Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dabanlı
Dabanlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Dabanlı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Dabanlı (Ərdəbil)
Dabanlı — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Dabanlı (Xudabəndə)
Dabanlı (fars. دابانلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 666 nəfər yaşayır (157 ailə).
Yalançı yalançı
Yalançı, yalançı (ing. Liar Liar) — ABŞ istehsalı komediya filmi. == Məzmun == Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdürü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Abdalanlı
Abdalanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Keçmiş adı Ocaqqışlaqdır. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salınmışdır. Tədqiqatçılara görə, kəndin adı abdalanlı adlı elatın adı ilə bağlıdır. Oykonim abdal etnonimindən, -an (far. cəm Şəkilçisi) və -lı (Azərbaycan mənsubluq, aidlik bildirən Şək.) Şəkilçilərindən düzəlib, "abdallara məxsus, abdallar yaşayan kənd" deməkdir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 119 evdə 741 şiə kürd yaşayırdı. == Coğrafiyası == Dağətəyi ərazidədir.
Alxanlı
Yaşayış məntəqələriAlxanlı (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Alxanlı (Siyəzən) — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.
Aslanlı
Aslanlı — soyad. Mir Kazım Aslanlı — şair, alim, həkim, müəllim və bəstəkar. Orxan Aslanlı — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Gülağa Aslanlı — Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri. Rüfət Aslanlı —DigərAslanlı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Cağanlı
Cağanlı (Çaldıran) —
Dadaşlı
Dadaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.
Daharlı
Daharlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi (Düzkənd) Axuryan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qoraqoyunlu türk tayfasının bir qolu olan duharlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Getk qoyulmuşdur. Mənbədə Dağarlı.
Dalğalı
Dalğalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Dalğalı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Daraqlı
Daraqlı (qaq. Taraklı) Moldovada şəhərdir. Daraqlı rayonun mərkəzi.
Daylaqlı
Daylaqlı (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Daylaqlı kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 405 nəfərdir.
Daylaxlı
Daylaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şərqdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə Daylaqan, Qafqazın 5 verstlik xəritəsinə Daylaxlı kimi qeyd edilmişdir. Toponim daylaxlı tayfa adı əsasında əmələ gəlmişdir. Fikrimizcə, daylaxlı etnoniminin əsasında qədim dey etnonimi dayanır. Dey>day tayfasım skiflərin bir qolu da hesab edirlər. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 87 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 60 nəfər, 1904 - cü ildə 218 nəfər, 1914 - cü ildə 240 nəfər, 1916-cı ildə 209 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir.
Divanlı
Divanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Divanlı Bərdə rayonunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Etnotoponimdir. Oykonim türkdilli duvanlı tayfasının adı ilə bağlıdır.
Gavanlı
Gavanlı (Əsədabad)
Hasanlı
Hasanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cəbrayıl rayonunun Soltanlı inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir. Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Kolanlı
Kolanlı (Zəngibasar) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Zəngibasar (Masis) rayonu ərazisində kənd. Kolanlı (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Aralıq Kolanlı — İrəvan quberniyasında kənd.
Maşanlı
Maşanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Maşanlı kəndi Soltanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Maşanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Araz Maşanlı da adlanır. Yaşayış məntəqəsini həmin rayondakı Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə bələ adlandırmışlar. Oykonim Maşanlı nəslinin adını daşıyır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Arazın sahilində yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Milanlı
Milanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Toponimikası == Milanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin adı çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra (1828) Türkiyədən köçüb gəlmiş kürddilli milanlı tirəsinin adındandır. == Əhalisi == Əhalisi kürddilli milanlı tayfasına mənsubdur.
Qapanlı
Qapanlı (Şəmkir) — Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qapanlı (Tərtər) — Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. Aşağı Qapanlı — Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi vahidində kənd. Yuxarı Qapanlı — Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. Qapanlı (indi Alışarlı) — Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. Qapanlı düzü — Tərtər rayonu ərazisində düz.
