DARQ

(Qax)
toxac, torpaq və ya palçığı döyüb bərkidən alət
DARİŞMAX
DARQURSAX
OBASTAN VİKİ
Aleksandr Darqomıjski
Aleksandr Sergeyeviç Darqomıjski (rus. Александр Сергеевич Даргомы́жский; 14 fevral 1813 – 17 yanvar 1869, Sankt-Peterburq) — məşhur rus bəstəkarı, operaçı və vokal musiqi bəstəkarı == Həyatı == 1817- ci ildə Dargomijskilər Peterburqa köcür və orada bəstəkarmusiqi ilə hərtərəfli tanış olur. 1835- ci ildə Qlinka ilə görüşür. 1844- cü ildə Dargomijski ilk dəfə olaraq xaricə getmiş və bir çox ölkələrdə olmuşdur. 1850- ci illərin axırlarında Dargomijski ədəbiyyat və incəsənətdə qabaqcıl azadlıq ideyası daşıyan gənc nəslin nümayəndələri ilə şəxsi və bədii yaradıcılıq əlaqəsi saxlayırdı. 1865-ci ildə Dargomijski ikinci dəfə səyahətə çıxmışdı. Qlinka sənətindən bəhrələnmiş bəstəkar öz əsərlərində dahi sələfinin yaratdığı klassik ənənələri davam etdirmiş, onun başladığı milli məktəbin yaradılması işini başa çatdırmışdır. Demək olar ki, Darqomıjski öz sənətində ilk addımları Qlinkanın zəngin əsərlərindən ilhamlanaraq atmışdır. Darqomıjskinin dünyagörüşü, estetik zövqü XIX əsrin 30-40-cı illərində formalaşmışdı. Bu, rus mədəniyyətinin inkişafında böyük,müsbət dəyişikliklər baş verən bir dövr idi.
Darqo ekspedisiyası
Darqo ekspedisiyası (rus. Даргинский поход) — 1817–1964-cü illərdəki Qafqaz müharibəsi gedişində 1845-ci ildə Şeyx Şamilin iqamətgahı olan Darqo ailini tutmaq məqsədilə rus qoşunlarının 5 iyundan 20 iyuladək davam etmiş yürüşü. Yürüş rusların böyük itkiləri ilə nəticələnmişdir ki, sonda onlar geri çəkilməyə məcbur olmuşlar. Darqo ekspedisiyasının nəticəsi Şamilin bölgədəki təsirinin artmasında çox əhəmiyyətli oldu. == Xronologiyası == 1845-ci il iyun ayının 5-i və 6-nda rus qoşunlarının avanqardı komandan general-mayor D.V.Passek dağlıları Ançimeyer və Zunumeyer dağlarında məğlub etdikdən sonra rus qoşunlarının əsas qüvvələri komandan general-leytenant qraf M.S. Vorontsovun başçılığı ilə 20-dən çox piyada batalyonu, 16 kazak bölüyü, Gürcüstan milisinin süvari və piyada dəstələri, 46 topdan ibarət ordu üçün Darqoya gedən yolun üstündəki Andi kəndinə yol açıldı. İyun ayının ortalarında baş vermiş qanlı döyüşlər nəticəsində ruslar Andi və Qoqotl kəndlərini tutdular. Rusların ərzaq və sursat nəqliyyatlarına dağlıların daimi hücumları nəticəsində rus qoşunları burada iki həftə qalmalı oldular. Yalnız iyulun 6-da Vorontsov Darqoya qoşunun bir hissəsini – 10,5 piyada batalyo nu, 3 atıcılar rotası, 4 kazak bölüyü; cəmi 9,5 min nəfər və 16 top olmaqla yeridə bildi. Şeyx Şamilin əmri ilə yandırılmış Darqoya ruslar iyulun 7-də girdilər. Şeyx Şamil Darqoda rus qoşunlarını mühasirəyə alaraq faktiki öz iqamətgahını "tələ"yə çevirdi.
Darquba
Darquba — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kərgəlan inzibati ərazi vahidində kənd. == Coğrafi mövqeyi == Darquba kəndi Bəşərü çayının sahilində, Lənkəran ovalığında yerləşir. == Əhalisi == Əhalisi 1006 nəfərdir. == Toponimiyası == Kəndin adı XIX əsrə aid sənədlərdə Darğakənd, 1917-ci ildə Darğaoba, 1933-cü ildə isə Darquba variantında qeydə alınmışdır. Talış dilində Daqova kimi tələffüz edilir. Oykonim darğa (etnonim) və oba (el, nəsil, kənd) komponentlərindən düzəlib, "darğalar kəndi" deməkdir. Etnotoponimdir. == Din == Kənddə Darquba kənd məscidi dini icması fəaliyyət göstərir.
Darquba bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Muhibbə Darqa
Muhibbə Darqa (13 iyun 1921, Konstantinopol – 6 mart 2018, İstanbul) — türk qadın arxeoloqudur. == Tərcümeyi-halı == O II Əbdülhəmid Daruqazadə Mehmet Emin bəyin nəvəsidir. O Erenköy qız lisesindən sonra o İstanbul Universitetinin arxeoloq fakültəsinin məzunu olur. 1947-ci ildə elmlər namizədi, 1965-ci ildə dosent və 1973-cü ildə isə professor olur. Qaratəpə, Gədikli və Gəyirməntəpədə yarışlarında iştirak edir. O qədim yazıların oxumasında dünyanın ən məşhur alimlərindən biri sayılır. O İstanbul Universitetində arxeologiya fakültəsində dərs deyir. Onun ən məşhur əsəri "Keçmiş Anadolu qadınları" adlı əsəri onun ən məşhur əsəridir. == Kitabları == O babası Mehmet Emin bəyin ilk türk səyyahlarından biri olub və onun gəzib gördüyü yerləri 2009-cu ildə "İstanbul'dan Asya-yı Vusta'ya Seyahat" və 2010-cu ildə isə "Kazı başkanının karavanası" adlı kitabda dərc olunur. Muhibbə darqa 6 mart 2018-ci ildə İstanbulda vəfat edib.