəndi arasındadır. Dağın adı da buradan götürülmüşdür.
Baba Dağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Balliqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Ballıqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Bartaz (dağ)
Bartaz — Zəngilan rayonunun cənub qərbində Mehri (Mehri Guney) silsiləsində, Ermənistanla sərhəddə dağ. Hündürlüyü 2270 m. Toponimiyada bart/bard "dağ", as/az/ats "su"; "iti uc, iti zirvə" deməkdir. Oronim "iti zirvəli dağ" mənasındadır.
Bağırsaq (dağ)
Bağırsaq dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayrıcında, Bağırsaqdərəsi çayının sağ sahilində, Günnüt kəndindən 4,5 km cənub-qərbdə dağ (hünd. 1993,6 m). Üst Devonun Famen mərtəbəsinə aid Qabaqdağ lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay qırılması keçir. Həmçinin yamaclarında şimal-şərq və şimal-qərb istiqamərli qırılmalar izlənilir.
Beşyataq (dağ)
Beşyataq- Balakən rayonunda dağ. == Toponimikası == Baş Qafqaz silsiləsinin cənub yamacında, Balakən çayının sağ sahilində yerləşir. Hün. 1228 m. Keçmişdə maldar ellərin yaylaq yerlərindən olmuşdur. Oronim beş və yataq (çay məcrası; qoyun yatağı) komponentlərindən düzəlib. Özbəkistanın Fərqanə vilayətində Beşarıx, Qaşqaradərə vilayətində isə Beşkənd şəhəri, Krımda Beşuy, Beşuy Eli, Beşqaran, Beştamak, Beşqurt və s. yaşayış məntəqələri qeydə alınmışdır. Nəzərə almaq lazımdır ki, türk dillərində beş sözünün "ağac budağı", "ağac şaxəsi", yataq sözünün isə "ev, tikili, heyvanların saxlandığı yer" mənalarında işlənməsi halı da geniş yayılmışdır.
Buzluq (dağ)
Buzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Hündürlüyü 2390 m. Dağın quzey yerlərində, qayalar arasında yay fəslində də buz olduğu üçün belə adlandırılmışdır. Keçmişdə dağ yaylaq yeri olmuşdur. Dağın ərazisində Buzxana adlı yer də var. == Haqqında == Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzluq dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzluq dağının ətəyindən — Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluqçay da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluqçay Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur. Kəlbəcərin məşhur Ağdaban və Çayqovuşan kəndləri də Buzluq dağının ətəyində yerləşir. Buzluq dağı Qarabağ silsiləsinə daxildir.
Buğdatəpə (dağ)
Buğdatəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı Göycə bölgəsində Qelam (Qeğam) dağ belinin şimal yamacında zirvədir. 1728-ci ilə aid mənbədə «Buğda-i-təpə» kimi çəkilir Gədəbəyə r-nunda Buğdadağ-Su toponimi ilə mənaca eynidir.
Dark (dağ)
Dark — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dark- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Azərbaycanda Dərk (Quba rayonunda) kənd və dağ adları ilə mənaca eynidir. Türk dillərində dar yer, dar keçid mənasındadır. (Kür çayı ilə Qabırrıçay (İori) arasında — Samux rayonu ərazisində bir dar keçid Dar-Doqqaz adlanır).
Dağ çovdarçısı
Charadrius montanus (lat. Charadrius montanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. Adı düzgün seçilməyib. Belə ki, bu quş hamar ərazilərdə yaşayır. Digər çovdarçıların malik olduqları xüsusiyyətlərin əksinə olaraq dağ çovdarçasına nəinki su hövzələri kənarında, hətta rütübətli torpaqlar olan yerlərdə də rast gəlinmir. Onlar qısa otlara malik quru ərazillərdə (otlaqlarda) və quru torpaq olan ərazilərdə məskunlaşır.
Ağ dənizinin boğazı
Ağ dənizin boğazı (rus. Горло Белого моря) - Şimal Buzlu okeanında Kola yarımadasını materikdən ayırır. Ağ dəniz ilə Barens dənizini birləşdirir. Uzunluğu 160 km, eni 46–93 km, dərinliyi 130 m təşkil edir. Boğazda Sosnoves adası yerləşir. Barens dənizinin girəcək hissəsində Morjovrs adası mövqe tutur. Sahillərində Krasnıy, Babıy Nos, Nikodinskiy (Kola yarımadası), Voronov, Olennıy Nos, Meqorskiy Nos, İnsi, Medvejıy burnuları vardır. Zimnıy sahilləri hündür və parçalıdır. Qışda müəyyən müddətə buzla örtülü olur. Ərazidə Qrenlandiya suitisi, dəniz balıqları vardır.
