Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darab
Darab — İranın Fars ostanınında şəhərlər və Darab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 54,513 nəfər və ya 13,279 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti baharlı və inanlı ellərindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Daran
Daran — İranın İsfahan ostanının şəhərlərindən və Fəridən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,930 nəfər və 4,763 ailədən ibarət idi. Əhalisi ustaclılar, qaşqaylar, bəxtiyarilər, gürcülər və ermənilərdən ibarətdir, fars dili, azərbaycan dili, gürcü dili, erməni dili, qaşqay dili və bəxtiyari dialekti bu şəhərdə danışılır. Əhalisinin əksəriyyəti şiə müsəlmandır,ermənilər xristiandırlar.
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Daraq
Maqazin — tapança, tüfəng, avtomatik silah, yüngül pulemyot, avtomatik snayper tüfəngi kimi odlu silahın güllələrini atəşə hazır vəziyyətdə saxlayan bir cihazdır. Silahın xüsusiyyətlərinə görə 7, 9, 14 və s. növləri mövcuddur. Sinə-sinəyə həyata keçirilən küçə döyüşlərində istifadə olunan qısa lüləli 9 mm çaplı Stenlərin maqazinləri 32 sm uzunluğundadır və fleuber mərmi atan kiçik kalibrli yivli-setli tüfənglərinki isə daha yüksək tutuma malikdir.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Arat
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Dart
Dart — Lars Bak və Kasper Lund tərəfindən hazırlanmış və Google tərəfindən hazırlanmış proqramlaşdırma dili. Veb və mobil proqramlar, həmçinin server və masaüstü proqramlar hazırlamaq üçün istifadə edilə bilər. Dart obyekt yönümlü, sinif əsaslı, C üslublu sintaksisi olan tullantı toplayan dildir. O maşın kodu, JavaScript və ya WebAssembly kompilyasiya edə bilər. O interfeysləri, miksinləri, abstrakt sinifləri, refikasiya olunmuş generikləri və tipləri dəstəkləyir. Dart 10-12 oktyabr 2011-ci ildə, Danimarkanın Orhus şəhərində keçirilən GOTO konfransında təqdim olundu. Layihənin əsasını Lars Bak və Kasper Lund tərəfindən qoyulub. Dart 1.0 14 noyabr 2013-cü ildə yayımlandı. Dart əvvəlcə qarışıq qəbul edilmişdi. Təşəbbüs Chrome-da Dart VM-ni yaratmaq planlarına görə interneti parçaladığına görə tənqid edilirdi.
Darab şəhristanı
Darab şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Darab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 172,938 nəfər və 39,955 ailədən ibarət idi.
Daraq (xalça)
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Daraq damğa
Daraq damğa — Krım xanlarından olan Gəraylar sülaləsi tərəfindən istifadə olunan dövlət simvolu. Damğa Krım tatarlarının milli bayraqlarında da təsvir edilib. Krım tatar milli bayrağında da yer alan daraq damğası Krım xanlığının paytaxt şəhəri olan Baxçasarayda bəzi giriş qapıları və divarların üzərində də təsvir edilmişdir. Damğa əsasən Gəraylar sülaləsi dövründə istifadə olunub. 1917-ci ildə qurulan Krım Xalq Cümhuriyyətinin də milli bayrağında mavi fonda daraq damğası təsvir edilmişdir. 1991-ci ildə II Krım Tatar Milli Qurultayında mavi fonda sol yuxarı küncdə daraq damğası təsvir edilmiş bayraq Krım tatarlarının bayrağı kimi qəbul edilmişdir.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. Əhalisinin sayı 36 nəfərdir.
Karat (dəqiqləşdirmə)
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Karat Holding
Karat Holdinq
Marat Allahverdiyev
Marat Allahverdi oğlu Allahverdiyev (18 may 1941, Bakı – 24 oktyabr 2015) — azərbaycanlı dövlət və siyasi xadim, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı Marat Allahverdiyev 1941-ci il mayın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib. 3 övladı, 6 nəvəsi var. Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyevin atasıdır. Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri, məşhur "Bərpaçı" mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb. 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub. 20 may 1990-ci ildə Zaqafqaziya müsəlmanları Ruhani idarəsi və onun qazilər şurasının qərarı, Allahşükür Paşazadənin imzası ilə 1984-1990-ci illərdə 30 qədər məscid o cümlədən “Təzə-Pir”, “Əjdərbəy”, “Maştağa”, “Mərdəkan”, “Bibi-heybət”, “Türbə”, bir sıra pirlər, ovdanlar, bulaqlar, Mir Mövsüm Ağanın məzarının abadlaşdırılması, H.Z.Tağıyevin, Hacı Qurbani məqbərəsi və sair bərpa işlərinə yardım etdiyinə görə təşəkkür edilib.
Marat Haqverdiyev
Marat Haqverdiyev (tam adı: Marat Xanlar oğlu Haqverdiyev; 21 iyul 1938, Bakı) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2018). Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub. Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev və Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub. İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçməyib, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub. Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub. 1970-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini — şeirlərini, poemalarını rus dilinə çevirir. Anası dünyasını dəyişəndən sonra qərara gəlir ki, onun yolunu davam etdirsin.
Marat Kolşəripov
Marat Kolşəripov (başq. Марат Мәхмүт улы Ҡолшәрипов; 7 yanvar 1941) — Sovet və rus tarixçisi. Tarix elmləri doktoru, professor. Başqırdıstan Respublikasının əməkdar elm xadimi (2001), Salavat Yulayev ordeninin kavaleri (2009), Başqırdıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü (2016). 7 yanvar 1941-ci ildə Başqırdıstan Sovet Sovet Sosialist Respublikasının Kuqərsen rayonunun Zireklya kəndində anadan olmuşdur. 1967-ci ildə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsini, 1971-ci ildə isə Moskva Dövlət Universitetinin aspiranturasını bitirir. 1972-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində "Başqırdıstandakı çarizmin siyasəti (1775–1800)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi üçün tezisini müdafiə edir. 1971-ci ildən Başqırdıstan Dövlət Universitetində müəllim işləyir. 1991–1996-cı illərdə"Ural" Başqırd Xalq Mərkəzinin sədri olur. 1998-ci ildə Başqırdıstan Dövlət Universitetində "Başqırd xalqının milli hərəkatı (1917–1921)" mövzusunda tarix elmləri doktoru dərəcəsi üçün dissertasiyasını müdafiə edir.
Marat Manafov
Marat Manafov (1950, Stepanakert) — Çexiyada yaşayan Azərbaycanlı biznesmen, xalq artisti Fəxrəddin Manafovun qardaşıdır. Marat Manafov Xankəndi şəhərində doğulub. 1993-cü ildə Heydər Əliyevlə yaxın münasibətdə olub. Slovakiyada "Marat" futbol klubunu yaradıb. Neft kontraktları ilı bağlı ilkin danışıqları Marat aparıb. Daha sonra müəmmalı şəkildə Çexiyada yoxa çıxıb. Onun boş BMV maşını işlək vəziyyətdə tapıblar. İndiyə qədər nə baş verdiyini heç kim bilmir.
Marat İzmaylov
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.