Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dard dilləri
Dard dilləri — hind-Avropa dillərinin ari qoluna daxil olan dil qrupu. == Yayılması == Şimali Əfqanıstanın, Pakistanın və Hindistanın dağlıq rayonnlarında yayılmışdır. Bu dildə danışanların ümumi sayı 1990-cı illərdə 5 milyon nəfərdən çox idi. == Tərkibi == Dard dilləri 5 yarımqrupa bölünür: şərq yarımqrupuna kəşmiri, şina, phalura dilləri; şərti olaraq kuhistani adı altında birləşdirilən bir sıra dillər və dialektlər – mayyan, kanyavali, torvali və s.; başkarik və ya qarvi adlanan dialektlər qrupu; katar kalai dili və bəzi digər dillər daxildir. Kunar yarımqrupu qavar-bati, şumaştivə qlanqali dillərindən ibarətdir. Bəzi məlumatlara görə, tirahi dili də bu yarımqrupa aiddir. Son dərəcə fərqli paşai dialektləri ayrıca yarımqrup əmələ gətirir. Digər yarımqrup khovar və kalaşa dillərindən ibarətdir. Genetik mövqeyi qeyri-müəyyən olan dameli dili müstəqil yarımqrup hesab olunur. Daha əvvəllər Nuristan dili də Dard dilinə daxil edilmişdir.
Dardan Şervaşidze
Dardan Şervaşidze — XIII əsr Abxaziya knyazı. Səlcuq sultanı II Key Xosrovla birlikdə Monqollara qarşı baş vermiş Kösedağ döyüşündə öldürülmüşdür. Dardan Şervaşidze 3000 gürcü əsgərinə sərkərdəlik edirdi.
Dardanel
Dardanel boğazı (yun. Δαρδανέλλια, Δαρδανέλια) və ya Çanaqqala (türk. Çanakkale boğazı eyni adlı şəhərin şərəfinə) — Asiyanı Avropadan ayıran boğazlardan biridir; Egey və Mərmərə dənizləri arasında yerləşir. Qara dənizi Dünya okeanına bağladığına görə beynəlxalq əhəmiyyətə malikdir. Həmçinin dünyanın ən dar boğazıdır. Hellespontos (q.yun. Ἑλλήσποντος, lat. Hellespontus) boğazın qədim adlarından biridir.
Dardanel adaları
Dardanel adaları - Xəzər dənizində yerləşən Azərbaycana məxsus adalar qrupu. Dardanel qrupu kiçik adalardan ibarətdir. Relyefi düzənlikdir və hündürlüyü 1 metri keçmir. Kiçik Tava adası və Koltiş adalarından cənubda, Yal adası və Çurki adasından şimalda yerləşir. Abşeron arxipelaqının tərkib hissəsini təşkil edir. Okean səviyyəsində -28 metr aşağıda yerləşir.
Dardanel boğazı
Dardanel boğazı (yun. Δαρδανέλλια, Δαρδανέλια) və ya Çanaqqala (türk. Çanakkale boğazı eyni adlı şəhərin şərəfinə) — Asiyanı Avropadan ayıran boğazlardan biridir; Egey və Mərmərə dənizləri arasında yerləşir. Qara dənizi Dünya okeanına bağladığına görə beynəlxalq əhəmiyyətə malikdir. Həmçinin dünyanın ən dar boğazıdır. Hellespontos (q.yun. Ἑλλήσποντος, lat. Hellespontus) boğazın qədim adlarından biridir.
Dardanlar
Dardanlar və ya dardanlı (q.yun. Δαρδανίωνες, Δαρδάνιοι, Δάρδανοι, lat. Dardani) — qədim balkan xalqı. Əsasən müasir Kosovo və cənubi Serbiyanın ərazilərində məskunlaşmışdılar. Dardan dilində danışırdılar. Mövcud hipotezlərdən birinə görə dardanlar müasir albanların əcdadlarıdır. == Mifologiya == Qədim Yunan mifologiyasına görə Dardan (Δάρδανον) İllirikin oğullarından biri idi. Məhs Dardan dardanların eponim əcdadı hesab olunur (Δάρδανοι). Bir sıra roma etnoqrafları Balkan Dardanlarını və İliadada bilinən Dardanlarla, Troas xalqı ilə əlaqələndirmək istəyirlər. Onların eponim əcdadı Zevsin oğlu, başqa bir Dardan hesab olunurdu.
