Dakar
daqqa
OBASTAN VİKİ
Daq Hammarşeld
Daq Yalmar Aqne Karl Hammarşeld (isv. Dag Hjalmar Agne Carl Hammarskjöld; 29 iyul 1905[…] – 18 sentyabr 1961[…]) — İsveç diplomatı, iqtisadçısı və müəllifi, BMT-nin ikinci Baş katibi (1953-1961). 1961-ci ilin sentyabr ayında Şimali Rodeziyada təyyarə qəzasında həlak olmuşdur. O, ölümündən sonra Nobel Sülh Mükafatına layiq görülmüş ilk şəxsdir (1961). O, həmçinin şair, jurnalist və esse müəllifi kimi tanınır. İsveç Akademiyasının üzvü (1954). ABŞ Prezidenti Con Kennedi onu XX əsrin ən böyük dövlət xadimi adlandırmışdı. == Erkən həyatı == Daq Hammarşeld Yönçöpinqdə, 1914-1917-ci illərdə İsveçin baş naziri olmuş Hyalmar Hammarşeldin ailəsində doğulmuş, uşaqlığının əksər hissəsini Uppsalada keçirmişdir. Onun nəsli XVII əsrdən İsveç monarxiyasına qulluq edirdi. Daq Hammarşeld Uppsala Universitetində əvvəlcə Hüquq ixtisası üzrə bakalavr, sonra isə Siyasi-İqtisad magistr təhsili almışdır.
Daqdalax
Daqdalax saxa Дагдалах — Laptevlər dənizinin Olyonekski körfəzi ərazisində yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada ovalvari formaya malikdir. Ən hündür nöqtəsi 1 metrdir. Qərb hissəsini bataqlaşmış ərazilər, şərqi isə qumsallıqdır.
Daqerotipiya
Dagerotipiya (və ya dagerrotipiya; fr. Daguerréotype) — praktik cəhətdən ilk fotoqrafik görüntü əldə etmə üsulu. == Tarixi == Dagerotipiya 1822-ci ildə fransız ixtiraçısı Cozef Nyeps tərəfindən yaradılmış və rəssam Lui Dager tərəfindən 7 yanvar 1839-cu ildə Fransa Elmlər Akademiyasına təqdim edilmişdir. Dagerotipdə təsvirin keyfiyyəti, təbəqənin hamarlığı ilə düz mütənasibdir. Çətinliyi və bahalı olması səbəbi ilə demək olar ki, istifadə edilmir. Studiyada bu texnika ilə foto çəkərkən, arxadan kürəyi və qolu sabit saxlamaq üçün xüsusi aparat mövcuddur. Buna görə də fotolardakı insanlar dimdik formada görünürlər. 1851-ci ildə yaş kollodion prosesinin kəşf olunması ilə çətin və təhlükəli olan dagerotipiyadan imtina edildi. == Texnikası == Gümüş suyuna çəkilmiş və yaxşıca hamarlanmış mis lövhələr yod buxarına tutulur. Nəticədə lövhənin üzərində işığa həssas, nazik gümüş-yodid təbəqəsi əmələ gəlir.
Daqerrotipiya
Dagerotipiya (və ya dagerrotipiya; fr. Daguerréotype) — praktik cəhətdən ilk fotoqrafik görüntü əldə etmə üsulu. == Tarixi == Dagerotipiya 1822-ci ildə fransız ixtiraçısı Cozef Nyeps tərəfindən yaradılmış və rəssam Lui Dager tərəfindən 7 yanvar 1839-cu ildə Fransa Elmlər Akademiyasına təqdim edilmişdir. Dagerotipdə təsvirin keyfiyyəti, təbəqənin hamarlığı ilə düz mütənasibdir. Çətinliyi və bahalı olması səbəbi ilə demək olar ki, istifadə edilmir. Studiyada bu texnika ilə foto çəkərkən, arxadan kürəyi və qolu sabit saxlamaq üçün xüsusi aparat mövcuddur. Buna görə də fotolardakı insanlar dimdik formada görünürlər. 1851-ci ildə yaş kollodion prosesinin kəşf olunması ilə çətin və təhlükəli olan dagerotipiyadan imtina edildi. == Texnikası == Gümüş suyuna çəkilmiş və yaxşıca hamarlanmış mis lövhələr yod buxarına tutulur. Nəticədə lövhənin üzərində işığa həssas, nazik gümüş-yodid təbəqəsi əmələ gəlir.
Daqestanskiye Oqni
Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir. Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi.
