Depozit sertifikatı
Depozit sertifikatı (ing. deposit certification) — üzərində göstərilən məbləğin bank tərəfindən əmanətə qəbul edilməsini bildirən adsız qiymətli kağızdır.
Depozit sertifikatı qiymətli kağızların hüquqi şəxslər tərəfindən əldə olunan formasıdır. Bu sertifikatlar pul vəsaitlərinin bank tərəfindən depozitə qəbul edilməsini yazılı sübut edən, sahibinə müəyyən müddətdə tam məbləğdə depoziti və hesablanmış faizi almaq hüququ verir. Bu sertifikatın nominal qiyməti yüksək olur.
Depozit əmanət müqaviləsindən fərqli olaraq, müvafiq hüquqları təslim etməklə sertifikat bir şəxsdən digərinə keçə bilər ki, bu da onu qiymətli kağız edir. Depozit sertifikatı üzrə hüquqların təslim edilməsi haqqında razılaşmanı hər tərəfdən iki şəxs imzalayır və tsedentlə tsessionari möhürləyir.
Sertifikatlar aşağıdakı mütləq rekvizitlərə malik olmalıdır ki, bunların birinin olmaması sertifikatı yararsız edir:
depozit və ya əmanət sertifikatının adı
Sertifikatın verilmə səbəbinin göstərilməsi
Sertifikatla təsdiqlənmiş vəsait qoyuluşunun məbləği (rəqəm və yazı ilə)
bankın əmanət qoyulmuş vəsaiti kreditora mütləq qaytarılması haqda şərtsiz öhdəliyi
depozitin və ya əmanətin qoyulduğu tarix
Sertifikat üzrə əmanətçinin məbləği tələb etdiyi tarix
depozitin və ya əmanətdən istifadə edildiyi üçün (faizlə) gəlir dərəcəsi
nəzərdə tutulan gəlir dərəcəsinin pul vahidi ilə göstərilməsi
depozit Sertifikatı üçün emitent-bankın adı və ünvanı, əmanət bankı üçün yatırımçının ünvanı
2 nəfər bank müvəkkillərinin imzası
bankın möhürü.
== İstinadlar ==
== Mənbə ==
Kənan Aslanlı. Dövlət Maliyyəsi Terminləri Lügəti.