Dardanlılar
Dardanlar və ya dardanlı (q.yun. Δαρδανίωνες, Δαρδάνιοι, Δάρδανοι, lat. Dardani) — qədim balkan xalqı. Əsasən müasir Kosovo və cənubi Serbiyanın ərazilərində məskunlaşmışdılar. Dardan dilində danışırdılar. Mövcud hipotezlərdən birinə görə dardanlar müasir albanların əcdadlarıdır. == Mifologiya == Qədim Yunan mifologiyasına görə Dardan (Δάρδανον) İllirikin oğullarından biri idi. Məhs Dardan dardanların eponim əcdadı hesab olunur (Δάρδανοι). Bir sıra roma etnoqrafları Balkan Dardanlarını və İliadada bilinən Dardanlarla, Troas xalqı ilə əlaqələndirmək istəyirlər. Onların eponim əcdadı Zevsin oğlu, başqa bir Dardan hesab olunurdu.
Dardoqqaz
Dardoqqaz (keçmiş Ulam) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Göyəm inzibati ərazi vahidində kənd. == Tarixi == Dardoqqaz kəndi düzənlikdədir. Keçmış adı Ulam (qəd. türk. "kecid" mənasındadır) olmuşdur. Yaşayış məntəqəsi XVIII əsrdə Dağıstandan gəlmiş avar ailələrinin Dardoqqaz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim dar (keçilməsi çətin olan) və doqqaz (qapı, kecid) sözlərindən düzəlib, "dar kecid" deməkdir. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Dardərə
Dardərə — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Dardərə adlanan yerdə salınmışdır. Oykonim kəndin yerləşdiyi ərazinin coğrafi mövqeyini təyin edir, "Dardərədə salınmış kənd" mənasındadır. == Tarixi == Kəndin keçmiş adı "Mollalı" və ya "Molla Məmməd" olmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Dəstəfurçayın (Gəncəçayın qolu) sol sahilindən 2 km aralı, dağ ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Daşkəsən rayon Dardərə kənd ibtidai məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Dardərəsi (Çaldıran)
Mirabad (fars. داردره سي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (13 ailə).
Bard
Bard — Qədim keltlərdə şair-nəğməkar. Bardlar poeziyası eramızdan əvvəl meydana çıxıb və XVIII əsrə qədər davam etmişdir. Bir müddət bardlar knyaz saraylarında oxuyan şair-nəğməkarlar idi. Bardlar bir neçə dərəcəyə bölünürdülər. Yüksək dərəcəli sənətkar bard olmaq üçün uzun müddət (10-12 il) xüsusi məktəbdə təlim almaq lazım idi. Bardlar poeziyası Avropada çox yayılaraq romantizmin inkişafına təsir göstərmişdir. XIX-XX əsrlərdə bard, əsasən, şair sözünün sinonimi kimi işlənirdi. Bəzən təmtəraq üçün, yaxud kinayə məqsədi ilə də “şair” əvəzinə “bard” deyirlər. == Mənbə == «Ədəbiyyatşünaslıq terminləri lüğəti», Bakı, Maarif, 1978, səhifə 20.
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Dari
Dəri dili – (dəri دری ) Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Dark
Dark (dağ)
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.
Yard
Yard (ing. yard) — İngiltərədə və ABŞ-də ölçü vahidi. 1 yard = 0.9144 m ,.