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Boğazdı
Boğazdı — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Boğazdı (uzunboğaz çəkmə) varlı elat kişiləri arasında dəbdə idi. Ayaqlığı başmaqla eyni cür olan boğazdının altı aşılanmış göndən, üstü isə bahalı material sayılan tumac, xrom və ya müşküdən tikilirdi.
Abşeron boğazı
Abşeron boğazı - Abşeron yarımadasının şərqini Pirallahı adasının qərb hissəsindən ayırır. Boğazın uzunluğu 12 km-dən bir qədər çoxdur. Eni şimaldan cənuba doğru kiçilir. Bölgə inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. Boğazda əsasən qış ayları xəzri, yayda isə gilavar küləkləri əsir. == Tarixi == Tarixən boğaz gəmi və qayıqlar vastəsi ilə Pirallahı adası arasında əlaqə yaradılırdı. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahilə birləşdirən dambanın tikintisi 1941-ci ildə başlanılmış, 1944-cu ildə başa çatdırılmışdır. Bununla da faktiki olaraq, Pirallahı adası yarımadaya çevrilmişdir. Abşeron körfəzi isə iki hissəyə bölünmüşdür.
Alas boğazı
Alas boğazı - Lombok adasını Sumbava adasından ayırır. Bu adalar İndoneziyanın Qərbi Nusa Tenggara vilayətinə aiddir. Boğazın əmələ gəlməsi 14000 il bundan əvvələ aiddir. Uzunluğu 75 km, eni 15–40 km arası dəyişir. Boğazın yaxınlığında Alor boğazı və Lombok boğazı vardır. Boğazda Lombok, Adonara, Sumbava, Flores, Sumbata, Solor və Konada adaları yerləşir. Hind okeanını Sakit okeanından ayırır.
Alor boğazı
Alor boğazı (ind. Selat Alor) və ya Alloo boğazı — İndoneziyada yerləşən və Solor arxipelaqını Alor arxipelaqından ayıran boğaz. Bu adalar İndoneziyanın Şərqi Nusa Tenqqara vilayətinə aiddir. Sakit okeanına aid olan Banda dənizini Savu dənizi ilə birləşdirir. Pantar adasını Lembata adasından ayırır.
Amukta boğazı
Amukta boğazı (ing. Amukta Pass) - Sakit okeanı Berinq dənizi ilə birləşdirir, genişliyi ilə fərqlənir. Aleut adaları hövzəsində yerləşir. Amukta və Siquam adalarını ayırır. Siquam qərbdə, Amukta isə şərqdə yerləşir. == 2011-ci il zəlzələsi == 23 iyun 2011- ci ildə Alyaska vaxtı ilə 7:10 Amukta boğazında 20 mil (32 km) cənubda 7,4, ardından isə 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin təsiri 155 mil (250 km) radiusunda yayılır. Ardından sunami baş verir. == Ədəbiyyat == Merriam-Webster's Geographical Dictionary, Third Edition. Springfield, Massachusetts: Merriam-Webster, Incorporated, 1997.
Amçitka boğazı
Amçitka boğazı (ing. Amchitka Pass) Boğaz Aleut adaları hövzəsinədə yerləşir. Boğaz Siçovul adasını Delarov adasından ayırır. Ən ensiz yeri 50 mil, ən dayaz yeri isə 49 m təşkil edir. Ən dərin yeri isə 1000 m-dir. Gəmilərə boğazın hər iki sahilindən 5 mil aralı üzmək məsləhət görülür. Pis havalarda xırda və orta tutumlu gəmilərin üzməsi təhlükəlidir. Burada güclü axınlar olur ki, oda böyük dağıntılara səbəb olur. Sahəsi 308,6 km² təşkil edir. Boğaz Berinq dənizi Sakit okean ilə birləşdirir.
Andikitira boğazı
Andikitira boğazı -Andikitira adasını Krit adasından ayırır. Aralıq dənizini Egey dənizi ilə birləşdirən üç əsas boğazdan biridir. Eni 30 km, dərinliyi 823 m təşkil edir. Andikitira adasında Apolitares, Aqriya-Qramvus adasında Kokala burunları vardır.
