Abdalanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd.[1]
Abdalanlı | |
---|---|
39°24′33″ şm. e. 46°32′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Keçmiş adı Ocaqqışlaqdır. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salınmışdır. Tədqiqatçılara görə, kəndin adı abdalanlı adlı elatın adı ilə bağlıdır. Oykonim abdal etnonimindən, -an (far. cəm Şəkilçisi) və -lı (Azərbaycan mənsubluq, aidlik bildirən Şək.) Şəkilçilərindən düzəlib, "abdallara məxsus, abdallar yaşayan kənd" deməkdir.[2]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 119 evdə 741 şiə kürd yaşayırdı.[3]
Dağətəyi ərazidədir.[2]
Qubadlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |