HİYLƏGƏR

HİYLƏGƏR Dedi: – Rədd ol, hiyləgər! Lovğalanma bu qədər! (A.Şaiq); BİC Kəndlilər arasında belə bir söz gəzirdi ki, Şahbaz bəy bic adamdır... (M.İbrahimov); BİCƏNGƏ(NƏ) (məh.) [Dayıoğlu:] Amma elə ki bicəngə xalaoğlum başladı dayımı yamsılamağa və dayım kimi dodaqlarını tərpətməyə, ... doğrusu, mən də gülməyə başladım (C.Məmmədquluzadə); CÜVƏLLAĞI Həsən yazıq türkəsaya adamdır, birdən keçər bir cüvəllağının əlinə, yıxar evimi, papağımı vurar yerə, ciyərim od tutub yanar, əlim bir yana çatmaz (M.İbrahimov); ÇOXBİLMİŞ (dan.) Qəndab: Yaxşı deyirlərmiş ki, yetim çoxbilmiş olur (B.Bayramov); DƏLƏDUZ Malik: Bunlar da o dələduz Malik ibn Səidin aşıqlarıdır (A.Şaiq); ƏMƏLBAZ Demək, bu əməlbaz arvad oturduğu yerdə ..qızını söz-sovdan qurtardı (S.Rəhimov); ƏYYAR Əyyar İbrahim Şiraza gələndən sonra Fərəc ixtisara düşən bir müəllim vəziyyətində qalmışdı (Qantəmir); FAQQI (dial.) Fatma çox faqqı arvaddı (ADDL); FƏNDBAZ (dan.) Əhməd: Zalımoğlu nə fəndbazmış, a gədə!.. (N.Vəzirov); FIRILDAQÇI Zöhrə: Anam fırıldaqçı adamları sevmir (M.İbrahimov); FƏNDGİR Mircəlil Fətiyə: Yaşa! Fəndgir oğlansan, – dedi. – İndi tapdığın çörəkdən bir tikə özün ye, birini də rəis müavininə nəzir elə (Ə.İldırımoğlu); HARAMZADƏ Zəki: Min cür fırıldaq işlətmiş bu qoşa haramzadələr indi məhkəmə kürsüsündə cüt oturmuşlar (Anar); HƏLLƏM-QƏLLƏM (dan.) Xan: Ay gedə, sən çox həlləm-qəlləm adama oxşayırsan... (Çəmənzəminli); HİYLƏBAZ A hiyləbaz molla, sənin bu kələyini biz də duymuşuq (S.S.Axundov); JULİK (dan.) Ham dükançı Hüseyn? Ədə, o yaman julik, yaman adam.. (A.Şaiq); KƏLƏKBAZ Əsgər: Halal olsun Süleyman, sən nə kələkbazsan, şeytan! (Ü.Hacıbəyov); QURNAZ (köhn.) Oqtay: Təbiət qurnaz baqqallar kimi bizi aldadır (C.Cabbarlı); LOTU (dan.) Qurbanəli bəy: Amma beş-on il bundan irəli burada bir pristav vardı; çox lotu oğlan idi (C.Məmmədquluzadə); MƏKRLİ O, görünür, hiyləgər və məkrli düşmənindən intiqam almaq üçün sənətin ecazkar qüdrətini sınaqdan keçirmək istəyirdi (M.Hüseyn); NADÜRÜST Qəmrar: Hamımız deyirdik ki, bu nadürüst adamları başından elə, qulaq asmırdı (S.Rəhman); ŞARLATAN Bunlar da yaxşı adamlardır, amma şarlatandırlar (C.Məmmədquluzadə); ŞEYTAN (məc., dan.) Səlimə: Ax, necə şeytandır... hər kəsin ürəyinə girməyi necə bacarır (İ.Əfəndiyev); TÜLƏK (dial.) Nemət tülək adamdı (ADDL); TÜLKÜ (məc., dan.) Səfər tülkü olsa da axır tələyə düşdü; Olan olmuşdu artıq, ötən dəxi ötmüşdü (M.Rahim); TÜLÜNGÜ (dial.) Abbas lap tülüngüdü (ADDL); VƏLƏDÜZZİNA (məh.) Xanpəri: İtil buradan, vələdüzina! (N.Vəzirov); ZATIQIRIQ (dan.) Qarovulçu Həmidə: İnanıram, qərdeşoğlu, Abdulla Qəmbərov zatıqırıq idi. Zatıqırıqdan hər nə desən gözləmək olar (H.Abbaszads); KAZİB (köhn.).

HİYLƏ
HİYLƏGƏRLİK
OBASTAN VİKİ
Ədəbiyyat hiyləgərlərin siyahısı
Hiyləgər folklorda və populyar mədəniyyətdə tanınmış bir xarakterdir. Ağıllı və nadinc olan bu şəxs və ya varlıq, məqsədinə çatmaq üçün hiylədən istifadə edir. Hiyləgər, başqalarını əyləncə üçün və ya təhlükəli dünyada sağ qalmaq üçün aldada bilər. Hiyləgər, dünyanın işləməsi üçün lazım olan xaosun simvolu ola bilər. == Xüsusiyyətlər == Hines və Doti 1997-ci ildə bərabər yazdıqları Əfsanəvi hiyləgər fiqurlar (ing. Mythical Trickster Figures) adlı əsərlərində bildirirlər ki, hər bir hiyləgər aşağıdakı altı xüsusiyyətdən bir neçəsinə malikdir: Onlar əsasən qeyri-müəyyən və anormaldırlar Aldadıcı və hiyləgərdirlər Forma dəyişdirə bilən və ya maskalanma bacarığına malikdirlər Vəziyyəti dəyişdirə bilirlər İlahların elçisi və təqlidçisidirlər Müqəddəs və əxlaqsız işlər görürlər == Xalq nağıllarında və mifologiyasında hiyləgərlər == Ajapa — Yoruba xalq nağıllarının hiyləgərlər tısbağasıdır Anansi — Afrika mənşəli hörümcek hiyləgəridir. Hər kəsi aldada biləcək qədər ağıllıdır, amma eyni zamanda qürurlu, tənbəl və impulsivdir. Azeban — Abenaki mifologiyasında "Rakun" adlandırılan hiyləgər ruhdur. Brer Rabbit — Afrika-Amerika mənşəli qul hiyləgəridir. Coyotlar — Şimali Amerika yerli mifologiyalarında rast gəlinir.

Digər lüğətlərdə