Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Demiurq
Demiurq (yun. demiurgos — hərfən usta, sənətkar, məcazi mənada isə yaradıcı, xaliq) — Platon idealist fəlsəfəsində və neoplatonçuların təlimində dünyanın yaradıcısı, kainatın xaliqi; Allahın sifətlərindən biri.
Nemuro
Nemuro (yap. 根室市) — Yaponiyanın Hokkaydo adasında və Hokkaydo prefekturanın Nemuro sabprefekturanın eyni adlı paytaxt.
Cemre
Cemrə — Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Temur
Temur — Gürcü kişi adı. Temur Abazov — Gürcüstanın Marneuli rayonunun icra başçısı. Temur Çxeidze — sovet, gürcü və rus teatr rejissoru, aktyoru. Temur Babluani — kinorejissor.
Ali Demirel
Əli Dəmirəl (13 mart 1944, İstanbul – 28 iyun 2021, Marmaris, Muğla ili) ― Türk teatr, kino və serial aktyorudur.
Bertalan Semere
Bertalan Semere (mac. Bertalan Szemere; d. 27 avqust 1812, Vatta, Avstriya imperiyası – ö. 18 yanvar 1869. Peşt, Avstriya-Macarıstan imperiyası) — Macarıstan şairi və Macarıstan krallığının III baş naziri. == İlk illəri == Semere Vattada kasib ailənin övladı olaraq dünyaya gəlmişdir. Atası Major Laslo Semere, anası Erzsebet Karove olmuşdur. Təhsilini Miskolc, Kesmark və Sarospatak şəhərlərində almışdır. Şerə maraq duyan Semere gənc yaşlarında "Felső-Magyarországi Minerva" ("Yuxarı Macarıstan Minerva") adlı əsərini nəşr etdirmişdir. Ferens Kölcsey və Mihaly Vörösmartydən təsirlənmişdir.
Dezire Klari
Bernardin Ojeni Dezire Klari (fr. Désirée Clary; 8 noyabr 1777[…], Marsel – 17 dekabr 1860[…], Stokholm) — Napoleon Bonapartın bir zaman nişanlısı və keçmiş fransız generalı və Bernadotlar sülaləsinın qurucusu, XIV Karlın həyat yoldaşı kimi İsveç və Norveç Kraliçası olmuş fransız qadın idi. O, rəsmi olaraq orada adını Dezideriyaya çevirdi, hansı ki, bir Latın adı idi çevirdi amma özü bu addan istifadə etmədi.
Keniçi Uemura
Keniçi Uemura (d. 22 aprel 1974) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Mamure qalası
Mamure qalası — Türkiyənin cənubunda, Mersin şəhərinin Anamur ilçəsində, Bozdoğan məhəlləsi yaxınlığında sahil boyu uzanan orta əsrlərə aid qala. == Tarixi == Aralıq dənizi sahil zolağında yerləşib, günümüzə qədər yaxşı vəziyyətdə çatmış Türk qalalarından biridir. Anamurun 6 km şərqində, Bozdoğan kəndi sərhədləri daxilindədir. Hündür qayalıqlar və düzənliklər üzərində qurulmuş Mamure qalası bir çox Anadolu qalaları kimi antik təməllər üzərində inşa edilmişdir. Böyük kəsmə daşlardan tikilmiş olan antik əsasların, hansı tarixdə və kimlər tərəfindən inşa edildiyi tam müəyyən edilməmişdir. Qala üç hissədən ibarətdir. Hündür divarlarla ayrılmış şərqdəki iç həyətli, qərbdəki kənar qala və bunların cənubunda qayalıqlar üzərində inşa edilmiş iç qaladan ibarətdir. 39 qülləsi, su kəhrizləri və məscidi, xarici hissəsində hamamı olan qalanın ətrafı 10 mt enində müdafiə məqsədli xəndəklə əhatə olunmuşdur. Qala və ətrafında III və IV əsrlərdə çox əhəmiyyəti olmayan Roma yaşayışı olduğu təxmin edilir. Qala xaricində və şimalında hamam qalığı vardır.
Muadye-Deturb
Muadye-Deturb (fr. Moidieu-Détourbe) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38238. Kommunanın 2012-ci il üçün əhalisi 1815 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 235 ilə 423 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Murad Zemuri
Murad Zemuri (3 mart 1993) — Qatarlı cüdoçu. Murad Zemuri Qatarı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Murad Zemuri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Belçikanın nümayəndəsi Dirk Van Tixelt ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu.