Dərd
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Dart
Dart — Lars Bak və Kasper Lund tərəfindən hazırlanmış və Google tərəfindən hazırlanmış proqramlaşdırma dili. Veb və mobil proqramlar, həmçinin server və masaüstü proqramlar hazırlamaq üçün istifadə edilə bilər. Dart obyekt yönümlü, sinif əsaslı, C üslublu sintaksisi olan tullantı toplayan dildir. O maşın kodu, JavaScript və ya WebAssembly kompilyasiya edə bilər. O interfeysləri, miksinləri, abstrakt sinifləri, refikasiya olunmuş generikləri və tipləri dəstəkləyir. == Tarixi == Dart 10-12 oktyabr 2011-ci ildə, Danimarkanın Orhus şəhərində keçirilən GOTO konfransında təqdim olundu. Layihənin əsasını Lars Bak və Kasper Lund tərəfindən qoyulub. Dart 1.0 14 noyabr 2013-cü ildə yayımlandı.Dart əvvəlcə qarışıq qəbul edilmişdi. Təşəbbüs Chrome-da Dart VM-ni yaratmaq planlarına görə interneti parçaladığına görə tənqid edilirdi. Bu planlar 2015-ci ildə Dart 1.9 versiyası ilə ləğv edildi.
Altmış dörd
Altmış dörd — say sistemində ədədlərdən biridir. Altmış üçdən sonra, altmış beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Cek Vard
Cek Vord, Quşcuğaz və ya Yusif Rəis (1 yanvar 1553 – 1622, Tunis) — əfsanəvi dəniz qulduru tarixdə Yusuf Rəis kimi də tanınır. Cek Sərçə personajı ondan ilhamlanaraq yaradılmışdır. Tarixdı həm də Yusuf Rəis və ya "Türkə dönmüş xristian" kimi tanınır. == Tərcümeyi-halı == İngilisdilli millətlər üçün Cek Quşcuğaz (Jack Birdy) əfsanəvi dəniz qulduru idi və onun barəsində müxtəlif kitablar, pyeslər yazılmışdı. XX əsrdə bu dəniz qulduru barədə bir neçə macəra filmi çəkilmişdi. Nəhayət, 2000-ci illərdə Hollivudun çəkdiyi "Qəraib dənizi quldurları" film epopeyası, əsasən də məşhur Hollivud ulduzu Conni Depp`in mahir ifasında Cek Sərçə (Jack Sparrow) adı ilə yaratdığı obraz bu tarixi qulduru kinodakı rolun adı ilə bütün dünyaya tanıtdı. === Erkən həyatı === Cek Vord (Jack Ward) və ya bəzi sənədlərdə Con Vord (John Ward) kimi tanınan bu adamın erkən dövrü barədə az məlumat var. Ehtimala görə, o, 1552 və ya 1553-cü ildə İngiltərənin cənub-şərqindəki Kent bölgəsinin kiçik Faverşem liman şəhərində doğulub. Liman şəhəri keçmiş dənizçi və dəniz quldurlarının sonuncu sığınacağı hesab edilirdi. Şəhər əhalisinin əsas qazanc yeri balıqçılıq və qısa məsafələrdə işləyən dəniz ticarəti idi.
DART layihəsi
NASA`nın Asteroid təhdidini ortadan qaldıracaq layihəsi: DART NASA`nın DART layihəsi,ehtimal bir asteroid toqquşmasını əvvəlcədən təsbit edib orbitini dəyişdirməyi hədəfləyir.DART`ın bu ana qədərki NASA layihələrindən fərqi,asteroidi parçalamaq əvəzinə asteroidə göndərilən bir kosmik cihaz ilə orbitini dəyişdirməkdir. DART layihəsi bu aralar konseptdən hazırlanma mərhələsinə keçir. Avadanlıq testinin isə 2024-cü ildə gerçəkləşməsi gözlənilir.Bu nöqtədə DART kosmik cihazı, Dünyaya təhdid olmayan bir asteroidə göndəriləcək. DART testdə uğurlu olduğu təqdirdə 7-8 il kimi bir müddət içində asteroid təhdidi tamamı ilə tarixə qovuşacaq.
