Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çaşıoğlu
Çaşıoğlu Elm İstehsalat Firması — Azərbaycanda nəşriyyat “Çaşıoğlu” şirkəti 1995-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyəti dövründə yüzlərlə elmi, bədii və tədris vəsaitlərini nəfis tərtibatda çap etmişdir. Şirkət dəfələrlə yerli və beynəlxalq təşkilatların keçirdikləri tenderlərin qalibi olmuşdur. Şirkət istənilən poliqrafiya məhsullarını istehsal etmək imkanına malikdir.
Aliq Nağıoğlu
Məmmədov Aliq Nağı oğlu (12 sentyabr 1957, Birinci Yeddioymaq, Masallı rayonu) — Azərbaycan yazıçısı, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçıların Rusiya İttifaqının üzvü (2016), Prezident təqaüdçüsü. == Həyatı == Aliq Nağıoğlu 12 sentyabr 1957-ci ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olmuşdur. 1980-ci ildə Krasnodar Politexnik İnstitutunu, 2 illik jurnalist sənətkarlığı kursunu bitirmişdir. Uzun illər Azərbaycanın sənaye müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1981-ci ildən çap olunur. Doqquz nəsr, iki tərcümə kitablarının müəllifidir. Bir çox kitabların redaktoru, ön söz müəllifi və tərtibçisidir. Əsərləri Türkiyə, İran və başqa xarici saytlarda, Moskvada, Praqada dərc olunan toplularda, Azərbaycan ədəbi-bədii jurnallarında və qəzet səhifələrində, almanaxlarda, müxtəlif yerli portallarda nəşr olunub. 2012-2013-cü illərdə baş tutan sayca üçüncü MKM-də (Milli Kitab Mükafatı) 241 müəllif sırasında uzun siyahıya - iyirmiliyə düşüb. Dalbadal iki il məşhur çoxmilyonlu "Proza.ru" portalının "2014-cü ilin yazıçısı", "2015-ci ilin yazıçısı" nominasiyası üzrə nominantı olub.
Cahid Qayaoğlu
Cahid Qayaoğlu (türk. Cahit Kayaoğlu; 29 dekabr 1976, Elazığ) — Zaza kökənli Türkiyəli ssenarist və aktyor. Qurdlar Vadisi Pusqu serialında canlandırdığı Cahid Qaya personajı ilə tanındı. == Həyatı və karyerası == Zaza kökənlidir. Daha əvvəl Atatürk Hava Limanı Beynəlxalq Terminalında polis məmuru olaraq çalışdı. Qurdlar Vadisi Pusqu serialında 9-10 mövsümlər (230–300 bölümlər) ssenarisini yazdı və 4-10 mövsümlər (77–300 bölümlər) Cahid Qaya personajını canlandırdı. Qurdlar Vadisi Pusqu serialı ilə yanaşı Qurdlar Vadisi Vətən filmində ssenarisini yazdı və rol aldı.
Cahit Kayaoğlu

Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacı oğlu Kərimov (1906, Nuxa – 12 iyun 1977, Şəki) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Məmmədkəbir Hacıoğlu 1906-cı ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1920-ci ildə "Darvaza" dram dərnəyində həvəskar aktyor kimi başlamışdır. 1933-cü ilə kimi bu dərnəkdə əvvəllər aktyor, bir neçə il sonra isə həm də rejissor kimi fəaliyyət göstərmişdir. 1933–1949-cu illərdə Nuxa Dövlət Dram Teatrında işləmişdir. Müharibə illərində bir müddət teatrın direktoru olmuşdur. 1949–1953-cü illərdə Şəki mədəniyyət evindəki dram dəməyində bədii rəhbər, 1953–1956-cı illərdə Mirzə Fətəli Axundov adına şəhər mədəniyyət və istirahət parkının direktoru, 1956–1959-cu illərdə rayon mədəniyyət evinin direktoru, 1959–1973-cü illərdə xalq teatrının rejissoru işləmişdir. 1949-cu ildə bağlanmış Şəki teatrı 1974-cü ildə bərpa olunanda aktyor truppasına ilkin qəbul edilənlərdən biri Hacıoğlu olmuşdur.Səhnə təxəllüsü "Hacıoğlu" olan aktyorun koloritli yumoru, dramatik-psixoloji ifadə vasitələri olmuşdur. O, 12 iyun 1977-ci ildə Şəkidə vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli.
Tağı Nağıoğlu
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. == Siyasi fəaliyyəti == 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. == Mənbə == === Ədəbiyyat === Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Çaşıoğlu (mətbəə)
Çaşıoğlu Elm İstehsalat Firması — Azərbaycanda nəşriyyat “Çaşıoğlu” şirkəti 1995-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyəti dövründə yüzlərlə elmi, bədii və tədris vəsaitlərini nəfis tərtibatda çap etmişdir. Şirkət dəfələrlə yerli və beynəlxalq təşkilatların keçirdikləri tenderlərin qalibi olmuşdur. Şirkət istənilən poliqrafiya məhsullarını istehsal etmək imkanına malikdir.