Naomi Uemura
Naomi Uemura (植村 直己, Uemura Naomi) 12 fevral 1941, Hyoqo prefekturası – fevral 1984, Mak-Kinli dağı, Alyaska – Yaponiya macərapərəsti və alpinisti. O, təkbaşına çıxdığı macəralara görə tanınmışdır. Beş qitənin ən hündür zirvələrini fəth edən və Şimal qütbünə təkbaşına çatan ilk şəxs, eləcə də, Everest dağını fəth edən ilk yapondur. == İlk illəri == Naomi Uemura 1941-ci ildə düyü fermerinin altıncı oğlu kimi Yaponiyanın Hyoqo prefekturasında dünyaya gəlmişdir. Meyci Universitetində təhsil aldığı dövrdə alpinizmə maraq göstərməyə başlamış və Alpinizm klubuna daxil olmuşdur. Məzun olduqdan sonra özünü alpinizmə həsr etməyə qərar vermiş və 1966-cı ildə Monblan dağına dırmaşmışdır. Uemura Elbrus, 1966-cı ildə Kilimancaro, 1968-ci ildə Akonkaqua və 1970-ci ildə Denali (dağ) dağlarını təkbaşına fəth etmişdir. O, 1970-ci ildə Everest dağının zirvəsinə Yaponiya bayrağını sancan ilk şəxs olmuşdur. Uemura təkbaşına 53 gün ərzində Yaponiyada 2816 kilometr gəzmiş, 1968-ci ildə 2 ay ərzində Amazon çayı boyunca 6000 kilometr üzmüş və 363 gün ərzində it xizəyi ilə Qrenlandiyadan Alyaskaya 12.000 kilometr səyahət etmişdir. O, sal üzərində Amazon çayı boyunca təkbaşına səyahət edən ilk şəxs olmuşdur.
Nemuro yarımadası
Nemuro yarımadası Hokkaydo adasının şimal-şərqində yerləşir. Sonucunda Yaponiyanın ucqar şərq nöqtəsi olan Nosappu burnu qərarlaşır. Qərbdən Nemuro-Van körfəzi ilə yuyulur. Yarımada Siretoko yarımadasından fərqli olaraq alçaq platodur. Siqnalnıy, Rifovıy və Storojovoy adalarından Sovet boğazı ilə ayrılır. Yarımadanın mərkəzində 30 000 əhalisi olan Nemuro şəhəri yerləşir. Yarımada yaxınlığında yerləşən adalarda quşlar yuva qurur. İyunda Nemuro yarımadasında Yaponiyada ən tez gün çıxır (3:30). == Flora və fauna == Yarımadada Harayçı qu quşu, Ağquyruq dəniz qartalı, Qara ağacdələn, Əkin qazı və Yapon durnasına rast gəlmək olar. Burada tülkü, maral və dələ kmi məməlilər yaşayır.
Rojda Demirer
Rojda Demirer — Türkiyə kino və teatr aktrisası. == Həyatı == Rojda Demirer 12 avqust 1980-ci ildə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində anadan olmuşdur.
Sen-Dezire
Sen-Dezire (fr. Saint-Désiré) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03225. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 470 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 275 nəfər (15-64 yaş) arasında 187 nəfər iqtisadi fəal, 88 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.0%, 1999-cu ildə 67.8%). Fəal 187 nəfərdən 170 nəfəri (95 kişi və 75 qadın), 17 nəfəri işsizdir (6 kişi və 11 qadın). 88 hərəkətsiz 18 nəfər arasında şagird və ya tələbə, 45 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Temuri Ketsbaya
Temuri Ketsbaya (gürc. თემური ქეცბაია; 18 mart 1968, Qali) - Gürcüstan milli futbol komandasının baş məşqçisi. == Həyatı == == Karyerası == Temuri Ketsbaya futbolçu karyerası ərzində Gürcüstan, Yunanıstan, İngiltərə və Şotlandiya klublarının şərəfini qoruyub. 1992-2002-ci illərdə Gürcüstan millisində çıxış etmiş sabiq yarımmüdafiəçi 45 oyunda 15 qol vurub. 2004-cü ildən məşqçilik karyerasına başlayan Ketsbaya Kiprin Anortosis Famaqusta və Yunanıstanın Olimpiakos klublarına başçılıq edib. Onun rəhbərliyi altında Anortosis Famaqusta tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2009-cu ilin noyabr ayında Gürcüstan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.
