Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Depozitar
Depozitar bank
Depozitar bank və ya kastodial bank (ing. custodian bank) — müştərilərin qiymətli kağızlarının və digər maliyyə aktivlərinin saxlanmasını və idarə edilməsini həyata keçirən bank. Belə tip bank klirinq, valyuta əməliyyatları, qiymətli kağızlarla əməliyyat və s. operasiyalar həyata keçirir. == Bankın funksiyaları == Kastodian aşağıdakı vəzifələri həyata keçirir: kasdodial xidmətə verilmiş maliyyə vəsaitləri üzrə hesab açır xidmətə verilmiş maliyyə vəsaitləri üzrə uçot aparır nominal dəyər həyata keçirir əqd üzrə ödəmə agenti vəzifəsini həyata keçirir müştərinin əməliyyatları üzrə hüququnu təsdiq edir kastodial xidmətə verilmiş maliyyə imkanları üzrə gəlirlərin hesabını aparır və müştərilərin hesabına keçirir emitentin tapşırığı üzrə müştəriyə lazımi məlumatları çatdırır kastodil xidmət üzrə müştəriyə müqavilə üzrə digər xidmətlər göstərir hüquqi və maliyyə sənədlərinin saxlanmasını həyata keçirir == Depozit bankın vəzifələri == kastodial xidmətə görə müqavilə şərtlərini yerinə yetirmək depozitə verilmiş maliyyə resurslarının saxlanma və uçotunu şəffaf aparmaq qanuna uyğun olaraq müştərinin hesablarının aparılması texnologiyasına əməl etmək müştərinin tələbinə uyğun olaraq müştəriyə hesablarınının hesabatını vermək qanunla məxfi sayılan məlumatların qorunmasını təmin etmək == Kastodial xidmət göstərən məşhur banklar == JPMorgan Chase Bank of America Credit Suisse Citibank Brown Brothers Harriman Goldman Sachs Bank of Ireland Securities Services ICICI Bank Standard Chartered Bank Asia Pacific Banking Investment Group Bank of New York Mellon BNP Paribas Securities Services Banco de Oro Unibank CIBC Mellon Comerica Bank Fifth Third Bank Kasbank N.V. Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine KeyBank HSBC MAIC Northern Trust RBC Dexia Union Bank of California Standard Bank State Street Bank and Trust Company Wells Fargo Bank Deutsche Bank UBS HDFC Bank NAB Estrategia Investimentos Euroclear Japan Trustee Services Bank The Master Trust Bank of Japan UMB Fund Services == Həmçinin bax == Bank Qiymətli kağız == Ədəbiyyat == Wolfgang Gerke: Börsenlexikon. Gabler, 1. Auflage 2002. ISBN 3-409-14603-2 Hans E. Büschgen: Das kleine Bank-Lexikon. Verlag Wirtschaft und Finanzen im Schäffer-Pöschel-Verlag, 3. Auflage 2006.
Depozitar fəaliyyəti
Depozitar fəaliyyət — (ing. depositary activity) Qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyət.
Depozitar qəbz
Depozitar qəbz (ing. depositary receipt) — xarici şirkətin səhm və ya istiqrazlarının mülkiyyət hüququnu təsdiq edən qiymətli kağız. == Tətbiqi == Özündə bu, xarici şirkətlərin səhmlərinə (istiqrazlarına) investisiya qoyuluşu qadağanını aradan qaldırmağa imkan verən ikinci dərəcəli qiymətli kağızdır. Depozitar qəbzləri daxili qiymətli kağızlar statusunda qalmaqla əsas aktivlərin bütün hüquqlarını təmin edir. Bir ölkədə ilkin qiymətli kağızlar depozitar bankın adına kastodian banka yerləşdirilir, digər ölkədə isə emitent bu qiymətli kağızlardan imtiyazlardan istifadə etmək hüququ verən depozitar qəbzlər verir. Nəticədə qəbzin alıcısı onu istənilən vaxt depozitə qoyulmuş səhmlərin müvafiq məbləğinə dəyişmək hüququnu əldə edir. == Depozitar qəbzlərin növləri == Depozitar qəbzlərinin ən məşhur növləri: Amerika depozit qəbzləri (ADR — American Depositary Receipt); Avropa depozit qəbzləri (EDR — European depository receipts); qlobal depozitar qəbzləri (GDR — Global Depositary Receipt); digər az yayılmış növlər. Emitent şirkətin ölkəsindən kənarda iki və ya daha çox ölkənin bazarlarında yerləşdirilir.
Amerikan depozitar qəbzi