Dara Şükuh
Sultan Məhəmməd Dara Şükuh (20 mart 1615 və ya 1615, Acmer – 30 avqust 1659 və ya 1659, Dehli) — Böyük Moğol İmperiyasının sultanı Şahcahanın oğlu, Allahabadın söbədarı. == Həyatı == 20 mart 1615-ci ildə Əcmir yaxınlarında doğulmuşdu. Şahcahanın böyük oğludur. Anası, xatirəsinə Tac Mahal inşa edilən və daha çox Mümtaz Mahal deyə anılan Ərcümənd Banu Bəyimdir. Muhamməd Dara gələnəğə uygun olaraq İslami təlim-tərbiyə gördü; Ərəbcə, Farsca və Sanskritcə öyrəndi. Özəlliklə nəzari elimlərlə ilgiləndi, dini və təsəvvufi bilgisini təkviyə etmək üçün bu sahədəki əsərlərin bəlli başlılarını incələdi. Ona ilahi bilgi və ilhamın verildiyi inancı ilə bu yoldakı çalışmalarını daha da artdırdı. Şahzadə Dara Şükuh 1633-cü ildə 12.000 "zat" (6000 "süvarilik") bir mənsəbə sahib idi. Eyni il Səfəvilərin Qəndəharı təhdid etmələri və bunu 1642-ci ildə təkrarlamaları üzərinə şəhəri müdafiə etməyə gedən orduda ona önəmsiz bir komandanlıq verilmişdi. 1645-ci ildə Allahabad söbədarlığına (valilik) gətirildi.
Dari dili
Dəri dili – (dəri دری ) Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Dark(serial)
Dark — Baran bo Odar və Jantje Friese tərəfindən yaradılan elmi fantastika və dram növündəki Alman teleserialıdır. Bu, ilk Netflix orijinal alman serialıdır və 1 dekabr 2017-ci ildə yayımlanmağa başladı. Serialın ilk mövsümü tənqidçilərdən daha çox müsbət rəylər aldı və digər Netflix serialı Stranger Things ilə müsbət və mənfi müqayisələr edildi. Üçüncü və son mövsüm 27 iyun 2020-ci ildə yayımlandı. == Məzmun == Almaniyanın Winden şəhərinin uşaqlarının yoxa çıxması ilə bölgədə yaşayan dörd ailənin pozulmuş münasibətləri, ikili həyatı və qaranlıq keçmişi üzə çıxır və üç nəslə yayılan bir sirr üzə çıxır. Əsas personajlar atasının intiharını başa salmağa çalışan gənc Jonas Kahnwald, qardaşı 33 il əvvəl yoxa çıxan polis məmuru Ulrich Nielsen və polis rəisi Charlotte Dopplerdir. 2019-cu ildə başlayan hekayə, qısa müddətdə 1986 və 1953-cü illərdəki hadisələri əhatə etməyə başlayır, serialın əsas ailələrindən bəzi insanlar nüfuzlu Tiedemann ailəsinin işlətdiyi nüvə stansiyasının altında işləyən mağara sistemində bir qurd dəliyinin varlığından xəbərdar olurlar. Birinci sezonda təkcə Kahnwald, Nielsen, Doppler və Tiedemann ailələrinin sirləri üzə çıxmaqla yanaşı həm də itən uşaqlarla şəhər və onun sakinləri arasındakı münasibətlər də üzə çıxdı və ailələrin həyatları məhv olmağa başladı. İkinci sezonda Jonas Adamla görüşür və atasının intihar etməsinin qarşısını almağa və hər şeyin təkrarlanmasının qarşısını almağa çalışır. Ancaq Adam bundan istifadə etdi və orta yaşlı Klaudiya ilə dövrü davam etdirməyə çalışır.
Dark (dağ)
Dark — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dark- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Azərbaycanda Dərk (Quba rayonunda) kənd və dağ adları ilə mənaca eynidir. Türk dillərində dar yer, dar keçid mənasındadır. (Kür çayı ilə Qabırrıçay (İori) arasında — Samux rayonu ərazisində bir dar keçid Dar-Doqqaz adlanır).