Demerec (maliyyə)
Demerec — müəyyən müddət ərzində valyutanın saxlanması və ya qorunması ilə bağlı xərcdir. Buna bəzən pulun kitab dəyəri də deyilir. Qızıl kimi əmtəə pulları üçün demerec qızılın saxlanması və qorunması xərcləridir. Kağız pullara münasibətdə o, valyuta ehtiyatları üçün möhür rüsumu kimi dövri vergi formasını ala bilər. Demerec bəzən bir-birini tamamlayan valyuta sistemləri kontekstində sərfəli xərc kimi təsvir edilir. == Nəzəriyyəsi == Demerec özəl əmtəə pullarının təbii xüsusiyyəti olsa da, pulun yığılmasının qarşısını almaq və kapitalın cəmiyyətdə daha səmərəli bölüşdürülməsinin qarşısını almaq üçün müxtəlif dövrlərdə qəsdən pul sistemlərinə daxil edilmişdir. Xüsusilə, uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün bu, xalis cari dəyər (NPV) hesablamalarının dinamikasına təsir göstərir. Valyuta sistemindəki demurrasiya uçot dərəcələrini azaldır və beləliklə, uzunmüddətli investisiyaların cari dəyərini artırır və beləliklə, bu cür investisiyalar üçün stimul yaradır. İnflyasiyadan fərqli olaraq, demurraj yalnız saxlanılan valyutanın dəyərini tədricən azaldır: o, inflyasiyaya qarşı saxlanılan valyutaya mənfi faiz (vergi) kimi fəaliyyət göstərir, bu da əmanət və ya pensiya fondlarının dəyərini azaldır və İQİ-ni artırır. Müsbət faiz dərəcəsi subsidiyadır.
Cerard Debre
Jerar Debre (ing. Gérard Debreu; 4 iyul 1921[…], Kale – 31 dekabr 2004[…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Jerar Debre Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı.
Jerar Debre
Jerar Debre (ing. Gérard Debreu; 4 iyul 1921[…], Kale – 31 dekabr 2004[…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Jerar Debre Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı.
Lemur indri
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Temue Bakayoko
Temue Bakayoko (17 avqust 1994, Paris) — Çelsi klubundan icarə əsasında İtaliya A Seriyası təmsilçilərindən olan Milan klubunda və Fransa milli futbol komandasında müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Əsasən dayaq yarımmüdafiəçisi kimi oynasa da, hərtərəfli qabiliyyəti sayəsində müxtəlif mövqelərdə də çıxış edə bilər. Fransa millisinin baş məşqçisi Didye Deşam onu "tam yarımmüdafiəçi" kimi xarakterizə etmişdir. Gənc futbolçu kimi sınmış ayağından əziyyət çəkəndən sonra Bakayoko 13 yaşında Renn akademiyasına qoşulmuşdur. O, peşəkar karyerasına Renn klubunda start vermişdir. Bu klubda 24 oyunda iştirak etdikdən sonra 2014-cü ildə £7 milyon qarşılığında Monako klubuna transfer olmuşdur. Bakayoko Monakonun yeganə oyun qurucusu olaraq 2016–17 mövsümündə klubun Liqa 1-də çempion olmağına böyük köməklik etmiş və 2016–17 UEFA Çempionlar Liqası mövsümünün komandasına daxil edilmişdir. Bakayoko milli komanda ilə debütünü 28 mart 2017-ci ildə İspaniya millisinə qarşı oyunda etmişdir. O, ikinci hissədə Adrian Rabyonu əvəz etmişdir. == Erkən illəri == Bakayoko 17 avqust 1994-cü ildə Parisdə anadan olmuşdur.
Temur Abazov
Temur Abazov və ya Teymur Abbasov — Gürcüstanın Marneuli rayonunun icra başçısı. == Həyatı == Temur Abazov 2 dekabr 1981-ci ildə anadan olmuşdur. == Təhsili == 2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını və Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirmişdir. == Karyerası == 2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışmışdır. 2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışmışdır. 2005-ci ildə "JTI" MMC-nin, Azərbaycan Respublikasında Gürcüstan nümayəndəsi olmuşdur. 2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri departamentinin əməkdaşı olmuşdur. 2006–2007-ci illərdə "ANADOLU" Türkiyə Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi olmuşdur. 2007–2011-ci illərdə "Elita Bürc" MMC-də Marketinq Xidmətinin Meneceri, 2011–2015-ci illərdə isə Marketinq Xidmətinin Rəhbəri kimi çalışmışdır. 2012-ci ildə "Qlobal Kontrakt Konsaltinq" MMC-də Layihə Rəhbərinin Müşaviri və Xüsusi Qərargahın Rəhbəri olmuşdur.