Antarktik boğazı
Antarktik boğazı- Juenvil adası ilə Antarktik yarımadasını bir-birindən ayırır. Onun uzunluğu 50 km (30 mil), eni isə 11–19 km arası dəyişir (7-12 mil). Adlanmasına gəldikdə isə bu boğazı İsveç səyyahı Otto Nordenşeldin Antarktidaya espedisiya nəticəsində kəşf edilir. Boğazı isə 1902-ci ildə kapitan Karl Anton Lares “Antarktik” gəmisində keçmişdir. Demək olar ki, ilin böyük qismi buzla örtülü olur.
Antoş boğazı
Antoş boğazı — Fransanın Biskay körfəzi hövzəsində yerləşən İl-de-Pe adaları ilə Oleron adası arasında yerləşir. Ərazi baxımından şərqi Aşağı Saranta departamenti, digər hissəsi Bask reydi ərazisində yerləşir. Ərazidə fransız donanması (Zaxarii Alman) və Britaniya donanması (Ceyms Uambe) arasında dəniz döyüşü baş vermişdir. Napoleon dönəmində Boyard qalası əsas istinadgaha çevrilir. Vaterloo döyüşündən sonra ABŞ-a qaçmaq istəsə də limanın Britaniya donanması tərəfindən mühasirəsi onu təslim olmağa vadar edir. Sonradan Müqəddəs Yelena adasına sürgün edilir. İkinci Dünya müharibəsi dönəmində bölgəni faşizm güvvələri işğal edərək burada güçlü müdafiə istinadgahı təşkil edilir. Üstəlik burada Kriqsmarin və La-Pasel sualtı qayıq bazası yaradılır. Avropada ikinci cəbhə açılanda belə ərazi yenə də faşistlərin əlində qalırdı.
Arabat boğazı
Arabat boğazı - Kryac adasını Arabat əqrəbindən (Ukrayna, Krım yarımadası) ayırır. Azov dənizini Sivaş körfəzi ilə birləşdirir. Uzunluğu 6 km, eni ortalama olaraq 100 m, Azoz dənizi ilə birləşdiyi yerdə 150 m təşkil edir. Yaxın zamanlara qədər boğaz mövcud olmamış və Arabat bərzəxi üzərində dəmir yolu fəaliyyət göstərmişdir. 1970-ci ilin mart ayında bölgədə baş verən və gücü 30–35 km/s-a çatan fırtına baş verir və nəticədə bərzəx boğaza çevrilir. Rusiya vətəndaş müharibəsində Ağlarla Qırmızılarla baş verən əsas döyüşlər burada olmuşdur. Sahillərində yaşayış məntəqəsi yoxdur.
Avstriya boğazı
Avstriya boğazı — Frans-İosif arxipelaqına daxil olan adaları ayırır. Arxengelsk vilayətinin ərazisinə daxildir. Boğaz 1874-cü ildə Avstriya-Macarıstan ekspedisiyası tərəfindən kəşf edilir. Ekspedisiya tərəfindən anoloji olaraq Avstriya adlandırılmışdır.
Babülməndəb boğazı
Babül-Məndəb boğazı (ərəb. باب المندب‎ Babül-məndəb — kədər, göz yaşı darvazası) — Ərəbistan yarımadasının cənub-qərbinin qurtaracağı ilə Afrika arasında boğaz. Qırmızı dənizi Ədən körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Uzunluğu 109 km, Ən ensiz yeri 26 km, farvaterdə ən dayaz yeri 31 metrdir. Perim adası boğazı iki keçidə (Böyük və Kiçik) bölür. Boğazın böyük iqtisadi və strateji əhəmiyyəti var. Avropadan Şərqi və Cənubi Asiyaya, Avstraliyaya yol Babül-Məndəb boğazından keçir.
Badunq boğazı
Bodunq boğazı (ind. Bodung Selat) - Bodunq boğazı Malay arxipelaqına aid olan İndoneziyaya məxsus Bali, Nusa Penida adalarını ayırır. Fevral 1942-ci ildə İkinci Dünya müharibəsinə aid olan Bodunq boğazı döyüşü baş vermişdir. Boğazın əsas limanı Padanq Bey şəhəridir. == Coğrafiyası == Sakit okeanına aid olan Bali dənizininə aid (şimaldan) Lombok boğazını Hind okeanı (qərbdən) ilə birləşdirir. Boğazın uzunluğu 60 km, eni isə 20 km təşkil edir. Lombok boğazının bir keçidini təşkil edir.
Bali boğazı
Bali boğazı (ind. Selat Bali) - Malay arxipelaqına daxil olan Yava adasını Bali adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Hind okeanı ilə birləşdirir. == Coğrafiyası == Ən dar yeri 2,4 km, ən dərin yeri isə 60 metr təşkil edir. Boğaz təbii sərhəd olaraq Böyük Zond adalarını, Kiçik Zond adalarından (Flores, Timor, Sumba, Sumbava, Lombok) ayırır. Yava adası sahilində Banyuvanqi, Vonqsoredjo, Ketapanq, Bali adasında Qilimanuk, Melaya adlı yaşayış məntəqələri vardır. Hər iki ada arasında kiçik adalar və qayalıqlar vardır. == Təbiəti == Boğazın suyu Bali dənizinin suyunun xüsusiyyətlərinə uyğundur. Suyun temperaturu 27 - 28 S təşkil edir. Bura tökülən çaylar suyun duzluğuna az təsir göstərir.
Baltik boğazı
Baltik boğazı (rus. Валтийский пролив, alm. Pillauer-Tief‎) - Rusiyanın ucqar qərb qutaracağında yerləşən Kalininqrad vilayəti ərazisinə daxildir. Baltik dənizini Kalininqrad körfəzi ilə birləşdirir və Pillau yarımadasını Baltik burnundan ayırır. Baltiysk rayonu ərazisində daxildir. Eni 0,4 km, uzunluğu 2 km, dərinliyi 12 m təşkil edir. == Tarixi == Ərazidə ilk boğaz 1337-ci ildə meydana gəlsə də bir müddət sonra qumla örtülür. 1497-ci ildə fırtına səbəbindən yeni boğaz əmələ gəlir. Ancaq boğaz yenidən qumla örtülür. 1510-cu ildə güclü fırtına nəticəsində boğaz formalaşır.
Banqka boğazı
Bangka Boğazı İndoneziya Yava dənizindəki Sumatra adasını Banqka (ind. Pulau Banka) adasından ayıran boğazdır.
Barrou boğazı
Barrou boğazı ing. Barrow Strait - Kanada Arktik arxipelaqına daxil olan Devon, Kornuolles adaları ilə Uels Şahzadəsi (ada) və Şahzadə Liopold adalarını ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Mak-Klur boğazı, Vaykaunt-Melvill boğazı və Lankaster boğazı ilə birlikdə ingilis mənbələrində Parri boğazı adlandırılır. Bofort dənizini Baffin dənizini birləşdirir. Kraliça Yelizaveta adasını, digər adalarını ayırır. Qərbdə Vaykaunt-Melvill, şərqdə Lankaster boğazını, şimal-şərqdə Vellinqton, cənubda Pil boğazı ilə birləşir. Uzunluğu 270 km, eni isə ən dar yerdə 45 km, enli yeri 106 km, dərinliyi 200 m təşkil edir. 48 km-liyinə qədər ada yoxdur. Burada Lauter adaları, Yanq, Qarrett, Baterst, və Qriffit adaları yerləşir.
Bass boğazı
Bass boğazı — Sakit okeanı Hind okeanı ilə birləşdirən coğrafi boğaz. Avstraliya materikini Tasmaniya adasından ayırır. Boğazın eni 240 km, orta dərinliyi isə 50 m təşkil edir. Boğazın əmələ gəlməsi 10,000 il bundan əvvələ təsadüf edir. Belə ki, Tasman adası materikin bir hissəsi olmuşdur. Suyun qalxması nəticəsində Tasman adası əmələ gəlmişdir. Adına gəldikdə isə onu ilk dəfə üzüb keçən Metyu Flinders tərəfindən gəmi həkimi Corc Bassın şərəfinə vermişdir (1798). 21 oktyabr 1978-ci ildə boğazın üzərindən uçan Federik Valentik səssiz-səmirsiz itkin düşmüşdür.