Dark Leg
Dark Tranquillity
Dark Tranquillity — İsveçdə yaradılan metal musiqi qrupu. Bu növdə uzun müddətdir fəaliyyət göstərən qrup eyni zamanda İsveç death metal musiqi növünün də yaradıcısı hesab edilir. == Haqqında == 1989-cu ilin əvvəllərində vokal ifaçı Anders Friden, gitaraçı Niklas Sundin, ritm gitaraçı Mikael Stanne, bas gitaraçı Martin Henriksson və zərb alətlərində Anders Jivarp birlikdə "Septic Broiler" adında bir thrash metal qrupu yaratdılar. 1990-cı ildə Enfeebled Earth adlı demo albom üzərində işlədikləri zaman, qrup anidən fikrini dəyişdirdi və demo albomdan imtina etdi. Sonra qrupun adı "Dark Tranquillity" olaraq dəyişdirildə və ifa növü də death metal ilə əvəzləndi. Qrup, yeni adı ilə 1991-ci ildə ilk demo albomu olan "Trail of Life Decayed" və ardınca 1992-ci ildə ikinci demo albomu olan "A Moonclad Reflection"ı yayınladı. "A Moonclad Reflection" demo albomunun satış indeksi 1500ə çatdı. Qrup öz janrını death metal ilə əvəzləsə belə, musiqilərində 80-ci illərdən gələn klassik thrash nəfəsi də duyulurdu. 1993-cü ildə ilk albom olan "Skydancer" albomunu satışa çıxardılar. Bu albomda qonaq sənətçi kimi Anna Kajsa Avehall iştirak etmişdi.
Dark metal
Dark metal (eləcə də sadəcə dark-, (ing. dark metal), dark — "qaranlıq" sözündən) —— musiqi cərəyanı, metal musiqinin qollarından biri. İlk dəfə 1980-ci illərdə yaranmışdır və 1994-cü ildə musiqi cərəyanı kimi tam formalaşmışdır. Dark metalın vahid cərəyan üslubu yoxdur. Bu cərəyanın ilk albomları Almaniyada, Braziliyada, Yunanıstanda, ABŞ-də, İsveçrədə və digər ölkələrdə meydana gəlmişdir.
Dars yarımadası
Dars yarımadası (alm. Darß‎) — Almaniyanın şimalında, Baltik dənizinin cənubunda yerləşən yarımada. Qərbdən Meklenburq buxtası yuyulur. Dars sözü qədim skavyan dilində işlənən dračĭ sözündən törəmişdir. Erkən orta əsrlərdə yarımada ada olmuşdur. Slaviyanlar onu Scante Vustrov adlandırırdı. Yarımadanın böyük hissəsi meşə ilə örtülüdür. Yarımadanın şimal hissəsi Darser-Ort (alm. Darßer Ort‎) adlanır. Burada mayak yerləşir.
Dart Vayder
Ulduz müharibələri obrazı.
Dart Veyder
Ulduz müharibələri obrazı.
Darı yarması
Darı yarması – adi darıdan alınır. Yüksək istehlak dəyərinə malikdir. Darı yarması yüksək kalorivermə və mənimsənilmə qabiliyyətinə malikdir. O, qısa müddətə bişir və bu zaman həcmi 6–7 dəfə artır. Darıdan bir növ – cilalanmış darı yarması istehsal edilir. Keyfiyyətindən asılı olaraq darı yarması əla, 1-ci və 2-ci sorta ayrılır. Yüksək keyfiyyətli darı yarması iri ölçülü, şüşəvari, ancaq sarı rəngli olur. Darı yarmasından duru çıyıqlar, içliklər və s. hazırlanır. Darı yarmasında bəzən xoşagəlməyən acılıq hiss olunur.
Doxsan dörd
Doxsan dörd — say sistemində ədədlərdən biridir. Doxsan üçdən sonra, doxsan beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Dörd kitab
Dörd kitab (ərəbcə: الكتب الاربعة), İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır: əl-Kafi — müəllifi Əllamə Kuleyni; Mən la yəhduruhul-fəqih — müəllifi Şeyx Səduq; Təhzibul-Əhkam — müəllifi Şeyx Tusi; əl-İstibsar — müəllifi Şeyx Tusi. == Haqqında nəql olunan kəlamlar == Şeyx Hürr Amili belə deyir : Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir. Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir : “Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”. "Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir” == İstinadlar == == Həmçinin bax == Altı kitab: Əhli-Sünnə məzhəbinin 6 əsas hədis kitabı.