Daqo (Bandunq)
Daqo — Bandunq, Qərbi Yava, İndoneziyada ərazidir. Calan H. Cuanda (H. Cuanda küçəsi) və ətraf ərazini əhatə edir. Calan Merdeka yaxınlığında yerləşən aşağı (cənub) Daqo sahəsi mağazalar, alış-veriş mərkəzləri, kafelər, butiklər və bir çox restoran və əyləncə mərkəzləri ilə Bandunqun əyləncə sahələrindən biridir. Üst (şimal) ərazisində bir çox köhnə holland villaları və küçələrə uzanan hündür ağacları olan geniş bulvarlar var. Hollandiya müstəmləkəsi dövründə tikilən məşhur "Daqo Çay Evi" burada yerləşir. Bandunq Texnologiya İnstitutu (ITB) yuxarı Daqo bölgəsinin qərbində yerləşir və Bandunq Zooparkı ilə qonşudur. Böyük xüsusi xəstəxana olan St. Boromeus da küçədə yerləşir. Əsas ictimai nəqliyyat terminalı da yaxındadır. Aşırı şimal hissələrinə "Daqo Pakar" deyilir.
Daqo (xalq)
Daqo, dacu, daqu — Sudanda (Kordofan əyalətinin cənub qərbində və Darfur regionunun bir hissəsində) yaşayan xalq. Çadda 140 min nəfərdən, Sudanda 100 min nəfərdən artıq daqolu yaşayır. Onlar Nil-Saxara makro dil ailəsinin şərqi Sudan alt dil ailəsinin dacu kir-abbay dil ailəsinə daxil olan daqo (dacu) dilində danışırlar. Daqolar arasında ərəb dili də geniş yayılmışdır. Dini inamlarına görə onlar sünni müsəlmandırlar. == Mənşəyi == Daqo xalqı XVII-XVIII əsrlərdə təşəkkül tapmışdır, məhz bu dövrdə bu xalq ilk dövlətini yaratmış və Darfur sultanlığının tərkibinə daxil olmuşdur. == Təsərrüfat fəaliyyəti və məişət ənənələri == Daqoların əsas məşğuliyyəti heyvandarlıq (xüsusilə iribuynuzlu mal-qara və dəvəçilik), həmçinin dəmyə və suvarma əkinçilikdir. Onların məişətlərində süddən və tərəvəzdən hazırlanan yeməklər əsas yer tutur. == Sosial münasibətlər == Daqolar yığcam və böyük ailələr formasında icmalar halında təmsil olunurlar. == Mənbə == Андрианов Б. В. Даго // Народы и религии мира / Глав.
Daqoba
Daqoba (ing. Dagobah) — "Ulduz müharibələri" kainatında uydurma planet. Daqoba isti və rütubətli planetdir, müxtəlif canlılarla doludur. Planet güc adlanan enerji sahəsi baxımından bütün qalaktikada ən təmiz yerlərdən biridir. Daqoba əsasən bataqlıqlarla örtülmüş, saysız-hesabsız dayaz göl, laqun və çoxsaylı mağarası olan sirli, dumanlı planetdir. Daqobanın kontinental və okean qabığı sadəcə qeyri-müəyyən şəkildə müəyyən edilmişdir və vulkanik fəaliyyət, ya da zəlzələlər az olmuşdur. Planet hər hansı inkişaf etmiş və ya yerli sayıqlı sivilizasiyadan məhrumdur. Daqobanın iki mövsümü var: quraq və yağışlı. Uzun quraqlıq mövsümünün pik dövründə yüksək dağlıq ərazilər çox isti və əksər həyat formaları üçün əlverişsiz olur, orada yaşayanlar isə dağdibinə köçməyə məcbur qalır. == İstinadlar == == Xarici keçidlər == Dagobah — Vukipediya saytında.
Daqomıs
Daqomıs — Krasnodar diyarının Soçi şəhər kurort ərazisinə daxil olan şəhər tipli qəsəbə.. 1961–2019-cu illərdə Soçi şəhərinin mikrorayonu idi. Lazarevski rayonunun Lazarevskoe mikrorayonundan sonra ikinci böyük mikroroyon idi. 1958-ci ildən 1961-ci ilə qədər Daqomıs artıq şəhər tipli qəsəbə (kurort qəsəbəsi) statusuna malik idi. Qəsəbədə Volkovski kənd dairəsinin idarəsi var. == Coğrafiyası == Lazarevski rayonunun cənub kənarında, eyni adlı Daqomis çayının aşağı axarında yerləşir. Regional mərkəzdən — Lazarevskoyedən 55 km cənub-şərqdə, Soçinin mərkəzindən 14 km şimal-qərbdə və Krasnodar şəhərindən 280 km cənub-şərqdə (yolla) yerləşir. Daqomısdən A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir. Daqomıs dəmir yolu stansiyası fəaliyyət göstərir. Daqomis Qara dəniz sahilində yerləşir və Qərbi Daqomis və Şərqi Daqomis çaylarının vadiləri boyunca uzanır.
