Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dostluqdan Yaranmış (1973)
== Məzmun == Film sovetlər ölkəsinin beynəlmiləlçiliyindən, Bakı Maşınqayırma Zavodunun işçilərinin Rustavi, Çelyabinsk, Tümen və digər şəhərlərin zavodlarının fəhlələri ilə dostluğundan bəhs edir. Kinolentdə Keşlə Maşınqayırma Zavodunda ölkəmizin bütün neft rayonları üçün avadanlıq yaradılmasında təkcə bakılıların əməyi deyil, Moskva, Riqa, Oryol və Qorki şəhərlərinin müxtəlif zavodlarının fəhlələrinin iştirakı da öz əksini tapmışdır. Filmin kadrları Keşlə Maşınqayırma Zavodunda, Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda, habelə Çelyabinskin traktor və Kiyevin "Bolşevik" zavodlarında çəkilmişdir.
Dostluqdan yaranmış (film, 1973)
== Məzmun == Film sovetlər ölkəsinin beynəlmiləlçiliyindən, Bakı Maşınqayırma Zavodunun işçilərinin Rustavi, Çelyabinsk, Tümen və digər şəhərlərin zavodlarının fəhlələri ilə dostluğundan bəhs edir. Kinolentdə Keşlə Maşınqayırma Zavodunda ölkəmizin bütün neft rayonları üçün avadanlıq yaradılmasında təkcə bakılıların əməyi deyil, Moskva, Riqa, Oryol və Qorki şəhərlərinin müxtəlif zavodlarının fəhlələrinin iştirakı da öz əksini tapmışdır. Filmin kadrları Keşlə Maşınqayırma Zavodunda, Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda, habelə Çelyabinskin traktor və Kiyevin "Bolşevik" zavodlarında çəkilmişdir.
Yengicə-i Yaranmış (Mərənd)
Yengicə-i Yaranmış (fars. ينگجه يارانميش‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 8 nəfər yaşayır (6 ailə).
Davranış
Davranış — ən geniş mənasıyla fərdin hər hansı bir situasiya qarşısındakı total reaksiyası. Müəyyən bir davranış forması mühit və ya fərdlə mühit arasındakı əlaqə üzərində bəzi təsirlər yaradaraq situasiya dəyişdirər. Psixologiya artıq bir davranış elmi olaraq təyin olunmaqdadır. Bu düşüncə Con Votson tərəfindən ortaya atılmışdır. Votson, psixologiyanın obyektiv bir elm ola bilməsi üçün, yalnız birbaşa müşahidə və ölçülə bilən fenomenlərin ələ alınması lazım olduğunu irəli sürmüşdür, Votsona görə davranış, şərtli refleks törəyən və doğuşdan gələn bəzi mühərrik və guddesel reaksiya formalarına görə ibarət olan inteqrasiya xasiyyət sistemlərindən ibarətdir. Danışılan dillə bağlı xasiyyətlər, "emalı" bir xüsusiyyət daşıyabilmələrindən ötəri, xüsusilə vacibdir. Hələ ki, davranışçı ənənə və xüsusilə laboratoriya təcrübələrinin üzərində qurulub; lakin müasir experimenter psixoloqlar davranış daha ümumi təsvirlər meylində olub öyrənmə və motivasiya kimi proseslərlə əlaqədar nəzəri şərhlərini hipotetik, üzəri örtülü dəyişkənlərlə dilə gətirərlər. == Davranış pozğunluğu == ABŞ ədəbiyyatında hər hansı tipdə bir funksiya anormallığını təyin ümumi bir termin olaraq istifadə olunur; lakin İngiltərədə psixiatrik istifadəsi daha məhduddur. Çox vaxt, sözü edilən davranış və ya "hərəkətin" ictimai və ya etik baxımlardan bir qiymətləndirilməsi həyata keçirilir. Beləcə "davranış" termini bəzi psikopatik nəfərlik formaları üçün, ümumiyyətlə də uşaqlarda görülən və isyankar təcavüzkar (aqressiv) davranış, oğurluq və məktəbdən qaçma simptomları ilə təzahür edən bir psixiatrik pozuqluq kateqoriyası üçün istifadə edilməkdədir.
Aqonist davranış
Aqonist davranış (yunan. agonistikos — mübarizə qabiliyyəti) — mürəkkəb hərəkət kompleksi olub, eyni növə malik müxtəlif fərdlər arasındakı münaqişə zamanı müşahidə olunur. Məsələn, rəqibin üzərinə edilən hücum, özünü müdafiə, təhlükədən qaçmaq, təqib etmək, özünü və özünə tabe etdirmə hərəkətləri və s. == Ədəbiyyat == 1. Axundov M. A., Mehrəliyev Ə. Ə., Əliyev A. R., Muradova E. Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Darandaş (Mərənd)
Darandaş (fars. دارانداش‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (64 ailə).
Davranış iqtisadiyyatı
Davranış iqtisadiyyatı psixoloji, idraki, emosional, mədəni və sosyal faktorların insanların və qurumların qərar verməsi üzərindəki təsirlərini və bunun klassik nəzəriyyənin qurduğu sistemdən nə qədər fərqliləşdiyini öyrənən iqtisadiyyatın yeni alt sahəsidir.Davranış iqtisadiyyatı əsas olaraq iqtisadi agentlərin məhdud rasionallığı ilə maraqlanır. Bu elm sahəsinidəki modellər, adətən, özündə psixologiya, nevrologiya və mikroiqtisadi nəzəriyyə ilə bağlı fikirləri birləşdirir. Davranış iqtisadiyyatının tədqiqi bazar qərarlarının necə qəbul edildiyini və ictimai seçimə səbəb olan mexanizmləri əhatə edir. Burada üzərində çalışılan 3 əsas sahə var: Heuristika: İnsanlar qərarlarının 95%-ni zehni qısayolları və ya ümumi qəbul edilən fikirləri istifadə edərək verir. Çərçivələmə: Zehni filtrləri təşkil edən qəlib hadisələr və stereotiplərin bir araya gəlməsi fərdlərin hadisələri başa düşməsinə və bunlara necə cavab verməsinə əsaslanır. Bazar anomaliyası: Bura səhv qiymətləndirmə və qeyri-rasional qərar vermələr daxildir.2002-ci ildə psixoloq Deniel Kaneman "psixoloji tədqiqatları iqtisadi elmlə, xüsusən də qeyri-müəyyənlik altında insanın mühakiməsi və qərar qəbul etməsinə dair fikirlərlə birləşdirdiyinə görə" İqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdi ". 2013-cü ildə isə, iqtisadiyyatçı Robert Şiller "aktiv qiymətlərinin empirik analizinə görə" (davranış maliyyəsi sahəsində) İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdı..Son olaraq 2017-ci ildə Riçard Taler "davranış iqtisadiyyatına verdiyi töhfələrə və iqtisadi nəzəriyyəni pozan qeyri rasional insan davranışları üzərindəki qabaqcıl işinə görə" bu mükafata layiq görülmüşdü. == Tarixi == Klassik iqtisadiyyat dövründə mikroiqtisadiyyat psixologiya ilə sıx bağlı idi. Məsələn, Adam Smit ədalət və ədalət narahatlıqları da daxil olmaqla, fərdi davranışların psixoloji izahlarını təklif edən Əxlaqi münasibətlər nəzəriyyəsi (ing. The theory of Moral Sentiments) əsərini yazdı.
Sarınmış üçküncmeyvə
Elmi adı Trigonocaryum involucratum (Stev.) Kusn. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Tüklü, uzun, nazik köklü bitkidir. Gövdəsi qısadır, qaidə hissədə budaqlanandır, 5-20 sm uzunluqdadır. Yarpaqları 1-1,5 sm uzunluğunda, küt, mərkəzihissəyə getdikcə daralandır. Çiçək qrupu yan çətirlərdən ibarət başcıqlıdır. Çiçək altlığının yarpaqları çiçəyi əhatə edir, 1-2 sm uzunluğundadır. Formasına görə gövdə yarpaqlarına oxşayır, çiçəklərdən uzundur. Kasacıq 2 mm uzunluqda, oturaq və ya qısa ayaqcıqlıdır, zəngvari, tükcüklüdür.