Berinq boğazı
Berinq boğazı (bering) — Çukot dənizi ilə Berinq dənizini bir-birinə bağlayır. Berinq boğazı, Asiyanın ən şərq nöqtəsi (169 ° 44 'W) ilə Amerikanın ən qərb nöqtəsi (168 ° 05' W) arasında bir boğazdır. Rusiya ilə ABŞ (Alyaska) arasında coğrafi bir sərhəd mövqeyində olması ilə birlikdə Amerika və Asiya qitələrinin bir-birinə ən yaxın olduğu yerdir. Boğaz təxminən 83 km genişliyində, 30–50 m dərinliyində olub şimalındakı Çukot dənizi (Şimal Buzlu okean) ilə cənubundakı Berinq dənizini (Sakit Okean) bir-birinə bağlayır. 1648-ci ildə Semyon Dejnev tərəfindən keçildiyi qəbul edilməsinə baxmayaraq, adını boğazı 1728-ci ildə keçən Rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən almışdır. Buzlaq dövründə boğazın bir quru körpü rolu oynadığı məlumdur. Bəzi elm adamları, bu çağlarda suların böyük hissəsinin buza çevrilərək dəniz səviyyəsini saldığına və daha çox quru parçasını göz önünə çıxardığına inanır; bəziləri də boğazın tamamilə donduğunu, beləliklə insanlarla heyvanların üzərindən keçməsinin mümkün olduğuna inanır. == Mənbə == PBS Video of St.
Berkezund boğazı
Berkezund boğazı (isv. Björkösund, fin Koivistonsalmi) - Baltik dənizinin akvatoriyasına daxil olan Fin körfəzi ərazisində yerləşir. Materikin Kiperort yarımadasını Berk arxipelaqına daxil olan Berezov adasından ayırır. Sərt qış ayları boğaz donur. == Mənbə == Fin körfəzinin dib xəritəsi.
Berq boğazı
Berq boğazı — Aral dənizindəki keçmiş boğaz, Şimali Aral dənizi (Kiçik Aral) və Cənubi Aral dənizi ilə (Böyük Aral) birləşdirir. Əvvəllər Kokaral adasının şərq tərəfini qurudan ayırırdı. Boğazın ərazisində Sırdərya çayı Şimali Arala tökülür. Qazaxıstanın Qızılorda vilayətinin Aral rayonu ərazisində yerləşir. Aral dənizinin öyrənilməsində böyük töhfə verən hidroloq Lev Berqin adını daşıyır. == Tarix == Aral dənizinin səviyyəsində azalma başlamazdan əvvəl eni 45 km-ə qədər və orta dərinliyi 13 m təşkil edirdi. 1968-1969-cu illərdə Auzı-Kokaral boğazının yoxa çıxmasından sonra Kiçik Aral dənizi ilə Böyük Aral dənizini birləşdirən yeganə boğaz olur. 1970-80-ci illərdə kəskin şəkildə dayazlaşır. Boğaz Aralsk və Muynak limanları arasında gəmiçilik üçün əhəmiyyətli olduğundan, gəmilərin keçməsini təmin etmək üçün 1981-dən 1990-a qədər dərinləşdirmə işləri aparılmışdır. Ancaq suyun səviyyəsindəki eniş davam edir.
Adi dağ qaranquşu
Adi dağ qaranquşu (lat. Ptyonoprogne rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin dağ qaranquşu cinsinə aid heyvan növü.
Dağ qazı
Dağ qazı (lat. Anser indicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Çox vaxt onu ayrıca Eulabeia cinsinə aid edirlər. Bədən quruluşu qəşəngdir Uzunluğu 70–76 sm, kütləsi 1,9–3,2 kq olur. Boynu uzun və nazik, dimdiyi kiçikdir. Lələkləri qonurumtul-bozdur; açıq rəngli bədəninin yanlarında tünd zolaqlar var; başı, boynunun yanları, qarıncığı, quy ruğunun altı və üstü ağdır; təpəsində və peysərində eninə qonurumtul-qara zolaqlar var. Dimdiyi sarı, burunüstü sümüyü və burun dəlikləri qara, ayaqları narıncıdır. Orta və Mərkəzi Asiya dağla rın da, Cənub-Şərqi Altaydan Qərbi Mancuriyaya qədər, cənuba doğru Pamirə, Ladakx və Tibetə qədər məskunlaşmışdır. Dağ göllərinin sahillərində və onlara yaxın, 1000 m-dən 5000 m-ədək yüksəklikdə yerləşən çay vadilərində, həmçinin sarların və çalağanların yuvalarını tuta raq qayalarda, yaxud ağaclarda koloniyalarla yuvalayır. Hindistanın şimalında, Banqladeşdə və Myanmada qışlayır; Himalay dağları üzərindən, 9000 m-ədək yüksəklikdə uçub keçirlər.