Salahlı
Salahlı — soyad. Səyyad Salahlı — azərbaycanlı ictimai-siyasi xadim; filologiya elmləri namizədi (2005); Yeni Azərbaycan Partiyasının qurucularından biri; yazıçı-publisist. Mirzəli bəy Salahlı-Kəngərli — Qarabağ bəyi. == Kənd və qəsəbələr == Salahlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. === Oxşar kənd adları === Salahlı Kəngərli — Azərbaycanın Ağdam rayonunda kənd. Aşağı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Salmanlı
Salmanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Salmanlı rayonun ucqar kəndidir, kənd ilə Sabirabad rayonunun mərkəzi arasındakı məsafəsi 70 km-dir və şimaldan rayonun Muğan Gəncəli kəndiylə sərhəddir. Kənd cənubdan Salyan rayonun Aşağı Noxudlu kəndiylə sərhədir , Salmanlı kəndinin Salyan şəhəri ilə olan məsafəsi 12-kilometrdir. == Təhsil == == İqlimi və coğrafiyası == Orta temperatur yanvarda 1,8 C, iyulda 36.5 C -dir. İllik yağıntı 300 mm-dir. Əsas çayı Kürdür. Əs asən, boz-çəmən torpaqları yayılmışdır. Kür çayı sahilində tuqay meşələri mövcuddur.[mənbə göstərin] == Təbiəti == Salmanlı kəndin ərazisində bir çox təbiətə uyğunlaşmış canlılar var, bunlardan dovşan , tülkü, canavar, çaqqal, çöl pişiyi,quşlardan turac. Sürünənlərdən ən zəhərli ilan gürzə və başqa növ ilanlar da çoxluq təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsasən heyvandarlıq və bostançılıqla məşğul olan yerli əhali kənd təsərüffatı və əkinçiliklə də məşğul olur.Pamidor istixanaları və daha çox yonca, qarpız, yemiş, taxıl əkirlər. Son illər üzüm, xurma, badam, püstə və alça bağları salınmaqdadır.
Tapanlı
Tapanlı, Tapan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur. Geğasar 1988-ci il Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib. Geğasarda 150 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Geğasarda 30 ailə vaqon evlərdə yaşayır. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Bəykənd çayının sağ qolu üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1978-ci ildə kənd erməni Qexasar adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış, mənşəcə Ağqoyunlulara mənsub Boz-Ulus tayfa birləşməsinin (bu birləşmə Tabanlı, Mosullu, Purnək və Şeyxlu qollarından ibarət idi).
Xallanlı
Xallanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Xallanlı kəndi Başlıbel çayının sahilində, Dəlidağın (Kicik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonu ərazisindəki Bozlu və Kamallı kəndlərindən köçmüş ailələr salmışlar. Həmin ailələr xallanlı kürd tayfasının ilyaslar və Şükürları tirələrinə mənsub idilər. Kənd həmin tayfanın adını daşıyır. == Yaylaqlar == Ağqaya yurdu, Boğaz yurd, Dəvəboynu yurdu, Dərə yurdu, Nabatxanım yurdu, Çay yurdu, Batıxlar yurdu, Seyiddüzü yurdu, Aşağı yurd, Dadaşın yurdu, Qubadın yurdu, Məstanın yurdu, Nəsirin yurdu, Mirzəalıbəyli yurdu, Şiralı yurdu, Qazma yurd. == Bulaqlar == Ağ bulaq, At bulağı, Qara bulaq, Duzlu bulaq, Maral bulağı, Dovşan bulağı, Kurro bulağı, Qırxgözlü bulaq, Şırşır bulaq, Qədimalı arzulayan bulaq, Mamır bulaq, Sarı bulaq, Tala bulağı, Madarın bulağı, Cəfərin bulağı, Cəmlər bulağı, Turşsu, Kor bulaqlar, Kərbəlayı Əziz bulağı, Çimizlik bulağı, Qaysaxlı bulaq, Qırmızı şırran, Karvan bulağı. == Məşhur yerlər == Qəjəl, Arpa çüxuru, Göllər, Armudun çalası, Tanrıyoxuşu, Sarıdaşın çüxuru, Maydanuçan, Çəpərqaya, Çimizlik, Xəccəbani, Novenikcan, Yolaşan, Telefon aşan, Duzlu bulağın biçənəyi, Dikyerlər, Yoncalığın