Təqlid (davranış)
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Əhməd Yaramış
Ahmet Yaramış (türk. Ahmet Yaramış; 1968, Çorum) — türk professor. 20 aprel 2020-ci ildə, prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Tarix Cəmiyyətinin rəhbərliyinə təyin edildi, 22 iyul 2020-ci ildə istefa etdi. == Həyat və təhsili == 1968-ci ildə Çorumda anadan olan Yaramış, ibtidai və orta təhsilini Amasya şəhərinin Merzifon ilçəsində oxumuş, daha sonra orta məktəb təhsilini İskilipdə tamamlamış, universitet təhsilini isə Ankara Universiteti dil və tarix-coğrafiya fakültəsində almışdır. Qazi Universiteti (1993) ve Konnektikut universitetində (1996) magistr təhsili almışdır. Daha sonra “II Mahmud dövründə Asakir-i Mansure-i Muhammediye, 1826-1839” adlı tezis ilə Ankara Universitetində doktoranturanı müdafiə etmişdir. == Karyerası == 1991-1993-cü ildə Ankaranın Gölbaşı mahalında Milli Təhsil Nazirliyində tarix müəllimi olaraq çalışdı və 1993-cü ildə Afyon Böyüktəpə Universiteti dil və ədəbiyyat fakültəsi tarix bölməsinin tədqiqatçı köməkçisi vəzifəsinə təyin edildi. 2002-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə professor oldu. 20 aprel 2020-ci ildə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə başladı və 22 iyulda istefa verdi.
Korporativ davranış qaydaları
Korporativ davranış qaydaları — qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən uyğunluq üçün tövsiyə olunan və investorların hüquqlarının qorunmasına, habelə korporativ idarəetmənin digər aspektlərinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra qaydalar. == İlkin şərtlər == Davranış qaydalarının birbaşa müəllifləri ictimai kapital bazarlarına çıxışı olan və ya bu ölkələrə giriş istəyən iri şirkətlərdir. Qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatların həyata keçirildiyi fond birjaları və digər ticarət platformaları şəklində geyimli dövlət kapitalı bazarı, qiymətli kağızlar bazarında investorlar və emitentlərdən tənzimləyici və maliyyə orqanlarına qədər müxtəlif iştirakçıların maraqlarının uyğunlaşdırılması üçün kompleks bir mexanizmdir. İqtisadiyyatın inkişafı üçün son dərəcə vacib olan bu mexanizm eyni zamanda son dərəcə kövrəkdir, əgər balanssız olduqda ciddi problemlərə səbəb ola bilər. Dövlət kapital bazarlarının mürəkkəbliyi və kövrəkliyi onların davamlılığını təmin etmək üçün istifadə olunan tədbirləri və metodları kompleksləşdirir. Rəqabətli iş mühitində tələb olunan çeviklik və fərdilikdən məhrum olan dövlət tənzimləyici təsiri çatışmazlığı geniş şəkildə qəbul edilir. Qarşılıqlı inamı dərinləşdirmək və bunun əsasında əlavə rəqabətçi üstünlüklər əldə etmək üçün mövcud ehtiyacları cavablandıraraq qiymətli kağızlar bazarının iştirakçıları əlaqələrini uyğunlaşdırmaq üçün müstəqil olaraq müxtəlif mexanizmlər inkişaf etdirdilər. 80–90-cı illərdən bəri. Keçən əsrdə hökumətlər və beynəlxalq təşkilatların (Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və s.) dəstəyi ilə bu səylər mərkəzləşdirilmiş və institusional hala gəldi. Bu fəaliyyətin nəticələrindən biri, təcrübələr və qiymətli kağızlar bazarı iştirakçıları icması tərəfindən bir sıra rəsmi tövsiyələr hazırlanan şirkətlər və investorlar arasında ən yaxşı əməkdaşlıq nümunələrinin ümumiləşdirilməsi idi.
İstehlakçının davranış nəzəriyyəsi
Ümumiyyətlə, Tələb əyrisi müəyyən məhsula olan ümumi tələbi əks etdirir. Bu əyrinin arxasında çoxlu sayda fərdin qərarları dayanır. İstehlakçılar müəyyən qiymət səviyyəsində hər hansı bir məhsulun alışını həyata keçirirlər. Qiymət qalxdıqca alınan məhsulun həcmi azalır, qiymət düşdükdə isə əksinə. Bu qərarların araşdırılması tələb əyrisinin arxasında dayanan məsələlərin öyrənilməsində vacibdir. Mikroiqtisadiyyatda fərdlərin müəyyən məhsul alan zaman verdikləri qərarları öyrənən bölməyə istehlakçı davranışnın nəzəriyyəsi və ya istehlakçı seçim nəzəriyyəsi deyilir İstehlakçının necə qərar verməsini və ya hansı məhsuldan və nə qədər alacağını müəyyənləşdirmək üçün ilk növbədə iki suala cavab axtarılır: İstehlakçı nəyi almaq imkanına malikdir? İstehlakçı nəyi almaq istəyir? == Büdcə məhdudiyyətləri == İlk sual istehlakçının imkanı ilə bağlıdır və büdcə məhdudiyyətləri əyrisi vasitəsi ilə izah edilir. Büdcə məhdudiyyətləri istehlakçıların almaq imkanı olduğu istehlak paketlərini üçün məhdudiyyətləri əks etdirən əyridir. Sadə formada izah olunarsa, bu əyri istehlakçının almaq imkanına malik olduğu iki məhsulun müxtəlif konbinasiyaları təmsil edən nöktələrin birləşməsindən əmələ gəlir.