Yusuf Demir
Yusuf Dəmir (türk. Yusuf Can Taşar, 2 iyun 2003, Vyana, Avstriya) — cinah mövqeyində oynayan türk əsilli avstriyalı futbolçu. Avstriya milli futbol komandasında və La Liqa təmsilçisi olan Barselona klubunda çıxış edir. == Həyatı == Yusuf Dəmir 2003-cü il iyunun 2-də Avstriyanın paytaxtı Vyanada, ailəsinin kökləri Türkiyənin Trabzon şəhərindən olan türk ailəsində anadan olmuşdur. == Klub karyerası == === Rapid Vyana === 26 may 2019-cu ildə Yusuf Dəmir Rapid Vyana ilə müqavilə imzaladı. Dəmir peşəkar debütünü 14 dekabr 2019-cu ildə Admira üzərində 3-0 liqa qalibiyyətində Rapid Vyana ilə etdi. 15 sentyabr 2020-ci ildə Dəmir UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Gent"ə 1-2 hesablı məğlubiyyətdə qol vurdu. O, 17 il, 3 ay və 10 gün sonra, Gerd Vimmerdən sonra UEFA Çempionlar Liqasında qol vuran ən gənc futbolçu oldu. === Barselona === 2021-ci ilin iyulunda Barselona Yusuf Dəmiri Rapid Vyana-dan 500.000 avroya bir mövsümlük icarəyə götürdüklərini və gələcəkdə 10 milyon avroya Yusuf Dəmiri komandaya transfer edə biləcəklərini elan etdi. 31 avqust 2021-ci ildə Barselona, Yusuf Dəmiri, əsas komanda oyunçusu kimi qeydiyyatdan keçdirdi.
Çarlz Demut
Çarlz Demut - ABŞ rəssamı. Karyerasının çoxununda sulu boya ilə işləyən Demut ömrünün sonlarında yağlı boya ilə də çəkməyə başlamışdır. Qətiçilik cərəyanına sadiq olmuşdur. Həyatını Pensilvaniya ştatının Lançester şəhərində keçirmişdir. Anası ilə birlikdə yaşadığı ev indi Demut muzeyi kimi fəaliyyət göstərir. Çarlz Demut Franklin və Marşal Kollecindən məzun olduqdan sonra Dreksel Universitetində və Pensilvaniya Gözəl İncəsənət Akademiyasında təhsil almışdır.
Temur Çxeidze
Temur Nodaroviç Çxeidze (gürc. თემურ ნოდარის ძე ჩხეიძე;18 noyabr 1943, Tbilisi – 5 iyun 2022) — sovet, gürcü və rus teatr rejissoru, aktyoru.. Gürcüstan SSR-nin xalq artisti (1981), Rusiya Federasiyasının xalq artisti (1994), Lenin mükafatı laureatı (1986). == Həyatı == Temur Çxeidze Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunda Dmitri Aleksidzenin emalatxanasında təhsil alıb. 1965-ci ildə institutu bitirdikdən sonra Zuqdidi Dram Teatrında rejissor işləyib (1967-ci ilə qədər). Sonra 1967-1970-ci illərdə Tbilisi Gənclər Teatrında, 1970-1980-ci illərdə isə Şota Rustaveli Teatrında işləyib. 1991-ci ildən Q.A.Tovstonoqov adına Böyük Dram Teatrı ilə sıx əməkdaşlıq etmiş, lakin uzun müddət baş rejissor vəzifəsindən imtina etmişdir. Sonralar Çxeidze bu barədə deyirdi: “Bildim: burada nə etsəniz, Tovstonoqovun dövründəkindən də pis olacaq. Ancaq bu yoxdur və ümumiyyətlə Tovstonoqlar çox nadir hallarda doğulur. Və həyat davam edir, mən isə bir vaxtlar mövcud olan teatra heyran olaraq, onu Tovstonoqov kimi səhnələşdirə bilmərəm”.
Cemrə
Cemrə — Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cəmrə
Cəmrə — Həcc ziyarəti zamanı zəvvarların şeytanı daşlamaq ayinini icra edərkən atdıqları daşlar və ya bu daşların atıldığı yer.