Daqqa
Daqqa— çəki ölçü vahidi. == Ümumi məlumat == Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Daqun Omayev adına Mədəniyyət Sarayı
Daqun Omayev adına Mədəniyyət Sarayı — Çeçenistanın paytaxtı Qroznı şəhərində mədəni-kütləvi tədbirlər keçirmək üçün tikilmiş bina. 25 mart 2020-ci ildə Mədəniyyət İşçisi Günündə Qroznı şəhərinin mərkəzində, Sunja çayının sahilində açılmışdır. Sahəsinə görə Şimali Qafqazın ən böyük mədəniyyət sarayıdır. == Təsviri == Mədəniyyət sarayının binası 12 mərtəbəlidir. Binanın ümumi sahəsi 39 min kvadratmetr təşkil edir. Binada müxtəlif təyinatlı otaqlar yerləşir. Burada tamaşalar üçün kiçik və böyük zallar, məşq otaqları, konfrans zalı, soyunub-geyinmə otaqları, səsyazma studiyası, teatr salonu var. Bina kompleksinə 700 avtomobil üçün qapalı dayanacaq da daxildir. Mədəniyyət sarayının binasında fəaliyyəti mədəniyyətlə bağlı müxtəlif təşkilatlar yerləşdirilmişdir. Binada ilk dövrlər Çeçenistan Respublikasının Dövlət Filarmoniyası da fəaliyyət göstərmişdir.
Daquq
Daquq — İraqın Kərkük mühafazasıdə şəhər. Kərkükün cənubunda və Bağdad şossesi üzərində yerləşən Daquq şəhərinin əhalisi təxminən 50.000 nəfərdir. Mərkəzini əsasən türkmanlar təşkil edir və azlıq olaraq ərəblər də vardır.Daquqdakı türkmanlar şiə və azlığda olan ərəblər sünni məzhəbinə inanırlar. Daquq şəhərindən Qaradağdan gələn Daquq çayı keçir və Zab çayının bir qolu da keçir və bütün ərazilərin sulanmasını sağlar. İdari olaraq Daquqa 4 nahiyə bağlıdır (Tazexurmatu, Leylan, Rəşat və Geda). Daquqda çox sayda tarixi əsərlər vardır, bunların ən önəmlisi Daquq Ulu Minaresi (1600 üncü illərdə bir Osmanlı sultanı tərəfindən tikilmiş və eynisi Ərbil şəhərində inşa edilmişdir.
Daquq qəzası
Daquq qəzası (ərəbcə: قضاء داقوق) — İraq Respublikasının Kərkük mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Daquq şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.430 km² ərazini əhatə edir.
Stiq Daqerman
Stiq Halvard Daqerman (isv. Stig Halvard Dagerman, 5 oktyabr 1923[…] – 4 noyabr 1954[…], Danderyud[d], Stokholm leni[d]) — isveçli jurnalist və yazıçı. İkinci Dünya müharibəsindən sonra yazan ən görkəmli İsveç müəlliflərindən biri idi. Stiq Daqerman 1923-cü ildə İsveçrənin Uppsala şəhərinin kiçik bir bölgəsində anadan olmuşdu. Anası o doğulduqdan qısa müddət sonra evi tərk etmişdi, atası isə işinə görə daim gəzməli olduğundan Stiq uşaqlığını öz baba və nənəsi ilə birgə keçirtmişdi. Gənc yaşlarından işçi qəzetində siyasi mövzularda şeirlər və məqalələr yazmağa başlayır. 1943-cü ildə Almaniya qaçqını olan Annemarie Götze ilə evlənir və bundan sonra Hitler Almaniyasına və militarizmə qarşı nifrətini bildirən əsərlər yazır. İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə müharibənin faciəvi təsirindən bəhs edən "İlan" adlı ilk romanını yazır. Tənqidçilər tərəfindən müsbət rəy alan Stiq növbəti il "Lənətlənmiş ada" adlı ikinci əsərini də yayımlayır. Frans Kafka, Alber Kamü, Vilyam Folkner kimi yazıçılardan olduqca təsirlənən ekzistensialist yazıçı əsərlərində qorxu, günahkarlıq, yalnızlıq hislərinə xüsusi yer verir, insan varlığının əzablı həqiqətlərini araşdırırdı.
Valid Daqayev
Valid Şitayeviç Daqayev(çamor. Ва́лид Шита́евич Дага́ев; 30 iyun 1940, Qroznı – 22 sentyabr 2016, Qroznı)— Sovet, rus çeçen müğənnisi, musiqiçisi, bəstəkarı, xalq mahnılarının ifaçısı, Çeçen-İnquş MSSR Xalq artisti (1970), RSFSR-in əməkdar artisti (1972), RSFSR xalq artisti (1988), medal sahibi. Əhməd Kadırov ordeni (2009) laureatı.. Valid Daqayev Yeni Aldı kəndində anadan olub. 23 fevral 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası başlandı. Köçürmə zamanı çəkdiyi çətinliklər onun görmə qabiliyyətini itirməyə başlamasına səbəb oldu. Uşaqlıqdan mahnı oxumağı çox sevirdi. O, musiqi alətinə sahib olmaq arzusunda idi, lakin ailənin onu almağa imkanı yox idi. Adi çubuqda oyunu təqlid edərək barmaqlarını taxtaya döyürdü. Xalası tezliklə ona balalayka hədiyyə verdi.
Villen Daqeaqo
Villen Daqeaqo (28 iyul 1983) — Naurulu kişi ağır atlet. 56 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Naurunu təmsil edir. Villen Daqeaqo dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Zaur bəy Daqirov
Zaur bəy Daqirov (tam adı: Zaur bəy Yusif oğlu Daqirov; d.11.5.1902, Şimali Osetiya, Vladiqafqaz - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Zaur Daqirov 1902-ci ildə Şimali Osetiyanın paytaxtı Vladiqafqazda anadan olmuşdu. 1918-ci ildə Tiflis kadet korpusunu bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini etnoqrafiya sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir.
Qızıl Daqon Paqodası
Şvedaqon paqodası — Myanmarın Yanqon şəhərində yerləşən zərli stupa. Şvedaqon Myanmadakı ən müqəddəs Buddist paqodadır. Çünki, burada indiki Kalpanın dörd əvvəlki Buddanın qalıqlarının olduğu güman edilir. Bu qalıqlara Kakusandhanın əsası, Konaqamananın su filtri, Kassapa paltarının bir parçası və Qautama başının səkkiz teli daxildir. 51 metr (167 fut) hündürlüyündə Sinquttara təpəsində tikilmiş , 112 m (367 fut) hündürlüyü olan paqoda dəniz səviyyəsindən 170 m (560 fut) hündürlükdədir və Yanqon siluetinə hakimdir. Yanqonun binaların maksimum hündürlüyünü dəniz səviyyəsindən 127 metr (417 fut) hündürlüyə (paqodanın dəniz səviyyəsindən hündürlüyünün 75%-i) qədər məhdudlaşdıran rayonlaşdırma qaydaları Şvedaqonun şəhərin siluetində önə çıxmasını təmin edir. Əfsanəyə görə, Şvedaqon paqodası 2500 ildən çox əvvəl — Budda hələ sağ olarkən — inşa edilmişdir ki, bu da onu dünyanın ən qədim Buddist stupasına çevirəcəkdir. Buddhavaṃsa görə, Tapussa və Bhallika adlı Ukkalajanapadadan olan iki tacir Budda ilə qarşılaşdıqda Bodh Qayadan keçirdilər. O zaman rajayatana ağacının altında oturaraq yeni əldə etdiyi Buddalığın səadətindən zövq alan Budda onların düyü tortu və bal təkliflərini qəbul etdi və əvəzində onlara dharmanın bir hissəsini öyrətdi . Bununla da onlar ilk adi şagirdlər oldular.
Məhəmməd Xurşid Daquqlu
Məhəmməd Xurşid Daquqlu — folklorşünas, ədəbiyyatşünas, publisist Məhəmməd Xurşid Daquqlu 1932-ci ildə Kərkükə bağlı Daquq qəsəbəsində anadan olmuşdur. Hələ 1 ayı tamam olmamış anasını itirmiş, bacısının himayəsində böyümüşdür. 1947-ci ildən başlayaraq bir il Ərbil şəhərində, üç il Duxoq və Bakubə şəhərlərində təhsil alır 1952-ci ildə diplomunu aldıqdan sonra Havicə qəsəbəsində 8 il müəllim kimi çalışır. Həmçinin, bu illərdə Ziraat Meslek Lisesinə aid yataqxananın müdiri vəzifəsini icra etmişdir. M.Xurşidin təyinatı 1966-cı ildə Daquq şəhərinə verilir. Buradakı 9 illik müəllimlik fəaliyyətinin son 3 ilini İmam Zeynalabidin kəndində tamamlayır. 1970-ci ildən Kərkükdə bir neçə məktəbdə müəllimliklə məşğul olur. 1983-cü ildən təqaüdə ayrılır. 1960-cı ildə ailə qurur. Bu evlilikdən 7 övladı dünyaya gəlir.
Daqqa papaq
Daqqa papaq — Dəridən tikilmiş hündür papaq. Papağın sağanağı qaragül dərisindən, üst qapağı isə mahuddan tikilirdi. Bəzi bölgələrdə ona "üstlü", yaxud "qapaqlı" papaq da deyilirdi. Ümumiyyətlə, qaragül dərisindən tikilən sağanaqlı papaqların hamısı "börk" və ya "sür papaq" adlanardı.