dərəsi, Topgüney, Humayın qayası, Söyüdün barmaqları, Niççinbaşı, Niççinqabağı, Xırdalar, Bənnavlıx, Sürüşcək daş, Alçalıq, Çayqovuşan, Böyükparaq, Kiçikparaq, Səlimuçan qaya, Dardərə, Haçaqaya, Düzlər, Süsənin zağası, Qənşərgüney, Çiliyin düzü, Qaragüney, Əvəzin düzü, Üstümalan, Ağtop qayası, Qaratop qayası, Daşatılan, Ayrıcıq, Nehrəağzı, Babalı şamı, Şırranın qabağı, Dayüçan, Allahverənin tapı, Meşənin başı, Elyolu, Talalar, Xəlilin çökəyi, Kincallının dərəsi, Palıdlıq, Nəcəfin tapı, Qəbirli, Şakkar, Nurullavurulan dərə, Köçərivurulan, Narincyurd, Ağakişinin yeri, Dumaça. Kolavat, Kömürxananın dərəsi, Yoluqdaş, Şiştəpə, Qaragüney, Abdulölən, Qobular, Ağbulağın güneyi, Tarın qabağı, Attapı, Qaradaş, Nəsibin taxtası, Çüxur, Məminin dərəsi, Zenikin cəmi, Ağqayanın suyu qarışan, Kərbəlayı Əhmədin qayası, Ağqayanın dolayıları, Usubun yalı, Qatırçıxmaz, Yazlığın dərəsi, Zirqiri tapı, Tappur, Qənbərlər, Taxçiklər, Vəlili damları, Alırzaların gəzi, Rəhimin damı, Kərbəlayı Əzizin kahası, Binənin altı, Şaysafan, Qamışlığın dərəsi, Qındarğalığın dərəsi, Kərbəlayı Hüseyinalının tapı, Navetapanlar, Haxverdibiçən, Göyqumun meşəsi, Məşədi Qaranın yeri, Qarakötüklər, Köhnə qəbiristanlıq , Gav, Göyqumun suyu, Porsuqdeşən yal, Çırağın düzü, Üçdərə, Tumilinin dərəsi, İbrahimin çəpəri, Qaramanın dərəsi, Kunemaran, Battaxlıq, Dolayıyol, Arı qayası, Misirin biçənəyi, Şorsu, Telliuçan, Köçəri vurulan, Sarıqaya, Babbanın şırranı, Qırmızıdaş, Gendöş, Dəhnə, Pasdaşı, Ağyal, Namazın qayası, Çalaçüxur, Çalçınqıl, Həsənin çöpləri.
Zamanlı
Zamanlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Zamanlı (bulaq) — Gədəbəy rayonunun Zamanli kəndi yaxınlığında iki qrup mineral bulaqların umumi adi; Zamanlı (çay) — Tovuz və Şəmkir rayonlarında çay. Tovuzçayın sol qolu olub, Axıncaçayına tokülür.
Zilanlı
Zilanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Oykonim kürddilli zilanlı tayfasının adı ilə bağlıdır. == Tarixi == Rusiya-İran müharibəsi (1826–1828) sonra kürddilli zilanlı tayfasının nümayəndələri İrandan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Tayfa bir neçə tirəyə bölünmüşdür. XIX əsr mənbələrində göstərilmişdir ki, zilanlılar Hüseyn xan Zilanlının başçılığı ilə Azərbaycana gələrək bir sıra yaşayış məntəqələri salmışlar.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zilanlı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Zilanlı Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Zilanlı kəndi dağətəyi düzənlikdədir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Dapanci
Dapanci (çin. ənən. 大盘鸡, pinyin: Dàpánjī) və ya çon təxsə toxu korumisi (uyğ. چوڭ تەخسە توخۇ قورۇمىسى, чоң тәхсә тоху қорумиси, qong təhsə tohu ⱪorumisi) — buxarda bişirilmiş toyuq növü. Çinin Sincan-Uyğur Muxtar Rayonuna aid məşhur bir yeməkdir. == Etimologiya == Dapanci Çin dilində "böyük boşqab toyuğu" deməkdir. Yeməyin uyğur dilində olan adındakı çon (چوڭ, Чоң, qong) "böyük", təhsə (تەخسە, Тахсә, təhsə) "süfrə", toxu (توخۇ, Тоху, tohu) "toyuq", korumisi (قورۇمىسى, Korumisi, ⱪorumisi) isə "qızardılmış" deməkdir. == Tarix == Yemək 1990-cı illərin ortalarında Çinin Sincan bölgəsində populyarlıq qazanmışdır. İddia edilir ki, yemək ilk dəfə Sıçuan bölgəsindən olan, çili bibərini toyuq və kartofla qarışdıran bir miqrant tərəfindən Şimali Sincanın Şavan şəhərində hazırlanmışdır. Yeməyin mənşəyinin Şavan olduğu düşünülsə də, başqa iddialar da mövcuddur.