Çaşıoğlu mətbəəsi

Şahbaz Şamıoğlu
Şahbaz Şamı oğlu Musayev (20 aprel 1961, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filoloq, jurnalist; AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinin aparıcı elmi işçisi; Bakı Slavyan Universitetinin "Jurnalistika nəzəriyyəsi və təcrübəsi" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Şahbaz Musayev 20 aprel 1961-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunun Qızılkilsə kəndində ziyalı ailəsində doğulub. Atası orta məktəbdə kimya-biologiya müəllimi, anası laborant olub. 1979-cu ildə Dmanisi rayonu, Qızılkilsə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1983-1990-cı illərdə Qusar rayonunun Yuxarı Zeyxur kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1990-cı ildən Təhsil Nazirliyinin "Ana sözü" jurnalında, "Yurddaş", "Baku Tayms", "Azərbaycan gəncləri", Azərbaycan-Türk Agentliyi, "Hər gün", "Xəzər" qəzetlərində müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. Jurnalistika ilə yanaşı elmi fəaliyyətini davam etdirib. AMEA Milli Münasibətlər İnstitutunda (1999-2002) çalışıb.
Əjdər Tağıoğlu
Əjdər İsmayılov (tam adı:İsmayılov Əjdər Tağı oğlu; 23 aprel 1938, Çomaxtur, Noraşen rayonu – 13 mart 2022, Bakı) — Azərbaycan alimi, filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor. 91-lərdən və YAP-ın ən fəal yaradıcılarından olan siyasətçi. == Həyatı == Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmuşdur. 1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur. Əjdər İsmayılov 13 mart 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Məşədi Mahmud İsmayıloğlunun nəvəsi, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan Tağı İsmayılovun oğludur.Pedaqoq, hidro meliorator Həsən İsmayılovun qardaşı, iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı, hüquqşunas Cavid İsmayılovun atasıdır. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdur. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları" ("Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam") mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə etmişdir.
Cahandar Bayoğlu
Cahandar Cahangir oğlu İsmayılov (25 iyul 1964, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan siyasətçisi; Turan Partiyasının sədri. == Həyatı == Cahandar Bayoğlu 25 iyul 1964-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib. 1982–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində ali təhsil alıb. == İctimai-siyasi fəaliyyəti == 1987-ci ildən Elçibəylə tanışlığı ilə Milli azadlıq hərəkatının başlanmasında fəal iştirak edib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olaraq AXC-nin təsis konfransının səlahiyətli nümayəndəsi, AXC-nin Yasamal və Nəsimi rayon təşkilatlarının idarə heyətinin üzvü olub. 1991-ci ildə AXC Təhlükəsizlik Şurası rəhbərinin müavini olmuşdur. 1992–1993-cü illərdə AXC İcrayyiyə Komitəsinin üzvü olub. Elçibəy hakimiyyətində 1993–1997-ci illərdə Birləşmiş Azərbaycan İdeyasının təşkilatlanması ilə bağlı çalışmaların içində yer alıb. 1998-ci ildə Bütöv Azərbaycan Birliyi Təşkilatında Elçibəyin yanında Mərkəz rəhbəri olaraq çalışıb.
Serkan Çayoğlu
Serkan Çayoğlu (31 may 1987, Almaniya Federativ Respublikası) — türk model və aktyor. == Həyatı == Serkan Çayoğlu təhsilini Almaniyada universitetin İqtisadiyyat bölməsində tamamlamışdır. Əvvəllər modellik etməyi düşünsə də, bir müddət sonra aktyorluğa yönəlmiş və Ümid Çıraq, Dolunay Soysərt kimi adlardan peşəkar aktyorluq təhsili almışdır. İlk olaraq 2012-ci ildə "Kuzey-Güney" teserialının mövsüm finalında Mərvə Boluğurun İtaliyadan gələn yoldaşını canlandırmış, sonra "Zeytun təpəsi" teleserialında oynamışdır. Handə Yenərin "Ya Ya Ya" klipinə də çəkilmişdir. 2014-cü ildə başlayan "Gilas mövsümü" teleserialında Ayaz Dinçər rolunu canlandırmışdır. Teleserial 2015-ci ildə başa çatmışdır. Aktyor daha sonra "Həyatımın eşqi" teleserialında Dəmir Cərrahoğlu rolunu oynamışdır.
Qışlaq-i Hacıoğlu (Əhər)
Hacıoğlu Qışlağı (fars. قشلاق حاج اوغلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (39 ailə).
Çaşıoğlu Elm İstehsalat Firması