Daranın Suzdakı sarayı
Daranın Suzdakı sarayı, Əhəmənilər imperiyasının paytaxtı olan İranın Suz şəhərində I Dara tərəfindən tikdirilmiş bir saray kompleksi idi. İnşaatı Persepolis ilə paralel aparılırdı. İmperiyanın müxtəlif regionlarından gətirilmiş insan gücü və xammal onun inşasında istifadə edilmişdir. Bir zamanlar yandırılaraq məhv edilmiş və sonradan qismən bərpa edilmişdir. Hal-hazırda bu vacib kompleksdən az şey qalmışdır. Əhəməni memarlığının vacib komplekslərindən biridir. == Tarix == Saray kompleksi Əhəmənilər kralı I Dara tərəfindən ən sevimli paytaxtı Suzda inşa edilmişdir. İnşaat işləri sonralar I Daranın oğlu Xerxes və daha sonra müəyyən qədər I Artaxerxes (E.ə. 465-424) və II Daranın rəhbərliyi (E.ə. 423-404) altında davam etdirilmişdir.
I Daranın türbəsi
I Daranın türbəsi - Nəqşi-Rüstəm yaxınlığındakı Hacıabad dağındadır. Fars əyaləti ərazisində yerləşir.
Afrika Oyunlarında medal qazanmış ölkələrin siyahısı
Afrika Oyunlarında medal qazanmış ölkələrin əlifba sırasına görə siyahısı — aşağıdakı kimidir:
Altinu Arantis binası
Altinu Arantis binası və ya Banespa binası (port. Edifício Altino Arantes) — Braziliyanın ən yüksək göydələnidir. San-Pauluda yerləşir. 161 metr yüksəkliyə malikdir və 40 mərtəbədən ibarətdir. Binada Banespa muzeyi yerləşir.
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya — hər vəziyyətdə işgəncə qadağan edilməsi, şəxslərin ciddi işgəncə riski altında olduqları ölkələrə təhvil verilməsini qadağan etmək və işgəncə vermə məcburiyyətinin müəyyənləşdirilməsi 1984-cü ildə qəbul edilmiş və 1987-ci ildə qüvvəyə minmiş BMT konvensiyasıdır. Konvensiyanın icrasına on mütəxəssisdən ibarət İşgəncələrə Qarşı Komitə nəzarət edir; Konvensiyanın iştirakçı dövlətlərinin hesabatlarını şərh edir və konvensiyanın 21 və 22-ci maddələrinə əsasən bəyanat verərək komitənin müvafiq səlahiyyətlərini tanıyan iştirakçı dövlətlərə qarşı şikayətləri araşdırır. 1992-ci ildə konvensiyaya 2020-ci ildən etibarən qüvvəyə minməyən dəyişikliklər qəbul edildi. 2002-ci ildə Konvensiyanın isteğe bağlı protokolu qəbul edildi və 2006-cı ildə qüvvəyə mindi, İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası modelləşdirilmiş səfərlər mexanizmi yaradıldı. Bu funksiyalar İşgəncələrə Qarşı Komitənin İşgəncələrə Qarşı Mübarizə və İşgəncə Əleyhinə Komitənin digər qəddar, qeyri-insani və ya ləyaqətini alçaldan rəftar və ya cəza qarşısının alınması üzrə Alt Komitə tərəfindən həyata keçirilir. Həmçinin, protokol iştirakçı dövlətlər üçün milli bir qoruyucu mexanizm qurma öhdəliyini müəyyənləşdirir.