Dəmir
26 elektron Var. == Ümumi məlumat == Dəmir (Fe, Ferrum) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 26-cı element, kimyəvi işarəsi Fe-dir. Çəkisi 55,85 unitdir. Dəmirin kəşfi. Dəmir ilk dəfə e.ə XI əsrdə kəşf edilmişdir.Birləşmələrində dəmir əsasən +2 və +3 oksidləşmə dərəcəsi göstərir. Dəmir - (Fe) qan hemoqlobininin tərkibində və əzələlərdə rast gəlir. Ən çoх heyvan mənşəli məhsulların və meyvə-tərəvəzlərin tərkibində olur. Insan orqanizmində olan dəmirin yarıdan çoхu qan hemoqlobininin tərkibindədir.Dəmir maqnit sahəsinə malik olan metaldır.O,"SULFUR" yəni kükürd ilə maqnitlə təsir etməsinə gorə heterogen qarışıqdır.İnsan qidasında dəmir çatışmadıqda elementar anemiya (qida anemiyası) baş verir. Ərzaq məhsullarında dəmirin miqdarı mq%-lə belədir: çovdar çörəyi – 3,0; buğda çörəyi – 1,6; lobya – 7,9; soya unu – 7,7; kartof – 0,9; yerkökü – 0,6; kələm – 1,3; alma – 2,0; üzüm – 0,9; qaraciyər – 8,4; mal əti – 3,0; yumurta – 3,0. Bitki orqanizmində dəmirin kütlə ilə miqdarı orta hesabla 0,02 %-dir.
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Xəmrə
Xəmrə - buğda unu, maya və sudan hazırlanan, müəyyən hissəsi xəmirin yoğrulmasına, qalan hissəsi isə xəmrənin özünün təzələnməsinə (yenidən istehsalına) sərf olunan yarımfabrikatdır. == Xəmrənin hazırlanması == Qatılığına görə xəmrə iki cür olur: qatı xəmrə, çox qatı xəmrə və maye xəmrə. Bütün xəmrələr əvvəlcə becərmə dövründə, sonra isə istehsalat dövründə hazırlanır. Çovdar unundan, çovdar və buğda unları qarışığından çörək istehsalı zamanı xəmir çox qatı xəmrə ilə; dəm tətbiq et-məklə maye xəmrə ilə; dəm tətbiq etmədən maye xəmrə ilə; qa-tılaşdırılmış mayasız süd turşulu xəmrə ilə hazırlanır. Xəmrələr tam becərmə dövrü üzrə hər bir müəssisədə müəyyənləşdirilmiş qrafik üzrə ildə 1÷2 dəfə, yaxud qaldırma qüvvəsi pisləşdikdə, turşuluğun toplanması kifayət etmədikdə, dadı və qoxusu pisləşdikdə, məcburi boş dayanmalar nəticəsində, yaxud müəyyənləşdirilmiş texnoloji rejimin pozulması zamanı digər qüsurlar meydana çıxdıqda yenidən hazırlanır .
Bədurə Əfqanlı
Əfqanlı Bədurə Məlik qızı (25 oktyabr 1912, Bakı – 7 may 2002, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri. Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1949) və Xalq Rəssamı (1974). == Həyatı == Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub. O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurə Ağamalova da ilk əvvıl Bakı Pedaqoji Texnikumuna daxil olsa da (1929), rəssam olmaq həvəsi onu Bakı Rəssamlıq Məktəbinə gətirir (1931) və o burada qrafika şöbəsində təhsil alır. Teatr rəssamı olmaq qərarına gələn Bədurə xanımın diplom işinin mövzusu V.Şekspirin “Otello” faciəsi olmuşdur. Diplom işini uğurla başa vurduqdan sonra o həyat yoldaşı, məşhur kino və teatr aktyrou Rza Əfqanlı ilə 1933-cü ildə Aşqabada işləməyə yola düşür.
Sevda Dəmirəl
Sevda Dəmirəl (türk. Sevda Demirel) — məşhur Türkiyəli model və kino aktrisa. == Həyatı == == Filmoqrafiya == Hiç Bana Sordun mu? (1997) Altın Vuruş (1998) Tutku Suçları (2000) Otostop (1996) Tatlı Kaçıklar (1996) Bay E (1995) === TV Serialları === == Xarici keçidlər == "Emniyet'te 'Sevda' soruşturması" (türk). sabah.com.tr. 1997-07-08. 2018-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30. "Emniyette `Sevda' depremi" (türk). milliyet.com.tr.
Süleyman Dəmirəl
Süleyman Dəmirəl (türk. Süleyman Demirel, 1 noyabr 1924[…], İslamköy[d], İsparta ili – 17 iyun 2015[…], Ankara) — Türkiyə Respublikasının 9-cu prezidenti (1993–2000), müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, siyasi xadimi. AMEA-nın Fəxri üzvü. == Həyatı == 1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub. 1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışmışdır. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnmişdir. 1975–1980-ci illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlamışdır. 1980-ci ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980–1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilmişdir. 1990–1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunmuş, 1993–2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir.
Səfurə İbrahimova
Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984). == Həyatı == Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib. 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.
Səfurə Əlizadə
Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olmuşdur. == Həyatı == Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksafon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır. 2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür.